3
REDAKTORDAN
Dünyanın etnik xəritəsində Qavqazın bir hissəsini təşkil edən
Azərbaycan tarix boyu özünün polietnikliyi ilə seçilmişdir. Burada
müxtəlif etnoslar yaşayıb məskunlaşaraq qarşılıqlı ticari və mədəni
əlaqələrdə olmuşlar. Belə bir qonşuluq əlagələri tarix boyu inkişaf
edərək, adət-ənənə yaxınlığı, etno-social mübadilə, oxşar sosial hə-
yat tərzinə gətirib çıxartmışdır. Azərbaycan etnosunun böyük bir
hissəsini təşkil edən azərbaycanlılardan başqa,
bu etnosun tərki-
bində əsrlərdən bəri qaynayıb-qarışan azsaylı xalqlardan biri də
talışlardır.
Dünyanın əksər dövlətlərində bir çox etnik birliklər fəalyyət
göstərirlər. Belə qrupların bu cür fəaliyyət göstərməsi, folklorunun,
dilinin, mədəniyyətinin qorunması, müasir dünyada demokratik
inkişaf kimi qiymətləndirilir. Böyük məmnunluq hissi ilə qeyd
etmək istərdik ki, doğma Azərbaycanımızı da
belə dövlətlərə aid
etmək olar. Müstəqil Azərbaycanda azsaylı xalqların mədəniyyəti-
nin, dilinin, folklorunun qorunması, yaşadılması, təbliği və öyrənil-
məsi istiqamətində həyata keçirilən dövlət tədbirləri onların mənə-
viyyatının zənginləşdirilməsinə xidmət edərək, inkişafında böyük
rol oynayır. Bu baxımdan Azərbaycanda azsaylı xalqların musiqisi-
ni öyrənmək böyük aktuallıq kəsb edir.
Ciddi tədqiqatçı əməyinin məhsulu olan
bu dərs vəsaitində
müəllif Azərbaycanın Cənub bölgəsində yaşayan talışların tarixi,
onların mədəniyyəti və ən əsas da musuqi folklorumuzun zəngin-
ləşməsində mühüm bir rol oynayan «Halay» rəqs mahnılarından
söhbət açır.
Müəllifin xüsusi nailiyyətlərindən biri tədqiqatın predmeti
olan etnomusiqişünaslığın mühüm bir sahəsini təşkil edən azsaylı
xalqların musiqi folklorunda janr xüsusiyyətlərinin özünəməxsuslu-
ğu və mövcudluğunu geniş şəkildə işıqlandırmasıdır.
4
Milli musiqişünaslıqda ilk dəfə olaraq bu dərs vəsaitində
«Halay» rəqs mahnılarının lad – intonasiya və musiqili poetik xü-
susiyyətlərinə dair dolğun məlumat verilmişdir. Bu «Halay» rəqs
mahnılarının sinkretikliyi araşdırılmış, xüsusən «Yallı» rəqsləri ilə
oxşar və fərqli cəhətləri qeyd edilmişdir.
Müəllif Fərziyeva Səadət İbrahim qızı öz dərs vəsaitində
2007-ci ildə Masallı, Lənkəran, Astara və Lerik rayonları üzrə
aparılan tədqiqat işini geniş təsvir edir. Musiqi – ekspedisiyası za-
manı toplanan materiallara , öz müşahidələrinə istinad edərək, on-
ların nəinki tarixi baxımından , eləcə də etimologiyasını açıqlamağa
çalışmışdır.
Bu cür müsiqi ekspedisiyalarında əldə edilib və təhlil
olunan
mahnılar Azərbaycanın musiqi folklorunu zənginləşdirərək, gələ-
cək tədqiqatçılar üçün mühüm zəmin yaradacaq. Bu baxımdan Fər-
ziyeva Səadətin təqdim etdiyi dərs vəsaiti olduqca mahiyyətli və
təqdirə layiqdir.
Azərbaycan Respublikasının
Əməkdar İncəsənət xadimi,
fəlsəfə elmləri doktoru, professor
Gülnaz Abdullazadə
5
GİRİŞ
Azərbaycan xalq musiqi yaradıcılığının bir qolu olan folklor,
çoxşaxəli məfhum kimi öz janr tiplərinə görə fərqlənir. Azərbaycan
musiqisində şifahi ənənəli xalq musiqisilə yanaşı, şifahi-professio-
nal musiqi janrları da mövcuddur. Belə janrlara muğam sənəti və
aşıq yaradıcılığı aiddir. Bu haqda Vaqif Vəliyev belə yazır: «Geniş
xalq kütləsinin yaradıcılıq məhsulu olan folkloru tədqiq edib öy-
rənmək ücün ona yaxın olan bir necə elm sahəsini bilmək lazımdır:
a ) şifahi xalq ədəbiyyatı tarixlə əlaqəli surətdə öyrənilməlidir.
«...Bir xalqın folklorunu bilmədən onun tarixini öyrənmək mümkün
olmadıgı» kimi (M.Qorki), xalq ədəbiyyatını da mənsub
oldugu
xalqın tarixini bilmədən öyrənmək olmaz.
b) şifahi ədəbiyyat xalqın həyat və məişəti, adət və ənənəsi ilə
qırılmaz tellərlə baglıdır.
c) folklor, hər şeydən əvvəl, mənsub oldugu xalqın canlı danı-
şıq dilinin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinə-
dir. Ona görə də Azərbaycan folklorunu öyrənən və tədqiq edən şəxs
etnoqrafiyanı, onun əsas xüsusiyyətlərini bilməlidir». [57. s.3-4]
Bu xüsusda biz talış etnosunun musiqi folklorunu öyrənirik və
Azərbaycanda azsaylı xalqların musiqi mədəniyyətinin və musiqi
etnoqrafiyasının öyrənilməsi müasir dövrdə tarixi
- elmi maraqlar
baxımından böyük aktuallıq kəsb edir. Digər tərəfdən, müstəqil
Azərbaycanda azsaylı xalqların mədəniyyətinin, dilinin, folklorunun
qorunması, yaşadılması, təbliği və öyrənilməsi istiqamətində həyata
kecirilən dövlət mədəniyyət tədbirləri də tədqiq etdiyimiz mövzu-
nun aktuallığını əsaslandırır.
Bizim elmi araşdırmamız Azərbaycanın cənub bölgəsinə yö-
nəlmiş, bu bölgədə yaşayan talışların «Halay» rəqs mahnılarında
musiqi-nəzəri və poetik xüsusiyyətlər baxımından
vacib olan də-
yərli elementlərin üzə çıxarılmasından ibarət olmuşdur. Bu element-
lərin həm lad-məqam intonasiyalarında, həm də «Yallı» rəqslərində