2
Rəyçilər: Azərbaycan Kooperasiya Universiteti
«Əmtəəşünaslıq və ekspertiza»
kafedrasının müdiri, b.e.n. , dos.A.H.Xəlilov
Azərbaycan Dövlət Iqtisad
Universiteti “Istehlak mallarının
ekspertizası” kafedrasının dos., b.e.n. M.A.Əhmədov
Elmi redaktoru: prof. Ə-C.İ.Əhmədov
Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali
məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009. 000 səh.
Dərslik təhsilin bakalavr pilləsində 320200 – “Ərzaq malları
əmtəəşünaslığı” ixtisası üzrə qüvvədə olan tədris planı əsasında tərtib olunmuş
“Bitki mənşəli ərzaq malları əmtəəşünaslığı” fənninin proqramına tam uyğun
olaraq yazılmışdır. Dərslik 9 fəsildən ibarətdir. Birinci fəsildə meyvə və tərəvəzin
anatomik quruluşu, kimyəvi tərkibi və fiziki xassələri; ikinci fəsildə təzə
tərəvəzlər; üçüncü fəsildə təzə meyvələr; dördüncü fəsildə Azərbaycanda yetişən
yabanı meyvə-giləmeyvələr; beşinci fəsildə meyvə-tərəvəzin yetişməsi, yığılması,
əmtəə emalı və daşınması; altıncı fəsildə meyvə və tərəvəzin saxlanılması;
yeddinci fəsildə meyvə-tərəvəzin emalı məhsulları, səkkizinci fəsildə göbələk və
onun emalı məhsullarının əmtəəşünaslıq səciyyəsi doqquzuncu fəsildə isə meüvə-
tərəvəz malarının keyfiyyətini öyrənilməsi üsulları öz əksini tapmışdır.
Dərslikdən tələbələrlə yanaşı meyvə-tərəvəzin tədarükü, saxlanılması,
emalı və satışı ilə məşğul olan mütəxəssislər, gömrük təşkilatlarının əməkdaşları,
kolleclərin müəllimləri və tələbələri də istifadə edə biləcəklər.
©
Əhməd-Cabir, 2009
3
ÖN SÖZ
Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin
edilməsi dövlətin iqtisadi siyasətində əsas yer tutur.Bu məqsədlə ölkədə ərzaq
istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmışdır.
Ərzaq məhsulları istehsalında həyata keçirilən kompleks tədbirlər bu sahənin daha
sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 2 mart tarixli 640 saylı sərəncamı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı»nda nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi ölkədə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli
aparılmasına təkan vermişdir.
Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal
müəssisələrinə geniş texniki və maliyyə dəstəyi göstərilir. Odur ki, son illər
respublikada meyvə-tərəvəzin və onun emalı məhsullarının istehsalı ilbəil artır.
Meyvə-tərəvəz məhsulları insan orqanizminin mineral maddələr və
vitaminlərlə təmin edilməsində əvəzsiz qida məhsullarıdır. Meyvə-tərəvəzlər
vitaminlərin və mineral maddələrin mənbəyidir. Meyvə-tərəvəzin tərkibində
orqanizmdə asan mənimsənilən karbohidratlar, o cümlədən şəkərlər və nişasta
vardır. Üzvi maddələrdən meyvə-tərəvəzlərdə üzvi turşular, aşı və boya maddələri,
pektin maddələri, ətirli maddələr və digər bioloji fəal maddələr vardır. Meyvə-
tərəvəzin tərkibi onun növündən və sortundan, yetişmə dərəcəsindən, yığılma
müddətindən, torpaq-iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və
müddətindən çox asılıdır.
Təzə meyvə və tərəvəz istehsalının mövsümi xarakter daşımasına
baxmayaraq, bunlar il boyu gündəlik qidanın tərkibinə daxil olmalıdır. Müəyyən
olunmuş fizioloji normaya əsasən, orqanizmin normal fəaliyyəti üçün hər adam
ildə orta hesabla 106 kq meyvə-giləmeyvə və üzüm (gündə ən azı 300 qram), 110
kq kartof (gündə 300-350 qram), 130 kq tərəvəz və bostan məhsulları (gündə 350-