110
Bunlarla bərabər, yazıçı hökmən təkrar olaraq tarixi romanlara qayıtmaq
fikrində idi. Odur ki, Pyotrun hakimiyyətinin ilk illərindən bəhs edən "Brın meĢəsi"
adlı 2 cildlik romanını 1846-cı ildə yazıb tamamladı və tezliklə çap etdirdi. Əlbəttə,
bu əsərdə də "Yuri Miloslavski" talantının gücü hiss olunurdu. Oxucular isə
yazıçının Miloslavskiyə görə qazandığı qələbəni bu yeni kitabla yerə vurmaq
istəmirdilər. Ədalətlə baxılsa, görünər ki, bu kitab heç nəylə ilk tarixi romandan
geridə qalmır. Sadəcə əsas iĢ onda idi ki, o ilk yazılmıĢdı; onun yerinə bu kitab
əvvələ düĢsəydi, onda uğur bu yeni kitabın olacaqdı. Yazıçının Ģirin dili və üslubu
onun səmimi, açıq xasiyyətindən xəbər verirdi. Bu səmimiyyət və təbiilik o dərəcədə
idi ki, qəhrəmanların acı taleyinə hönkür-hönkür ağlayar, günlərlə özünə gələ
bilməzdi. Qəhrəmanlarına olan bu qəlb bağlılığı oxucularla da onun könül
yaxınlığına səbəb oldu.
Zaqoskin böyük irs qoyub getmiĢdir. 29 cildlik roman, povest, hekayə, 17
komediya və 1 vodevil.
Müasirlərinin söylədiyinə görə onun qapqara gözlərində səmimiyyət
qığılcımları oynaĢır, onun xasiyyətinin əsas əlaməti olan xeyirxahlıq da elə bu
gözlərdən aĢıb daĢırdı.
Dostu və bioqrafi yazıçı Sergey Aksakov onun xatirəsinə həsr etdiyi
məqaləsində yazır: Zaqoskinin xarakterinin əsas keyfiyyəti bunlar olmuĢdu: vicdanlı
olmaq, Ģənlik, qeyri-məhdud dairədə xeyirxahlıq və hər Ģeyə inanmaq. Sonuncu
xasiyyətini "uĢaq xasiyyəti" adlandırsalar da insanlar çox vaxt belə adamlara hörmət
etmir, fürsət tapan kimi belə adamları aldadırlar. FikirləĢirlər ki, "düzlər elə düzdə
də qalmalıdır".
Heç kimin dalınca danıĢmaz, baĢqaları bu qüsura yol verdikdə belə bundan
xoĢlanmadığı duyulardı. Tez özündən çıxıb coĢduğuna görə bəzən istəmədən
xatirlərə dəyərdi, dərhal peĢman olar, hətta bəzən həmin adamı günlərlə arayıb tapar,
könlünü alardı.
Deyəsən, türklük, türkanəlik neçə yüz illərdi ġovkəl Akbulat oğlunun
nəsillərinin qanından heç bir damla da əskilməmiĢdi.
O TAXTINI VULKAN ÜZƏRINDƏ
QURMUŞDU. RUS ÇARI BORİS QODUNOV
Rus çarı Boris Qodunov 1552-ci ildə Kazanın istila olunduğu ərəfədə
anadan olmuĢdu. Atası ortabab mülkədar idi. Ulu babalarının Rus çarına xidmətə
gəldiyi vaxtdan artıq 200 il keçirdi. Rusun dostuna dost, düĢməninə düĢmən idilər.
Ailə elə də məĢhur ailə deyildi. Bəlkə elə gözə dəymədikləri üçün də Ġvan Qroznı
varlı və Ģanlı boyarlara divan tutanda Kostromalı Qodunovlar onun diqqətini cəlb
etməmiĢ, beləliklə qanlı repressiya onlardan yan keçmiĢdi.
Çox keçmir ki, Boris Qodunovun atası ölür, övladsız əmisi onu və bacısını
himayəsinə alır. Tezliklə bu yetim uĢaqları saraya götürürlər. Özündən kiçik bacısı