olan bu dövrdə istər süni su kanallarının çəkilməsinə, istərsə də əkin sahələrinin
artırılmasına ciddi fikir verilməsini göstərməkdən ibarətdir.
T. Bəhrami Azərbaycanda olan suvarma sistemi haqqında yazır ki,
Azərbaycan dağlıq ölkə olduğuna görə, onun əsas su ehtiyatını orada olan çaylar
təmin edir. Bu səbəbə görə də həmin ərazidə su kanallarının çəkilməsinə o qədər də
ehtiyac hiss olunmur. Burada Tehran ətrafında olan səliqəli kəhriz sisteminə,
habelə təcrübəli kankanlara təsadüf edilmir. Azərbaycan kankanları saxsı su
tinglərinin hazırlanmasına və onların düzəldilməsi texnikasına bələd deyillər. Onlar
suyu bataqlıqlardan keçirmək üçün daşları sıra ilə düzmək texnikasından istifadə
edirlər. Müəllif əsərinin başqa bir yerində yuxarıda dediyi fikrinin əleyhinə
çıxaraq göstərir ki, Marağa ətrafında olan kəhrizlərin qazılması və yoxlanılması
zamanı bir nəfər kankan oradan keçmişə aid saxsı su tinglərinə təsadüf etmişdir.
Bu fakt bizə imkan verir ki, keçmiş dövrlərdə Azərbaycanda saxsı su tinglərinin
hazırlanması və onun geniş yayılması müddəasını
irəli sürək
52
.
Azərbaycanın istər şimal və istərsə cənub rayonlarında kəhriz suvarma
sistemi hələ qədim dövrlərdən etibarən geniş surətdə yayılmışdır. Bu faktı
arxeoloji
qazıntılar zamanı saxsı su tinglərinin əldə edilməsi ilə birlikdə yazılı mənbələrdə
olan məlumatlarda bir daha təsdiq edir.
Y. İ. Hummel Şamxor ətrafında aparmış olduğu qazıntı zamanı qədim
dövrlərdə qazılmış kəhriz nişanələrinə təsadüf edib onu eramızdan əvvəl I əsrə aid
etmişdir
53
. Bu faktın olması bizə Azərbaycanın şimal rayonlarında kəhriz suvarma
sistemindən istifadə edilməsi fikrini irəli sürməyə imkan verir. Cənubi
Azərbaycanın Təxt-e Süleyman, Ərdəbil, Marağa, Təbriz, Mərənd və Urmu
ətrafında arxeoloji tədqiqatlar aparılarkən kəhriz suvarma sisteminin həmin ərazidə
qədim dövrlərdən mövcud olması faktını sübut edən bir sıra nişanələr aşkara
çıxarılmışdır. Orta əsr müəlliflərindən biri olan Həmdullah Qəzvini yaşadığı
dövrdə Təbrizin ətrafında olan tarlaların (bağ, bostan nəzərdə tutulur - A.F.)
suvarılmasında 900 kəhrizdən istifadə edilməsini göstərir
54
.
Kəhrizlər haqqında çox səthi məlumatın olmasına baxmayaraq
Azərbaycanda kəhriz vurulması dövrü hələ eramızdan əvvəl olmuşdur
55
.
Ümumiyyətlə, kəhriz suvarma sistemindən Azərbaycanın dağətəyi və düzən
rayonlarında geniş surətdə istifadə edilmişdir.
Kəhriz suvarma sistemi Yaxın Şərq və Orta Asiya rayonlarında yayılmış
suvarma növudür
56
. Ümumiyyətlə, kəhrizlər öz başlanğıcını dağ ətəklərindən alır.
Belə ki, birinci quyunun dərinliyi sonrakılara nisbətən daha çox olur. Bəzi
52
T. Bünyadov. Göstərilən əsəri, s. 25.
53
Я. И. Гуммель. Отчет о раскопках около Кировабада в 1938 г.
54
Həmdullah Qəzvini. Nüzhət əl-qülüb, be kuşeşe Dəbir Səyaqi, Tehran, 1336, s. 77
55
T. Bünyadov. Göstərilən əsəri, s. 25.
56
M. P. Petrov. Göstərilən əsəri, s. 88.