A. S. Puşkin daha sonra yazır:
«Hamam sahibi məni kisəçi tatara (azərbaycanlıya - M. M.) təhvil verdi. O, mənim qayğımı çəkməli
idi. Həsən (bu tatarı belə çağırırdılar) öz işinə başladı, yonulmuş daş döşəməyə məni uzatdı, sonra da
qabırğalarımı ovxalamağa, oynaqlarımı gərməyə, yumruğu ilə bərkdən vurmağa başladı. Mən cüzi
ağrı belə hiss etmirdim, əksinə xüsusi bir ləzzət hiss edirdim. Asiyalı kisəçilər bəzən çuşa gələrək
çiyinlərin üstünə çıxırlar, ayaqları ilə ombalarda sürüşürlər və kürəkdə çöməlirlər. Bundan sonra yun
kisə ilə uzun müddət bədənimi sürtdü, isti su ilə məni yaxaladı və kətanda köpüklənmiş hava şarı ilə
yumağa başladı. Dil ilə deyilməyən duyğudur: isti sabun hava kimi üstünə püskürür. Sabun
püskürməsindən sonra Həsən məni hamama saldı və mərasim sona yetdi».
1812-ci ildə İrana göndərilən Rusiya diplomatı Vilhelm fon-Freyqanq və onun arvadı Frederika fon-
Freyqanq yazırlar:
«Tiflis hamamları çox gözəldir. İsti su qayadan qaynayaraq hovuza özü tökülür. Suda böyük miqdarda
kükürd vardır, revmatizm, səpmə, qaşınma və yaraları sağaltmaq üçün çox müalicəvidir. Şəhər kənarı
yerdə (hamamların əksəriyyətinin yerləşdiyi Seyidabad məhəlləsi nəzərdə tutulur) ona qədər hamam
var ki, onlar da bir növ yuxarı və aşağı temperaturdadır.
Hamamlar mağaralarda qurulmuşdur. İlk dəfə aşırımlı bir neçə lampanın zəif işıqlandırdığı qaranlıq
salona daxil olursan. Orda xalçaların sərildiyi iki taxt durur. Taxtda istədiyin palaz sərilir ki, onun
üstündə də bir neçə vaxt dincəlib çimməyə hazırlaşırsan. İki-üç aşırımlı salonu keçəndən sonra
hamama daxil olursan və dönmədən su kranı vasitəsi ilə doldurulan hovuza girirsən. Ən qaynar su
olan hovuz son aşırımlı salondadır. Hovuz, eləcə də onun vasitəsi ilə bu hovuza düşdüyün pilləkan da
qayada yonulmuşdur.
Gürcülər, əlalxüsus, varlı-hallı gürcü qadınları həftədə bir dəfə bütün günü və əksər hallarda
gecələri də hamamlarda keçirirlər. Birinci aşırımlı salonda onlar taxtda yayxınaraq saçlarını və
dırnaqlarını boyadırlar. Yaşlı gürcü qadınları da saçlarını boyadığına görə hörükləri kəhrəba kimi
qaradır. Orda onlar üzlərinə ənlik-kirşan çəkirlər. Qaşlarını boyayıb sürmə çəkirlər və sair. Bunlar
olmadan burda gözəlliyi təsəvvür etmək çətindir. Bu, onlar üçün böyük gündür, ağrı və məhəbbət
günü».
Fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət edərkən yazdığı «Qafqaz» əsərində Tiflis
hamamları barəsində qeyd edir:
«Qafqazda mineral sular var. Onların istiliyi 65 dərəcəyə çatır. Onlar soyuq dəyməyə xeyirlidir və
yalnız buxar şəklində istifadə olunur. Hovuzda yuyunan mələfəyə bürünərək uzanır, mələfənin
uclarından dörd nəfər tutur. Yuyunma 6-8 dəqiqə davam edir. 10 dəqiqə yalnız ən sağlam hamam
həvəskarları dözə bilir. Həmin ildə faciəli şəkildə erməni yepiskopu öldü. Utandığından o,
proseduranı bilən şəxsləri mələfənin uclarından tutmağa icazə verməmiş, onları 4 nəfər diakon (aşağı
dərəcəli keşiş) əvəz etmişdir. Onlardan birinin diqqətsizliyi üzündən mələfənin ucu əlindən çıxmış və
yepiskop aşağı yumalanaraq qaynar suya düşmüşdür. Xidmətçilər bərkdən qışqıraraq onu oradan
çıxartmağa cəhd etsələr də öz əllərini yandırmışlar. Onların hay-küyünə hamamçılar gələrək
yepiskopu hovuzdan çıxartsalar da artıq gec idi, yepiskop yanmışdı».
Jozef Piter Turneforun qravüründən bir fraqment.
Çar bağının bir görünüşü. XVIII əsrin əvvəlləri
S.Kişmişov «Nadir şahın Herata, Qəndahara, Hindistana yürüşü və onun ölümündən sonrakı
hadisələr» kitabında yazır:
«Sentyabrın 13-də Şah Tiflisə gəldi. O, Gəncə qapısı yaxınlığında dayanıb öz yaxın adamlarının
məsləhəti ilə özünün əzab çəkdiyi xacəliyindən müalicə olmaq ümidi ilə Çar hamamında çimdi. Lakin
onun xəstəliyinə, mənbələrin verdiyi məlumata görə, bulaqlar kömək etmədi. O, qəzəblənərək hamamı
yerli-dibli uçurmaq əmrini verdi».
Turneforun qravürü. Tiflis 1701-ci ildə
J. Turnefor «Şərq ölkələrinə səyahət» əsərində yazır:
«Saraydan, elə oradaca yerləşən hamamlara baş çəkməyə getdik. Burada dözüləsi temperaturda
ləzzətverici isti sular var. Təxminən Ərzurum yaxınlığındakı İlçə suları kimidir. Tiflis hamamlarında
qaynar sulardan başqa isti və soyuq sular da var. Hamamlar yaxşı təşkil olunmuşdur və şəhərlilər
üçün həm də gap etmək yeridir».
Hovuzxana – Qalada yer. 1708-ci il hüdud sənədlərinə uyğun olaraq hardasa Çarşı bazarının
yaxınlığında yerləşirdi.
İlanlı cala – Betaniya və Sğnet yaxınlığında cala.
İraklinin hamamı – İndiki Qorqasal küçəsində Balneoloji kurortun yerində olub. Bu hamam II
İraklinin arvadı Dariyanın (Darecanın - M.M.) adını da daşımışdır.
İrəvan meydanı – Tiflisin əsas meydanı. Bu meydanın əsr yarımdan çox tarixi var. Meydan yaxın
keçmişdə şəhərin qala barısının kənarında boş bir biyabanlıq idi. İndiki Leselidze küçəsinin Azadlıq
meydanına birləşdiyi yerdə şəhərin əsas darvazalarından (Kocor) biri dururdu. Buradan iki yol
başlayırdı. Onlardan biri şimala doğru, indiki Rustaveli prospekti istiqamətində, o birisi isə indiki
Georgi Leonidze küçəsi istiqamətində Kocora doğru gedirdi. Sololak dərəsindən gələn yağış, qar
suları burdan keçərək Kürə tökülürdü.
XIX əsrin məşhur gürcü tarixçisi Platon İoselianinin verdiyi məlumata görə, indiki meydanın şimal
tərəfində təxminən indiki İncəsənət Muzeyinin yerində XVII əsrin sonlarında çar karvansarası
dururdu. O kifayət qədər böyük olub. 80-ə qədər yatacaq yeri var imiş. Vaxuşti tərəfindən və 18-ci
əsrin 80-ci illərində tərtib olunmuş Tiflis planında meydanın ərazisi cənubdan və şimaldan bağlarla
əhatə olunmuşdu. Vaxuştiyə görə, burada çarın, çariçanın və mamasaxlisin (kəndxudanın) bağları var
idi. İ.Paskeviçin 1785-ci il tarixli planında çar və çariçanın bağlarından başqa şahzadə Georginin də
bağı qeyd edilmişdir. Vaxuşti Baqrationi bu yerlərdə yeganə bina göstərmişdir ki, onu da «Bejanın
karvansarası» adlandırır. İndi həmin yerdə şəhər bələdiyyə idarəsinin binası yerləşir.
1825-ci ildə Yakov Zubalaşvili Türküstanisşvilidən aldığı torpaq sahəsində, meydanın şimal
tərəfində mehmanxana tikir. Sonralar, 1838-ci ildə binanı patriarxlıq dini seminariyanı və sinodu