560
ə
sas məqsədi sahibkarlıq fəaliyyətindən (mal satışından, iş görülməsindən, xidmət göstərilməsindən və s.) mən-
fəət əldə etməkdən ibarətdir. Renta ödənilməsi üçün özünün əmlakını başqa şəxslərə vermək və bununla mənfə-
ə
t əldə etmək kommersiya təşkilatlarının fəaliyyət məqsədlərinə tamamilə ziddir.
Elə qeyri-kommersiya təşkilatları vardır ki, onlar təsis sənədlərində nəzərdə tutulan məqsədə nail olunması-
nadək və ya müəyyən müddətə fəaliyyət göstərmək niyyəti ilə yaradılır. Şübhəsiz ki, bu cür təşkilatlar müddət-
siz münasibətlərə girmək ixtiyarına malik deyildir. Buna görə də göstərilən həmin qeyri-kommersiya təşki-
latları daimi renta alan qismində çıxış edə bilməzlər.
Daimi renta hər hansı bir vaxt müddəti ilə məhdudlaşmadığına görə daimi renta almaq hüququ renta alan və-
təndaş öldüyü halda vərəsəlik qaydasında vərəsələrə və ya hüquqi şəxs yenidən təşkil olunduqda hüquqi va-
rislik qaydasında hüquqi şəxslərə keçir. Daimi renta almaq hüququ vərəsəlik və hüquqi varislik qaydasında
dövlətə və kommersiya təşkilatlarına keçə bilməz. Ona görə ki, daimi renta alanlar yalnız fiziki şəxslər, ha-
belə qeyri-kommersiya təşkilatları ola bilərlər (MM-in 871.1-ci maddəsi).
Daimi renta müqaviləsi üzrə renta alanın hüquqları həm də tələbin güzəşti yolu ilə fiziki şəxslərə, habelə
qeyri-kommersiya təşkilatlarına verilə bilər. Beləliklə, daimi renta müqaviləsi üzrə renta alanın hüquqları tələ-
bin güzəşti yolu ilə verilə bilər və vərəsəlik üzrə və ya hüquqi şəxslər yenidən təşkil olunduqda hüquq varisliyi
qaydasında keçə bilər. Bu xüsusiyyət, yəni renta alanın hüquqlarının keçmək imkanı, onları özgəninkiləş-
dirmə
k imkanı daimi renta müqavilə
sinin ikinci ə
sas ə
lamə
ti hesab olunur. Bu əlamət onu ömürlük renta
müqaviləsindən fərqləndirməyə imkan verir.
Daimi renta müqavilə
sinin ikinci tə
rə
fi olan renta ödə
yicisinə
gə
ldikdə isə, bunu demək olar ki, onun
subyekt tərkibi haqqında qanun hər hansı bir məhdudiyyət müəyyən etmir. Belə çıxır ki, həm fiziki şəxslər,
hə
m də
hüquqi şə
xslə
r renta ödəyicisi qismində çıxış edə bilərlər.
Daimi renta müqavilə
sinin predmetini renta ödənilməsi üçün verilən
mülki dövriyyə
qabiliyyə
tli hə
r
hansı bir ə
mlak (həm daşınar, həm də daşınmaz) təşkil edə bilər. Predmet kimi yaşayış evi, mənzil, bağ, torpaq
sahəsi, pul, müəssisə və digər əmlak növləri çıxış edə bilər. Müqavilənin predmeti onun mühüm şərti hesab
olunur.
Müqavilənin müddəti daimi renta müqaviləsinin qüvvədə olma müddətini, yəni rentanın ödənilməsi müd-
dətini ifadə edir. Bu müqavilədə renta ödənişinin kəsilməsi müddəti müəyyənləşdirilmir. Renta həmişəlik və fa-
siləsiz olaraq ödənilir.
Daimi rentanın ödənilməsi müddəti haqqında şərt müqavilənin mühüm şərti hesab olunmasa da vacib
ə
həmiyyətə malikdir. Qanun daimi rentanın hər təqvim rübünün sonunda ödənilməsi qaydasını müəyyən
edir (MM-in 872-ci maddəsi). Deməli, renta hər təqvim ilində dörd dəfə (hər rübdə bir dəfə) ödənilir. Qanunun
bu göstərişi imperativ yox, dispozitiv xarakterə malikdir. Bu o deməkdir ki, tərəflərin razılığı ilə daimi renta
müqaviləsi əsasında daimi rentanın ödənilməsinin ayrı müddətləri də nəzərdə tutula bilər. Məsələn, dörd ayda
bir dəfə, ayda bir dəfə, altı ayda bir dəfə və s.
3. Müqavilə
nin mə
zmunu
Daimi renta müqaviləsi üzrə yalnız renta ödəyicisi vəzifə daşıyır. Onun əsas vəzifəsi müqavilənin qüvvədə
olma müddə
ti ə
rzində
müntə
zə
m surə
tdə
rentanı ödə
mə
kdə
n ibarətdir. Rentanın ödənişi müqavilədə və ya
qanunda müəyyən edilən vaxtaşırı müddətdə, müqavilədə nəzərdə tutulan forma və miqdarda həyata keçirilir.
Renta ödəyicisinin göstərilən vəzifəsi daimi renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması
və ya təsadüfən zədələnməsi zamanı da saxlanılır. Bu cür halda əmlakın təsadüfən məhv olması və ya təsadü-
fə
n zə
də
lə
nmə
si riskinə
görə renta ödəyicisi cavabdehdir. Ona görə ki, renta ödəyicisi renta ödənilməsi üçün
verilmiş əmlakı öz mülkiyyətinə daxil edən şəxsdir, onun mülkiyyətçisidir. Buna görə də o, əmlakın məhv ol-
masından və ya zədələnməsindən asılı olmayaraq renta ödənişi üzrə öhdəliyi icra etməyi davam etdirməyə borc-
ludur. Bəzi halda isə renta ödəyicisinin renta ödənişi barədə öhdəliyinə xitam verilə və ya onun ödənilməsi şərt-
ləri dəyişdirilə bilər. Bu yalnız o vaxt mümkün ola bilər ki, daimi renta ödənilməsi üçün haqq müqabilində ve-
rilmiş əşya təsadüfən məhv olsun və ya təsadüfən zədələnsin (MM-in 876.2-ci maddəsi). Odur ki, bu kimi hal-
larda daimi renta ödənişi üzrə öhdəliyə xitam verilə bilər.
4. Daimi renta müqaviləsinin xitam edilməsi
Daimi renta müqaviləsi müddətsiz xarakterə malikdir. Lakin buna baxmayaraq daimi renta müqaviləsi öh-
dəliklərə xitam verilməsinin ümumi əsasları ilə (MM-in 27-ci fəsli) ləğv edilə bilər. Lakin öhdəliklərə icra
nəticəsində xitam verilməsi ilə (MM-in 528-ci maddəsi) bu müqavilənin ləğv edilməsi istisna edilir. Bununla
belə, daimi renta müqaviləsi başqa bir halda da ləğv edilə bilməz. Belə ki, daimi renta alan vətəndaşın ölümü və
ya hüquqi şəxsin yenidən təşkil edilməsi ilə renta alanın hüquqları vərəsələrə və ya hüquqi varisə keçir. Belə
halda daimi renta müqaviləsinin xitam edilməsindən söhbət gedə bilməz.
Bununla bərabər, daimi renta müqaviləsi xüsusi qayda və əsasla ləğv edilir ki, bu qayda yalnız həmin mü-