49
Yuxarıda göstərilən regional mərkəzlərinin inkişafında,digər amillərlə
yanaşı, onların qloballaşma şəraitində əhəmiyyətinin,getdikcə artan iqtisadi
coğrafi mövqeyinin təsiri də böyükdür.Adları çəkilən şəhərlər “ pək yolu”
üzərində və ona qonşu ərazilərdə yerləşir. Onların əksəriyyəti həm də iri kənd
təsərrüfatı zonalarının mərkəzində və əhəmiyyətli faydalı qazıntı yataqlarının
yaxınlığında yerləşir ki, bütün bunlar da şəhərəmələgətirmə xüsusiyyətinə
malikdir.
Azərbaycan Respublikasının ictimai əmək bölgüsündə mühüm yer tutan
Aran iqtisadi rayonunun ərazisində Ağcabədi,Yevlax,Ağdaş,Göyçay,Ucar,
Kürdəmir,Zərdab, mişli,Sabirabad,Hacıqabul,Salyan,Neftçala,Biləsuvar,Saatlı
rayonları,Mingəçevir və Şirvan şəhərləri daxildir. Sahəsi 21,1 min kv.km,əhalisi
1520,3 min nəfərdir.
qtisadi frayonda istehsal olunan ümumi sənaye məhsulunun xeyli
hissəsini verən yüngül sənayenin əsasını pambıq parça,yunun emalı,tikiş,pambıq
təmizləmə müəssisələri təşkil edir.
Müharibədən (1941-1945) sonrakı illərdə Mingəçevir şəhərində iri pambıq
parça kombinatının tikilməsi ilə əlaqədar olaraq iqtisadi rayon respublikanın
mühüm toxuculuq mərkəzlərindən birinə çevrilmişdir.Yevlaxda yunun emalı
fabrikinin işə salınması yüngül sənayenin daha da inkişaf etməsinə səbəb
olmuşdur.
Bərdə,Yevlax,Salyan,Sabirabad,Şəki və Ucar pambıqtəmizləmə zavodları
iqtisadi rayonun iri ixtisaslaşmış yüngül sənaye müəssisələrindəndir.Bu zavodlar
rayon üzrə istehsal edilən yüngül sənaye məhsulunun çox hissəsini verir.Xam
pambıqdan alınan malların əksər hissəsi ğlkədən kənara göndərilir. Bundan əlavə
iqtisadi rayonda pambıqtəmizləmə fabriki,xalçaçılıq emalatxanaları,tikiş
fabrikləri,istehlak kombinatları və s. fəaliyyət göstərir.Yüngül sənaye
müəssisələrinin özəlləşdirilməsi sahənin sürətli inkişafına səbəb olacaqdır.
Yerli xammal emal edən yeyinti sənayesi iqtisadi rayonun əsas sənaye
sahələrindən biridir. Rayonda respublika əhəmiyyətli bir sıra yeyinti sənaye
müəssisələri yerləşir. Bunlardan Şirvan şəhərində yağ ekstrak zavodunu,Bankə
qəsəbəsindəki balıq kombinatını,Qazıməmməd şəhərində yerləşən balıq
50
yetişdirmə zavodunu,Yevlax şəhərindəki tütün-fermentasiya zavodunu, yonun
yerli xammal əsasında mövsüm əzində on min tonlarla üzüm emal edən çoxsaylı
ilkin şərab avodlarını,Ucar meyvə-tərəvəz konserv, Göyçay nar şərabı istehsal
edən konserv zavodlarını və s. qeyd etmək olar.
qtisadi rayonun şəhərlərində və inzibati rayon mərkəzlərində yağ,süd,ət
emalı müəssisələri,unüyütmə və çörəkbişirmə,Şərq şirniyyatı, heyvandarlığın
inkişafı üçün yem istehsalı və s. müəssisələri vardır. qtisadi rayonda yeyinti
sənaye müəssisələrinin özəlləşdirilməsi proqramı həyata keçirilir.
Aran iqtisadi rayonunun şəhərlərindən Mingəçevir,Yevlax,Şirvan,Salyan
şə
hərləri respublika əhəmiyyətli mərkəzlərə çevrilmişlər.
Yevlax şəhəri sənayesinin strukturunda yüngül sənayenin xüsusi şəkisi
böyükdür.Onun sənaye məhsulunun 85%-dən çoxunu yüngül sənaye tutur.
Şəhərdə yeyinti və yem sənayesi xeyli inkişaf etmişdir. Yeyinti
sənayesinin ən böyük müəssisəsi Yevlax tütün fermentləmə zavodudur. Yerli
ehtiyaclara xidmət edən çörək zavodu,pivə zavodu və s. istehsal gücü
məhduddur. Yevlax taxıl məhsulları kombinatının respublikanın bir sıra
rayonlarının qüvvəli yemlə təmin edilməsində rolu böyükdür.
Salyan şəhəri Lənkəran rayonuna və rana gedən mühüm nəqliyyat yolları
üzərində yerləşir.Yerli xammal, əlverişli iqtisadi –coğrafi mövqe kooperasiya
ə
laqələri Salyan şəhərinin Şirvan-Salyan sənaye qovşağının mühüm
maşınqayırma,yüngül və yeyinti sənayesi mərkəzidir.
Vacib məsələlərdən biri də şəhər və rayonların sənaye strukturunun
təkmilləşdirilməsidir. Hazırda Aran iqtisadi rayonunda başlıca olaraq kənd
təsərrüfatı və ya mineral xammallarının ilkin emalına əsaslanaraq sənaye hələ də
birtərəfli inkişaf etdirilir, əmək tutumlu sahələrdə,ən əvvəl yeyinti və yüngül
sənayedə kifayət qədər iş yerləri yaradlmamışdır. Bunun nəticəsi olaraq rayonun
ə
ksəriyyətində işləməyənlərin xüsusi çəkisi yüksəkdir.
Aran iqtisadi rayonunda sosial infrastruktur sahələri kifayət qədər inkişaf
etməmişdir.Bunun başlıca səbəbi odur ki, son 25 il ərzində Azərbaycan üzrə
sosial infrastruktur sahələri üçün ayrılmış vəsaitin ümumi həcminin tıqribən 35-
38%-i yalnız Abşeron iqtisadi rayonunun payına düşməsidir.
51
Qeyd etmək lazımdır ki,ilkin emal edildikdən sonra mineral xammal və
kənd təsərrüfatı ehtiyatları yenidən emal olunmaq və hazır məhsul kimi istehsal
olunmaq məqsədi ilə respublikanın şəhər və rayonlarının əksəriyyətindən
Abşeron iqtisadi rayonuna və respublikada kənara aparılır. Halbuki, yerlərdə
məhsulları hazırlıq səviyyəsinə çatdıran müvafiq istehsalın yaradlması Aran
iqtisadi rayonunun iqtisadiyyatının kompleks inkişafına,nəqliyyat daşımalarının
azaldılmasına və bununla əlaqədar olaraq , xammal və yarımfabrikatların
itkisinin azaldılması hesabına məhsulun maya dəyərinin aşağı salınmasını təmin
edə bilər. Bu həmçinin məhəlli ərazi istehsal komplekslərinin formalaşması və
inkişafı prosesini xeyli sürətləndirə bilərdi.
Aran iqtisadi rayonunda sahələrarası komplekslərin daha da inkişaf
etdirilməsinin əsas vəzifəsi aşağıdakılardan ibarətdir:
1.
Təsərrüfat kompleksinin səmərəli fəaliyyət göstərməsi mənafelərindən
çıxış edərək, yeni müəssisələr hesabına onların tərkibini artırmaq lazımdır.
2.
Sahələrarası komplekslərin daxilində və arasında elə ərazi nisbətləri
yaradılmalıdır ki, bu Aran iqtisadi rayonunda yerli imkanlardan daha
səmərəli istifadə edilməsinə və onların inkişafı qarşısında duran sosial-
iqtisadi problemlərin həllinə kömək etmiş olsun.
Aran iqtisadi rayonunda işləməyən əhalinin böyük bir qisminin ictimai
istehsala cəlb etmək məqsədilə kənd yerlərindəkənd təsərrüfatı mallarının
yenidən emal edilməsi və onların saxlanılması üzrə çox da böyük olmayan
müəssisələr,xalq istehlakı malları,o cümlədən yüngül və yeyinti müəssisələri
yaratmaq məqsədə uyğundur. Bu zaman mövcud yerin əhalisində ənənəvi olaraq
yaranmış əmək vərdişlərinin xüsusiyyətləri , əmək ehtiyatlarının strukturu və
ixtisas səviyyəsi , kadr hazırlığının formaları nəzərə alınmaqlaevlərə iş
verilməsinin,tikinti briqadalarının,istehsal kooperativlərinin ,xarici ölkələrdə
müştərək müəssisələr yaradılmasının və s. imkanlarından geniş istifadə
olunmalıdır.
Yerli bələdiyyələr də göstərilən vəzifələrin müvəffəqiyyətlə həllində
mühüm rol oynamalıdırlar. stifadə olunmayan ehtiyat və imkanları, xüsusilə də
istehsal güclərindən daha çox istifadə edilməsi , xalq istehlakı malları istehsalı,
Dostları ilə paylaş: |