Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
“___ “___________2013-cü il tarixli
____nömrəli Qərarı ilə təsdiq edilmişdir
14 nömrəli əlavə
Milli parklara onlayn bilet satışı üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:
Milli parklara onlayn bilet satışı
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət milli parklara onlayn bilet satışı qaydasını nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 42-ci maddələri;
1.3.2. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 11.14-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının milli parkları və ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti (bundan sonra Departament).
1.5. Elektron xidmətin digər icraçıları:
Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Sorğunun informasiya sistemində emalı müddətindən asılıdır
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Milli parklara onlayn bilet satışı
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş:
Ödənişli.
2.2.1. Azərbaycan Respublikasının milli parklarına daxil olmaq və turistr marşurutları ilə hərəkət etmək üçün adambaşına bir biletin qiyməti gündəlik 2 (iki) manat, milli parkların yüksək dağlıq hissələrinə daxil olmaq və turistr marşurutları ilə hərəkət etmək üçün adambaşına bir biletin qiyməti gündəlik 4 (dörd) manatdır.
Bilet verilməsi üçün haqlar ödəniləcək bank hesabının rekvizitləri:
Abşeron Milli Parkı
Alan bank:
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BİK-CTREAZ 22
Alan təşkilat:
Abşeron Milli Parkı
Hesab: AZ80CTRE00000000000005407401
VÖEN: 1200159131
Xüsusi hesab: 003523/5407401
Ağgöl Mılli Parkı
Alan bank:
Kapital Bankın Ağcabədi rayon filialı
Kod: 200532
VÖEN: 9900003611
Müxbir hesab: 53228010000
S.W.İ.F.T: AIIBAZ 2X
Alan Təşkilat:
Ağcabədi Rayon Xəzinədarlıq İdarəsi
Hesab: 32050019445300201153
VÖEN: 3400050221
Ağgöl Milli Parkının VÖENİ: 3400140431
Xüsusi hesab: 06012
Altıağac Milli Parkı
Alan bank:
Kapital Bankın Xızı rayon filialı
Kod: 200242
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: BİK-AIIBAZ 2X
Alan təşkilat:
Xızı Rayon Xəzinədarlıq İdarəsi
Hesab: 32051019442400201124
VÖEN: 7800010811
Altıağac Milli Parkının VÖENİ: 7800017271
Göygöl Milli Parkı
Alan bank:
Kapital Bankın Gəncə şəhər filialı
Kod: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: BİK-AIIBAZ 2X
Alan təşkilat:
Göygöl Rayon Xəzinədarlıq İdarəsi
Kod: 210005
VÖEN: 1401555071
Hesab: AZ41NABZ013360100000000003944
S.W.I.F.T: CTREAZ 22 B/2
Göygöl Milli Parkının VÖENİ: 2300328461
Hesab: 2190603
Hirkan Milli Parkı
Alan bank:
AMRAHBANK ASC Lənkəran filialı
Kod: 508591
VÖEN: 1400064171
Müxbir hesab: AZ89 NABZ 01350100000000028944
S.W.I.F.T: AMRAAZ 22
Alan təşkilat:
Hirkan Milli Parkı
Hesab: AZ89CTRE00000000000005402001
VÖEN: 2600238281
Şahdağ Mılli Parkı
Alan bank:
Azərbaycan Beynəlxalq Bankının Şabran filialı
Kod: 805465
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Alan təşkilat:
Şabran Rayon Xəzinədarlıq İdarəsi
Hesab: AZ95İBAZ36010019449580043253
VÖEN: 990001881
Şahdağ Milli Parkının VÖENİ: 5000051201
Şirvan Milli Parkı
Alan bank:
Kapital Bankın Salyan rayon filialı
Kod: 200435
VÖEN: 9900003611
Müxbir hesab: 0137010001944
S,W.İ.F.T: BİK-AIIBAZ 2X
Alan təşkilat:
Salyan Rayon Xəzinədarlıq İdarəsi
Hesab: 32051029444300201143
VÖEN: 7000035491
Şirvan Milli Parkının VÖENİ: 7000121871
Ödəmə üsulları - bank, poçt, plastik kart, nağd və ya internet vasitəsi ilə
2.3. Elektron xidmətin istifadəçiləri:
Hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
www.e-gov.az, http://e-xidmet.eco.gov.az/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http:/www.eco.gov.az
Elektron poçt: biomuxteliflik@gmail.com
Telefon: (+994 12) 492 73 69
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Azərbaycan Respublikasının milli parklarının yüksək dağlıq ərazilərinə giriş icazəsi alınması üçün aşağıdakı sənədlərin surətləri mwvafiq quruma təqdim olunur:
2.6.1.1 şəxsiyyəti təsdiq edən sənəd;
2.6.1.2. şəxsi imza ilə təsdiq edilmiş ərizə (bu reqlamentə 1 və 2 nömrəli əlavələr);
2.6.1.3. xarici vətəndaşın Azərbaycan Respublikasında etibarlılıq müddəti bitməmiş vizası;
2.6.1.4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin icazə məktubu (ərazi Azərbaycan Respublikasının dövlət sərhədində yerləşdikdə);
2.6.1.5. fərdi anket (bu reqlamentə 3 nömrəli əlavə).
2.6.2. Yuxarıda qeyd olunan sənədlər əsasında milli parkların yüksək dağlıq ərazilərinə giriş üçün icazə verildikdən sonra aşağıdakı sənədlərin əsli Milli Parka daxil olarkən yerində təqdim olunması tələb olunur:
2.6.2.1. şəxsiyyəti təsdiq edən sənəd;
2.6.2.2. Departament tərəfindən verilmiş icazə məktubu;
2.6.2.3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin icazə məktubu (ərazi Azərbaycan Respublikasının dövlət sərhədində yerləşdikdə);
2.6.2.4. tibbi sığorta şəhadətnaməsi;
2.6.2.5. ödəniş barədə qəbz.
2.6.3. Milli parkların ərazilərinə əvvəlcədən müəyyən olunmuş tarixlərdə turistlərin səfəri üzrlü səbəbdən (əlverişsiz hava şəraiti, fors-major hallar və s.) baş tutmamışdırsa və ödəniş olunmuşdursa, bu barədə qəbz əlavə olunaraq müvafiq ərizə formalarında (bu reqlamentə 1 və 2 nömrəli əlavələr) buna dair qeyd etməklə əlavə ödəniş etmədən digər tarixdə milli parkın ərazisinə səfər edilməsinə icazə verilir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Milli parklara onlayn bilet satışı üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:
İstifadəçinin sorğusu bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçməklə formalaşdırılır. Bundan sonra müvafiq fəaliyyət növü seçilir və həmin fəaliyyət növünə uyğun açılan müraciətə bu reqlamentin 2.6-cı bəndinə uyğun olaraq tələb olunan sənədlər əlavə edilərək göndərilir.
3.2.2. Sorğunun qəbulu:
Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin milli parklara onlayn bilet satışı ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası milli parklarının və ya Departamentin aidiyyəti sektorlarına ünvanlanır.
Sorğunun icrası üzrə Azərbaycan Respublikası milli parklarının və Departamentin rəhbər şəxsləri bilavasitə məsuliyyət daşıyırlar.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə istifadəçiyə m’lumat verilir/
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və imtina üçün əsaslar olmadıqda sorğu qeydə alındığı gündən başlayaraq 2 (iki) gün müddətində milli parklara onlayn bilet satışı həyata keçirilir.
Milli parkların ərazilərinə üzrlü səbəbdən baş tutmamış səfərlərə görə olunmuş ödəniş əsasında yeni müraciətlərə baxılma müddəti Şahdağ Milli Parkının yüksək dağlıq əraziləri ilə bağlı 5 (beş) ün, digər milli parklarla bağlı 1 (gün) müəyyən olunmuşdur.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:
Yoxdur.
3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, yaxud imtina üçün əsaslar olmadıqda milli parklara onlayn bilet satışına dair qərar qəbul edilir və bilet alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının milli parkları həyata keçirir.
3.5.1. Nəzarət forması:
Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına göndərilməlidir.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
“Milli parklara onlayn bilet satışı üzrə
inzibati reqlament”ə
1 nömrəli əlavə
Fiziki şəxslər üçün
Azərbaycan Respublikasının
_____________ Milli Parkına
Azərbaycan Respublikasının ___________ Milli Parkına bilet alınması üçün
Ə R İ Z Ə
__________________________________________________________________
(istifadəçinin adı, atasının adı, soyadı)
__________________________________________________________________
Fəaliyyət növü: __________________________________________________
Fəaliyyətin həyata keçirildiyi tarix: ___________________________________
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar
Seriya və nömrə: “________”_______________________________________
Nə vaxt və kim tərəfindən verilib: ____________________________________
Ünvan: _________________________________________________________
Tel: ______________________
Faks: ______________________
Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.
_____________________ “___“____________20__
(istifadəçinin imzası)
“Milli parklara onlayn bilet satışı üzrə
inzibati reqlament”ə
2 nömrəli əlavə
Hüquqi şəxslər üçün
(Hüquqi şəxsin blankında)
Azərbaycan Respublikasının
_____________ Milli Parkına
Azərbaycan Respublikasının ___________ Milli Parkına bilet alınması üçün
Ə R İ Z Ə
__________________________________________________________________
(istifadəçinin tam adı)
__________________________________________________________________
__________________________________________________________________
(rəhbərin vəzifəsi, adı və soyadı)
Təşkilati-hüquqi forması: __________________________________________
Hüquqi ünvanı: __________________________________________________
Fəaliyyət ünvanı: _________________________________________________
Fəaliyyət növü: __________________________________________________
Fəaliyyətin həyata keçirildiyi tarix: ___________________________________
Hesablaşma hesabının nömrəsi: _____________________________________
Bankın adı: ______________________________________________________
Tel: ____________________________________________________________
Faks: __________________________________________________________
Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.
_____________________ _________________________
(istifadəçinin imzası) (rəhbərin adı, soyadı)
“___“____________20__
Qeyd: Ərizə möhürlə təsdiq olunmalıdır.
“Milli parklara onlayn bilet satışı üzrə
inzibati reqlament”ə
3 nömrəli əlavə
ANKET
Dostları ilə paylaş: |