Məşhur Çexoslovakiya şərqşünası O. Klimanın göstərdiyinə görə, Məzdək
hərəkatı heç də dinin təsiri altında olmamışdır
387
.
Şəhristaninin yazdığına görə Məzdək öz çıxışlarında deyirdi ki, insanı
allah bərabərhüquqlu yaratmışdır. Lakin bir qrup adamlar varlanıb bütün sərvəti öz
əllərinə toplamışlar, bu mal-dövləti onların əllərindən alıb bütün insanlar arasında
bərabər surətdə bölmək lazımdır
388
. Şəhristani davam edərək yazır: insanların bir
hissəsi həm çoxlu mala və həm də çoxlu qadına malikdir. Buna görə də varlıların
mal-dövləti və qadınını alıb yoxsullar arasında paylaşdırmaq və onlar arasında
bərabərlik yaratmaq lazımdır
389
.
496-cı ildə quraqlıq nəticəsində baş verən qıtlıq Məzdəkilər hərəkatının
başlanmasına təkan verdi, onlar mülkədarlara hücum edib onların torpaq sahələrini
ələ keçirir və öz aralarında bərabər surətdə bölürdülər. Bu səbəbdən də Məzdəkilər
tezliklə məzlum və yoxsullar tərəfindən rəğbətlə qarşılandılar. İqtisadi-siyasi
cəhətdən ağır vəziyyətdə olan ölkəni xilas etmək məqsədi ilə Qubad (488 - 531)
onlarla sazişə girib, müqavilə bağlamalı oldu. Lakin bütün bunlara baxmayaraq
İranda və Atropatenada feodal zülmünə və Sasanilər hakimiyyətinə qarşı xalq
hərəkatı daha da genişləndi. V əsrin 80-ci illərindən başlamış Məzdəkilər hərəkatı
feodal istismarına qarşı qüdrətli xalq üsyanına çevrildi
390
. Belə bir şəraitdə mərkəzi
hakimiyyət böyük torpaq sahələrinə malik olan din başçıları və əyanların
özbaşınalığının qarşısını almaqda da aciz idi. Ona görə ki, istər ruhanilər, istərsə də
mülkədarlar mövcud dövlətlə razılaşmadan müəyyən işlər görürdülər. Bu hal da
istər-istəməz Qubadı narahat edirdi.
Məzdəkilər hərəkatına Məzdək Bamdadan rəhbərlik edirdi. O, ilk dəfə öz
təlimini Həmədan rayonunda yaymağa başlamışdı. Hərəkatın əsas hərəkətverici
qüvvəsini öz ağalarına qarşı mübarizə aparan icmaçı kəndlilər təşkil edirdi. Qullar
və nökərlər də onlara qoşulmuşdular. Hərəkatda sənətkarlar, şəhər yoxsulları,
bəzən xırda və orta torpaq sahibləri də iştirak edirdilər. Məzdəkilərin ölkə
daxilində böyük nüfuz qazanıb çoxlu tərəfdar toplamaları yuxarı təbəqəni bərk
təşvişə saldı. Ona görə də onlar Məzdəkilərə qarşı düşmənçilik münasibəti
bəsləyən bacarıqlı bir şəxsin hakimiyyət başına gətirilməsinin tərəfdarı idilər.
529-cu ildə iri feodallar I Qubad və onun oğlu I Xosrov başda olmaqla
hərəkatı yatırdılar.
Üsyan başçıları, o cümlədən Məzdək öldürüldü. Bütün ölkədə
Məzdəkilərin kütləvi qırğını başladı. 80 min nəfərə qədər adam öldürüldü
391
.
Məzdək hərəkatı nəticəsində iri kahinlərin dövlət rütbələri siyahısından birinci yeri
itirdi və dünyəvi vəzifə sahibləri ilk plana çəkildilər. Məzdəkilər hərəkatı pis təşkil
387
O. Klima. Mazdak, Praqa, 1957, s. 130.
388
Şəhristani. Göstərilən əsəri, s. 291.
389
Yenə orada.
390
Azərbaycan tarixi, I cild, Bakı, 1958, s. 103 – 104.
391
Azərbaycan tarixi, s. 104.
edilmiş kortəbii bir hərəkat idi. Üsyançılar hərəkatın inkişaf qanunlarını düzgün
başa düşmürdülər. Bütün kəndli hərəkatında olduğu kimi, Məzdəkilərin də aydın
proqramları yox idi. Kəndli üsyanları ona görə məğlub olmuşlar ki, bu üsyançılar
kortəbii çıxış edirdilər, üsyanın heç bir siyasi və iqtisadi tələbləri yox idi. Daha
doğrusu, dövlət çevrilişi məqsədini qarşıya qoymamışlar. Kəndlilərin kortəbiiliyi
onların mübarizə metodları ilə izah edilirdi. Üsyanın nə məramnaməsi və nə də
nizamnaməsi yox idi.
Kəndli hərəkatıiın başçıları və iştirakçıları istismarın ictimai, iqtisadi
bərabərsizliyin əsas səbəbi olan istehsal vasitələri üzərində xüsusi mülkiyyəti aydın
görmürdülər. İstismardan azad olmaq üçün hansı mübarizə metodlarına əl atmağın
lazım olduğunu bilmirdilər. Onlar yalnız bərabərliyi meydana atır, varlılar üzərinə
düşüb onların varını əllərindən alıb öz aralarında bölməklə kifayətlənirdilər.
Məzdək hərəkatının məhdud cəhətlərinə baxmayaraq bu üsyan dövrün
müstəbid hökmdarlarını geniş zəhmətkeş kütlələr qarşısında müəyyən ictimai-
iqtisadi və siyasi güzəştlərə getməyə və gələcək kəndli üsyanlarının qarşısını almaq
məqsədilə I Xosrovu islahat keçirməyə məcbur etdi. Sonrakı feodal zülmünə qarşı
kəndli hərəkatının inkişafına mənəvi zəmin hazırladı.
Məzdək hərəkatının məğlub olmasına baxmayaraq Məzdəkin adı əsrlər
boyu İranın, Azərbaycanın və digər Şərq ölkələrinin zülmə məruz qalmış
xalqlarının xatirəsində yaşamışdır.
Məzdəkizm İran və Azərbaycan xalqlarının feodal istismarına qarşı
sonrakı azadlıq mübarizəsinin gedişinə böyük təsir göstərmişdir.
Məzdək hərəkatı və onun ictimai xarakteri haqqında Bizans, Suriya, ərəb
və İran mənbələrində külli miqdarda məlumata rast gəlmək olar. Əbu Cəfər
Məhəmməd ibn Cəfər Təbəri özünün ―Tarixe ər-rüsəl və əl-müluk‖ əsərində, Əbu
Mənsur Səalibi ―Yətimət əd-dəhr‖, Məsudi ―Müruc əz-zəhəb və əl-məadin əl-
cövhər‖, Şəhristani ―Əl-miləl və əl-nihəl‖, Nizamül-mülk ―Siyasətnamə‖, Firdovsi
―Şahnamə‖ əsərində Məzdək hərəkatı və onun ictimai xarakteri haqqında ətraflı
məlumat vermişlər. Bundan başqa Bizanslı Prokopinin əsərində də Məzdək
haqqında maraqlı fikirlər vardır. Həmin mənbələrdən istifadə edən Çexoslovakiya
tarixçisi O. Klima və Sovet tarixçisi N. V. Piqulevskaya Məzdək hərəkatı və onun
tarixi, ictimai xarakteri haqqında bir sıra əhəmiyyətli tədqiqat əsərləri nəşr
etdirmişlər. Məzdək hərəkatı haqqında Nizamülmülk deyir: ―Əhali gizlin və aşkar
surətdə Məzdəkin ideologiya və dünyagörüşünü qəbul etdilər‖
392
. Bu haqda
Firdovsi yazırdı ki, cavan və yaşlı olmalarından asılı olmayaraq, bütün yoxsullar
onunla birləşdilər.
Əyan və ruhanilərin özbaşınalığından və onların mərkəzi hakimiyyətin
bütün işlərinə qarışmalarından cana gələn Qubad Məzdəkin tərəfdarları ilə
razılaşmağa və saziş bağlamağa məcbur olmuşdu. Girşmanın yazdığı kimi xalq
392
Nizamülmülk. Siyasətnamə, s. 65.
Dostları ilə paylaş: |