Mövzu 2. Marketinqin ətraf mühiti
Plan:
2.1. Marketinqin ətraf mühiti amilləri
2.2. Marketinqin makromühiti
2.3. Marketinqin mikromühiti
2.1. Marketinqin ətraf mühiti amilləri
Müəssisənin marketinq fəaliyyəti, digər iqtisadi fəaliyyət növləri kimi, marketinq ətraf mühiti adlanan müəyyən mühitdə baş verir. Marketinqin ətraf mühiti dedikdə müəssisənin bazar fəaliyyətinə, istehsal-satış fəaliyyətinə təsir edən subyektlərin və amillərin məjmusu başa düşülür.
Marketinqin ətraf mühit amillərinə verilən tərifdən göründüyü kimi, onun tərkibi çox rəngarəng və müxtəlifdir. Onların hər biri marketinqə müxtəlif jür təsir edir. Buna görə də həmin amillərin təsnifləşdirilməsi və onların marketinqə təsir dərəjəsi-nin aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir.
Müəssisənin marketinq fəaliyyətinə təsir edən subyektlərin və amillərin milli iqti-sadiyyatın səviyyəsinə aid olmasına görə marketinqin ətraf mühiti makromühit amillərinə və mikromühit amillərinə bölünür.
Marketinqin makromühit amillərinə milli iqtisadiyyatın makro səviyyəsinə aid olan, yalnız müəssisənin bazar fəaliyyətinə deyil, bütün bazar subyektlərinin fəaliyyətinə təsir edən qlobal amillər aiddir. Bura sosial-iqtisadi mühit, siyasi-hüquqi mühit, təbii mühit, mədəni mühit, texnika və texnologiya mühiti və joğrafi mühit amilləri aiddir.
Dostları ilə paylaş: |