KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
25
AZƏRBAYCAN TEATRLARI VƏ
DÜNYA DRAMATURGİYASI
Ələkbər QASIMOV
*
Özet
Bildiride dünya dramaturjisinin antik, klasik ve çağdaş örnekleri yer almışdır.
Söz edilen eserlerin Azerbaycan tiyatrosunun gelişmesindeki rolü göz önüne
çekilmiştir. Aynı zamanda Bakü tiyatroları ile beraber bölgelerdeki Nahçıvan,
Gence, Şeki, Ağdam, Lenkeran, Sumqayıt ve bunun gibi tiyatroların faaliyetleri de
araştırılmıştır.
Anahtar kelimeler: Bildiri, klasik, Nahçivan, Gence, Şeki
Summary
The article covers ancient, classical and modern samples of the world drama.
Furthermore, this article covers the role of these works in the formation and
prosperity of Azerbaijan theatres. Effective activities of Baku theatres, as well as
Nakhchivan, Ganja, Shaki, Aghdam, Lankaran, Sumgait and other theatres in this
field are broadly elucidated in this article.
Key words: Article, classic, Nakhchivan, Ganja, Shaki
*
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Azərbaycan Teatr Xadimləri İttifaqının və
Jurnalistlər Birliyinin üzvü
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
26
Vətənpərvərlik prinsipləri əsasında yaranan, daim xalqına bağlı olan, onu hər
bir dövr- də milli azadlığa səsləyən, yeniliyə, gözəl işlərə ruhlandıran 136 yaşlı
Azərbaycan teatrının ideya mənbəyi həm də Avropa və Rusiyanın mütərəqqi teatr
sənəti, o cümlədən dünya dramaturgiyası olmuşdur.
1873-cü il martın 10-da, yeni təqvimlə 22-də - Novruz bayramının ikinci
günündə, Bakıda M.F.Axundovun “Lənkəran xanı vəzirinin sərgüzəşti”
komediyasının tamaşası ilə Yaxın Şərqin ilk teatrı – Azərbaycan teatrı doğuldu. Elə
həmin gündən, 20 ildən artıq vaxt ərzində Azərbaycan teatrı Axundov
komediyaları ilə kövrək addımlarını atdı, Nəcəf bəy Vəzirovun, Sultanməcid
Qənizadənin, Əbdürrrəhim bəy Haqvrdiyevin pyeslərilə formalaşdı.
Nəhayət, 1894-cü ilin mayında, Bakıda L.Tolstoyun “Əvvəlinci şərabçı”
pyesinin tamaşası göstərildi. Həmin pyesi tərcümə edən S.Qənizadə Azərbaycan
səhnəsinə ilk dəfə olaraq rus dramaturgiyasını gətirmiş oldu. Bu hadisədən bir neçə
il sonra, 1896-cı ildə, yenə Bakıda Nəriman Nərimanov N.V.Qoqoldan tərcümə
etdiyi “Müfəttiş” əsərinə özünün rejis- sorluğu ilə ilk dəfə Azərbaycan dilində
səhnə həyatı verir. Tamaşaçılar tərəfindən çox bəyə- nilən və rəğbətlə qarşılanan bu
tamaşa bir neçə il dəfələrlə nümayiş etdirilmişdir. 1900-cü ildə “Kaspi” qəzeti 17
sentyabr tarixli nömrəsində Azərbaycan səhnə həvəskarlarının bu tama şadakı
uğurlu çıxışlarının bəyənildiyini, xüsusən də Qorodniçi rolunda N.Nərimanovun
oyu- nunun yüksək qiymətləndirildiyini bildirərək, bu tamaşanın tez-tez, heç
olmasa, ayda iki dəfə göstərilməsini arzu edirdi. Qəzetlər həmin tamaşanın
“Tağıyev Teatrı”nda göstərildiyini də vurğulayırdılar. Bəli, Bakıda belə bir teatr
binası 1880-ci ildən mövcud idi. Milyonçu-messanat Hacı Zeynalabdin Tağıyev
dəniz kənarına yaxın bir ərazidə, özünün buğda anbarının yerində, xüsusi layihə
əsasında gözəl bir teatr binası tikdirmişdi. Bina elə belə də adlanır dı – “Tağıyev
Teatrı”. Bakıya ara-sıra qastrola gələn müxtəlif teatr truppaları ilə yanaşı, vaxt aşırı
yerli teatr truppaları da tamaşalalarını bu binada göstərmək imkanı əldə etmişdilər.
XIX əsrin sonlarında Bakıda Azərbaycan milli teatrının formalaşması və
inkişafı əyalətlərdə də yerli ziyalıları teatr təşkil etməyə həvəsləndirirdi. 1883-cü
ildə Naxçıvanda, 1884-cü ildə Şuşada, daha sonralar Şəkidə, Gəncədə, Qubada
yerli teatr truppaları yarandı. Maraq lıdır ki, bu əyalət teatr truppaları arasında ilk
dəfə olaraq Şuşada tərcümə pyesinə müraciət olunmuş və 1884-cü ildə burada
V.Şekspirin “Otello” faciəsi tamaşaya qoyulmuşdur. Hətta dünyaşöhrətli
bəstəkarımız Üzeyir Hacıbəyov “Kaspi” qəzetində bu barədə belə məlumat
vermişdi: “Otello”ya mən təxminən 20 il bundan qabaq, Şuşa Şəhər Teatrında, tatar
dilində (Azərbaycan dilində - Ə.Q.) tamaşa eləmişəm” (“Kaspi” - № 260, 25
noyabr 1917-ci il). Şuşada, 1904-cü il avqustun 22-də göstərilən “Otello” tamaşası
isə elə böyük uğur qa- zanmışdı ki, onun əks-sədası müxtəlif yerlərdən gəlirdi.
Bakıda “Kaspi” (7.IX.1904), Tiflis- də “Kafkaz” (26.IX.1904), Moskvada “Novosti
dnya” (8.IX.1904) qəzetləri Azərbaycanın bir əyalət teatrında hazırlanan bu
müvəffəqiyyətli tamaşa barəsində oxucularına geniş məlumat vermişdilər.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan teatrının budaqları daha da
şaxələnə rək geniş coğrafi miqyas alır. Belə ki, bu dövrdə Tiflisdə, İrəvanda,
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
27
Təbrizdə, Aşqabadda Azərbaycan teatr truppaları təşəkkül tapır və formalaşır. XX
əsrin ilk illərindəndən, xüsusən də 1905-ci ildən sonra Türkiyə yazıçıları arasında
dramaturgiyaya meyl xeyli güclənmişdi. Həmin dövrdə Azərbaycan teatrlarında da
Türkiyə dramaturgiyasına maraq artdı. Türkiyə- dən gətirilən pyeslər bəzən
tərcümə olunmadan belə Bakıda və əyalətlərdə tamaşaya qoyu- lurdu. N.Kamalın
“Vətən, yaxud Silistrə” pyesi ilk dəfə 1907-ci ilin dekabrında, gəncəli mü əllim
M.Axundzadə tərəfindən tərcümə edilərək, 1908-ci ilin yanvarında Gəncə teatr
truppa sının ifasında nümayiş etdirilmişdi. Bundan sonra 1912-ci ildə həmin əsər
Bakıda, “Nicat” Cəmiyyətinin aktyorları tərəfindən “Vətən, yaxud Osmanlı
müharibəsi” adı ilə tamaşaya qo yulmuş, baş rolda Hüseyn Ərəblinski, bir neçə gün
sonra isə Abbasmirzə Şərifzadə çıxış et- mişlər. Bu vaxt “Nicat” Cəmiyyətinin
sədri Məmmədəmin Rəsulzadə idi.
1918-ci ildə isə həmin pyesə Naxçıvan Teatrı da müraciət etdi. O zaman
burada olan Türkiyə qoşunlarının komandanı Kazım Qarabəkir paşa “Vətən, yaxud
Silistrə” tamaşasının baş məsləhətçisi olmuş, rejissor Rza Təhmasibə və rəssam
Bəhruz Kəngərliyə dəyərli tövsi- yələr verərək, tamaşanın real və gözəl
alınmasında yaxından köməklik göstərmişdir. Məhz həmin dövrdə - 1918-1920-ci
illərdə Azərbaycan Demokratik Respublikasında Bakıda və əyalətlərdəki teatrlara
diqqət və qayğı xeyli dərəcədə artmışdı. Teatrların repertua rına şəxsən
M.Rəsulzadə ciddi fikir verir, Azərbaycanın klassik, o cümlədən dünya və rus
dramaturgiyasının ən yaxşı nümunələrinin tamaşaya qoyulmasını tövsiyə edirdi.
Azərbaycanda 1920-ci ilin 28 aprel çevrilişindən sonra ictimai-siyasi vəziyyətin
kökün- dən dəyişməsi bütün sahələr kimi teatrlara da öz təsirini göstərdi. 1921-ci
ildə “Tağıyev Teatrı” əsaslı təmir olunaraq, 1922-ci ilin yanvarından təntənəli
açılışla D.Bünyadzadə adı- na Türk Dövlət Akademik Dram Teatrı adı ilə
fəaliyyətə başladı. 1923-cü ildə isə Bakıda Yaxın Şərqin ilk Teatr Texnikumu
açıldı.
Bu dövrdə teatrın repertuarında əsasən klassik milli dramaturgiya nümunələləri
və yeni quruluşu təbliğ edən müasir pyeslər, səhnələşdirmələr və səhnəciklər əsas
yer tuturdu. Tərcü mə əsərlərindən isə əsasən Türkiyə dramaturgiyasına üstünlük
verilirdi. Lakin 1924-cü ildən Türkiyə dramaturqlarının əsərləri repertuara daxil
edilmədi və 1925-ci ildən bütün teatrların repertuarında olan belə pyeslər
“pantürkizm”i, “panislamizm”i təbliğ edən əsərlər damğası ilə qadağan edildi.
1937-ci ildə isə belə əsərlərin müəllifləri, rejissorları və aktyorlar (baş rol ların
ifaçıları) repressiya burulğanında məhv edildilər. 37-ci il fırtınasında milli
səhnəmiz Hüseyn Cavid kimi dramaturqunu, Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb
kimi aktyorlarını itir-di.
1929-cu ildə Bakıda Uşaq Teatrı yarandı. Görkəmli sənət xadimləri N.Vəzirov,
Ə.Haq-verdiyev, C.Məmmədquluzadə, N,Nərimanov hələ 20-ci illərin
əvvəllərindən Bakıda uşaqlar üçün bir teatr yaradılması təklifini irəli sürürdülər.
Yaranan yeni teatr Azərbaycan və rus böl mələrindən ibarət idi. Azərbaycan
bölməsi ilk tamaşasını 1930-cu il yanvarın 30-da göstərdi Bu “Qırmızı qalstuk”
(müəllif İvanter) tamaşası idi. Bakı Uşaq Teatrı 1936-cı ilin iyun ayın dan
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
28
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırıldı. Bakıda yaranan yeni
teatrlar (Bakı İşçi Teatrı, Bakı Uşaq Teatrı) müəyyən yaradıcılıq nailiyyətləri əldə
etsələr də, bu dövrdə (30-cu illərin əvvəllərində) milli səhnə sənətimiz öz
yüksəlişini Azərbaycan Dövlət Akademik Dram Teatrının fəaliyyətilə büruzə
verirdi. Həmin illərdə A.Korneyçukun “Platon Kreçet” (“Polad Qartal”, rej.
A.İskəndərov), J.B.Molyerin “Skapenin kələkləri” (rej. R,Darablı), V.Şekspirin
“Romeo və Cülyetta”, “Maqbet” (rej. A. Tuqanov) kimi tərcümə pyesləri tamaşaya
qoyulyr.
30-cu illərdə Naxçıvan, Gəncə və Ağdam teatrları da məhsuldar yaradıcılıq
yolu keç-mişlər. 1922-ci ildə “dövlət dram teatrı” statusunu alan Naxçıvan Teatrı
elə həmin ildə N.V. Qoqolun “Evlənmə” komediyasını uğurla tamaşaya qoymuşdu.
1931-ci ildə görkəmli səhnə xadimi Sidqi Ruhulla Naxçıvan Dövlət Dram Teatrının
direktoru və baş rejissoru təyin edilir. O, buradakı fəaliyyəti dövründə milli
dramaturfgiya ilə yanaşı xarici əsərlərə də quruluş verir. Onun rejissoru olduğu
“Otello” tamaşası (1932) böyük uğur əldə etmiş və geniş əks-səda doğurmuşdu.
Həmin tamaşada baş rolda yerli aktyor (sonralar xalq artisti) İsa Musayevlə ya naşı
A.Şərifzadə də bir neçə dəfə çıxış etmişdi.
1935-ci ildə isə Naxçıvana dəvət olunan rejissor İsmayıl Hüseynov “Hamlet”
tamaşası na quruluş verir. Moskvada ali rejissor təhsili almış Həsən Ağayev də
Naxçıvan DTD-dakı fəaliyyəti dövründə (1936-1939) A.Ostrovskinin “Günahsız
müqəssirlər”, K.Trenyovun “Lyubov Yarovaya”, G.Mdivaninin “Vətən namusu”,
V.Şekspirin “Otello”, “Hamlet” əsərlə rini də tamaşaya qoymuşdur.
1932-ci ildən fəaliyyətə başlayan Gəncə Dövlət Dram Teatrı 30-cu illərdə
A.Korney- çukun “Polad Qartal”, V.Vişnevskinin “Nikbin faciə”, V.Şkvarkinin
“Özgə uşağı” kimi tər- cümə əsərlərinə də müraciət etmişdir.
1937-ci ildə təşkil edilmiş Ağdam Dövlət Dram Teatrında həmin illərdə
belorus dra- maturqu K.Krapivanın “Son gülən” və G.Mdivaninin “Vətən namusu”
pyesləri tamaşaya qo yulmuşdu. Böyük Vətən müharibəsinin başlanması
Azərbaycan teatrlarının da repertuar siyasəti- nə öz təsirini göstərdi. Bu dövrdə
Bakı teatrları kimi, Naxçıvan, Gəncə, Ağdam teatrları da əsasən vətənpərvər ruhlu
əsərlərə müraciət edərək arxa cəbhədə, həm stasionar, həm də səy- yar tamaşalar,
səhnəciklər göstərir, xalqı mübarizəyə ruhlandırır, qələbəyə inam yaradırdılar.
1941-1945-ci illər arası teatrlar tərcümə pyeslərinə də müraciət etmiş və bu
zaman həmin əsərlərin dövrlə səsləşməsini əsas götürmüşlər. Azərbaycan Dövlət
Akademik Dram Teatrının bu qəbildən ilk quruluşu K,Simonovun “Bizim şəhərli
oğlan” əsəri əsasında hazırladığı “Vətən oğlu” tamaşası olmuşdur. Bundan sonra
V.Kokkun “Mühəndis Sergeyev” pyesi tamaşaya qoyuldu. Teatr həmçini qeyri-
müha- bə mövzulu, klassik tərcümə əsərlərinə də müraciət etmişdir. 1943-cü ildə
A.Ostrovskinin “Tufan” əsəri əsasında hazırlanmış tamaşa bu qəbildəndir.
Müharibə illərində Naxçıvan Dövlət Dram Teatrı da tərcümə pyeslərini
tamaşaya qoy muşdur. Burada müharibə mövzulu tamaşaların hazırlığında milli
dramaturgiyaya müraciət olunsa da V.Şekspirin “Otello”, “Hamlet”, F.Şillerin
“Qaçaqlar”, K.Qoldoninin “İki ağanın bir nökəri” əsərləri də vaxtaşırı nümayiş
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
29
etdirilmişdir. Fərəhli haldır ki, Naxçıvan Teatrın- dan cəbhəyə yollanan 15
nəfərdən biri – aktyor Abbas Quliyev müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi
qayıtmışdı. Bu dövrdə muxtar respublikada ikinci bir teatr da – Ordubad Dövlət
Dram Teatrı fəaliyyət göstərirdi. 1944-cü ildə bu teatra Məmmədsəid Ordubadinin
adı verilmiş, elə həmin ildə Naxçıvan Teatrının 60 illiyi də təntənə ilə qeyd
olunmuşdur.
1946-cı ilin fevralında Bakıda “Klassik rus dramaturqlarının əsərlərinə
Ümumittifaq baxışı keçirildi. Baxışın yekunlarına həsr olunmuş konfransda SSRİ
Nazirlər Soveti yanında İncəsənət İşləri Komitəsinin komissiyası Azərbaycan
DADT-nın “Tufan” və “Cehizsiz qız” tamaşalarını böyük nailiyyət kimi qeyd etmiş
(hər iki tamaşanın quruluşçu rejissoru Ələsgər Şərifov olmuşdur), Gəncə Teatrının
“Müfəttiş” tamaşasını qənaətbəxş hesab etmiş, Azərbay can Dövlət Rus Dram
Teatrının “Qurdlar və qoyunlar”, Azərbaycan Dövlət Gənc Tamaşaçı- lar Teatrının
“Müfəttiş” tamaşalarını isə zəif quruluş kimi qiymətləndirmişdi. Həmin ildə gənc
rejissor Mehdi Məmmədov Azərbaycan DAD Teatrında V.Şekspirin “On ikinci
gecə” komediyasına uğurlu quruluş verir. Müharibədən sonrakı illərdə də əyalət
teatrlarında kollektivləri canlandırmaq, yaradıcı lıq ruhunu yüksəltmək işinə xüsusi
diqqət yetirilirdi. Müharibə dövründə Azərbaycan İncəsə nət İşləri İdarəsinin
sərəncamı ilə Quba Dövlət Dram Teatrının direktoru və baş rejissoru tə- yin
olunmuş Naxçıvan Teatrının aparıcı aktyoru və rejissoru İsa Musayev artıq doğma
teatrı na qayıtmışdı. 1948-ci ilin martında isə Naxçıvan DDT-nın direktoru və baş
rejissoru İbra- him Həmzəyev Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına
qısamüddətli rəhbər təyin olunur. Burada milli dramaturgiya ilə yanaşı opera və
operettalara da quruluş verən və de- mək olar ki, bütün baş rollarda arvadı
Z.Həmzəyeva ilə birlikdə çıxış edən İ.Həmzəyev J.B. Molyerin “Jorj Danden”
əsərini də tamaşaya qoymuşdur.
1948-ci ilin yayında isə Gəncə DDT Naxçıvana qastrol səfəri edir, klassik və
müasir milli əsərlərdən ibarət repertuarla yanaşı, Lope de Veqanın “Bostan iti”,
V.Şkvarkinin “Öz- gə uşağı” tamaşalarını da nümayiş etdirir. Ümumiyyətlə, demək
olar ki, 1950-ci illərdən başlayaraq Naxçıvan və Gəncə teatrları repertuarında
xarici dramaturgiyanın zənginliyilə digər əyalət teatrlarından fərqlənir. Bu dövrdə
Naxçıvan Teatrında Lope de Veqanın “Sevilya ulduzu”, A.Ostrovskinin “Cehizsiz
qız “, Fiqeyredonun “Ezop”, G.Mdivaninin “Konsulu ogurladılar”, R. Kauqverin
“Ağır cəza”, N.Hikmətin “Kor padşah”, V.Lavrenyovun “Hücum”, K.Qoldoninin
“Mehmanxana sahibəsi”, Ə.Nesinin “Toros canavarı”, A.Makayonokun “Tribunal”
kimi yaddaqalan tamaşaları rəğbətlə qarşılanmışdır. Teatr 1970-ci ildə
“Mehmanxana sahibəsi” tamaşası ilə Bakıda olmuş, tamaşa televiziya ilə bütün
respublikaya translyasiya edilmişdir. Mətbuatda bu tamaşa haqqındakı
resenziyalarda rejissor (B.Qələndərli), rəssam (M.Qasımov) işi və baş rolun Ifası
(Z.Həmzəyeva) xüsusilə yüksək qiymətləndirilmişdir.
Gəncə Dövlət Dram Teatrı bu illərdə N.Hikmətin “Kəllə” (bu tamaşaya müəllif
özü də baxmışdır), Ə.Nesinin “Buraya gəlin”, F.Şillerin “Məkr və məhəbbət”,
A.S.Puşkinin “Qara- çılar”, Fiqeyredonun “Tülkü və üzüm”, Evripidin “Medeya”,
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
30
E.Braqinski və E.Ryazanovun “Həmişə təmizlikdə” kimi əsərlərinə müraciət
edərək maraqlı tamaşaların hazırlanmasına nail olur. Xüsusən “Medeya” tamaşası
(rej. Yusif Bağırov) nəinki respublika, hətta Ümumit- tifaq miqyasında geniş əks-
səda doğurmuşdu. Bu barədə “Teatr” jurnalının 1970-ci il tarixli 8-ci nömrəsində
yazılır ki, Kirovabad (Gəncə - Ə.Q.) Teatrının “Medeya” tamaşasının əsas
mövzusunu insanların ədalət uğrunda mübarizəsi təşkil edir. Bu mübarizə yalnız
ərlə arvad arasında getmir. Medeya rolunu ifa edən gənc aktrisa Zemfira Əliyeva
temperamentə və ca- zibədarlığa malikdir. O, ... iradəli, qorxmaz, ehtiraslı və
incikliyə görə intiqam almağı baca- ran bir qadının sonsuz və dəhşətli qəzəbini
inandırıcılıqla göstərir.”
1968-ci ildə Ağdam Dövlət Dram Teatrı yenidən bərpa edildi, Sumqayıt və
Mingəçevir, 1973-cü ildə Lənkəran şəhərlərində dövlət dram teatrları fəaliyyətə
başladılar. 1975-ci ildə isə Şəki Dövlət Dram Teatrı bərpa edildi. Yarandığı ilk
illərdən tərcümə pyeslərinə, xüsusən də dünyaşöhrətli əsərlərə maraq gös- tərən
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına “Tartüf” (J.B.Molyer), “Qış
nağılı” (V.Şekspir). “Nikbin faciə” (V.Vişnevski), “Qaçaqlar” (F.Şiller),
“Müfəttiş” (N.V.Qoqol), “Soldat Şveykin macəraları” (Y.Qaşek), kimi tamaşalar
böyük uğur və şöhrət qazandırdı. S.Rəhman adına Şəki Dövlət Dram Teatrı 1981-ci
ildə Bakıya qastrol səfəri edərək milli və dünya dramaturgiyasından nümunələrlə
paytaxt tamaşaçılarına uğurlu hesabat ver- mişdir. Kollektivin təqdim etdiyi
“Arturo Uinin karyerası” (B.Brext), “Pələng və kaftar” (Ş.Petefi), “Meteor”
(F.Dürrenmatt) tamaşaları da teatr tənqidi tərəfindən yüksək qiymətlən- dirilmişdir.
Şəki Teatrı 1984-cü ildəki Moskva qastrolunda da böyük müvəffəqiyyət qazandı.
Həmin ilin “Pravda” qəzetinin 201-ci nömrəsində şəkililərin nümayiş
etdirdikləri 17 tamaşa haqqında Moskva sənətşünaslarının və teatr tənqidçilərinin
müsbət fikirləri geniş dərc olun- du. Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram
Teatrının 1989-cu ilin noyabrında Bakı qastrolunda digər tamaşalarla bərabər
“Qismət” (A.Kamyu) tamaşası da böyük rəğbətlə qar- şılandı.
1960-70-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında tərcümə
əsərlərinin tamaşaya qoyulması daha məhsuldar olmuşdur. “Vanya dayı”
(A.P.Çexov), “Canlı meyid” (L.Tolstoy), “Cehizsiz qız” (A.Ostrovski), “Zıkovlar”,
“Meşşanlar” (M.Qorki), “Unudulan adam”, “Məhəbbət əfsanəsi” (N.Hikmət),
“Şeytanın şagirdi” (B.Şou), “Mariya Tüdor” (V.Hüqo), “Antoni və Kleopatra”,
“Hamlet”, “Fırtına”, “Heç nədən hay-küy” (V.Şekspir), “Məkr və məhəbbət”,
“Orlean qızı” (F.Şiller), “Nazirin xanımı” (B.Nuşiç), “Qızıl” (Y.O* Nil),
“Darıxma, ana!” (N.Dumbadze) kimi gözəl, məzmunlu tamaşalar indi də
xatirələrdə, yaddaşlarda yaşamaqdadır.
60-cı illərdə Dövlət Gənc Tamaşaçılar Teatrı da dünya dramaturgiyasından
bəhrələn- miş, bir sıra baxımlı tamaşalar ərsəyə gətirmişdir. O zaman baş rejissor
olan Zəfər Neməto- vun məhz bu sahədə xidmətləri danılmazdır. Hələ 1961-ci ildə
onun quruluş verdiyi və Ə.İs- mayılovla birgə V.Hüqonun eyniadlı əsəri əsasında
səhnələşdirdiyi “Qavroş” tamaşası və 1966-cı ildə tamaşaya qoyduğu V.Şekspirin
“Romeo və Cülyetta” əsəri böyük maraq və rəğ- bətlə qarşılanmış, yüksək
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
31
qiymətləndirilmişdir. Maraqlı haldır ki, 80-ci illərdə paytaxt teatrlarında dünya
dramaturgiyasına, xüsusən də klassikaya müraciət say etibarı ilə xeyli azalsa da
əyalət teatrlarında bu ənənə davam et- mişdir. 70-ci illərin ikinci yarısında Gəncə
Teatrında hazırlanmış “Antiqona” (Sofokl) və “Otello” (V.Şekspir) tamaşaları öz
uğurları ilə böyük əks-səda doğurmuş, uzun illər teatrın repertuarında olmuşdur.
Bu baxımdan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram
Teatrının da o dövrdə və xüsusən 80-ci illərdəki fəaliyyəti çox səmərəli
qiymətləndirilir . Həmin illərdə teatrın səhnəsində “Dördüncü” (K.Simonov),
“Zirehli qatar 14-69” (V.İvanov), “Məzəli hadisə”(K.Qoldoni), “Bayramın birinci
günü”(N.Hikmət), “Dörd ekiz haqqında nağıl” (P.Pancev), “Qaraağaclar altında
məhəbbət”(Y.O*Nil), “Sükut divarı” (P.Messina), “Gülən adam” (G.Vayzenborn),
“Günahsız müqəssirlər”(A.Ostrovski) kimi tamaşalara quruluş verilmişdir.
1987-ci ildə isə özünün gecikmiş 100 illiyini qeyd edən Naxçıvan Teatrının
həyatında daha bir əlamətdar hadisə baş verir. Teatrda yenicə tamaşaya qoyulmuş
Sofoklun “Elektra” faciəsi həmin il Tbilisidə keçirilən Ümumittifaq Teatr
Festivalında nümayiş etdirilir və xüsusi diploma layiq görülür. Mərkəzi Televiziya
tərəfindən lentə alınan həmin tamaşanı bir neçə gündən sonra bütün sovet
tamaşaçıları seyr etmək imkanı qazanmışdılar.
90-cı illərdə Naxçıvan Teatrı heç bir tərcümə pyesinə müraciət etməmişdir. 20
ilə yaxındır ki, böyük sənət ənənələrinə malik olan bu qədim teatrın səhnəsində
dünya klassik dramaturgiyasından heç bir nümunə görünmür. 90-cı illərin
əvvəllərində respublikadakı ictimai-siyasi vəziyyət, o cümlədən Ermənistanla
müharibə bütün sahələr kimi teatrlara da öz təsiri-ni göstərdi. Əyalətlərdəki
xüsusən döyüş bölgələrindəki teatrlar iflic vəziyyətə düşdülər. İrəvan Dövlət
Azərbaycan Dram Teatrı, Şuşa və Ağdam teatrları bu gün Bakıda “Qaçqın te- atr”
statusu ilə fəaliyyət göstərirlər.
1991- ci ilin sonlarından Azərbaycan Akademik Milli Teatrı adlanan ana
teatrımız həmin ildə K. Fiqeyredonun “Məhəbbət və azadlıq” (rej.M.Fərzəlibəyov)
tamaşasını hazırlamışdı. 1944-cü ildən ölkədə əmin-amanlıq və sabitlik
yarandıqdan sonra Milli Teatrın bu dir çəliş dövrü başlandı. Bu dövrdə
“Qaraağaclar altında ehtiras (Y.O*Nil), “Şah Edip” (Sofokl),
“Kral Lir” (V.Şekspir) kimi əsərlər tamaşaya qoyuldu. Hətta “Kral Lir” (rej.
Bəhram Osma- nov) 1966-cı ilin mayında Moskvada A.P.Çexovun şərəfinə hər il
keçirilən Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirildi. Bağlanmaq
təhlükəsilə üzləşmiş Dövlət Rus Dram Teatrı və Musiqili Komediya Teatrı da 90-cı
illərin ortalarından fəaliyyətlərini tam bərpa etdilər. Yenicə yaradılmış Bakı
Bələdiyyə, Kamera və Gənclər teatrlarına “dövlət” statusu verildi.
XXI əsrin ilk illərindən paytaxt teatrlarında dünya dramaturgiyasına, xüsusən
də klassikaya müraciət meyli geniş vüsət aldı. Bir neçə teatr müxtəlif illərdə
V.Şekspir əsərlərinə yeni səhnə həyatı verdi. Akademik Milli Teatrda “Hamlet”
(rej. Azərpaşa Nemətov), Dövlət Rus Dram Teatrında “Kral Lir” (rej. Aleksandr
Şarovski), Bakı Kamera Teatrında “Otello”(rej. İrina Perlova) tamaşaya qoyuldu.
“Uzaq sahillərdə” filminin Mixaylosu – xalq artisti Nodar Şaşıqoğlu kral Liri
KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
32
özünə məxsus tərzdə, böyük uğurla ifa etdi, “Otello” tamaşaçılara tamamilə müasir
variantda, yeni traktovkada təqdim olundu və böyük rəğbətlə qarşılandı. 2002-ci il
dekabrın 7-də, Milli Teatrda “Hamlet” ə baxdıqdan sonra yaradıcı heyətlə görüşən
ümummilli lider Heydər Əliyev tamaşadan aldığı təəssüratı bölüşərkən demişdir:
“...Əsərlər var ki, müəyyən dövrə həsr olunub, ancaq o dövrdə yaşayır, klassiklərin
əsərlərisə həmişə yaşayır. Xüsusilə Şekspir yaradıcılığı, onun əsərləri...Şekspir
həmişə ona görə yaşayır ki, onun hər bir əsəri özündə fəlsəfi fikirlər daşıyır. Ona
görə də mən çox məmnunam ki, siz bu əsəri səhnəyə qoymusunuz. Əgər siz
gələcəkdə də belə əsərləri unutmasanız yaxşı olar...”
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük
diqqət və qayğısı sayəsində Bakıda və bölgələrdə olan bütün dövlət teatrlarının
maddi-texniki bazası tamamilə yeniləşdirilərək möhkəmləndirilir, binaları, xüsusən
səhnələri dünya standartlarına uyğun şəkildə əsaslı təmir olunur. Ötən il 125 illik
yubileyi qeyd olunan Naxçıvan Dövlət Musiqili Dram Teatrında da muxtar
respublika rəhbərliyinin təşəbbüsü ilə səhnənin və tamaşa zalının
yenidənquraşdırılması, binanın isə əsaslı təmirinə bu günlərdə start veriləcəkdir.
İnanırıq ki, dövlətin bu diqqət və qayğısına teatrlarımız yeni yaradıcılıq
uğurları, sanballı səhnə əsərləri və möhtəşəm tamaşalarla cavab verəcəklər.
ƏDƏBİYYAT
1. “Azərbaycan teatrının salnaməsi” 1975, Bakı “Azərnəşr”, 584 s.
2. İ.Kərimov 2002, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf
mərhələləri”, Bakı, “Maarif”, 576 s.
3. İ.Kərimov 1978, “Azərbaycan Dram Teatrı”, Bakı, “İşıq”, 200 s.
5. M.Məmmədov 1966, “Teatrlar, aktyorlar, tamaşalar”,Bakı,“Azərnəşr”,220 s.
6. C.Səfərov, A.Babayev 1974, “Şərəfli yol” Bakı, “Azərnəşr”, 155 s.
7. Ə.Qəhrəmanov 2004, “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrı”, Bakı, “Min bir mahnı”, 414 s.
Dostları ilə paylaş: |