АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 39-43 (2015)
39
Şahdağ Milli Parkının Pirqulu Dövlət Təbiət Qoruğu Ərazisində
Mühafizə Olunan Məməlilər
C.Ə. Nəcəfov*, X.C. Yusufova
Azətbacan Tibb Universiteti, Bakıxanov küçəsi, 23, Bakı 1022, Azərbaycan;
*E-mail: canbaxish @gmail.com
Məqalə Şahdağ Milli parkının Pirqulu Dövlət Təbiət Qoruğu ərazisində qorunan məməli heyvanların
ekoloji vəziyyətinə həsr olunub. Son illər onların bəzilərinin sayının azalması müəyyənləşdirilmişdir.
Buna səbəb ilk növbədə antropogen amillər, ilk növbədə, qanunsuz ovlar, insanların həmin
heyvanların areallarını tutması, ayrı-ayrı illərdə isə təbiət hadisələri, o cümlədən qida çatışmamasıdır.
Ərazinin teriofauna baxımından biomüxtəlifliyini qorumaq üçün mövcud fəalyyət proqramı ilə yanaşı,
daha effektli təkliflər də verilmişdir.
Açar sözlər: Teriofauna, ayı, vaşaq, köpkər, tirəndaz, maral, cüyür, yarasa
GIRIŞ
Pirqulu Dövlət Təbiət Qoruğu Böyük Qafqazın
cənub-şərq hisəsində Azərbaycanın
Şamaxı
rayonunun ərazisində yerləşir. Qoruq 1968-ci ilin 25
dekabrında yaradılıb, ilkin olaraq ərazisi 1521
hektar, 2003-cü ildə isə genişləndirilərək 4274
hektara çatdırılıb. Respublika Prezidentinin
sərəncamı ilə 2006-cı ildən qoruğun ərazisi Şahdağ
Milli Parkın ərazisinə birləşdirilib. Qoruğun
yaradılmasında başlıca məqsəd ərazinin flora fə
faunasını zənginləşdirmək, sayı azalmaqda olan
canlıların, o cümlədən məməlilərin qorunmasını
təmin etməkdir Lakin, son illər müşahidə olunan
antropogen müdaxilələr, xüsusilə quruculuq işləri,
eləcə də əhalinin demoqrafik dəyişilmələri həm
havanın çirklənməsinə, həm də ərazinin fauna və
flora elementlərinə ciddi təsir göstərir. Qoruq
ərazisində bəzi məməlilərin, məsələn, Hindistan
tirəndazı (Hystrix indica K., 1792), qonur ayı (Ursus
arctos L., 1758), nəcib maral (Cervus elaphus
L.,1758), Avropa cüyürü (Capreolus capreolus
L.,1758), Qafqaz köpgəri (Rupicapra rupicapra,
caucasica L., 1758) və vaşaqın (Lunx lunx L.,1758)
sayı getdikcə azaldığından qırmızı kitaba salınıblar
(Azərbaycan Respublikasının Qırmızı Kitabı,
2013). Digər tərəfdən istər qoruq yaradılandan əvvəl
və istərsə də müasir dövrümüzdə Pirqulu Dövlət
Təbiət Qoruğunun ərazisi teriofauna baxımından
kimsə tərəfindən öyrənilməyib.
Məməli heyvanlar biosenozun trofiki əlaqə-
lərində və ekoloji tarazlığın nizamlanmasında xüsusi
yer tuturlar. Təqdim olunan mövzunun az öyrənil-
məsini və ərazinin ekoloji vəziyyətini qiymət-
ləndirmək üçün Şahdağ Milli Parkın Pirqulu Dövlət
Təbiət Qoruğunda mühafizə olunan məməli heyvan-
ların say dinamikasının dəyişilməsini və müasir
vəziyyətini öyrənməyi qarşıya məqsəd qoyduq.
MATERİAL VƏ METODLAR
Tədqiqatlar 2013-2014-cü illərdə Şahdağ Milli
parkın keçmiş Pirqulu Dövlət Təbiət Qoruğunun
ərazisində aparılıb. İlin müxtəlif fəsillərində exspe-
disiyalar təşkil olunmuş, məməlilərin ekskrement-
lərinə, ləpirlərinə, yuvalarına və digər bioekoloji
göstəricilərinə görə növ tərkibi müəyyənləşdirilib.
Digər tərəfdən yerli əhali ilə sorğular keçirilmiş və
yırtıcı məməlilərin ilin fəsillərinə uyğun olaraq
etiologiyası öyrənilmişdir. Məməlilərin növ tərkibi
Kuznesova (1975), Кaraseva, Telısina (1996) və
Şvars və b.(1968) görə təyin olunmuşdur, eləcə də
Karpenko (2012) və Elina və Pulyayev (2005)
əsərlərində göstərilən metodikalardan istifadə
olunmuşdur.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Respublikamızın cənubi-qərb hissəsinin mə-
məlilər faunası X.M.Ələkpərov (1966), tərəfindən
öyrənilmişdir lakin, ümumilikdə şimal və cənub
hissəlrinin teriofaunası çox zəif öyrənilib, ayrı-ayrı
qoruqların məməli tərkibi isə kimsə tərəfindən
öyrənilməmişdir. Xüsusilə müasir ekoloji dəyişil-
mələr fonunda qorunan heyvanların bioekoloji
durumu daha çox maraq doğurur və öyrənilməsinin
aktuallığını ortaya qoyur. Təsadüfi deyil ki, yaxın
və uzaq xarici olkələrdə bəzi heyvanların sayının
azalmasını nəzərə alaraq Beynəlxalq səviyyədə
qoruqlar, milli parklar salınmaqla onların nəslinin
kəsilməsinin qarşısınnın alınması yönümündə
müxtəlif tədbirlər görülür (http://www.yuga.ru/
news/128257; http://turtle4u.biz/nauchnye/182-
proekt-po-izucheniyu-i-okhrane-sredizemnomor-
skoj-cherepakhi-testudo-graeca-nikolskii-na-zapad
nom-kavkaze). Məsələn, Rusiyanın Krasnodar
Şahdağ Milli Parkın Pirqulu Dövlət
40
vilayətinin “Gəlincik” deyilən ərazisində Hey-
vanların Qorunması Beynəlxalq fondunun (Inter-
national Fund for Animal Welfare – IFAW) dəs-
təyi ilə “Diqqət, tısbağalar” lahiyəsi əsasında
aralıqdənizi tısbağalarını öyrənmək və qorumaq
məqsədilə xüsusi təsərrüfat yaradılıb. Bu baxımdan
bizim qoruqların və Milli parkların da fauna
tərkibinin öyrənilməsi - dəqiqləşdirilməsi və həmin
heyvanların qorunması istiqamətində işlərin
aparılmasına ehtiyac duyulur.
Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət
Qoruğunun ərazisi ekoloji xüsusiyyətlərinə, rel-
yefinə, iqliminə, fauna və flora tərkibinə görə
respublikamızın digər qoruqlarından xeyli fərqlənir.
Pirqulu qoruğunun özünəməxsusluğunu nəzərə
alaraq oranın məmlilərini müvafiq dəstələr üzrə
verməyi məqsədəuyğun hesab edirik.
Təkamül baxımından respublikamızın terio-
faunasında rast gəlinən məməlilərin daha primitiv
nümayəndələri həşaratyeyənlər (Insectivora)
dəstəsinə aiddir. Bu dəstənin Erinaceidae fəsiləsi-
nin
həqiqi kirpi
yarımfəsiləsinin (Erinaceinae) adi
və yaxud Avropa
kirpisi - Erinaceus europaeus
L.,1758 və qulaqlı kirpi cinsinin
(
Hemiechi-
nus) qulaqlı kirpi Hemiechinus auritus Q., 1770,
növləri ərazidə geniş yayılıblar. Bu heyvanlar
həşaratlarla yanaşı müxtəlif xırda gəmirici, sürünən,
torpaqda yuva quran quşların yumurtaları və
balaları, ölmüş xırda heyvan cəsədləri və eləcə də
bitki mənşəli qidalarla qidalanırlar. Onların qoxu
bilmə hissi güclü inkişaf etdiyindən ölmüş heyvan
cəsədlərinin asanlıqla tapırlar. Təəsüflər olsun ki,
kirpilər də insanlar tərəfindən ovlanıb yeyilir, on-
ların əti bir çox xəstəliklərin müalicəsində, xüsusilə
qurdqovucu xassəyə malik olduğundan xalq təba-
bətində geniş istifadə olunur. Saylarının azalmasına
səbəb antropogen amillərlə yanaşı, təbii düşmənlə-
rinin çox olması və maqistral yollarda qəza nəticə-
sində maşınların altında qalaraq məhv olmasıdır.
Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət
Qoruğunun ərazisində yarasalar (Chiriptera) dəstə-
sinin nümayəndələri də geniş yayılıblar, həta
onların bir neçəsi artıq Azərbaycanın Qırmızı
kitabına da salınıblar (Azərbaycan Respublikasının
Qırmızı Kitabı, 2013). Bu dəstənin nümayəndələri
gecə həyatı keçirən məməlilərdir. Nalburunlar
(Rhinolophidae) fəsiləsinin kiçik nalburun (Rhino-
lophus hipposideros B., 1800) növü Böyük Qaf-
qazın qoruğun ərazisinə düşən biotoplarında xeyli
yayılıblar, əsasən də daqlıq və meşəlik ərazilərdə,
yaşayış massivlərində tez-tez rast gəlinir, ancaq son
illər sayı azaldığından qorunması məsləhət bilinib.
Yarasalar dəstəsinin qorunması nəzərdə tutulan
növlərdən biri də hamarburunlar (Vespertilionidae)
fəsiləsinə aid olanÜçrəng gecə şəbpərəsidir (Myotis
emarginatus G., 1806). Bu növ çox müxtəlif bio-
senozlarda, eləcə də köhnə-dağılmış tikililərdə,
yeraltı mağaralarda məskunlaşıblar. Fəsilənin başqa
bir növü Avropa enliqulaqıdır (Barbastella barbas-
tellus S., 1774). Rəhmatulinanın (2005) məlumatına
görə bu yarasalar respublikanın dağlıq meşəlik
ərazilərində, o cümlədən tədqiq etdiyimiz Pirqulu
dövlət təbiət qoruğunun ərazilərində oturaq növ
kimi ağaclarda yaşaması ilə xarakterizə olunurlar.
Lakin onlar gündüzlər qədim tikililərin çardağında,
qəzalı divarların yarıqlarında, dağılmış binaların
qapı və pəncərələrinin mümkün olan oyuqlarında
gizlənirlər.
Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət
Qoruğun və ona söykənmiş ərazilərində gəmiri-
cilərin (Rodentia) dəstəsinin bir çox növləri geniş
yayılıblar. Bunların əksəriyyəti çoxsaylı olduğun-
dan, başqa sözlə növün nəslinin kəsilmə ehtimalı
olmadığından qorunma təhlükəsi də qeyd olunmur.
Ancaq gəmiricilər içərisində tirəndazlar (Hystri-
cidae) fəsiləsinin Hidistan tirəndazı ( Hystrix indica
K., 1792) təkcə qoruq ərazisində deyil, eləcə də ona
söykənən biotoplarda qorunması məsləhət bilinir.
Xalq arasında bu heyvanlara oxlu kirpi də deyilir
(Şək. 1). Hindistan tirəndazı müxtəlif tərkibə malik
olan meşə-kolluq, dağlıq və dağətəyi landşaftlarda
yayılıblar. Onlar bir qayda olaraq həm düzəltdiyi
yuvalarda, həm də porsuq, tülkü yuvalarında, eləcə
də qayaların altında olan boşluqlarda və insanların
yaşadığı ərazilərin yaxınlığında yaşayırlar.
Şəkil 1. Hindistan tirəndazı (Oxlu kirpi)
Tirəndazlar gecə həyat tərzi keçirirlər, ilin
müxtəlif fəsillərində müxtəlif qidalarla qidalanırlar,
belə ki, yayda və payızda mədəni və yabanı bitki-
lərin meyvələri və toxumları, qışda bitkilərin kö-
kümsovları və ağac bitkilərinin qabığı ilə, yazda isə
ot bitkiləri, soğanaqlar, kökümsovlarla qidalanırlar.
Cinsi yetkinliyə iki yaşında çatırlar, ildə bir dəfə
bala verirlər, adətən 2-4 ədəd açıq gözlü və yumşaq
iynəli bala dünyaya gətirirlər. Bu heyvanlar kənd-
lərdə boctanlara girərək qarpız, yemiş, xiyar, pomi-
dor, kartof və s. kimi meyvə və tərəvəz bitkilərini
Nəcəfov və Yusufova
41
yediyindən kənd təsərrüfatına ziyan vururlar, ona
görə də insanlar tərəfindən tez-tez məhv edilir.
Yırtıcılardan (Carnivora) dəstəsindən Pirqulu
Dövlət Təbiət qoruğunda mühafizə olunan ayılar
(Ursidae) fəsiləsinin qonur ayı (Ursus arctos
L.,1758) növüdür (Şək. 2). Ekoloji tarazlığın kəskin
pozulması və antropogen amillərin təsirindən bu
heyvanların da arealı daralmaqdadır. Elə bu
səbəbdən 2013-2014-cü illərdə qonur ayı qida
çatışmamazlığından insanların yaşadığı kəndlərə
gələrək kənd təsərrüfatı heyvanlarına, bəzən isə
hətta insanlara belə hücum edirlər. Qeyd etməliyik
ki, qonur ayının sayının azalmasına başqa səbəblər
kimi qoruq ərazisində brokonerlərin qeyri qaununi
bunları ovlaması, bir çox hallarda isə körpə
balalarının tutulması və ekzotik heyvan kimi iaişə
obyektlərinin qarşısında saxlanmasıdır. Göstərilən
səbəblərin qarşısının alınması vaxtı çoxdan çatıb və
əlaqədar orqanların fəaliyyətə başlaması qaçılmaz-
dır, vacibdir.
Şəkil 2. Şahdağ Milli parkında qorunan qonur ayı
Yırtıcılar dəstəsinin dələlər (Mustelidae) fəsi-
ləsinin meşə dələsi ( Martes martes L.,1758) növü
dağ meşələrində və qaraquyruq gəlincik (Mustela
erminea L.,1758) isə qoruq ərazisinə söykənən
yüksək dağlıq və Rusiya ərazisinə söykənən
biotoplarda rast gəlinir, lakin bu heyvanları qoruq
ərazisinin nisbətən aşağı yaruslarında, xırda
gəmiricilər yayılan ərazilərdə də müşahidə etmək
mümkündür. Şahdağ Milli Parkın Pirqulu qoruğu
ərazisində mühafizə olunan və sayı azalmaqda
davam edən yırtıcı növlərindən biri də pişiklər
(Felidae) fəsiləsinin vaşaq (Lynx lynx L.,1758)
növüdür. Bu heyvanlar həm meşəli, həm də kolluq,
qayalıq biotoplarında yaşayırlar, respublikamızın
başqa ərazilərundə də yayılıblar, təəssüf ki, dəqiq
sayı bilinmir.
Tədqiqat aparılan Milli parkın Pirqulu Dövlət
Təbiət Qoruğunun ərazisində yayılan məməlilərin-
dən biri də cütdırnaqlılar dəstəsinin (Artiodactyla),
boşbuynuzlular (Bovidae) fəsiləsinin Qafqaz köp-
gəridi (Rupicapra rupicapra caucasica L.,1758)
növüdür. Bu heyvanlar meşə qurşağının yuxarı
hissələrində, sıldırımlı qayalıqlarda yaşayırlar, lakin
ədəbiyyat məlumatlarına (Quliyev 2008) əsasən
dəniz səviyyəsindən 600-700 m, yüksəklikdə olan
dağətəyi ərazilərdə də rast gəlinir. Bu heyvanlar
cinsi yetkinliyə 1,5-2,0 yaşında çatırlar, boğazlıq
müddəti 160-170 gün çəkir, əksərən bir, nadir
hallarda isə iki bala doğur. Ot, kol, enliyarpaqlı
bitkilərin yarpaq və yumşaq zoğları ilə qidalanırlar.
Qafaqaz köpgəri də brakonerlərin əsas obyekləri
olduğundan son illər sayı kəskin azalmaqdadır,
mühafizə tədbirlərini gücləndirmək məqsədəuyğun
olardı.
Şahdağ Milli parkın cütdırnaqlılar dəstəsinin
marallar fəsiləsinin (Cervidae) nəcib maral (Cervus
elaphus L., 1758) növünün sayı ildən ilə azalmaq-
dadır. Quliyevin (2008) məlumatına əsasən hazırda
respublikamızın ümumi ərazisində 750-880 baş
nəcib maral qalıb (Şək. 3).
Şəkil 3. Nəcib maral
Bu heyvanlar etiologiya və adaptasiya olunma
baxımından çox plastikdir, ona görə də müxtəlif
landşaftlarda yaşamaq qabliyyətinə malikdirlər,
adətən yay fəslində günün sərin vaxtlarında qidala-
nırlar - otlayırlar, günün isti vaxtlarında isə istirahət
edirlər, qida mənbəyi tükəndikdə isə miqrasiya
edirlər. Cinsi yetkinliyə dişilər 2, erkəklər isə 4-5
yaşında çatırlar, boqazlığı 7-9 ay çəkir, bir, nadir
hallarda isə iki bala doğurlar. Nəcib maralın yalnız
erkək fərdlərində buynuzları olur. Onları sayının
azalma cəbəbini alimlər iki qrupa ayırırlar: birinci
səbəb kimi düşmənlərinin çoxluğu, bəzi illərin
quraqlı keçməsilə əlaqədar qida mənbəyinin kəskin
azalması, qısırlıq və müxtəlif xəstəliklər, o cümlədən
parazitar xəstəliklər; ikincisi antropogen amillərdir,
onlara misal kimi brokonyerliyi, insanların nəcib
maralın yaşayış areallarında apardığı müxtəlif
təsırrüfat fəaliyyətləri (ərazilərin kənd təsərrüfatı
heyvanları ilə otarılması, otlaqların biçilməsi, kartof
və s kimi tərəvəz bitkilərinin əkilməsi).
Şahdağ Milli Parkın Pirqulu Dövlət
42
Şəkil 4. Avropa cüyürü
Nəcib maralın sayının artırılması və qorun-
masını təmin etmək məqsədilə onların bioekologi-
yasını elmi əsaslarla öyrənmək və əlavə tədbirlər
planı həyata keçirmək vacibdir.
Cütdırnaqlılar dəstəsi marallar fəsiləsinin
Şahdağ Milli parkında qorunan və Pirqulu Dövlər
Təbiət qoruğu ərazisində rast gəlinən növlərindən
biri də Avropa cüyürüdür (Capreolus capreolus
L.,1758). Respublikamızın bəzi bölgələrində bu
heyvanlar əlik kimi də adlanır.
Bu heyvanların da sayı son illər xeyli azalıb
(Şək. 4). Azalmaya səbəb yenə də brokonyerlərin
qaunsuz ovlaması, təbii düşmənləri, təbii fəlakətlər,
və s. Onlar dəniz səviyyəsindən müxtəlif yüksək-
likdə olan meşə zolaqlarında qrup halında olmaqla
yaşayırlar, qida mənbəyinin azalması ilə əlaqədar
olaraq şaquli və vertikal istiqamətdə miqrasiya
edirlər, susuzluğunu təmin etmək məqsədilə günün
müxtəlif vaxtlarında, əsasən də gündoğan zaman
bulaqlara və dağ-meşə çaylarına gedirlər. Dişilər iki
yaşında, erkəklər isə üç yaşında cinsi yetkinliyə
çatırlar, boğazlıq dövrü 9-10 ay olur, bala vermə
yaz aylarına təsadüf edir.
Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət
qoruğunun ərazisi məməli heyvanlarla zəngindir,
lakin son illər burada aparılan bir sıra quruculuq
işləri təbiətə və onun fauna tərkibinə ciddi təsir
göstərməkdədir. Müəyyən edildi ki, tədqiq olunan
ərazidə yarasalar dəstəsindən kicik nalburun, gecə
şəbpərəsi və Avropa enliqulağı, gəmiricilərdən
Hindistan tirəndazı (oxlu kirpi), yırtıcılardan qonur
ayı, meşə dələsi, qaraquyruq gəlincik və vaşaq,
cütdırnaqlılardan isə nəcib maral, Qafqaz köpgəri
və cüyür kimi məməlilərin sayı azalma istiqamə-
tində gedir. Milli parkın biomüxtəlifliyini saxla-
maq məqsədilə qoruq ərazilərinə ev heyvanlarını
buraxmamaq, qanunsuz ovun qarşısını kəskin sürət-
də almaq lazımdır. Yayı quraqlıq keçən illərində,
eləcə də sərt qış aylarında vəhşi heyvanları qida ilə
təmin etmək məqsədəuyğun olardı. Nəhayət qoruq
işçiləri ilə, xüsusilə yegerlərlə maarifləndirici iş
aparmaq vacib şərtlərdəndir, bir çox inkişaf etmiş
ölkələrin təcrübəsindən istifadə etməklə qoruqlarda
işləmək üçün ali məktəblərdə yüksək ixtisaslı kadr
hazırlamaq vaxtı çatıb.
ƏDƏBİYYAT
Azərbaycan Respublikasının Qırmızı Kitabı
(2013) Nadir və nəsli kəsiməkdə olan fauna
növləri. Fauna. II nəşr. Bakı: 518 s.
Quliyev S.M. (2008). Azərbaycanın cütdırnaqlılar
faunası. Bakı: Elm və təhsil, s. 105-130.
Алекперов Х.М. (1966) Млекопитающие юго-
западного Азербайджана. Баку: 148 с.
Карасева Е.В., Телыцина А.Ю. (1996) Методы
изучения грызунов в половых условиях. М.:
Наука, 220 с.
Елина Е.Е., Пуляев А.И. (2005) К фауне
мелких млекопитающих Буртинского участка
заповедника «Оренбургский». Сохранение
биоразнообразия животных и охотничьих
хозяйств
России.
Материалы
научно-
практической конференции, М.,. c. 184-187.
Карпенко Н.Т. (2012) Редкие и исчезающие
виды териофауны заповедника «Богданско-
Баскунчакский». Астраханский вестник эко-
логического образования, 121-126.
Кузнецов Б.В. (1975) Определитель позвоноч-
ных животных фауны СССР. Часть 3.
Млекопитающие. М., Просвещение, 208 с.
Рахматулина
И.К. (2005) Рукокрылые
Азербайджана
(Фауна,
Экология,
Зоогеография). Баку: СВS, c. 86-88.
Шварц С.С., Смирнов
В.С., Бобринский
Л.Н. (1968) Метод морфо-физиологических
индикаторов. Свердловск: 346 с.
http://www.yuga.ru/news/128257/
http://turtle4u.biz/nauchnye/182-proekt-po-izu
cheniyu-i-okhrane-sredizemnomorskoj-chere
pakhi-testudo-graeca-nikolskii-na-zapadnom-
kavkaze.
Nəcəfov və Yusufova
43
Охраняемые Млекопитающие На Территории Пиркулинского
Государственного Заповедника Шахдагского Национального Парка
Дж.А. Наджафов, Х. Дж. Юусуфова
Азербайджанский медицинский университет
Установлено что, на территории Пиркулинского Государственного Природного заповедника
Шахдагского Национального парка под охраной находятся представители млекопитающих. Однако,
в последние годы под воздействием разных экологических и антропогенных воздействий их
численность резко уменьшается. Для того, чтобы увеличить численность этих млекопитающих,
которые являются потенциально охраняемыми видами, кроме существующих мероприятий следует
предпринимать дополнительные и более эффективные меры с целью сохранить биоразнообразие в
данной территории.
Ключевые слова: Териофауна, медведь, рысь, олень, косуля, серна, дикобраз, рукокрылое
Protected Mammals In The Territory of the Pirgulu
State Reserve of the Shakhdag National Park
J.A. Nadjafov, Х.J. Yusufova
Azerbaijan Medical University
The article discusses ecological conditions of the territory of the Pirgulu State Reserve of the Shakhdag
National Park. Recently the number of some protected mammalians has been reduced. First of all it is caused
by anthropogenic factors, illegal hunting, reducing distribution areas of animals, natural phenomena
including nutrient deficiency. Along with the action program, more effective proposals were given to protect
biodiversity of the territory in terms of teriofauna.
Key words: Teriofauna, bear, trot, deer, roe, chamois, porcupine, cheiroptera
Dostları ilə paylaş: |