Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

________________________Milli Kitabxana________________________ 
29 
 
 
 
 
DAN YILDIZI 
 
Öpərkən gecələr dəsti-səbahi
*
  
Duyurdum hərəkət namütənahi

...  
Çəməndə bir gözəl xeyli ilahi,  
Üzündə zülfünü tarimar gördüm. 
 
Titrəyirdi çəmən, titrəyirdi gül,  
Oxurdu nəğmələr sabaha bülbül,  
Bükmüşdü boynunu saralmış sünbül,  
Qoxladım o yeri, laləzar gordüm. 
 
Uçurdu dağlara quş kimi ceyran,  
Boylana-boylana səmada tərlan,  
Oxurdu türkülər səmiə

 pünhan,  
Birləşin! - dedilər, bir şüar gördüm. 
 
Buludlar dağılıb doğdu bir pəri,  
O sevda yerinin doğma dilbəri,  
Göz atdım gözünə, himlədim bəri,  
Dayandı şir kimi, pürvüqar gördüm 
 
Ə
sirdi durmadan birbaşa yellər,  
Döyürdü bağrını dağ-daşa sellər...  
Gülürdü al geyib, ağlayan ellər,  
Bu haqqı danamam, aşikar gördüm. 
 
1927, yanvar 
 
 
 
 
 
 
 
                                                           
*
Sabahın əlini  

Hüdudsuz, sonsuz   

Qulağa 
 


________________________Milli Kitabxana________________________ 
30 
 
 
 
 
 
 
B R QƏTRƏ YAŞ 
 
Saqiya! Saqiya! Gətir gizlicə,  
Görənlər olmasın divanələr var.  
Nəşələr əməyim bu qəmli gecə,  
Bağrına od basan pərvanələr var. 
 
Həyatin sonuymuş bir solğun çiçək,  
Qəmləri öldürən qəm olsa gərək,  
Açmadı ağlayan üzləri fələk,  
Cahanda göz yaşı, qəmxanələr var. 
 
Saqiya! Dustağam zindan görməmiş  
Vüsalın dadı yox, hicran görməmiş,  
Bir mömin babayam quran görməmiş,  
Onda da şübhələr, əfsanələr var. 
 
Nəsibim oldusa bu ahu-vaylar,  
Dün
*
 gecə əl verib bahara yaylar,  
Ucaldı göylərə şanli saraylar,  
Düşünməz nerədə

 viranələr var. 
 
Saqiya! Saqiya! Yetir özünü,  
Cahanı görməyim, bağla gözümü.  
Şə
rqə söyləyirəm bu son sözümü:  
Yavrusuz

 üşüyən boş lanələr
§
 var. 
 
1927 
 
 
 
 
                                                           
*
Dünən  

Harada 

Körpəsiz, uşaqsiz  
§
Yuva, ev 
  


________________________Milli Kitabxana________________________ 
31 
 
 
 
 
 
SƏYAHƏ
 
Ey vətən! Ey ana! Açıldı yolum,  
Ümidim sənəmi, qurbanın olum?  
Nədəndir demədin heç mənə - oğlum.  
Dolandın nerələr
*
, de hankı yerlər? 
 
Laçınlar yuvası, haylar ocağı,  
Kəsilmiş anacan, vəhşət

 ayağı.  
Yanırkən o gecə birliyin dağı,  
Titrədi Qafqazın qoynunda yellər. 
 
Mən Ağrı dağında dayandım bir az,  
Bir qaya zirvəsi oxurdu şahbaz

 
O şiddətli qışın sonunda bu yaz  
Yuyurdu tozları kükrəmiş selər... 
 
Başdan ayağadək geymiş qırmızı,  
Oxurdu türkülər bir gürcü qızı  
Parladı gün kimi o dan yıldızı,  
Üzündə mərcimək
§
, köksündə tellər. 
 
Açılsın o gülün, baharım olsun,  
Lalə tək qızaran bir yarım olsun.  
Sonunda ömrümün məzarım olsun  
Gəlinli çeşmələr, sünbüllü çöllər. 
 
1927 
 
    
 
 
 
                                                           
*
Haralar  

Vəhşilik, qorxu 

Quş adı, burada "quş kimi" mənasında  
§
Bitki adı, burada "xal" mənasında 
 


________________________Milli Kitabxana________________________ 
32 
 
 
 
 
 
 
* * * 
 
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,  
Böylə bir düstur qocalmış ideal olsun gərək! 
 
"Hər kimin vicdanı pakdırsa o bir divanədir", - 
Bu kəlamın barəsində qilüqal olsun gərək! 
 
Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,  
Göz yaşindan gözlənən məlhəm mahal olsun gərək! 
 
Aqil olmaq istəyənlər bir-birindən küsməsin,  
Ə
hli-haldan dəm vuran kəs əhli-hal olsun gərək! 
 
Hər bəlaya şir tək görməkdəyəm mən sinəmi,  
Vurğunun "Düşkün" adi Rüstəmi-Zal olsun gərək! 
 
1927 
 
 


________________________Milli Kitabxana________________________ 
33 
 
DAĞLAR 
 
Yenə nə durursan pəhləvan kimi,  
Çirməyib qolunu mərdanə, dağlar!  
Könül yenə bəhri-bipayan
*
 kimi  
Səslənir çalxana-çalxana, dağlar! 
 
Mən çox istərdim ki, sənin heç zaman  
Örtməsin o dilbər hüsnünü duman.  
Elin zərərindən mənfəət uman  
Boyansın, demişəm, al qana, dağlar! 
 
Zirvəndəki söyüd göylərə çatır,  
Kölgəsində yorğun yolçular yatır;  
Maralın, ceyranın min işvə satır,  
Su göndər bu yerdə yanana, dağlar! 
 
Çox gözəl olursan ellər köçəndə,  
Suyundan gəlinlər, qızlar içəndə;  
Qıy vurub tərlanın yel tək keçəndə,  
Bir vəlvələ düşər hər yana, dağlar! 
 
1927   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Ucsuz-bucaqsız, sahili görünməyən dəniz kimi 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə