Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə10/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Texnoloji sxemin izahı. Turş superfosfatın neytrallaşması üçün ammonyakın tətbiqi superfosfatın əvvəlcədən əhəngdaşı ilə neytrallaşmasını aradan qaldırır.

dənəvərləşdirilmiş ammonyaklaşdırılmış superfosfat istehsalının texnoloji sxemi şəkil 11-də verilmişdir. 55-650C-yə qədər qızdırılmış sulfat turşusu basqı çənindən (4) turşu qarışdırıcısına (2) göndərilir, burada turşu 68-68,5%-ə qədər durulaşdırılır. Sonra sərfölçəndən (3) keçərək fasiləsiz olaraq qarışdırıcıya daxil olur. Burada çəki dozatorundan (5) keçərək (1) bunkerdən daxil olan fosforitlə qarışdırılır. Qarışma zamanı əmələ gələn xamaşəkilli horra 110-1150C-də fasiləsiz olaraq superfosfat kamerasına (8) daxil olur.

Şək.11. Ammonyaklaşdırılmış superfosfat istehsalının texnoloji sxemi:

1,17–bunker; 2–turşu qarışdırıcısı; 3–sərfölçən; 4–basqı çəni; 5–çəki dozatoru; 6–qarışdırıcı; 7–mərkəzi boru; 8–superfosfat kamerası; 9 –frezer bıçaqları; 10,18–səpələyici; 11,16 – qreyfer kranı; 12–absorbsiya qülləsi; 13–ventilyator; 14–ammonyaklaşdırıcı; 15–nəqledici
fosforitlə sulfat turşusunun qarışdırıcıda başlayan parça-lanma reaksiyası kamerada davam edir. Superfosfat horrası bərkidikdən sonra frezer bıçaqları (9) ilə doğranır. Xırdalanmış superfosfat mərkəzi boru (7) ilə kameradan xaric olur və lentli nəqledici ilə anbara verilir. Nəqledicidən superfosfat kəsəkləri səpələyiciyə (10) daxil olur. Bu zaman nəmliyin müəyyən hissəsi buxarlanır və superfosfat soyuyur.

Kameradan çıxan flüortərkibli qazlar su və yaxud duru-laşdırılmış silisiumheksaflüorid turşusu ilə suvarılan absorbsiya qülləsinə verilir. Absorbsiya qülləsində 8-10%-li H2SiF6 məh-lulu alınır. Yetişmiş turş superfosfat iki dəfə xırdalandıqdan sonra ammonyaklaşdırma şöbəsinə verilir. Burada paylayıcı nəqledici və qidalandırıcının köməyi ilə (15) ammonyaklaşdırıcı-bara-bana ötürülür. Maye ammonyak anbardan buxarlandırıcı şöbəyə göndərilir. Buxarlandırıcıda isti su ilə qızdırılmış maye ammon-yak qaz halına keçir. Qazşəkilli NH3 buxarlandırıcıdan ammon-yaklaşdırıcı–dənəvərləşdiriciyə superfosfat layının altına daxil olur.

Neytrallaşdırılmış məhsul ammonyaklaşdırıcı–dənəvərləşdiricidən nəqledici vasitəsilə anbara verilir. 3–4 gün müddə-tində qreyfer kranı (16) vasitəsilə 3–4 dəfə qarışdırılır. Bu zaman superfosfatın temperaturunun aşağı düşməsi onun qablaşdırılmasına qədər gübrənin fiziki xassələrinə müsbət təsir göstərir. 3–4 gün müddətində 3 dəfəli qarışdırılmadan sonra 28–320C-ə qədər soyudulmuş ammonyaklaşdırılmış superfosfat yaprıxmır və 3–4 ay müddətində öz səpələnmə qabiliyyətini saxlayır.

Soyumuş gübrə kranla bunkerə, sonra nəqledicinin köməyi ilə ələyə göndərilir. Ələkdə fraksiyalara ayrılaraq qablaş-dırılır. Iri fraksiyalar xırdalayıcıdan sonra ələnməyə qaytarılır. Ammonyakın istifadə dərəcəsi 93–96% təşkil edir. ammonyak-laşdırıcıdan çıxan tərkibində 5–8 qr/m3 NH3 tüstü qazı absorbsiyaya göndərilir.

Tərkibində NH3 və superfosfat tozu olan ammonyaklaşdırıcı–dənəvərləşdiricidən (14) çıxan qazlar skrubberdə təmizlənir. Yuyucu sular skruberdən tutuma daxil olur. Su şəffaflaş-dıqdan sonra ammonyaklaşma şöbəsinə və superfosfatın nəm-ləndirilməsi üçün dənəvərləşməyə verilir. 1 ton ammonyaklaşdırılmış dənəvərləşdirilmiş superfosfat almaq üçün 1,02 ton turş superfosfat və 190 kq ammonyak sərf olunur. Alınan məhsulun tərkibi təqribən (%)–lə; P2O5üm– 16,0–16,8; P2O5mən. – 15,0–15,5; P2O5 ş.h.o.–11,5–12; azot – 1,7–1,8 nəmlik – 7–8,5, ölçüsü 4 mm artıq olan hissəciklər – 9–10; ölçüsü 5 mm artıq olan hissəciklər – 5,0–6,0. Hazır məhsulda fosforitin parçalanma dərəcəsi – 91–93%, 250C–də ammonyaklaşdırılmış superfosfatın hidroskopik nöqtəsi 75–80% -dir.

Qara–Tau fosforiti əsasında alınmış superfosfatın ammon-yakla pH–4–4,5-ə qədər neytrallaşması mənimsənilə bilən P2O5–i aşağı salmır. suda həll ola bilən P2O5 isə yalnız 12–18% aşağı düşür və mənimsənilə bilən P2O5 73–88% təşkil edir. Alınan superfosfatın tərkibində azotun miqdarı 0,7–1,4% təşkil edir. Ammonyaklaşma zamanı ayrılan neytrallaşma istiliyi hesabına məhsulun nəmliyi 4-5% aşağı düşür. Qara-Tau fosforiti əsasında alınan superfosfatın ammo-nium şorası və karbamidlə ammonyaklaşdırılması zamanı yaxşı fiziki və aqrokimyəvi xassələrə malik, tərkibində 20–21% qida elementi, o cümlədən də 5–6% azot olan mürəkkəb dənəvər-ləşdirilmiş gübrə alınır.

Təbii fosfatların sulfat turşusu və ammonium sulfatla emalı zamanı tərkibində 6–10% N və 10,5–14% mənimsənilən P2O5 olan azotlu – fosforlu gübrə alınır. Qara-Tau fosforitinin əvvəlcədən 3500C–də közərdilməsi onun sulfat turşusu və ammonium sulfat qarışığı ilə parçalanmasını sürətləndirir. 1 saat ərzində onun 3 hissə–H2SO4 və 1 hissə–(NH4)2SO4 qarışığı ilə parçalanma dərəcəsi 99%-ə çatır.



Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə