1
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
İ
nsan hüquqları və fəlsəfə seriyasından
Elşən Misir oğlu Nəsibov
Seçki hüququ insan hüquqlarının bölgü ünsürü
(komponenti) kimi
(Fəlsəfi-elmi aspektlərlə təhlil)
BAKI-2013
2
Elmi redaktoru:
Aytən Mustafayeva
hüquq üzrə fəlsəfə doktoru,
İ
nsan Hüquqları İnstitutunun
direktoru, Milli Məclisin üzvü
Rəyçi:
Zamiq Aslanov
hüquq üzrə fəlsəfə doktoru,
İ
nsan Hüquqları İnstitutunun
elmi əməkdaşı
E.M.Nəsibov. Seçki hüququ insan hüquqlarının bölgü ünsürü
(komponenti) kimi. (Fəlsəfi-elmi aspektlərlə təhlil). Bakı, “Elm və
Təhsil” nəşriyyatı, 2013, 188 səh.
Kitabda “seçki hüququ” anlayışına “insan hüquqları anlayışı”nın bölgü
ünsürü kimi baxılır. Bu baxımdan “seçki hüququ” məfhumu fəlsəfi-elmi
aspektlərlə təhlil olunur. Seçki hüququnu yaradan tərkib ünsürlər də təhlil
olunur və seçki hüququnun əsas məzmunu açılır. Belə qənatə gəlinir ki, seçki
hüquqları insan hüquqlarının təsnifatının əsas ünsürlərindən (komponent-
lərindən) biridir və ümumilikdə insan hüquqlarının bölgü tərkibidir. Seçki
vətəndaş hüquqlarının və ali formada vətəndaşların siyasi hüquqlarının
təcəssümü, reallaşması və təmini üçün əsas vasitə rolunda çıxış edir və
koordinasiyaedici mənaya malik olur. Seçki hüququ siyasi sistemi və
ümumilikdə dövləti təşkiledici hüquq kimi böyük önəm daşıyır. Seçki hüququ
mərkəzləşdirici ünsür rolunu oynayır və siyasi sistemin təşkilində müəyyən
qrupların maraqları ilə yanaşı, ümumilikdə bütün vətəndaşların maraqlarının
təmin olunmasında xüsusi əhəmiyyətə malik olur.
Ə
sərdə belə qənaətə gəlinir ki, seçki hüququ bir məfhum kimi həm də
tezisdir, ümumiləşdirici məzmuna malikdir. Bununla bərabər, tərkib və bölgü
ünsürü olduğundan sintez və konkret hallarda analizdir (nəticədir). “Seçki
hüququ” anlayışı fəlsəfə və elmin əsas obyektlərindən biridir. Bu hüquq həm
ümumiləşdirici, həm də xüsusiləşdirici məna daşıyır.
Kitab hüquqşünaslar və fəlsəfə ilə maraqlananlar (fəlsəfəşünaslar) üçün
faydalı ola bilər
.
2013
098
4702000000
−
N
грифли няшр
ISBN: 978-9952-8024-4-3
© «Елм вя тящсил», 2013
3
MÜNDƏRİCAT:
GİRİŞ. Təbiət və insan haqqında fəlsəfi esse
(sərbəst düşüncə) ................................................................ 4
“Seçki” məfhumu və onun tərkib mahiyyəti –
insan hüquqları kontekstindən təhlil ............................... 69
Azadlıq, hüquq, seçki hüququ anlayışları və anlayışların
qarşılıqlı şərtləndirici məzmunu ....................................... 91
“Seçki” məfhumu fəlsəfə və elmin obyekti kimi .............. 98
“Hüquq-vətəndaş-dövlət hüququ” birləşmiş anlayışı və
seçki hüququ ....................................................................... 120
Seçki hüquqlarının təsnifatı .............................................. 139
Obyektiv və subyektiv seçki hüququ ................................ 143
İ
nsan hüquqları, seçki hüquqları və bu hüquqların
təmin olunmasında resurslar amili ................................... 146
Seçki və maariflənmiş cəmiyyətlər ................................... 151
Xalqın milli psixologiyası, dövlət quruluşu və
seçki amili............................................................................ 153
Seçki-dövlətlə cəmiyyət arasında bağlayıcı vasitə kimi .. 155
Seçki şəraitinin yaradılmasının və yetişməsinin
ə
sasları ................................................................................. 157
Seçkilər və gələcək hüquqların təmin olunması .............. 158
Hüquqi dövlət və seçki amili ............................................. 161
Seçki prosesləri və inkişafın əsasları ................................ 165
Qrafiklər bölməsi ............................................................... 174
NƏTİCƏ .............................................................................. 184
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT ..... 186
4
GİRİŞ:
Təbiət və insan haqqında fəlsəfi esse (sərbəst düşüncə)
-Əsaslar istinadlardır, mənsub və məxsus olanlardır ;
-Faktların əsası aşkar olunanlardır;
-Sübutların əsası aşkar olunan faktlardır;
-Sübutları aşkarlamaq məntiqin işidir;
-Məntiqi əməliyyatlar beyinin funksiyasıdır ;
-Deməli, əsasları müəyyən etmək beyinə xasdır.
-Element əlamətdir;
-Əlamət formadır;
-Forma məzmundur;
-Deməli, element məzmundur.
-Element məkandır;
-məkan formadır və məzmundur;
-Deməli, element məzmundur.
-Məkan elementdir;
-Element əlamətdir;
-Deməli, məkan elementdir.
-Zaman elementdir;
-Məkan elementdir;
-Element əlamətdir;
-Deməli, zaman əlamətdir.
-Element hərəkətin əsasıdır, əsas obyektidir;
-Hərəkət enerjidir, enerji yaradandır, enerji təmin
edəndir;
-Deməli, element enerji yaradandır.
-Hərəkət sürətdir;
-Sürət elementə xasdır;
Dostları ilə paylaş: |