138
- turizm sənаyеsinin inkişаfı üçün əlvеrişli şərаit yаrаdır;
- turizm sfеrаsındа dövlət хidməti göstərir;
- turizm sfеrаsındа хаrici ölkələrlə və bеynəlхаlq təşkilаtlаrlа qаrşılıqlı
ə
lаqələrin qurulmаsı, о cümlədən ölkə хаricində оlаn Аzərbаycаnın dövlət
hаkimiyyəti оrqаnlаrını turizm sfеrаsındа təmsil еdən nümаyəndələr vаsitəsilə
Ölkəmizdə turizmin inkişafı üçün bu sahədə qanunvericilik bazasının
yaradılması da ümummili liderimiz Heydər Əliyevin təsdiq etdiyi
fərmanlarla başlamışdır. Azərbaycanın XX əsrin fenomeni adını almış olan
turizmdən öz layiq olduğu payı ala bilməsi üçün Tarixi Ipək Yolunun
bərpasından tutmuş, Türizm Haqqında Azərbaycan Respublikası Qanunu
(27 iyul 1999), Gənclər, Idman və Turizm nazirliyinin yaradılması (18 aprel
2001), Ölkəmizin ÜTT-yə tam hüquqlu üzv qəbul edilməsi (25 avqust
2001), 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı (27
avqust 2002), 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı (11 fevral 2004) bu sahənin inkişafına yönəldilmiş
olan tədbirlərdəndir.
Qeyd edək ki, hazırda ölkədə 290 mehmanxana qeydiyyata alınıb. Lakin
onlardan yalnız 60-a qədəri müvafiq normativlərə uyğun olaraq ulduzlarını
alıb. "Nazirlik yalnız ulduzlarını alan mehmanxanaların keyfiyyət
səviyyəsinə cavabdehdir". Ölkədə turizm xidmətlərinin səviyyəsini
yüksəltmək, beynəlxalq standartlara uyğunlaşdırmaq üçün lazımi normativ
tədbirlər həyata keçirilir, onu da əlavə edək ki, mehmanxanaların 5 il üçün
lisenziya haqqı 1500 manatdır.
Azərbaycanı dünyanın turist mərkəzlərindən birinə çevrilməsi üçün
ə
lverişli imkanları olan bir ölkə kimi xarakterizə edən BMT IP-nin
ölkəmizdəki
rezident-əlaqələndiricisi
Bruno
Pueza
bildirib
ki,
respublikamızın coğrafi mövqeyi onu turistlər üçün cəlbedici edir. Yeni
layihənin ölkəmizdə turizmin inkişafına xidmət edəcəyinə əmin olan
B.Pueza əlavə edib ki, BMT IP bundan sonra da Azərbaycanın turizm
sahəsinin inkişafı üçün yardım göstərəcək.
139
Bütün bu sıralananlar içərisində otellər və mehmanxanaları da
unutmaq olmaz. Çünki onlar da turizmin qaçılmaz hissələrindən biridir.
Dövlət səviyyəsində bu barədə də mütəlif işlər görülməkdədir.
Mədəniyyət
və
Turizm
naziri
prezidentin
ölkə
turizm
infrastrukturunun inkişafına xüsusi diqqət yetirdiyini bildirərək, onun bu
sahəni iqtisadiyyatın prioritet istiqamətlərdin biri kimi elan etdiyini diqqətə
çatdırır: "Bu gün Azərbaycanda turizmin demək olar ki, bütün növləri var və
bunların arasında mədəniyyət, ekologiya və ekstremal turizm sahələri xüsusi
yer tutur. Ölkə başçısının sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin
yaradılmasından sonra Azərbaycanın zəngin mədəniyyətinin turizm
vasitəsilə dünyaya yayılması və təbliğ edilməsi üçün böyük işlər görülür".
Qeyd etmək lazımdır ki, ölkəmizə gələn turistlərin sayı ilbəil artır.
Getdikcə bu rəqəm daha da artacaq. Yataq yerlərinin sayının çoxaldılması
üçün yeni mehmanxanaların tikintisi nəzərdə tutulub və hazırda da bu iş
davam edir. Qeyd etmək lazımdır ki, hazırda dünyanın bir çox ölkələri
Azərbaycanın sosial-iqtisadi vəziyyətinin sürətlə inkişaf etdiyini nəzərə
alaraq ölkəmizdə potensial turizm bazarının axtarılması məqsədilə böyük
işlər görür. Bu il keçirilən sərginin xüsusi əhəmiyyət daşıdığını qeyd
edərək, ilk dəfə olaraq sərgi çərçivəsində yeni layihə olan "Hotel Biznesi"
üzrə Azərbaycan HOTEL EXPO sərgisinin keçirilməsinin mehmanxana və
hotelçilik işinin təkmilləşdirilməsi üçün böyük əhəmiyyəti olduğunu
söyləmək olar. Qeyd edək ki Beynəlxalq "Turizm və Səyahətlər" Sərgisi
önəmli meyarlardan biridir, bu sərgini təşkil etmək fikri Azərbaycanda
turizm sektorunun fəal inkişafı və bunun nəticəsində yeni mehmanxanalar
və düşərgələrin tikilişi, mövcud mehmanxanaların bərpası ilə əlaqədar
meydana gəlib ilk sərgidə isə 14 şirkət iştirak edir. Göründüyü kimi
debütünə baxmayaraq, sərgi aparıcı xarici istehsalçıların böyük marağına
səbəb olub və sonrakı illərdə iştirakçıların sayının artacağı şübhəsizdir.
Xidmətlərin səviyyəsini artırmaq üçün dövlət tərəfindən lisenziyalaşdırma
və sertifikatlaşdırma işinin aparıldığını diqqətə çatdırmaq lazımdır. bu
140
yaxınlarda Mehmanxana və Hotelçilik Assosiasiyasının yaradılacağını da
söyləmişdir.
2. Sahibkarlığın müxtəlif növləri ilə məşğul olmaq üçün dövlət orqanları
tərəfindən xüsusi icazə (lisenziya) olması çox vacibdir. Əvvəllər ölkədə 240-dan
çox fəaliyyət növünə lisenziya verilməsi tələb olunurdu. Lisenziya qısa müddətə
(2 ilə) verilirdi. Məsələn, lisenziya rüsumu turizm fəaliyyətinə görə 2000 $ idi. Bu
məbləğin çsox olduğuna görə, bəzi turizm firmaları lisenziya almırdı, turizm
fəaliyyətində əldə etdiyi gəlirdən vergi də vermirdi. Yeni qaydaya görə turizm
sahəsində lisenziya rüsumu 4 dəfə azalmış və onun müddəti isə 2,5 dəfə
uzanmışdır. Artıq heç bir turist firması riskə gedib, lisenziyasız fəaliyyət
göstərməz.
Lisenziya verilməsi dövlətin hər hansı bir sahibkarlıq fəaliyyətini tənzimləməsi
deməkdir. Dövlət sahibkara turizm sahəsində fəaliyyətə icazə vermək üçün
müəyyən şərtlər qoyur. Məsələn, sahibkarın bu sahədə təhsili və təcrübəsi, otaqları,
informasiya texnologiyaları (telefon, telefaks, kompüter və s.), dəqiq turist
marşrutları, mehmanxana, nəqliyyat müəssisələri ilə müqavilələri olmalıdır. Əgər
turfirma xaricə turist göndərirsə, deməli onun göndərdiyi turistləri qəbul edən
ş
irkətlərlə müqavilələri olmalıdır.
2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanda lisenziyanın verilmə
qaydaları, müddəti, lisenziyanın tələblərinə və şərtlərinə nəzarət, lisenziya
fəaliyyətini dayandırmaq və ləğv etmək qaydaları öz əksini tapmışdır.
Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı
tərəfindən qəbul edilir, xüsusi kitabda qeyd alınır, baxılır, çatışmamazlıqlar və ya
imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec
olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Ərizəçiyə lisenziya
verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5
gün müddətində yazılı məlumat verilir. Lisenziya verilməsindən yalnız qanunla
nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyə
uyğun olaraq məhkəməyə şikayət ərizəsi verilə bilər.
Dostları ilə paylaş: |