Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

feodal  zümrə  görürdü.  Millətin  sosial  həyatını  tənzimləyən, 
tarixi  hadisələri,  adət-ənənələri  qeyd  edən  və  yaşadan  orqan 
rolunu,  vəzifəsini  cəngavər  qalaları və xan  sarayları  oynayırdı. 
Zamanın  gedişatı  ilə bu  orqan  da dəyişirdi.  Feodalizmin  dağıl­
ması  və  kapitalizmin  inkişafı  nəticəsində  mənəviyyat  mərkəzi 
“qala”lardan  şəhərlərə  keçdi.  Millətin  ümumi  şüurunu  forma­
laşdıran,  onu  tərbiyə  edən,  iradəsini  təmsil  edən  bir  sinif kimi 
ziyalı  zümrəsi  zühur  etdi,  yetişdi.  Bu təbəqənin  öz tarixi  vəzi­
fəsinin  icrası  üçün  istifadə  etdiyi  ən  böyük  vasitə  və  alət  isə 
mətbuat olmuşdur.  İctimai rəyin və kollektiv iradənin formalaş­
ması  məhz  mətbuat  sayəsində  mümkün  olmuşdur.  Ziyalılar bu 
orqan vasitəsilə öz içərilərindən ictimai rəyi və milli özünüdərk 
prosesini  sürətləndirən  fikir  adamları  və  sənətkarlar  yetişdir­
dilər (136,  s. 2-3;  125,  s.  2-3; 63,  s. 23).
Bu  səbəbdəndir  ki,  Azərbaycan  ziyalıları  da  tədricən,  icti­
mai  hafizə daşıyıcıları  sayılan qəzet və dərgilər ətrafında topla­
nırdılar.  Bundan  başqa  onlar  “Nicat”,  “Səfa”,  “Ədəb  yurdu”, 
“Nəşri Maarif’,  “Cəmiyyəti Xeyriyyə” və başqa mədəni-maarif 
cəmiyyətləri  və  dərnəkləri  ətrafında  cəmləşərək  Azərbaycan 
cəmiyyətinin  o  zamana görə  olan  məsələləri  üzərində  müzaki­
rələr  aparırdılar.  Kitablıqlar  və  qiraətxanalar  yaradılırdı.  Belə 
ki,  Azərbaycandakı  ilk  qiraətxanaları  Bakıda  Həbib  bəy 
Mahmudbəyli  və  S.M.Qənizadə  açdılar.  Bu  qiraətxanalar üçün 
Bakının  rus  valisindən  1894-cü  ildə  Nəriman  Nərimanov  izin 
almışdı.  Bu  hadisə  dövrün  türk  ziyalıları  və  oxuyub-yazanları 
arasında sevinclə qarşılanmışdır. Hüseyn Baykaranın yazdığına 
görə artıq  1887-ci ildə  Şamaxı,  Quba, Lənkəranda kitabxanalar 
vardı. 
M.T.Sidqi, 
C.Məmmədquluzadə, 
G.A.Şərifov  və 
A.M.Əkbərovun  təşəbbüsü  ilə  Naxçıvanda  da  qiraətxanalar 
açılmışdı.  Habelə  XIX  yüz  ilin  sön  rübündə  Azərbaycanın 
bölgələrində  kitab ticarəti  ilə məşğul  olan  mağaza və  dükanlar 
açılmağa  başlamışdı.  Artıq  1905-ci  ilin  əvvəllərində  Tiflisdə 
M.E.Bağırzadə  adlı  vətənpərvər  və  milli  mübarizəni  dəstək­
ləyən  bir  tacirin  yardımı  ilə  Cəlil  Məmmədquluzadə  və  Ömər
23


Faiq  Nemanzadə  “Qeyrət”  adlı  nəşriyyat  qurmuşdular  (100,  s. 
59-61).
Azərbaycanda  tarix  elmi  sahəsində  yazılan  ilk  əsərlərə 
gəldikdə  isə  deyə  bilərik ki,  XIX  əsrin  ikinci  yarısında  (Mirzə 
Kazım  bəyin  “Dərbəndnamə”sindən  və  A.A.Bakıxanovun 
“Gülüstani İrəm”indən  sonra) tarix elmi Mirzə Yusuf Nersesov 
Qarabaği, Rza Qulu Mirzə Cəmal  oğlu, Mir Mehdi Haşım oğlu 
Hazani,  Həsən  Əli  Xan  Qaradaği,  Əhməd  Bəy  Cavanşir  və 
Mirzə  Əhməd  Mirzə  Xudaverdi  oğlu  ilə  təmsil  edilmişdir. 
Ədəbi  tənqid  və  ədəbiyyat tarixçiliyinin təşəkkülü  öz  təsdiqini 
bunda  tapdı  ki,  M.F.Axundzadə  “Sənət  sənət  üçündür”  fəlsə­
fəsini  rədd  edərək “Sənət həyat üçündür”  görüşünü  irəli  sürdü 
və  forma  üçün  mövzunu  fəda  edən  yazıçıları  amansız  bir 
şəkildə tənqid etdi (100,  s.  64-65).
Beləliklə,  XIX  əsrin  sonlarına  doğru  xalqın  səbirsizliklə 
gözlədiyi  “yeni  ictimai  zümrə  -   sənaye  burjuaziyası  və  avro- 
pavi  ziyalı  zümrəsi  meydana  çıxdı”  (63,  s.  17).  Bu  da Rusiya 
çarlığının  sistemli  surətdə  tətbiq  etdiyi  ruslaşdırma  siyasətinə 
qarşı  mübarizəyə  və  Azərbaycanın  öz  mənliyini  mühafizəyə 
yardım etdi.  Bununla da “XIX əsrdə feodal  ayrılıqların ortadan 
qalxması  və  ağır  olsa  da,  inkişaf edən  iqtisadi  münasibətlərin 
formalaşması  nəticəsində,  başda  ziyalılar  zümrəsi  olmaqla 
meydana  ictimai  yeni  bir  zümrə  çıxdı.  Bu  aydınlar  vasitəsilə 
Azərbaycan XVIII əsrin aydın fikirləri  ilə təmasa gəldi.  “Məm­
ləkətdə  yeni  rasional  fikirlər  yayılaraq  realist  bir  ədəbiyyat 
doğdu.  İslam  dünyasının  ilk  dramaturqu,  Avropada  “Şərqin 
Molyeri”  dedikləri  M.F.Axundzadə  bu  ədəbiyyatın  qurucusu­
dur.  O,  eyni  zamanda  ərəb  hərflərinin  dəyişdirilməsini  tələb 
edən  ilk  islahatçıdır.  Publisistik  yazılarında  M.Fətəli  cəmiyyət 
həyatının kökündən dəyişilməsini tələb edirdi”  (129,  s.  6).
Azərbaycanın  milli-mədəni  tarixini  araşdıran  tədqiqatçılar 
əsasən  bu  fikirdədirlər  ki,  XIX  əsrin  II  yarısında  Azərbaycan 
mədəniyyəti  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  üç  mühüm 
hadisə  baş  verir:  Azərbaycan  teatrının,  mətbuatının,  yeni  tipli
24


məktəbin  əsası  qoyulur  (7,  s.  43).  İlk  mühüm  hadisə  1873-cü 
ilin  mart-aprel  aylarında  H.Zərdabi  və  N.Vəzirovun  rəhbərlik 
etdiyi  ilk  teatr  truppası  tərəfindən  “Sərgüzəşti  Vəziri-xani 
Lənkəran”  və  “Hacı  Qara”  tamaşaları  ilə  Azərbaycan  milli 
peşəkar teatrının təməlinin  qoyulmasıdır (7,  s.  43).  Bununla da 
realist  bədii  nəsrin,  demokratik  fəlsəfi  və  estetik  fikrin,  ilk 
əlifba  inqilabı  ideyasının,  ümumiyyətlə,  mənəvi  mədəniyyəti­
mizin  bütün  sahələrində  “yeni  dövr”ün  banisinin  daha  bir 
ideyası  gerçəkləşdi  -   peşəkar  milli  teatr  sənətinin  təməli 
qoyuldu.  Bu  mədəniyyət  hadisəsindən  sonra  M.F.Axundzadə- 
nin  zəngin  və  çoxcəhətli  yaradıcılığı  milli  çərçivələri  aşıb- 
keçirərək  bütün  islam  xalqları  miqyasında  ümumşərq  və 
ümumbəşəri bir tarixi məna kəsb etdi.
Azərbaycanın  mədəniyyət  tarixində  misli  görünməmiş  bu 
hadisənin  əsas  səbəbkarı  haqqında  Y.Qarayevin  fikirləri  daha 
çox  diqqəti  çəkir:  “Maarifçiliyin  banisi  və  klassiki  rolunda 
Axundovun bütün  Şərq  üçün  tarixi  rolu,  əhəmiyyəti  və  xidməti 
bir  də  ondadır  ki,  vətəni  Azərbaycandan  və  bir  sıra  Asiya 
ölkələrindən kənarda da həm filosof,  həm də sənətkar kimi  onun 
nüfuzu  etiraf  və  təsdiq  olunur,  üstəlik,  XVIII  əsrin  Avropa 
maarifçiliyi  və  maarifçi  teatrı  ilə  müqayisədə  mütəxəssislər 
Axundovun  üstünlüyündən  bəhs  edirlər”  (50,  s.  225).  Teatrın 
mədəni  inkişafda  oynadığı  rolun  əhəmiyyətini  göstərmək  üçün 
Yaşar  Qarayev,  hələ  M.F.Axundzadədən  bir  qədər  əvvəl, 
Avropanın  başqa  bir  qütbündə  yaşayan  digər  böyük  maarifçi, 
mütəfəkkir və  sənətkar Fridrix  Şillerin tarixi  bir intizar və nara­
hatlıqla  yazdığı  bir  fikrə  diqqəti  çəkir:  “Əgər  milli  teatra  qədər 
yaşasaydıq,  onda biz  millət  olardıq”.  Axundzadə  sözün  müasir, 
professional  mənasında milli  teatra  qədər yaşayır,  milli  teatrı  və 
milləti yaradan sənətkarlar sırasına daxil olur!..  (52,  s. 218-219).
Bu  hadisədən  sonra  teatrın  böyük  ictimai  və  mədəni  əhə­
miyyətini  dərk  edən  Azərbaycan  ziyalıları  Bakıda  olduğu  kimi 
Qubada,  Şəkidə,  Şuşada,  Naxçıvanda,  həmçinin  Tiflisdə  və 
İrəvanda da teatr tamaşaları təşkil  etməyə başladılar. N.Vəzirov,
25


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə