vivo
Morq küçəsində qətl
26 |
s ə h i f ə
birinin qabağında heç bir avadanlıq qoyulmadığından tamamilə
görünürdü. Digər pəncərənin aşağı tərəfi isə çox iri bir çarpayının
başlığı ilə tutulmuşdu. Birinci pəncərə içəridən möhkəmcə bağlan-
mışdı. Onu açmaq cəhdləri heç bir nəticə vermədi. Pəncərənin
çərçivəsində sol tərəfdən burğu ilə deşik açılmışdı. Onun içində
düz axıra kimi vurulmuş iri bir mismar vardı. O biri pəncərəni
yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mis-
mar gördük. Bu pəncərəni də açmaq cəhdi baş tutmadı. Bundan
sonra polis tamamilə arxayın olub ki, qatil bu yolla qaçıb canını
qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb pəncərələri
açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə yoxladım, çünki
mənim qarşımda bir vəzifə dururdu, o da zahirən qeyri-mümkün
olan bir işin, həqiqətdə mümkün olduğunu sübut etmək idi. Belə-
liklə, mənə təcrübə lazımdır,
–
deyə düşündüm. Qatillər hökmən
bu pəncərələrdən birindən qaçıblar. Belə olan surətdə onlar pəncə-
rə çərçivələrini içəri tərəfdən təzədən bağlaya bilməzdilər. Çünki
pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən polis bu istiqamət-
də öz axtarışlarını dayandırıb. Deməli, onlar öz-özünə bağlanır-
mış. Başqa nəticəyə gəlmək də mümkün deyil. Boş pəncərəyə
yaxınlaşdım, bir qədər çətinlikdən sonra mismarı çıxartdım və
çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim kimi, açılmadı
ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.
Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxma-
yaraq, mülahizəmin bu təsdiqi məni inandırdı ki, elə ilk güman-
larım da düz imiş. Diqqətli axtarışdan sonra tezliklə gizli yayı
aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni
qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum
və onu diqqətlə nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam
onu yenidən bağlaya bilərdi. Belə ki, cəftə öz-özünə işə düşərdi,
lakin mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və
mənim təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda
vivo
Morq küçəsində qətl
27 |
s ə h i f ə
qatillər o biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək
olar ki, pəncərələrin hər birində cəftə eyni olub, fərq ya mismar-
larda və yaxud onların necə vurulmağında idi. Döşəyin üstünə
çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçi-
vəsini diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım
və onu basdım, bu da gözlədiyim kimi eynən o biri pəncərədəki
cəftə kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri mismar
kimi iri idi və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin
mənim çətinliyə düşdüyümü zənn edirsiniz, belə düşünürsüzsə,
induktiv metodun mahiyyətini düz başa düşməmisiz. İdmançıların
diliylə desək, həmişə hədəfə düz vurmuşam. İndi də düz yolda-
yam. Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri
son nöqtəyə qədər araşdırmışam. Həmin o son nöqtə mismarla
nəticələnib. Yenə sizə deyirəm, o mismar hər cəhətdən, qonşu
pəncərədəki mismara oxşayır, amma bu dəlil (özünün bütün inan-
dırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar
rolunu oynayır. Mismara nə isə olub,
–
deyə düşündüm və ona
toxunan kimi mismarın başı azacıq taxta ilə qopub əlimə düşdü.
Görünür, sınıb orada qalmışdı. Qırıq köhnə idi (çünki ucları pas-
lanmışdı) və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic zərbələri pəncə-
rəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf əymişdi.
Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə çarpmır-
dı. Yayı basaraq, pəncərəni ehmalca bir qədər yuxarı qaldırdım.
Öz yerində möhkəmcə oturan mismarın başı çərçivə ilə yuxarı
qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı ki, guya
mismar bütövdür. Müəmmanın, beləliklə, bu hissəsi aydınlaşır.
Qatil qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb. Çərçivə aşağı
düşərkən çərçivə öz-özünəmi, ya kiminsə köməkliyi ilə işə düş-
müş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı görməyə-
rək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı axtarışları-
nı mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti məsələ
vivo
Morq küçəsində qətl
28 |
s ə h i f ə
qatilin aşağı necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin
ətrafını gəzərkən düşünmüşdüm. Haqqında söhbət gedən pəncərə
yerindən beş fut yarım aralı ildırımötürən keçir. Həmin ildırımötü-
rəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.
Pəncərədən içəri keçmək haqqında isə danışmağına dəy-
məzdi. Bununla belə, dördüncü mərtəbədəki parisli dülgərlərin
“ferrades” adlandırdığı pəncərə qapaqları nəzərimdən qaçmadı.
Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara
hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez
rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşa-
yır, fərqi ondadır ki, aşağı hissəsi döyülmüş şəbəkə formasında
olub, əllə tutmaq üçün çox münasibdir. Haqqında danışdığımız
pəncərə qapaqlarının eni üç fut yarımdır.
Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq vəziy-
yətdədir, necə deyərlər, divarlarla müqayisədə düzbucaq altında
durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa tərəf-
dən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə baxdığın-
dan, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da lazimi
diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə əmin
olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar.
Mənə aydın oldu ki, qabağında çarpayı olan pəncərənin
qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən
pəncərəyə qalxmaq olardı. İki fut yarımlıq (indi fərz edək ki, pən-
cərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq şə-
bəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni buraxıb ayaq-
larını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq
olduğunu da zənn etsək, özünü içəri sala bilərdi. İstərdim ki, bu
qədər cəhdli, çətin bir əməliyyatın baş tutması üçün fövqəladə də-
rəcədə çevikliyin tələb edildiyini yaddan çıxarmayasınız. Məqsə-
dim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir. Ikinci
və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz
–
bu işin
Dostları ilə paylaş: |