bərabərliyi uğrunda mübarizə aparırdı, sasani qanunlarına görə isə qadın əslində
özünün ən yaxın qohumu olan kişinin olmalı idi. Bu, ata da ola bilərdi, ər də,
qardaş da, oğul da. Ola bilsin məzdəkiliyin qadınların ümumiliyinə çağırışı onunla
bağlı meydana gəlmişdi ki, cəmiyyətin aşağı təbəqələrinin varlı ailələrin qadınları
sırasına daxil olmuş qızlarının və bacılarının düşdükləri yeni mühitdəki
vəziyyətini bir qədər yaxşılaşdırmaq mümkün olsun. Ondan başqa, belə izah
qadınların bu hərəkata cəlb edilməsi üçün bir stimul ola bilərdi. Məzdəkilik
ardıcılları belə hesab edirdilər ki, keçmişdə xeyir qüvvələr şər qüvvələr üzərində
qalib olduğu üçün insanlar sülh və dostluq şəraitində yaşamışlar. Ancaq tarixi
inkişafın müəyyən pilləsində əks proses baş vermiş, Şər qüvvələr təsadüfən Xeyir
qüvvələrə qalib gəlmişdir. Elə bu zamandan Yer üzündə şər, paxıllıq, oğurluq və
müharibələr meydana gəlmişdir. Buna görə də məzdəkiliyin növbəti
çağırışlarından biri istehsal vasitələri və məhsulları üzərində ümumi mülkiyyətin
xas olduğu ibtidai-icma quruluşuna qayıdışa çağırış idi.
`Məzdəkilər hərəkatı bir neçə onillik müddətində davam etmişdir. Öz
missioner fəaliyyətinin qızğın çağlarında Məzdəkin moizələri elə inandırıcı idi ki,
o özünün sosial (ictimai) islahatlara dair ideyalarından xoşu gələn şah I Qubadın
rəğbətini qazana bilmişdi. Bu ideyalar düşmənə qarşı fəal müqavimət göstərmək
işində imperiyanın gücünü artırmalı idi. Ancaq I Qubadın oğlu I Xosrovun (VI
ə
srin I yarısı) hakimiyyəti dövründə Məzdək kafir (dinsiz) elan olundu. Hərəkat
bütünlüklə yatırıldı, «peyğəmbər» və onun çoxlu ardıcılları öldürüldü. Qeyd etmək
lazımdır ki, məzdəkilik ideyaları xalqın ağlını uzun müddət çaşdırdı, onların
Azərbaycanda təsiri lap islam dininin tarix səhnəsinə çıxdığı zamanadək hiss
olunurdu. Bundan da sonra məzdəkilik ideyaları başqa bir dini etik təlimin –
Azərbaycanda IX əsrdə yayılmış xürrəmilər hərəkatının əsas prinsipləri sırasına
daxil oldu.
"Məzdək deyirdi ki: ‘Tanrı torpaqdan yeməyi və bütün ehtiyacları, xalq
onları aralarında bərabər bölüşsün deyə yaratmışdır. Heç bir kimsə digərinin
payından alıb götürə bilməz. Hər kəsin varlıq baxımından bərabər olması üçün,
qətiliklə birinin ortaya çıxıb zəngindən götürərək kasıba verməsi lazımdır. Hər kim
olursa olsun, kimsənin bir başqasından daha çox varlıq, mal-mülk və birdən çox
qadına sahib olmağa haqqı yoxdur…"
" nsanlar, qibtə, əzab, qisas, yoxsulluq, ehtiras kimi beş şeytan tərəfindən
düzgünlükdən uzaqlaşdırılar. Bunları məğlub etlmək və yaxşı bir inanc yolunda
getmək üçün zənginlik ortaq və qadın-kişi bərabər haqqlara sahib olmalıdır..."
3. Azərbaycanda slamın yayılması və slamda tolerantlıq.
VII əsrin I yarsın da Ərəbistan yarımadasında meydan gələn slam dini və
onun əsasında yaranan güclü Ərəb xilafəti öz nüfuzunu qıraq ərazilərə yaymaq
üçün irimiqyaslı savaşlara başladı. Tarixdən slamın və bir dövlət olmaq etibariylə
Xilafətin (peyğəmbərin xəlifələri tərəfindən idarə olunduğu üçün belə adlanırdı)
“yer üzünə yayılma çağı” adlanan dövrü başlandı.
Azərbaycan ərazisinə ərəblərin ilk hücumları 639-cu ilə təsadüf edir. “643-644-cü
illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub
və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. 705-ci ildə isə Xəlifə I
Validin zamanında ərəb qoşunları Mehranilər sülaləsini hakimiyyətdən
uzaqlaşdıraraq Aqvan knyazlığına son qoydular. Bu dövrdən etibarən Şimali
Azərbaycan torpaqları da Ərəb xilafətinin tərkibinə qatılmış oldu. Ölkə xilafət
qanunları və canişinləri tərəfindən idarə olunmağa başladı. Azərbaycan Ermənistan
və digər əyalətləri də içərisinə alan əl-Cəzirə adlanan dördüncü əmrliyin tərkibinə
daxil idi. Bu əmirliyin paytaxtı əvvəlcə Dvin şəhəri Abbasilər taxta çıxdıqdan
sonra Bərdə şəhəri oldu.
«Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlər»
kimi müddəaları Şərqdə çox yayılmış pul-əmtəə münasibətlərini inkişaf etdirib,
onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində
sadəliyi, təbii ki, insanları cəlb edirdi. Buna qədim Şərqin dinlərinə məxsus
ayinçiliyin, xüsusən zərdüştilik üçün səciyyəvi olan ibadət zamanı möminin pak
olması tələbinin qalması da təsir göstərirdi.
slam dini təkcə üç qitənin – Avropanın, Asiyanın və Afrikanın qovuşduğu
yerdə (coğrafi ərazidə), meydana gəlməmişdi, demək olar ki, o, həm də
dağılmaqda olan quldarlıq quruluşunun Ərəbistanda qalmaqda davam edən qəbilə-
tayfa münasibətləri ilə erkən orta əsrlər feodalizminin bir-birindən ayrıldıqları
yolayrıcında meydana gəlmişdir. slamın ehkamlarından həm onun yayılma
sərhədlərinin sürətlə genişləndirilməsinə siyasi cəhətdən bəraət qazandırmaq üçün,
həm də yeni sosial prinsiplərin möhkəmləndirilməsi üçün istifadə olunur. slam
məzlum aşağı təbəqələrin ideologiyasına çevrilməyə (ilkin xristianlıqda olduğu
kimi) macal tapmadı, o özünün yaranmasının elə başlanğıcından dövlət dini
rolunda çıxış etməyə başladı. Buna görə də artıq Məhəmmədin Məkkədən
Mədinəyə köçdüyü (hicrət etdiyi) zamandan slamda mənəvi-əxlaqi və fəlsəfi
məsələlərdən daha çox müsəlman cəmiyyətinin ictimai-siyasi quruluşunun, onun
həyat və fəaliyyətinin hüquqi cəhətlərinin prinsiplərinə diqqət verilirdi.
Məhəmməd öz fəaliyyətinin ilk mərhələsində öz missiyasını (ilahi tapşırığını)
yerinə yetirmək üçün təbliğat, dilətutma, qorxutma yollarından istifadə edir, yəni
insanların şüuruna təbliğat fəaliyyəti ilə təsir göstərirdi. Bu haqda V.Bartold
yazırdı: «Məkkədə Məhəmməd heç kəsin hökmdarı deyildi, o insanları tövbəyə,
imana və fəal məhəbbətə dəvət edərkən yalnız onların könüllü iradəsinə müraciət
Dostları ilə paylaş: |