Mühazirə 12.
Şagirdlərin əmək,ekoloji və hüquq tərbiyəsi üzrə
işin xüsusiyyətləri
PLAN
1.Şagirdlərin əmək tərbiyəsi
2.Şagirdlərin ekoloji tərbiyəsi
3.Şagirdlərin hüquq tərbiyəsi
1. Şagirdlərin əmək tərbiyəsi
Əmək və əmək tərbiyəsi cəmiyyətin obyekiv tələbidir. Cəmiyyət əmək üzərində qurulur. İnsan həyatı üçün nə varsa , hamısı əməklə yaradılır. Gənc nəsli əmək həyatına hazırlamaq mühüm dövlət və ümumxalq işidir. Böyüməkdə olan nəslin əmək tərbiyəsi məktəbdə və ailədə , uşaq və gənclər birliklərində , istehsalat kollektivlərində həyata keçirilir. Əmək tərbiyəsi insan şəxsiyyətinə güclü təsir göstərir və onun ideya-mənəvi,zehni, estetik, fiziki inkişafında mühüm rol oynayır.
Dostları ilə paylaş: |