89
Budapeşt Konvensiyası qəbul olunmasından 3 il sonra qüvvəyə minmişdir. Lakin
hələ də Avropa dövlətlə rinin qanunvericiliklərində unifikasiya istiqamətində ciddi
dəyişikliklər baş verməmişdir. Çünki Konvensiyanın qüvvəyə minməsi üçün onun 5
dövlət tərəfindən ratifikasiya olunması zəruri idi ki, bu dövlətlərdən də minimum 3-ü
Avropa Şurasının üzvü olmalı idi. Budapeşt Konvensiyası 2003-cü ildə imzalansa da
37 dövlətdən yalnız 4-ü - Albaniya, Xorvatiya, Macarıstan və Estoniya tərəfindən
ratifikasiya olundu. 2004-cü ilin 18 mart tarixində Litvanın da bu siyahıya daxil
olması ilə həmin ilin 1 iyul tarixində Konvensiya qüvvəyə mindi.
Yuxarıda sadalanan problemlərə baxmayaraq ABŞ, taliya, Almaniya və s.
kimi ölkələr də var ki, kibercinayətkarlıq haqqında qanunvericilikləri kifayət qədər
yaxşı formalaşdırılmış, həmçinin praktikada da tətbiq edilir.
Avropa, Asiya və Amerika dövlətlərinin cinayət qanunvericiliklərinin növbəti
müqayisəli təhlili ayrı-ayrı ölkələrin kibercinayətkarlıqla mübarizə problemini milli
səviyyədə necə həll etdiklərini ətraflı nümayiş etdirir.
Ölkə qanunvericiliklərinin müqayisəli təhlili yuxarıda qeyd olunmuş milli
qanunvericiliklərdə edilmiş dəyişikliklərin təsnifatı əsasında formalaşdırılmışdır.
Lakin burada hüquq normaları törədilmiş qəsdin obyektinə görə təhlil edildiyindən
daha ətraflı xarakter daşıyır.
Təhlilin bu üsulu daha məqsədə uyğun hesab olunur. Belə ki, bu üsul
aşağıdakıları ayrı-ayrılıqda ətraflı təhlil etməyə imkan verir:
- məlumatların məxfiliyinin qorunması haqqında normalar;
- kompüter və kompüter şəbəkələrinə səlahiyyətsiz daxil olmağa görə
məsuliyyət haqqında normalar;
- kommersiya sirrinin qorunması haqqında normalar;
- kompüter və kompüter şəbəkələrinin sabotajdan müdafiəsi haqqında
normalar;
- iqtisadi kibercinayətlər haqqında normalar; (xüsusilə kompüter dələduzluğu);
- göstərilən normalarda öz əksini tapmış və kibercinayətkarlığın müxtəlif
növlərinin qarşısının alınmasına yönəlmiş digər hallar.
90
Təhlilin əsası kimi digər kriteriyalarda götürülə bilər. Məsələn: ölkələrin
kibercinayətkarlıqla mübarizəyə yönəlmiş cinayət hüquq normalarının həcminə görə
aşağıdakı bölgüsü aparıla bilər.
- kifayət dərəcədə yaxşı formalaşdırılmış və həcmli xüsusi qanunvericiliyi olan
dövlətlər;
- kibercinayətkarlıqla mübarizəyə yönəldilmiş az saylı normalara malik dövlət-
lər və ya göstərilən əməllərin cinayət təqibinin “köhnə”, artıq mövcud normalar əsa-
sında həyata keçirildiyi dövlətlər;
- kibercinayətlər və kompüter cinayətləri haqqında xüsusi cinayət qanunverici-
liyinə malik olmayan, həmçinin kibercinayətlərə görə inzibati məsuliyyətin nəzərdə
tutulduğu dövlətlər;
Milli cinayət qanunvericiliklərinin müqayisəli təhlilini çətinləşdirən hal isə
məhz bəzi dövlətlərdə kibercinayətkarlıq haqqında xüsusi normaların olmamasıdır.
Lakin mütəxəssislər qeyd edirlər ki, həmin dövlətlərdə bu cinayət əməllərinin
araşdırılması “köhnə” normalar əsasında aparılır. Məsələn, kibercinayətkarlıqla
mübarizə sahəsində qanunvericiliyin tədqiqi ilə məşğul olan Avropa mütəxəssisləri
hesab edirlər ki, Finlandiyada xidmətdən imtina və ziyanverici proqramların
yayılması kimi kriminal əməllərin cinayət təqibi “Rabitənin pozulması haqqında
Akt”-a (1894) uyğun olaraq həyata keçirilir. Bu akt çox köhnə olsa da onun kommu-
nikasiya sistemlərinin işinin qəsdən pozulmasına görə cəza tədbirini (2 ilə qədər
azadlıqdan məhrumetmə) nəzərdə tutan normaları indiki dövrdə də aktualdır. Qanun-
vericiliyin təhlilində belə normaların mövcudluğu da nəzərə alınmalıdır.
Qlobal telekommunikasiya sistemlərində məlumatların məxfiliyinin müdafiəsi
haqqında qanunvericilik: Maddi obyektlərdən fərqli olaraq informasiya obyektlərinin
qorunması zamanı cinayət qanunvericiliyi yalnız informasiya sahibinin maraqlarını
deyil, həmçinin informasiyanın məzmununun bilavasitə toxunduğu üçüncü şəxslərin
maraqlarını da müdafiə etməlidir. Lakin ənənəvi cinayət qanunvericiliyində əsasən
şə
xsi həyat haqqında məxfi informasiyanın toxunulmazlığının müdafiəsi nəzərdə
tutulurdu və bu qanunvericilik informasiya texnologiyaları vasitəsilə məlumatların
yeni saxlanma, toplanma və göndərilmə üsulları şəraitində informasiyanın qorunması
91
üçün yetərli deyildi. Bu isə 1970-ci ildən başlayaraq ölkələrin milli qanunvericilik-
lərində dəyişikliklər etməsinə gətirib çıxardı. Bu dəyişikliklərin çox hissəsi inzibati
qanunvericilikdə olsa da, telekommunikasiya şəbəkələrində və kompüterlərdə
saxlanılan məlumatların məxfiliyinin pozulmasına görə cinayət məsuliyyətini
müəyyən edən qanunlar da qəbul edilmişdir. Müxtəlif dövlətlərin bu cinayət
qanunvericilikləri bir-birindən kəskin şəkildə fərqlənirlər. Buna isə ayrı-ayrı
dövlətlərdə məxfiliyin pozulması üzrə cinayət məsuliyyətinə səbəb olan əməllərin
fərqli qiymətləndirilməsi və cinayət qanunvericiliyin bu məxfiliyin müdafiə olunma-
sında oynamalı olduğu roldan asılıdır. Məsələn, Almaniyada elektron və eləcə də
digər daşıyıcılarda saxlanılan məlumatların məxfiliyinin pozulmasına görə
məsuliyyət üçün ayrıca olaraq CM-nin 202a maddəsi nəzərdə tutulmuşdur. Bu
maddədə açıq aydın onun yalnız bu növ məlumatlara aid edildiyi göstərilmişdir. Bu
maddə şəxsi həyata dair sirrlərin və toxunulmazlıqların pozulmasını nəzərdə tutan 15
№
-li bölməyə daxil olmaqla qeyri-qanuni şəkildə onlar üçün nəzərdə tutulmayan və
xüsusi qorunan məlumatları əldə etmiş şəxslər üçün məsuliyyəti müəyyən edir.
Finlandiyanın CM-sində elektron məlumatların qorunmasına yönəldilmiş üç
maddə (CM, fəsil 28, maddə 1,2,3) nəzərdə tutulmuşdur. 3-cü maddə birbaşa olaraq
kompüter məlumatlarının, o cümlədən elektron poçtların, kompüter şəbəkələri ilə
göndərilən məlumatların məxfiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
Digər 2 maddə isə ümumi xarakter daşıyaraq informasiyanın məxfiliyinin pozulması
halında praktiki olaraq tətbiq edilir. Əksər ölkələr elektron məlumatların qorunmasını
cinayət qanunvericiliyində ayrıca maddə kimi qeyd etməyərək onu rabitə sirrinin
saxlanmasının və ya şəxsi həyatın toxunulmazlığının bir aspekti kimi nəzərdən
keçirir. Belə ki, spaniya CM-sində bu hal şəxsi məlumatların, o cümlədən elektron
şə
kildə - məsələn, elektron poçtda saxlanılan məktubların, telekommunikasiya və
digər kommunikasiya sistemləri vasitəsilə ötürülən məlumatların aşkara çıxarılması
və yayılmasına görə məsuliyyət şəklində öz əksini tapır. Bundan başqa spaniya CM-
nin 200-cü maddəsi göstərilən vəziyyətləri hüquqi şəxslərin informasiyasına da aid
edir. Ümumiyyətlə, məlumatların məxfiliyi və onun qanunsuz ələ keçirilmədən
qorunması haqqında normalar elə formalaşdırılmışdır ki, onlar telekommunikasiya,
Dostları ilə paylaş: |