yaratmış və demokratik siyasi sistemin formalaşmasına nail olmuşdur.
Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə vətənçilik, yurdçuluq
anlayışlarını
özündə
birləşdirən
Azərbaycançılıq
ideologiyası
cəmiyyətimizdə hakim ideologiyaya çevrilmişdir. Azərbaycançılıq
ideologiyası bütün dünya azərbaycanlılarının bir araya gəlməsinə və
ümumi siyasi məqsədlərimizə kömək göstərməsinə çox mühüm təsir
göstərir.
Heydər Əliyev ideologiya ilə bağlı bildirmişdir ki, milli
ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə,
xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.
Milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafında Heydər
Ə
liyevin xidmətləri əvəzsizdir. Onun bilavasitə rəhbərliyi nəticəsində
Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşdirilib. Bu
strategiyanın özəyi isə Azərbaycanın milli dövlətçiliyinə söykənmişdir.
15
XX ə
srin ə
vvə
llə
rində
Azə
rbaycanda siyasi ideayalar (M.Ə
.Rə
sulzadə
,
N.Nə
rimanov).
XX əsr Azərbaycan siyasi fikir tarixində M.Ə.Rəsulzadə çox mühüm
yer tutur. Görkəmli siyasi xadim, Azərbaycan Demokratik Respublikasının
banisi (1918-1920), Müsavat partiyasının lideri, böyük publisist və alim
M.Ə.Rəsulzadə(1884-1955) 1884-cü ildə Bakının Novxanı kəndində
anadan olmuşdur. O, 1905-1909-cu illərdə Bakıda nəşr edilən qəzet və
jurnallarda işləmiş və məqalələrlə çıxış etmişdir. O, 1909-1910-cu illərdə
randa yaşamış, orada inqilabi hərəkatın iştirakçısı olmuş, Tehranda
« rani nov» (Yeni ran) həftəlik qəzetini nəşr etmişdir.
M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə
stambulda yaşamış və
jurnalistlik fəaliyyətini davam etdirmişdir. O, 1913-cü ildə Bakıya
qayıtmış, « qbal», «Açıq söz» qəzetlərinin redaktoru olmuşdur. 1918-1920-
ci illərdə Azərbaycan Milli Şurasının sədri, parlamentinin üzvü olmuşdur.
Azərbaycanda bolşevik rejimi yaradılandan sonra M.Ə.Rəsulzadə xaricdə
yaşamış, 1955-ci ildə Ankarada vəfat etmişdir.
M.Ə.Rəsulzadə fəaliyyətinin başlanğıcında islamçılıq tərəfdarı
olmaqla bərabər sosial-demokratiyaya meyl göstərmişdir. O, 1905-ci ildə
«Həyat» qəzetində yazırdı ki, «biz islamsız məhv olarıq», «islam bizim
üçün yeganə xilas yoludur» və s. O, 1907-ci ildə «Təkamül» qəzetində
«Tərcüman» qəzetini və onun redaktoru smail Qaspirinskini millətçiliyi
təbliğ etdiyi üçün tənqid edirdi. M.Ə.Rəsulzadə millətçilik mövqeyinə bir
qədər sonra gəlmişdir. O, gənc yaşlarında sosializmə hüsn-rəğbət bəsləyir,
sinfi mübarizəni qəbul edirdi.
«Açıq söz» qəzetinin nəşri ilə M.Ə.Rəsulzadə hümmətçilik dövrünü
rəsmən bağlayaraq, «milliyyət», «türk millətçiliyi» dövrünün başlandığını
elan etmişdir.
M.Ə.Rəsulzadənin siyasi görüşlərində müstəqil Azərbaycan
dövlətiçiliyi ideyasının nəzəri cəhətdən işlənməsinə xüsusi diqqət
yetirilmişdir. Onun siyasi irsində hürriyyət və azadlıq ideyaları mühüm yer
tutur. Hürriyyətin beş əsas formasını göstərirdi: söz azadlığı, mətbuat
azadlığı, cəmiyyət və ittifaq azadlığı, vicdan azadlığı, malın, canın mühafizə
olunması. O, hürriyyətin xalq qüvvəsi olduğunu, onun mərkəziyyətə qarşı
çevrildiyini göstərərək yazırdı ki, «bir qüvvə insanları bir arada toplayıb bir
mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə məhkum edən bir istibdad
mərkəziyyət, digər şəkildə – cəmiyyətçilik, kollektivizm adını alır. Digər
qüvvə də Hürriyyətdir».
Rəsulzadə dövlətin demokratik quruluşuna, şəxsiyyətə vətəndaş
hüquqlarına
yüksək
qiymət
verərək
yazmışdır:
«Azərbaycan
cümhuriyyətinin əsas iradəsi bütün vətəndaşların bərabər hüquqla
yaşaması üzərində qurulmuşdur. Kimi - qadın, müsəlman – xristian, türk-
türk olmayan, cins-milliyət fərqi qoymadan varlı-kasıb, sahibkar - işçi,
torpaq sahibi – muzdur, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün
vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara
girmək haqqına da sahib idilər». Onun fikrincə, dövlət quruluşu hüquqi
ə
saslarla aparılmalı, hüquqi dövlətin əsas təsisatları yaradılmalıdır. Söz,
mətbuat, yığıncaq, vicdan, siyasi təşkilatlar yaratmaq hüququ və başqa
hüquqlar, azadlıqlar qanunla təsbit edilməlidir. O, keçmişdə dövlətin idarə
edilməsi ilə yeni idarəetmənin fərqini göstərərək yazmışdır: Hakimiyyətin
xalqdan deyil, Allah tərəfindən bir bəxşiş verildiyi zaman hökmdarlar
çoban, məhkumlar qoyun hökmündə idilər. Hakimiyyətə xalq keçdikdə
artıq hakimlər xalq üçün, xalq da hakimlərdən ötrü məsuldur.
Nəriman Nərimanov(1870-1925) öz yaradıcılığının ilkin dövrlərində
maarifçi monarxiya tərəfdarı kimi çıxış etmiş, sonralar isə inqilabçı
demokrat və marksist kimi fəaliyyət göstərmişdir.
N.Nərimanov aşağıdakı dövlət formalarını bir-birindən ayırırdı:
-despotiya;
-maarifçi monarxiya;
-konstitusiyalı monarxiya;
-demokratik respublika.
O, despotizmi, şərq istibdad üsul-idarəsini kəskin tənqid edirdi.
Buradan çıxış edərək, o, gənclik illərində maarifçi monarxiyanı («Nadir
Ş
ah») təbliğ edirdi.
1906-cı ildən etibarən N.Nərimanov demokratik respublika tərəfdarı
kimi çıxış edir və yazırdı ki, burada dövlət başçısı ümumi seçki yolu ilə
seçilir. «Belə bir səltənətdə azadəlik artacaq olar, tərəqqi, millət və dövlət
qabağa gedər».
O, yazırdı ki, dövlət və hüquq bir-biri ilə qarşılıqlı əlaqədə olan və eyni
səbəblər, xüsusi-mülkiyyətin yaranması və cəmiyyətin antoqonist siniflərə
bölünməsi nəticəsində meydana gələn ictimai hadisələrdir. Hüquq hökmran
siniflərin iradəsini ifadə edir və istismarçı cəmiyyətlərdə zəhmətkeşlərin
mənafeyinə zidd çıxır.
16
Şə
xsiyyətin siyasətə təsiri. Şəxsiyyətin modelləri
Şə
xsiyyətin siyasətə təsiri. Şəxsiyyət siyasi fəaliyyətin subyekti kimi