Xanqaha getdikdə, başqalarının işinə mane olmamalı,
xoşrəftarlığı heç kəsdən əsirgəməməlidir. Əvvəlcə, sol
ayaqqabısını çıxarmalı, geydikdə isə sağ ayaqqabısını
geyməlidir. Kəməri bağlı olmamalıdır. Xalq arasına
soxulmamalıdır. Səccadəsi haraya salıblarsa, orada oturmalı,
oturduqda içazə istəməli və icazə ilə də iki rükət namaz
qılmalıdır. Başqa vaxtlar gəlib
getdikdə salam versə də olar,
verməsə də, lakin səhər salamını yaddan çıxarmamalıdır.
Camaatla xoş söhbət etməli, nalayiq sözlər deməkdən
qaçmalıdır. Şirin danışmağı bacarmırsa, şirin əhvalatlar nağıl
etməlidir ki, Xanqahda qaldıqca onun xatirini daha çox
istəsinlər. Heç kəsi zorla söhbətə məcbur etməməlidir. Qocalara
hörmət etməlidir. Hörmət vacibdir, söhbət isə yox. Hər işi
razılıq və cəmiyyətin tapşırığı ilə etməlidir. E'tiraz etsə günahı
olmasa da, gərək cəmiyyətin əksinə getməsin, üzr istəsin.
Xalqa çox xırda eyiblər tutmaqda ifrata varmamalıdır ki,
onun özünə də hər addımbaşı eyib tutmasınlar. Səccadədən az-
az ayrılmalı, hər şey üstündə tez-tez bazara qaçmamalıdır. Bir iş
başlamaq istədikdə və ya özünə aid bir iş görmək arzusunda
olduqda,cəmiyyətin razılığı ilə görməlidir. Paltar geymək və
çıxarmaq istəsə, cəmiyyətdən və ya cəmiyyətin mürşüdündən
(başçısından) icazə almalıdır. Səccadəyə dirsəklənməməli və
bardaş qurub onun üzərində oturmamalıdır.
Camaatdan gizlin
xirqə yırtmamalı, camaatdan xəlvət heç şey, bir badam belə
yeməməlidir. Bu çox pis iş sayılır heç bir şeyi öz zahiri adı ilə
adlandırmamalı, came
296
necə deyirsə, o da elə deməlidir.
Cəmiyyət arasında çox danışmamalıdır. Hamı xirqəni yerə
salanda o da salmalı, geyəndə o da geyməlidir. Bacardıqca heç
kəsin xirqəsini cırmamalı və tək bir şey yeməməlidir, bunların
hər ikisinin xüsusi şərtləri vardır ki, hər adam onu yerinə yetirə
bilməz.
Ələ su tökməyi qənimət bilməli, ayağını başqasının
səccadəsi və xirtəsi üzərinə qoymamalıdır. Cəmiyyətin
içərisində sür'ətlə getməməli və çəmiyyətdən çox qabağa
keçməməlidir. Başqalarının yerində oturmamalı, zəhlətökən
olmamalıdır. Musiqi çalınarkən və oxunarkən, ya xirqə
parçalanarkən, ya sirr aşkar edilərkən mürşüdlə öcəşməməli,
ayağa qalxmamalı və səs salmamalıdır. Yersiz rəqs etməməli,
əynindəki naltar cırılankimi çıxarıb başçının qabağına
qoymalıdır. Əgər bir dərviş onu pisləyib ya tə'rifləsə təşəkkür
edib, ona bir şey təqdim etməlidir.
Bir dərviş ona xirqə versə
alıb: "Xoşdur" deyib öpməli, bundan sonra özünə qaytarmalıdır.
192 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Əgər dərvişlik işi görsə, ya paltar tiksə, ya paltar yusa, təşəkkür
etməyinçə geri verməməlidir. Bir dərvişi incitmiş olsa, tez
ürəyini ələ almalı, kəffarəsini
297
verməlidir.
Əgər biri yaxşılıq etsə, dərhal təşəkkür etməli və əvəzini
çıxmalıdır. Bacardıqca heç kəsdən, xüsusilə dərvişlərdən bir şey
istəməməlidir. İsfahan camaatı istəyər, lakin verməz;
xorasanlılar həm istəməzlər, həm verməzlər.
Təbəristanlılar istəməzlər,lakin verərlər; parslar istərlər və
verərlər. Eşitmişəm sufilik ilk dəfə farsda meydana çıxmışdır.
Dərviş gərək cavanlıqda zəhmət
çəkib əziyyətə dözməyi
özünə peşə etsin, qocalıqda isə bir güncə çəkilib sakit-sakit
yaşasın.
Çörək yemək vaxtı süfrə başında hazır olmalıdır ki, camaat
onu gözləməsin. Camaatdan əvvəl çörəyə əl uzatmamalı,
camaatla birlikdə yöməkdən əl götürməlidir. Payından artığına
göz dikməməli, göstəriş olmadan heç kəsi öz payına şərik
etməməlidir. Müəyyən səbəbə görə çörək yeyə bilməyəcəksə,
süfrə açılmamışdan əvvəl üzr istəməli və süfrə başında heç bir
şey deməməlidir. Orucdursa, süfrə açsalar, oruc olduğunu
deməli və orucunu yeməlidir. Təharət qaydasını öyrənməli,
ayağını səccadənin altına soxmamalı, müxtəlif qaydalarla
təharət almamalıdır. Cavanmərdlik, sufilik, onların qayda və
şərtləri mənim bu dediklərimdən ibarətdir.
Sufi dostu olmağın şərti budur ki, sufilərin rəmzli sözlərini
rədd etməyəsən, onların şərhini soruşasan. Sufilərin eybini
məziyyət biləsən, məsələn, küfrünü iman sayasan. Onların
sirrini
heç kəsə deməməli, bəyəndiyi işlərini tə'rifləməli,
bəyənmədiyini düzəltməyə çalışmalıdır. Onların yanına
getdikdə təmiz paltar geyməli, nəzakətlə öz yerində oturmalı və
onların xirqəsinə layiqi hörmət etməlidir, onu geyməməli,
başına qoymamalı, yerə salmamalı, nalayiq işlərdə ondan
istifadə etməməlidir. Bacardıqca yaxşılıq etməli, sufilərin
xirqələrini yerə saldıqlarını gördükdə, o da salmalıdır. Əgər
xirqə işrət xatirinə salınıbsa, onları də'vət etmək və ya qonaqlıq
verməklə əvəzini çıxmalı, bir-bir yerdən götürüb öpməli və
yiyəsinə qaytarmalıdır, yox əgər xirqə çəkişmə nəticəsində
salınıbsa, əlbəttə, ona baş qoşmamalı, bunu mürşidin öhdəsinə
buraxmalıdır və bacardıqca mübahisə edən sufilərin arasına
düşməməlidir, düşsə, yerində oturmalı, onlar məsələni özləri
həll edib qurtarana qədər səsini çıxarmamalıdır. Sufilər arasınla
özünü Allahın vəkili hesab etməməli və deməməlidir ki,
"Namaz vaxtı çatıb, durun namaz qılağın", ibadətə də'vət
www.duddud.com -
Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
etməməlidir, çünki onların heç kəsin göstərişinə ehtiyacları
yoxdur. Onların arasında çox gülməməli, eləcə də cansıxıcı və
qaşqabaqlı olmamalıdır, beləsinə "ağırayaq" adam deyərlər.
Əlinə şirin yemək düşsə, az olsa da, onların yanına
aparmalı, azlığı üçün üzr istəməli və deməlidir: "Doğrudur,
azdır, lakin əliboş gəlmək istəmədim". Sufilərin əsl malı
halvadır. Bu barədə mən bir şe'r də demişəm:
Mən ki bir sufiyəm, ey çöhrəsi nur, nazlı nigar,
Bunu hər kəs bilir: arvad, kişi, gənclər, qocalar
O sənin al dodağın halva kimi şirindir,
Onu sən sufiyə ver, sufi malı halva olar.
Belə olsan, dostların ən kamili və ən düzü olarsan, çünki
cavanmərdlik və dostların düzluyü bundan ibarətdir.
İnsanlıq idealından payına bədən, can və hisslər, yə'ni
cavanmərdlik, doğruluq və elm düşən dəstə peyğəmbərlərdir.
Hansı bəndədə bu üç xüsusiyyətin üçü də birlikdə olsa, o,
mütləq
ya peyğəmbər olar, ya nəsihətçi filosof, çünki cismani
iste'dadın hər ikisi ondadır. Cismani iste'dad doğruluq və
mə'rifət, ruhani iste'dad isə elmdir. Elmin nə üçün mə'rifətdən
sonra yazıldığı və nə üçün bilikdən üstün tutulduğu sənə
qaranlıqdırsa, mən bu sirri sənə aça bilərəm. Bil ki, "mə'rifət"
farsca "tanımaq" deməkdir. Tanımaq ona deyərlər ki, bir şeyi
tanıya bilmək həddindən tanışlıq dərəcəsinə çatdırasan. "Elm"
farsca "daneş" deməkdir, onun vasitəsilə tanış və yad şeyi
tanışlıq və yadlıq cəhətdən tam şəkildə tanıyırsan, onun yaxşılıq
və pislik dərəcələrini tə'yin edirsən.
Bil ki, tam bilmək beş cürdür: "əniyyət", "keyfiyyət",
"ləmiyyət", "kəmiyyət" və "səbəbiyyət", yə'ni "nəlik", "necəlik",
"nə üçünlük", "neçəlik" və "səbəb".
"Nəlik" odur ki, deyəsən: "Filanı tanıyıram, "nədir" və
"kimdir". Bu "mə'rifət"dir.
"Mə'rifətdə", yə'ni tanımaqda heyvanlar insanlara
şərikdirlər, ona görə ki, onlar da öz yeməklərini və balalarını
tanıyırlar, adamlar da. Lakin əlavə olaraq insanlarda bilik də
olduğundan onlar "nəliyi", "necəliyi", "neçəliyi", "nə üçünlüyu"
və "səbəbi" də bilirlər. Görmürsənmi, heyvanların yemi olan
yerə od qoyduqda onlar başını ora soxub odun yandırdığını hiss
etməyincə çəkilmirlər, çünki onlar odun "nəliyini" bilir,
"necəliyini" bilmirlər. İnsanlar isə həm "nəliyi", həm də
"necəliyi" bilirlər.
194 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Demək, aydın oldu ki, nə üçün elm "mə'rifətdən"
yüksəkdir. Buna görə dedim ki, kimin
elmi kamil olsa, o,
peyğəmbərliyə layiq olar. Biz heyvanlara nisbətən üstün
olduğumuz qədər peyğəmbərlər də bizdən üstündürlər.
heyvanlar bircə "nəliyi" bilirlər, insanlar "nəliyi" və "necəliyi",
peyğəmbərlər isə adamların ən kamilləridir, onlar "nəliyi",
"necəliyi", "neçəliyi", "nə üçünlüyü" və "səbəbi" də bilirlər.
Heyvan yalnız onu bilir ki, "od" yandırır, insan bilir ki, "necə
yandırır", ən kamillər bilirlər ki, "nə yandırır", "necə yandırır",
"nə üçün yandırır" və "nə səbəbə yandırıcıdır".
Lakin adamların ən kamili odur ki, onda cavanmərdlik
kamil olsun. Cavaimərdlik o zaman kamil olar ki, bilik kamil
olsun, bu isə peyğəmbərlərdə olar. Peyğəmbərlik tam
ruhanilikdir, çünki insanlıq dərəcəsində peyğəmbərlikdən daha
yüksək mövqe yoxdur. Deməli, insanlıq idealından paylarına
bədən, can, hisslər və mə'nəviyyat düşən dəstə yalnız
peyğəmbərlərdir. Həqiqətən, insanlıq idealından kimin payına
insanlığa aid olan bütün xüsusiyyətlər düşübsə, onu
"təmizlikdən" başqa heç cür təsvir etmək olmaz, ondan
üstününü axtarsan, özü kimisin taparsan, bu isə
ünsiyyət,danışmaq və təcrübə vasitəsilə əldə edilər.
Kimdə "təmizlik" varsa, o, özlüyündə təkdir, onun nəyi
varsa, ondan onadır, ondan nə baş verirsə, o
onu ona vadar edir,
o kimlə olursa, onunla birlikdə olur; onun suyu təmiz, məqsədi
qərəzsiz, köməyi tələbsiz olar, qorxu bilməz, xudpəsəndlik
tanımaz, məhrumiyyətdən uzaq olar. O, varlığını yoxluqda
tapar, yoxluq içində yox olduğu üçün əbədi qalar, yoxluqda
varlıqla birlikdə mövcud olar. Təmizlikdə tə'rifə gəlməz qədər
təmiz olar, özünü başqasında görər, başqalarını isə özündən
xaricdə görə bilməz, o, hər şeyə gözü olmayan bir gözlə baxar.
Ona görə bu dəstə nə qədər yüksək dərəçə, nə qədər böyük
hörmətə çatsa layiqdir.
Deməli, ey oğul, nə olursan ol, qabaqda ol, cavanmərdliklə
yaxınlıq et. Yalnız beləliklə dünya elçisi ola bilərsən. Hansı
təbəqədən olursan ol, cavanmərdlik yoluna düşmək istəsən ayıq
ol. Görmək lazım olmayan, etmək lazım olmayan və demək
lazım olmayan şeylərdən üç şeyi həmişə bağlı saxla: gözü, əli və
dili.
Üç şeyi isə həmişə dost və düşmən üzünə açıq qoy: ev
qapısını, yemək süfrəsini və pul kisəsini.
Bacardıqca yalan danışma, çünki əsl
nacavanmərdlik yalan
danışmaqdır. Bir adam sənin cavanmərdliyinə e'tibar edirsə, sən
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib