Tə
rsimi hə
ndə
sə
və
mühə
ndis qrafikası(AZ) 770,772 qruplar
1.Fəzada olan A nöqtəsini epyurada qurun
2. H proyeksiya müstəvisi üzərində olan A nöqtəsini epyurada qurun
3. V proyeksiya müstəvisi üzərində olan B nöqtəsini epyurada qurun
4. OX oxu üzərində olan A nöqtəsini epyurada qurun
5. OY oxu üzərində olan B nöqtəsini epyurada qurun
6. OZ oxu üzərində olan C nöqtəsini epyurada qurun
7. H proyeksiya müstəvisi üzərində olan AB düz xəttini epyurada qurun
8.Fəzada olan ixtiyari AB düz xəttini epyurada qurun
9. V proyeksiya müstəvisi üzərində olan BC düz xəttini epyurada qurun
10. W proyeksiya müstəvisi üzərində olan CD düz xəttini epyurada qurun
11. OX oxu üzərində olan AB düz xəttini epyurada qurun
12. OZ oxu üzərində olan CD düz xəttini epyurada qurun
13. H proyeksiya müstəvisinə paralel AB düz xəttini epyurada qurun.
14. V proyeksiya müstəvisinə paralel BC düz xəttini epyurada qurun
15. H proyeksiya müstəvisinə perependikulyar AB düz xəttini epyurada qurun
16. V proyeksiya müstəvisinə perependikulyar BC düz xəttini qurun
17. W proyeksiya müstəvisinə perependikulyar CD düz xəttini qurun
18.Düz xəttin izi nəyə deyilir? İxtiyari bir AB düz xəttinin izlərini qurun.
19. Kəsişən düz xətlər hansı düz xətlərə deyilir? Epyurada iki kəsişən düz xətlər göstərin.
20. Paralel düz xətlər hansı düz xətlərə deyilir? Epyurada iki paralel düz xətlər göstərin.
21.İxtiyari P müstəvisinin izlərini epyurada qurun
22.A nöqtəsi P horizontal-proyeksiyalayıcı müstəvisinin üzərindədir, onun horizontal və profil
proyeksiyalarını qurun.
23.H-proyeksiya müstəvisi ilə 45
0
-li bucaq təşkil edən frontal-proyeksiyalayıcı P müstəvisinin üç izini
epyurada qurun.
24.MN düz xətti ∆ABC üçbucaq müstəvisi üzərindədir, onun çatışmayan porizontal proyeksiyasını
qurun.
25. V- proyeksiya müstəvisi ilə 45
0
-li bucaq təşkil edən horizontal-proyeksiyalayıcı
Q-müstəvisinin hər üç izini epyurada qurun.
26.Epyurada verilən ixtiyari P və frontal proyeksiyalayıcı Q-müstəvilərinin kəsişmə xəttini qurun.
27. H və V- proyeksiya müstəvilərilə 45
0
-li bucaq təşkil edən profil proyeksiyalayıcı S-müstəvisinin üç
izlərini epyurada qurun.
28.Epyurada verilən ixtiyari P və horizontal proyeksiyalayıcı Q-müstəvilərinin kəsişmə xəttini qurun.
29.OX oxundan keçən və horizontal proyeksiya müstəvisi ilə 45
0
-li bucaq təşkil edən profil-
proyeksiyalayıcı T-müstəvisinin izlərini epyurada qurun.
30. MN düz xətti Q-müstəvisi üzərindədir,onun çatışmayan frontal proyeksiyasını qurun.
31.D nöqtəsi ∆ABC müstəvisi üzərindədir. Onun çatışmayan horizontal proyeksiyasını qurun.
32.P-müstəvisinin ən böyük eniş xəttini qurun.
33.E nöqtəsi ∆ABC müstəvisi üzərindədir,onun çatışmayan frontal proyeksiyasını qurun.
34.∆ABC müstəvisinin frontal baş xəttini qurun.
35.D nöqtəsi P-müstəvisi üzərindədir,onun çatışmayan horizontal proyeksiyasını qurun.
36. D nöqtəsindən ∆ABC müstəvisinə paralel DM xəttini çəkin
37. A nöqtəsindən P müstəvisinə papalel AB düz xəttini çəkin
38. D nöqtəsindən P müstəvisinə paralel Q-müstəvisini izləri ilə keçirin.
39.A nöqtəsindən P-müstəvisinə paralel Q-müstəvisini keçirin.
40. A nöqtəsindən BC düz xəttinə perpendikilyar AK düz xəttini çəkin.
41.AB düz xətti ilə P-müstəvisinin kəsişmə nöqtəsini tapın.
42. AB düz xətti ilə P-müstəvisinin kəsişmə nöqtəsini tapın.
43. AB düz xətti ilə P-müstəvisinin kəsişmə nöqtəsini tapın.
44. MN düz xətti ilə ∆ABC müstəvisinin kəsişmə nöqtəsini tapın.
45.İxtiyari AB düz xəttindən frontal proyeksiyalayıcı Q-müstəvisini izləri ilə keçirin.
46. A nöqtəsi Q-müstəvisi üzərindədir,müstəvinin çatışmayan izini qurun.
47.İxtiyari AB düz xəttinin əsil boyunu əvəzetmə üsulu ilə tapın.
48. A nöqtəsindən P-müstəvisinə perpendikulyar AB düz xəttini çəkin.
49.D nöqtəsindən ∆ABC müstəvisinə perpendikulyar DE düz xəttini çəkin.
50. İxtiyari P- müstəvisini H- müstəvisi üzərinə salın.