“Mülki müdafiə
” Fə
nni Üzrə
mtahan Suallarının Cavabları
1.
Geofiziki təhlükəli təzahürlər. Onların baş vermə səbəbləri.
Zə
lzə
lə
- ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz, idarə olunmaz təbbi
fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və
yaxud mantiyanın üst qatının sürüşməsi və parçalanması nəticəsində, böyük
məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və
tez yayılan fövqəladə hallara aiddir. Bu zaman ərzində təxlyə və qabaqlayıcı
tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və
bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı
zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə
toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tarixdə ilk qeydə alınmış
zəlzələ eramızdan 2050- il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər
nəticəsində 4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali
və s. şkalaları üzrə müəyyən edilir.
Vülkan püskürmə
lə
ri- yer qatının kanalları və qatları üzərində yaranan, yer
üzərinə lava, kül, zərərli qazlar, su buxarı və dağ cisimlərini püskürən geofiziki
hadisəyə deyilir. Yer üzərində 522 fəaliyyətdə olan vulkan qeydə alınlb və
bunlardan 20-40-ı hər il püskürür. Ən çox vulkan ndoneziyada, Yaponiyada,
Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar
bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ cisimlərinin
qırıntıları, partlayış dalğası, lil və daş axınları. Maqma dedikdə, yer daxilində
ə
rimiş, yüksək hərarətli, son dərəcədə közərmiş və qazlarla zəngin olan silikat
maddə nəzərdə tutulur. Vulkan konusunun zirvəsində yerləşən kasa şəkilli və ya
qıfa bənzər boşluğa vulkan krateri deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq
krater göllərinin yaranmasına səbəb olur. Vulkanın püskürməsi ilə mübarizənin
üsulları:
-vulkanın vəziyyətini daim müşahidə etmək;
-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
-müdafiə bəndlərinin qurulması;
-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
-lavanın su ilə soyudulması;
-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi.
2.Geoloji təhlükəli təbii fəlakətlər. Onların baş vermə səbəbləri.
Sürüşmə- daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ
yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların
titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq
sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla,
uzunluğu isə yüzləriə metr ola bilər. Sürüşmələr uzun illər boyu tamamilə
hərəkətsiz qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların
sürəti saatda onlarca metrə çata bilir. Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı
torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları
isladarkən baş verir. Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl
zonasıdır. Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ə
razilərdə çoxlu sayda ağacların əkilməsidir.
Sel- Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır.
Sel hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir
və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin
80-90%-i leysan mənşəlidir. Sel axınları yatağının mailliyi 6-20 dərəcə
hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə,
nadir hallarda isə 4-5 saat davam edir.
Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə
olan sahələrdə baş verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi
milyon kub metrə, maneələrə gostərdiyi təzyiq hər kvadrat metrdə 100 tona
çatır.(0,5 t/m
2
təzyiq qapı və pəncərələri qırır, 3 t/m
2
taxta tikililəri, 100 t/m
2
daş
binaları dağıdır) Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə
iri qar uçqunları təhlükəsi meydana çıxır. Müdafiə üsulları, qar yağmış
hündürlükləri atəşə tutmaqdır.
3. Meteoroloji xarakterli təbii hadisələr. Baş vermə səbəbləri.
Fırtına– Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb
olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğ
a -Dolmuş buludlar arasinda əmələ gəlir. Dairəvi şəkildə fırlanaraq Yer
səthinə enir. Endiyi andan 30 m dərinliyində 40 -60 km məsafəni qət edə bilir.
Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200 km/saata çata bilir. Küləyin sürəti
Bofort şkalası ilə ölçülür. Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80
m/san (280 km/saat), dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110
m/san-dən artıqdır (400 km/saat). Burulğan zamanı isə küləyin ölçülmüş sürəti
115 m/san (420 km/saaat), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən
(1000 km/saat-dan) artıüdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli
şə
rait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.
Tufan –Küləyin sürəti 0 –dan səs sürətinə qədər ola bilir. 1946- cı ilə kimi 12
ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26- 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san –yə çatır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq
ballarla belə ifadə edilir: 1 baldan kiçik, 18÷32 m/san – zəif dağıntılar törədə bilər;
1 bal, 33÷49 m/san - mülayim; 2 bal, 50÷69 m/san – xeyli dağıdıcı; 3 bal, 70/92
m/san – güclü dağıdıcı; 4 bal 98÷116 m/san – dəhşətli dağıdıcı.
Dolu –Atmosfer yağıntılarının bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və buz qatı ilə örtülür. Ölçüsü 5mm-dən 55mm-ə qədərdir.
4. Hidroloji və Dəniz hidroloji təzahürlər. Onların baş vermə səbəbləri.
-suların yüksək səviyyəsi (daşqın, subasma);
-yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt);
-yağış daşqınları;
-maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması);