Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə79/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   75   76   77   78   79   80   81   82   ...   88
meqalem tecavuzkar separatizm pdf

 
 
 


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
68
Nəticə
 
Bütün bu deyilənlər hərbi hiylənin qələbənin təmin edilməsində nə qədər böyük rol oynadığını 
və tarixən onda baş verən forma və üsul dəyişikliklərinin birbaşa dövrün xarakteri ilə bağlılığını 
göstərir. Müasir dövrdə hərbi hiylə imkanlarının genişlənməsi ona diqqətin artırılmasını tələb edir. 
Bunları nəzərə alaraq, kadr hazırlığı zamanı, hərbçilərin döyüş hazırlığı və mənəvi-psixoloji tərbiyəsi 
məsələsində hərbi hiylə faktorunun roluna böyük diqqət yetirilməlidir.
Fikrimizcə, hərbi hiylə bacarıqlarının verilməsi zamanı əsas diqqət iki istiqamətə 
yönəldilməlidir: 
1)
düşmənin hiyləsinin vaxtında aşkar edilməsi bacarıqlarının verilməsi; 
2)
hərb işində hiylədən aktiv və yaradıcı istifadə bacarıqlarının verilməsi. 
Bununla bağlı olaraq hərbçi hazırlığında aşağıdakı faktorlara xüsusi diqqət yetirilməlidir: 

bütövlükdə hərb tarixində hərbi hiylə ilə bağlı mövcud faktların öyrədilməsi

müasir dövrdə istifadə olunan hərbi hiylə forma və üsulları haqqında biliklərin verilməsi; 

erməni qəsbkarların psixologiyası, onlarla keçmiş döyüş təcrübəsi nəzərə alınmaqla düşmən 
tərəfindən tətbiqi ehtimal olunan və ona qarşı istifadə oluna biləcək hərbi hiylə üsullarının 
araşdırılması və öyrədilməsi

tabeliyində olanlara münasibətdə istifadə oluna biləcək hərbi hiylə bacarıqlarının verilməsi; 

yeni döyüş və silah formalarının meydana gəlməsi nəzərə alınmaqla şablon düşüncənin verə 
biləcəyi zərərin öyrədilməsi; 

hərbi hiylənin intellektual potensialının dərinləşdirilməsi; 

hərbi hiyləyə yaradıcı yanaşma bacarıqlarının verilməsi. Qeyri-standart vəziyyətlərə 
yaradıcı yanaşmanın öyrədilməsi; 

informasiya müharibələri və şüuraltı təsirlərə dair müasir dövrdəki elmi-texniki imkanlar 
haqqında biliklərin verilməsi; 

hərbçilərdə şüuraltı təsirlərin şüur tərəfindən nəzarətə götürülməsi bacarıqlarının inkişaf 
etdirilməsi və s.
Bu bilik və bacarıqlar hərbçilərimizi hərbi hiyləyə fərdi yanaşmadan çox, peşəkarcasına 
yanaşmaya sövq edərək, düşmənə qarşı mübarizədə güclü bir silahla silahlandıra bilər.

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə