Microsoft Word Yoluxucu x?st?likl?r


) Kəmərləyici herpes zamanı səpkilər dəridə harada lokalizasiya olunur?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

 
 
 
209) Kəmərləyici herpes zamanı səpkilər dəridə harada lokalizasiya olunur? 
A) Yuxarı ətraflarda 
B) Aşağı ətraflarda 
C) Sinirlərin gedişi boyunca 
D) Çiyinlərdə 
E) Qarın nahiyəsində 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
210) Su çiçəyinin inkubasiya dövrü nə qədərdir? 
A) 10 - 21 gün 
B) 4 - 5 ay 
C) 3 - 4 ay 
D) 1 - 2 ay 
E) 1 -  2 gün 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
211) Prion xəstəliklərinin törədiciləri hansıdır? 
A) Spiroxetlər 
B) Bakteriyalar 
C) Viruslar 
D) Rikketsiyalar 
E) Protein prionlar 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
212) Ornitozun etiotrop müalicəsində hansı preparatlar işlədilir? 
A) Levomisetin 
B) Sulfapiridazol 
C) Penisillin 
D) Doksisiklin, azitromisin 
E) Streptomisin 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
213) Aşağıdakı hansı əlamət follikulyar anginadan fərqli olaraq difteriyada 
olur? 
A) Baş ağrısının olması 
B) Halsızlıq, əzginliyin olması 
C) Qusmanın  
D) Badamcıqlarda sərt, bozumtul – ağ ərpin olması 
E) Yüksək hərarət 


 
 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
214) Difteriyanın etiotrop müalicəsində ilk əvvəl nə tətbiq edilməlidir? 
A) Difteriya əleyhinə antitoksik zərdab 
B) Reoploliqlükin 
C) Antibiotiklər 
D) Kortikosteroidlər 
E) Ürək - damar fəaliyyətini yaxşılaşdıran preparatlar 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
215) Aşağıdakı hansı əlamət infeksion mononukleozu difteriyadan fərqləndirir? 
A) Ərpin kənarının kələ - kötür olması 
B) Ərpi qopartdıqda qanaması 
C) Ərpin üzərinin hamar olması 
D) Badamcıq üzərində massiv ərpin olması və asan qopması 
E) Ərpin badamcıqlardan kənara çıxması 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
216) İnfeksion mononukleozun ən xarakterik təzahürü nədir? 
A) sinir sistemində olan dəyişikliklər 
B) nefrotik sindrom 
C) ürək - damar sistemində baş verən dəyişiklik 
D) mədə - bağırsaq sistemində olan dəyişiklik 
E) qanın morfoloji tərkibinin dəyişməsi 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
217) Beliski - Filatov - Koplik əlaməti hansı infeksiyanın patoqnomonik 
əlamətidir? 
A) su çiçəyi 
B) məxmərək 
C) qızılca 
D) skarlatina 
E) epidemik parotit 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
218) Aşağıdakı hansı əlamət skarlatina üçün səciyyəvidir? 
A) qulaqarxası limfa düyünlərinin böyüməsi 
B) qasıq limfa düyünlərinin böyüməsi 
C) çənəaltı limfa düyünlərinin böyüməsi 
D) boyun limfa düyünlərinin böyüməsi 
E) qoltuqaltı limfa düyünlərinin böyüməsi 


 
 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
219) Herpetik infeksiya zamanı nüvədaxili virus əlavələrini hansı üsulla təyin 
etmək olar? 
A) Romanovski - Gimza üsulu ilə boyama 
B) İmmunferment analiz üsulu 
C) İmmunfluoressensiya üsulu 
D) Komplementin birləşmə reaksiyası 
E) Neytrallaşma reaksiyası 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шлоссберг Д., Шульман И.  Дифференциальная диагностика инфекционных 
болезней. С.-Пб., 1999 – 306 с. 
 
220) Gözün buynuz qişa korluğunun daha çox rast gəlinən səbəbi aşağıdakı 
hansı infeksiyadır? 
A) Adenovirus infeksiyası 
B) Toksoplazmoz 
C) Botulizm 
D) Herpetik infeksiya 
E) Sitomeqalovirus infeksiyası 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
221) Paraqripin ən çox rast gəlinən fəsadlarına aşağıdakılardan hansı aidir? 
 
A) Otit 
B) Miokardit 
C) Haymorit 
D) Pnevmoniya 
E) Pielonefrit 
 
Ədəbiyyat:  N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; 
В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР 
МЕДИЦИНА 1998-808 стр. 
 
222) Aşağıdakılardan hansı qızılca virusuna xas deyil? 
 
A) Hemaqlütinasiyaedici, hemolizedici və komplement birləşdirmə aktivliyinin 
olması 
B) Xromosomların zədələnməsini törətməsi 
C) Fiziki və kimyəvi faktorların təsirlərinə davamlı olması 
D) RNT tərkibli paramiksovirus olması 
E) Sitopatogen təsirinin olması 


 
 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
223) Aşağıdakılardan hansı qızılca üçün epidemioloji xarakter daşımır? 
 
A) İnfeksiyanın residivləşən gedişli olması 
B) İnfeksiya mənbəyinin xəstə insan olması 
C) Antroponoz infeksiya olması 
D) İnsanların qızılcaya yüksək həssaslığı və davamlı ömürlük immunitetin olması 
E) Xəstəliyin qış - yaz fəsilliliyi 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
224) Qızılca üçün hansı klinik əlamət səciyyəvi deyil? 
 
A) İntoksikasiya 
B) Kəskin başlanğıc 
C) Ekzantema və enantemalar 
D) İfadəli kataral təzahürlər 
E) Hepatolienal sindrom 
 
Ədəbiyyat: N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
225) Qızılcanın prodromal dövründə ən səciyyəvi əlamət hansıdır? 
 
A) Hərarət 
B) Rinit, konyunktvit 
C) Belski - Filatov - Koplik ləkələri 
D) Traxeit, bronxit 
E) Boyun limfa düyünlərinin böyüməsi 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
226) Aşağıdakı əlamətlərdən hansı qızılca səpkisi üçün səciyyəvi deyil? 
 
A) Hiperemiya fonunda nöqtəvarı səpkilərin olması 
B) Qovuşan 
C) Xəstəliyin 3 - 4 - cü günündən səpkilərin mərhələliyi 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə