51
mə`lumatlarımızı müntəzəm olaraq onlara veririk.
Bunlar da özlərini onların yerində təsəvvür edir və
soruşduğumuz
suallara
cavab
verirlər.
Bizim
nəzərimizcə, bu beş nəfərin cavabları onların həqiqi
fikirləri ilə 70% uyğun gəlir. Səni də maraqlandırırsa,
təcrübə üçün istədiyin sualı verə bilərsən. Necə ki,
Nəcəfdəki alimlə görüşüb ona maraqlı suallar
vermişdin.
Mən də onun bənzərinə yaxınlaşaraq dedim:
Ustad, hökumət sünni olduğu üçün onlara qarşı
müharibə etmək caizdirmi?
O, bir az düşündükdən sonra:
Xeyr, sünni olduğu üçün hökumətlə müharibə etmək
caiz deyildir. Bütün müsəlmanlar qardaşdırlar. Ancaq
onlar ümmətə zülm və işgəncə versələr, onda qiyam
edə bilərik. Biz müharibəni əmr be məruf və nəhy əz
münkər şərtlərinə uyğun olaraq etməliyik. Zülmdən əl
çəkərlərsə, biz də onlardan əl çəkərik.
Ustad, yəhudilərin və xristianların murdar olması
məsələsinə münasibətinizi bilmək istəyirəm?
Əlbəttə olar. Bəli, onlar murdardırlar. Onlardan
qorunmaq lazımdır.
Nə üçün?
Onlar bizi kafir bilirlər. Peyğəmbərimizi inkar edirlər.
Biz də bunun əvəzində onlara bu cür münasibət
bəsləyirik.
Ustad, təmizlik imandandır, elə deyilmi?
Bəli!
Elə isə nə üçün Həzrəti Əlinin məqbərəsinin ətrafında
təmizliyə riayət olunmur?
52
Həqiqətən təmizlik imandandır. Ancaq nə etmək olar
ki, bə`zi şiələr təmizliyə riayət etmirlər.
Nazirlikdə görüşdüyüm bu şəxsin cavabları eynilə şiə
aliminin cavabları kimi idi. Onun Nəcəf alimi ilə olan
uyğunluğu məni heyrətləndirdi. Üstəlik farsca da
bilirdi.
Katib dilləndi:
Sən o birilərinə də sual verə bilərsən. Əmin ola
bilərsən ki, onlar nə qədər bir-birilərinə bənzərdirlər.
Şeyxül İslamın necə düşündüyünü bilirəm. Çünki
İstambuldakı ustadım Əhməd əfəndi onun haqqında
mənə çox danışmışdır.
Onda buyur, onun oxşarına sual ver.
Mən Şeyxül İslamın oxşarına yaxınlaşıb dedim:
Xəlifəyə itaət etmək vacibdirmi?
Bəli, Allaha və Peyğəmbərə itaət olunduğu kimi,
xəlifəyə də itaət olunmalıdır.
Bunun üçün dəliliniz vardırmı?
Haqq-Taalanın bu ayəsini eşitməmisənmi? “Allaha,
onun peyğəmbərinə və sizdən olan əmr sahiblərinə
itaət edin!”
Heç ola bilərmi ki, Allah biz müsəlmanlara, qoşunu
ilə Mədinəyə hücum edən, Peyğəmbərimizin əziz
nəvəsi Hüsyeni şəhid edən Yezidə və şərab içən Vəlidə
itaət etməyi əmr etsin?
Oğlum, Yezid Allah tərəfindən mö`minlərin əmiri idi.
O, Hüseyni öldürməyi əmr etməmişdir. Sən şiələrin
yalanlarına inanma, kitabları yaxşı oxu. Əgər o, bu işdə
xəta etdisə də, sonradan tövbə etdi. Mədinəyə hücum
etməsi də bu şəhər əhalisinin itaətdən çıxıb, azğınlıq
53
etməsi ilə əlaqədar idi. Vəlidə gəldikdə isə, bəli, o, fasiq
idi. Lakin xəlifəyə təqlid etmək yox, onun şəriətə uyğun
əmrlərinə itaət etmək vacibdir.
Bu sualları Əhməd əfəndiyə verdikdə, çox cüz`i bir
fərqlə cavab vermişdi. Sonra katibə dedim:
Bu bənzərlərin hazırlanmasının hikməti nədir?
Biz bu üsulla istər sultan olsun, istər şiə və yaxud
sünni, müsəlman alimlərinin düşüncə qabiliyyətini
öyrənirik. Siyasi və dini mövzularda onlarla mübahisə
etməkdən əlavə, lazımi tədbirlər hazırlamağa da
çalışırıq. Məsələn, düşmən əsgərlərinin hansı tərəfdən
hücum edəcəyini bildikdə, əks tədbir olaraq,
əsgərlərimizi o istiqamətdə yerləşdiririk. Onların hansı
tərəfdən hücum edəcəyini bilməsək, dörd bir tərəfə
yayılaraq, məğlub olarıq. Müsəlmanların din və
məzhəblərinin haqq olduğuna dair gətirdikləri dəlilləri
bildikdən sonra, onların sübutlarını puç edə biləcək əks
tədbirlər planı hazırlayır və bu dəlillərlə onların
əqidələrini sarsıda bilirik.
Sonra katib mənə adı çəkilən mövzulara dair hərbi,
maliyyə, maarif və dini sahələrlə əlaqəli, aparılan
mütaliə və planların nəticələrini əhatə edən min
səhifəlik bir kitab verdi. Kitabı evə gətirdim. Evdə
olduğum müddətdə kitabı başdan sona qədər mütaliə
etdim. Kitab çox maraqlı idi. Müxtəlif mövzular,
mühüm sorğu-suallar və incə məsələlərdən ibarət idi.
Katibin dediyi kimi, bu beş nəfər bənzərin cavabları
əsillərin dediklərinin 70%-i ilə uyğun gəlirdi. Kitabı
oxuduqdan sonra dövlətimə olan e`timadım bir az da
artdı və Osmanlı imperatorluğunun yaxın gələcəkdə
54
dağıdılması planlarının hazırlandığını anladım. Katib
mənə bildirdi ki, işğal etdiyimiz və ya edəcəyimiz
dövlətlər üçün də buna bənzər planlarımız var. Mən
söhbət əsnasında soruşmuşdum ki, bu cür mö`tədil
adamları necə hazırlaya bildiniz?. O cavabında belə
demişdi: “Bütün dünya ölkələrindən casuslarımız bizə
mütəmadi mə`lumatlar göndərirlər. Gördüyün bu
şəxslər öz işlərində yüksək səviyyəli mütəxəssisdirlər.
Təbii bir haldır. Sən də kiminsə bildiyi mə`lumatlara
malik olsan, bu halda onun kimi düşünər və onun kimi
hökm çıxara bilərsən. Onda sən də o şəxsin bənzəri
kimi olursan. Bu sənə deyəcəyimiz birinci sirr idi. İkinci
sirri
bir
aydan
sonra
kitabı
təhvil
verəndə
söyləyəcəyəm”.
Mən kitabı hissə-hissə, əvvəldən axıra qədər diqqətlə
oxudum. Bu kitabın sayəsində müsəlmanlar haqda olan
mə`lumatım
bir
az
da
artdı.
Onların
necə
düşündüyünü, zəif nöqtələrini, üstünlüklərini və
müsbət cəhətlərinin zəiflədilməsi üsullarını mükəmməl
şəkildə öyrəndim. Kitabda qeyd olunan zəif nöqtələr
aşağıdakılardan ibarətdir:
İxtilaflar;
sünni və şiə;
sultan və xalq;
Osmanlı və İran;
alimlər və dövlət;
Çox az bir hissə istisna olmaqla, müsəlmanlar
savadsız və cahildirlər;
Kütləvi
mə`nəviyyatsızlıq,
savadsızlıq
və
düşüncəsizlik;
Dostları ilə paylaş: |