yüksək maliyyə dəyərli olmasına baxmayaraq digər metodların çox da təsir
etmədiyi qarışıq tərkibli tullantılarda daha yaxşı nəticələr verir.
Təkmilləşdirmə mərhələsində olan elektrokinetik metod və ərazidə tətbiq
olunan torpaq yuma metodu gələcək üçün olduqca perspektivli metodlardır.
Elektrokinetik ayırma metodu xüsusilə orta dərinlikli gilli torpaqlar üçün
səciyyəvidir. Torpağın ərazidə yuyulması metodu isə xüsusilə, homogen, keçirici
və qumlu torpaqlar üçün xarakterikdir.Lakin, çirkləndiricinin istənməyən əraziyə
doğru hərəkətinin qarşısını almaq üçün ərazinin hidrologiyasını düzgün tədqiq etmək
lazımdır. Ərazidə və ərazidən kənar tətbiq olunan torpaq yuma metodunda
toksiki olmayan qatqı maddələrinin təkmilləşdirilməsi üçün aparılan tədqiqatlarda
bu metodun gələcəkdə istifadəsinin artacağı düşünülür. Bio- Səthi aktiv maddələrlə
aparılan torpaq yuma işləri bu baxımdan olduqca perspektivlidir. Fitoremediasiya və
bioloji üsulların tətbiqi uzun vaxt tələb etməsinə baxmayaraq, çirklənmənin aşağı
səviyyədə olduğu ərazilər üçün məqsədəuyğun hesab edilir. [21]
Tədqiqat apardığımız ərazidə dağ-mədən sənayesinin, qara və əlvan
metallurgiyanın inkişafının sürətli olmasını nəzərə alaraq torpaqların ağır metallardan
təmizlənməsi və təmizlənmə işləri üçün düzgün üsul və texnologiyanın tətbiqi
olduqca mühüm məsələdir. Şübhəsiz ki, ağır metallarla intensiv çirklənməyə
məruz qalmış torpaqlarda çirklənmənin qarşısını almaq üçün ən yaxşı üsul
ə
vvəlcədən düşünülmüş addımlar ataraq tullantılara nəzarət etmək və tullantıların
təkrar istehsalını düzgün həyata keçirməkdir. Məhz bu yolla, torpağa ağır
metalların daxil olmasına nəzarəti təmin etmək və gələcəkdə ağır metallarla
bağlı torpaqda yarana biləcək neqativ proseslərinin qarşısını əvvəlcədən almaq
olar.
Lakin təəssüf ki, tədqiq etdiyimiz ərazidə ağır metallarla çirklənməyə məruz
qalmış torpaqlarda kifayət qədər tədbirlər görülmür və bu məsələ ilə bağlı
lazımi addımlar qabaqcadan atılmır. Ərazinin ağır metalların yaratdığı çirklənmənin
ilkin tədqiqində, çirkləndiricilik potensialına sahibi obyektlər sistemləşdirilməli
və təmizlənməyə ehtiyac olan sahələr müəyyənləşdirilməlidir. Daha sonra
ə
razinin relyefi, çirkləndiricinin xüsusiyyətləri ,hidrogeoloji xassələri və
iqtisadi səmərləlilik kimi bir sıra faktorlar nəzərə alınaraq lazımi labarator
tədqiqatlar aparılmalı və nəticələrə uyğun metod bu parametrlər əsasında
müəyyənləşdirilməlidir.
Tədqiqat apardığımız ərazidə dağ-mədən sənayesinin, qara və əlvan
metallurgiyanın inkişafının sürətli olmasını nəzərə alaraq torpaqların ağır metallardan
təmizlənməsi və təmizlənmə işləri üçün düzgün üsul və texnologiyanın tətbiqi
olduqca mühüm məsələdir. Şübhəsiz ki, ağır metallarla intensiv çirklənməyə
məruz qalmış torpaqlarda çirklənmənin qarşısını almaq üçün ən yaxşı üsul
ə
vvəlcədən düşünülmüş addımlar ataraq tullantılara nəzarət etmək və tullantıların
təkrar istehsalını düzgün həyata keçirməkdir. Məhz bu yolla, torpağa ağır
metalların daxil olmasına nəzarəti təmin etmək və gələcəkdə ağır metallarla
bağlı torpaqda yarana biləcək neqativ proseslərinin qarşısını əvvəlcədən almaq
olar.
NƏ T CƏ VƏ TƏ KL FLƏ R
Aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq aşağıdakı yekun təklif və
nəticələr irəli sürülmüşdür:
-Kiçik Qafqazın şimal-şərqində torpaq ehtiyatları ətraflı təhlil edilmiş,
bioekoloji xüsusiyyətləri, bitki örtüyünün yayılma arealları müəyyənləşdirilmişdir.
- Ərazinin torpaqlarında ağır metalların təhlükəlilik dərəcəsi qiymətləndirilmiş,
xarakterik xüsusiyyətləri öyrənilmişdir
- Torpaqları ağır metallarla çirkləndirən başlıca mənbə və proseslər
müəyyənləşdirilmiş, torpaqların ağır metallarla çirklənməsində metallurgiya
sənayesinin, nəqliyyatın, kənd təsərrüfatının rolu təhlil edilmiş, müvafiq nəticələr
ə
ldə olunmuşdur.
- Dağ-mədən sənayesinin mərkəzi olan Daşkəsən ətrafı torpaqlarda dəmir
filizinin çıxarılması ilə əlaqədar ağır metalların yol verilən konsentrasiyadan dəfələrlə
artıq olduğu müəyyənləşdirilmişdir. Şaxta üsulu ilə dəmir filizi hasilatının
aparılmasının torpaqların ekoloji vəziyyətinin sabit saxlanılmasındakı əlverişliliyi
irəli sürülmüşdür
- Ərazinin torpaqlarında ağır metalların yaratdığı çirklənmənin ekoloji
qiymətləndirilməsi aparılmış və Daşkəsən filizsaflaşdırma kombinatı sahəsində 600
hektardan çox sahənin texnogen relyef formaları ilə örtüldüyü müəyyənləşmişdir.
- Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq
nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır
metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının
səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər
miqrasiya edərək torpağa çökür və onu çirkləndirir. Təbii torpaqlara nisbətən
tullantılarla təmasda olan torpaqlarda həmin elementlərin miqdarı 4-9 dəfə artıqdır.
Dəmir mədən tullantılarında və onların təmas etdiyi torpaqlarda sink, mis, kobalt,
manqan, bor və civənin miqdarı yol verilən konsentraiyadan 4-9dəfə artıqdır.
Qurğuşunun miqdarı isə 40 dəfədən çoxdur.
-Tullantılar üzərində nəzarətin qeyri-düzgünlüyü nəticəsində dağ-mədən
filizsaflaşdırma kombinatının tullantıları bilavasitə buradan keçən Qoşqarçay
dərəsinə axıdılır. Bu tullantılar Qoşqarçay dərəsininin landşaftında ekoloji gərginliyi
artırmış və landşaft reaksiya potensialını itirmişdir. Daşkəsən yatağının istismarı
dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu
tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.
- Daşkəsən dəmir filizi mədənlərinin istismarı ilə əlaqədar olaraq 1,2 min
hektar sahədə meşə və çəmən torpaqları yararsız hala düşmüşdür ki, bunun da 0,5
min hektarı süxur tullantıları altındadır.
Dostları ilə paylaş: |