Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
9
yoxlanılır və rəsmiləşdirilirdi. Müharibənin ilk illərində sərhəddən buraxılan
yük və nəqliyyat vasitələri haqqında məlumatlar Bakı və Culfa gömrük-
xanalarının sovet gömrük sistemində mühüm əhəmiyyət daşıdığını sübut
edir. Hərbi rejimə keçidlə əlaqədar olaraq gömrük tənzimlənməsi qayda-
larında da ciddi dəyişikliklər aparıldı. SSRİ XXTK-nın 18 mart 1941-ci il
tarixli 47 saylı əmri ilə ölkə ərazisindən malların tranziti haqqında yeni
qaydalar müəyyən edildi. Malların tranziti yalnız SSRİ ilə ticarət müqaviləsi
olan və malların göndərildiyi ölkələrlə tranziti haqqında sazişi olan döv-
lətlərin yüklərinə şamil edilirdi.
Azərbaycanın 70 il ərzində tərkibində olduğu SSRİ-də xarici iqtisadi
əlaqələrin bütün formalarının həyata keçirilməsi istisnasız olaraq dövlətin
səlahiyyətində idi. İqtisadi stimulları inkar edən qeyri-bazar təsərrüfatı və
sərt inhisarçılıq şəraitində milli respublikaların real tələbatları nəzərə alın-
mırdı. Əslində Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələrinin maddi
əsasını təşkil edən amillər: əlverişli coğrafi mövqe, zəngin strateji xammal
ehtiyatları, əmək ehtiyatları, iqtisadi və elmi-texniki potensialı fəal xarici
iqtisadi əlaqələr qurmağa imkan versə də, respublikamız bu imkanlardan
real surətdə istifadə edə bilmirdi.
Azərbaycan Sovet Sosialist Respublikası uzun illər SSRİ adlanan
imperiyanın tərkibində qalsa da, xalqımız dövlətçilik ənənələrinin, iqtisadi
və mədəni inkişaf yolunu davam etdirdi. Ulu öndər Heydər Əliyevin ötən
yüzilliyin 70-80-ci illərində Respublikaya rəhbərlik etdiyi dövrdə bu inkişaf
geniş miqyas almış, ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün
sahələrini əhatə etmişdi. Heydər Əliyev sovet imperiyasının ən güclü
dövründə belə, doğma Azərbaycanın xarici ticarət potensialının genişlən-
məsinə milli maraqlarımız çərçivəsində yanaşırdı. Ulu öndər Heydər Əliyev
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində böyük imkanların mövcud
olduğunu yaxşı bilir, buna görə də ixrac potensialından daha səmərəli və
məqsədyönlü şəkildə istifadəsinə çalışırdı. 1970-1980-ci illərdə Azərbaycan
SSR-in xarici ölkələrlə iqtisadi əlaqələri yeni forma və məzmun kəsb
etməyə başladı. Beynəlxalq əməkdaşlığın əsas formalarını xarici ticarət,
xarici ölkələrin ərazisində tikinti işlərinin aparılması sahəsində fəaliyyət,
beynəlxalq yük daşımaları, beynəlxalq yarmarka və sərgilərdə iştirak,
mütəxəssis mübadiləsi və beynəlxalq turizm və birbaşa iqtisadi əlaqələr
təşkil edirdi. Həmsərhəd kapitalist ölkəsi olan İranla iqtisadi-ticarət əlaqələri
get-gedə möhkəmlənirdi. Respublikada gömrük xidməti və dövlət sərhə-
dinin mühafizəsi məsələlərinə böyük qayğı ilə yanaşan Heydər Əliyev Bakı
Gömrükxanasının 175 illiyinin qeyd edilməsi haqqında 1981-ci ilin noya-
brında xüsusi sərəncam imzalamışdı.
Bir sözlə, Azərbaycan SSR-in xarici iqtisadi-ticarət əlaqələri və ixrac
potensialı sovet gömrük siyasətinin özünəməxsus xüsusiyyətlərinin təsiri ilə
formalaşırdı.
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
10
I FƏSİL. AZƏRBAYCAN SSR-də SOVET GÖMRÜK
SİSTEMİNİN QURULMASI
1.1. Sovet gömrük quruculuğu sahəsində ilk tədbirlər
Sovet dövrü tarixşünaslığında Azərbaycan SSR-nin xarici iqtisadi-
ticarət əlaqələri haqqında elmi araşdırmalar çox səthi aparılmış, gömrük işi
və gömrük nəzarətinin təşkili problemləri isə tamamilə diqqətdən kənarda
qalmışdır. Bunun əksinə olaraq, rus-sovet tarixçiləri 1920-1980-ci illərdə və
sonrakı illərdə belə Rusiya imperiyasının və sovet dövlətinin gömrük
siyasəti, ayrı-ayrı gömrükxanaların gömrük tarixi haqqında ətraflı tədqi-
qatlar aparmış və bir sıra elmi-tədqiqat əsərləri nəşr edilmişdir. Azərbaycan
SSR-in iqtisadi tarixinə çoxlu sayda monoqrafiya və dissertasiyalar həsr
edilməsinə baxmayaraq, gömrük işinin tarixi ayrıca tədqiqat obyekti
olmamışdır [1].
Bir sıra elmi əsərlər məcmuəsində Azərbaycanda sovet dövlət
quruculuğu, dövlətin siyasi əsasları, xarici siyasəti və mədəni quruculuq
sahəsində fəaliyyəti kimi məsələlər nəzərdən keçirilsə də, iqtisadi məsə-
lələrlə məşğul olan və milli dövlət quruculuğunun mühüm qanadını təşkil
edən orqanların, o cümlədən maliyyə, xarici ticarət və gömrük orqanlarının
fəaliyyəti araşdırıcıların diqqətindən kənarda qalmışdır. “Sovet dövründə bu
qurum Azərbaycan xalqının maraqlarına xidmət etmirdi və ya birbaşa
Moskvaya tabe edilmişdi” - deyərək gömrük tarixinin öyrənilməsi diqqətdən
kənarda qalmışdı. Halbuki sovet dövlət quruculuğunun bütün mərhələ-
lərində Azərbaycan sərhədlərində aparılan gömrükxana fəaliyyəti sosial-
iqtisadi tariximizin mühüm bir səhifəsini təşkil edir.
Azərbaycan SSR-in mövcud olduğu 70 ilə yaxın bir dövrdə xarici
ticarət əlaqələri və gömrük idarəçilik tarixini təxmini olaraq dörd mərhələyə
ayırmaq olar: birinci mərhələ - 1920-1922-ci illər; ikinci mərhələ - 1923-
1940-cı illər; üçüncü mərhələ - 1941-1945-ci illər; dördüncü mərhələ -
1946-1991-ci illər.
Ötən yüzilliyin 30-cu illərinin əvvəllərində gömrük orqanlarının
funksiyaları azaldıldı, gömrük məmurlarının sayı isə xeyli ixtisar edildi.
Beləliklə, xarici ticarətin dövlət tərəfindən inhisara alınması haqqında
leninizm ideyaları gömrük nəzarətinin xarici ticarətin tənzimlənməsində
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
11
formal alətə çevirdi. Bu vəziyyət, demək olar ki, 1990-cı ilə qədər, keçmiş
SSRİ-də gömrük xidmətinin fəaliyyətinə də təsir edən demokratik dəyişik-
liklər qədər davam etdi. 1930-1990-cı illərdə ölkənin xarici iqtisadi fəaliy-
yəti əsasən gömrük metodları ilə deyil, siyasi və ideoloji faktorlarla tənzim-
lənirdi.
SSRİ-də gömrük işinin təşəkkülü və inkişafı mürəkkəb və ziddiyyətli
xarakter daşıyan mərhələlərdən keçmişdir. 70 illik tarixi bir dövr ərzində
Azərbaycan SSR-in xarici iqtisadi-ticarət əlaqələri və ixrac potensialı sovet
gömrük siyasətinin özünəməxsus xüsusiyyətlərinin təsiri ilə formalaşmışdır.
Sovet gömrüyü daim iqtisadi və siyasi tələblərə uyğun olaraq təşkilati
baxımdan daim dəyişikliklərə məruz qalmışdır. 1930-cu illərin ortalarında
formalaşan sovet gömrük orqanlarının strukturu 1964-cü il Gömrük
Məcəlləsində hüquqi cəhətdən təsbit edildi və 80-ci illərin sonuna qədər cüzi
dəyişikliklərlə saxlanıldı.
SSRİ ərazisində gömrük işinin idarə edilməsi Xarici ticarət nazirliyi və
onun tərkibinə daxil olan Baş gömrük idarəsi vasitəsilə həyata keçirilirdi.
Həmin dövrdə sovet gömrük müəssisələrinin əsas funksiyası xarici ticarət
üzərində dövlət inhisarının həyata keçirilməsinə nəzarət edilməsi, gömrük
əməliyyatları və qaçaqmalçılıqla mübarizənin təşkili olmuşdur. Bu istiqa-
mətlər üzrə sonrakı illərdə gömrük müəssisələrinin fəaliyyətinin hüquqi-
normativ bazası inkişaf etdirildi. Məsələn, valyuta və valyuta sərvətlərinin
qaçaqmalçılığına görə inzibati məsuliyyət gücləndirildi (1971-ci il), ölkədən
mədəni sərvətlərin qanunsuz daşınmasına qarşı tədbirlər görüldü (1976-cı
il), SSRİ-nin dövlət sərhədini keçən şəxslərin yüklərinə gömrük nəzarətinin
yeni qaydaları tətbiq edildi (1977-ci il). 20-ci illərdə SSRİ-nin fəal gömrük
siyasətinin əsas elementləri olan 1922, 1924 və 1927-ci il gömrük tarifləri
sovet sənayesini xarici malların rəqabətindən qorumaqla yanaşı, ixrac
mallarının əsas hissəsinin gömrük rüsumunu azaltmaq və ya ləğv etməklə
sovet ixracının inkişafını stimullaşdırırdı. 1930, 1961 və 1981-ci illərin
gömrük tarifləri idarəetmənin inzibati-amirlik dövrünün “məhsulları” kimi
xarici iqtisadi fəaliyyətin iqtisadi tənzimləmə metodlarına üstünlük verən
hüquqi aktlar ola bilməzdi.
Məlum olduğu kimi, Aprel çevrilişindən dərhal sonra Azərbaycan
KP(b) MK-nın qərarı ilə Azərbaycan İnqilab Komitəsi yaradıldı. Həmin
orqanın qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.
Aprelin 28-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında
N.Nərimanov başda olmaqla, Ç.İldırım, Ə.Qarayev, H.Sultanov, Q.Musabə-
yov, M.D.Hüseynov, D. Bünyadzadə, C.Vəzirov və Ə.Əlimovdan ibarət
Azərbaycan SSR Xalq Komissarları Soveti – Azərbaycan hökumətinin tər-
kibi təsdiq olundu [1, 71].
1920-ci il mayından 1921-ci ilin aprelinə qədər dövrdə sovet
Azərbaycanın gömrük xidməti qərarlar qəbul etməkdə sərbəst idi və
Dostları ilə paylaş: |