Elmira Fikrətqızı
11
realizmi və tənqidi realizmin səciyyəvi, müsbət və mənfi
tərəfləri ilə əlaqədar konseptual görüşlərini əhatə edən 40‐a
yaxın elmi‐publisistik məqaləsini təhlil obyektinə çevirir və
son dərəcə maraqlı, düzgün elmi‐nəzəri fikir‐lər irəli sürür.
Tədqiqatda çox ciddi bir ümumiləşdirmə vardır. Əsər
müəllifinin gəldiyi və olduqca inandırıcı görünən elmi nəti‐
cələri bu ümumiləşdirmənin mahiyyətini açır. Bu mahiyyət
isə ondan ibarətdir ki, əsərlərini iki dildə ‐ türk və ingilis
dillərində yazan, modernist şeirdə ədəbi məktəb yaradan şair
yalnız XX əsr Kipr türk poeziyasında deyil, dünya ədə‐
biyyatında da bir ədəbi şəxsiyyət kimi seçilən sənətkardır.
Monoqrafiya tədqiqata cəlb edilmiş mənbə və materialların
zənginliyinə və əhatəliliyinə, nəzəri və praktik əhəmiyyətinə
görə, ümumiyyətlə, bütün komponentləri ilə müasir tələblər
səviyyəsində mükəmməl bir elmi‐tədqiqat əsəridir; türkolo‐
giyamızda və ədəbiyyatşünaslığımızda yeni bir sözdür.
Əsgər Rəsulov
filologiya elmləri doktoru,
BDU‐nun professoru
Osman Türkayın poetik irsi
12
“OZANIN RUHU QALASIDIR...”
Türk dünyası, bəlli olduğu kimi, geniş bir coğrafiyanı əhatə edir
və Kıbrıs adası, bu ərazidə yaşayan türklər həmin coğrafiyanın
önəmli tərkib hissəsidir. Təəssüf ki, Sovet imperiyası zamanında
məlum səbəblərə görə türk xalqlarının ədəbiyyatının öyrənilməsi və
araşdırılmasında müəyyən məhdudiyyətlər olmuşdur. Amma ciddi
antitürk əhval-ruhiyyəli rejimə baxmayaraq, akad. H.Araslı, prof.
f.e.d. P.Xəlilov, prof. f.e.d. A.Abıyev, prof. f.e.d.. A.Nəbiyev, prof.
f.e.d. Q.Paşayev, prof. f.e.d. V.Arzumanlı, prof. f.e.d. A.Musayeva,
prof. f.e.d. T. Məlikli, f.e.d. Ə.Cəfər, f.e.d. C.Nağıyeva, f.e.d Ə.Qu-
liyev, f.e.d A.Babayev, f.e.d Ə.Rəsulov, f.e.d N.Araslı, f.e.d. J.Əli-
yeva, f.e.n. Ə.Əhmədov, f.e.n. G.Quliyeva, f.e.n. V.Nəsiboğlu,
f.e.n. А.Qurbanov, f.e.n. M.Gülmalıyev, f.e.n. Z.Haşımov, f.e.n.
X.Quliyeva-Qafqazlı, f.e.n. B.Osmanova, f.e.n. S.Qasımlı, E.Xə-
lilova, Q.İsmayılov və bir çox başqaları ayrı-ayrı türk xalqlarının
ədəbiyyatını öyrənmiş və ya ədəbi əlaqələr baxımından elmi təd-
qiqat işləri aparmışlar. Lakin Kıbrıs türk ədəbiyyatının tədqiqi sovet
şərqşünaslığını maraqlandıran aktual bir mövzu olmamışdır. Bu isə
o dövrdə gedən siyasi-ictimai proseslərin təbii nəticəsi idi. Kıbrıs
adasında yaşayan türklər və rumlar arasında XX əsrdə baş verən
münaqişə, türklərə qarşı aparılan soyqırımlarda rusların yunanları
dəstəkləməsi onların ədəbiyyatının xüsusi tədqiqat mövzusu kimi
işlənməməsinin başlıca səbəbi idi. Azərbaycan Respublikası müs-
təqillik əldə etdikdən sonra isə türkologiya sahəsində aparılan elmi
araşdırmaların tematikası genişləndi, bu sahədə boşluqların dol-
durulması istiqamətində ciddi işlər görülməyə başlanıldı. Belə bir
sərbəstlik şəraitində türk xalqlarının, o cümlədən Kıbrıs türklərinin
ədəbiyyatının geniş və əhatəli formada öyrənilməsi də aktuallaşdı.
Kıbrıs türk poeziyası klassik və müasir mərhələlərində bir çox
şairlərin yaradıcılığı ilə əlamətdar olmuşdur. Bu poeziya 1571-ci il-
də türklərin adada məskunlaşdırılmalarından sonra intişar və inkişaf
Elmira Fikrətqızı
13
etmiş, XX əsrdə özünəməxsus təkamül yoluna qədəm qoymuşdur.
Həmin əsr yüzlərlə şairin yaradıcılığını ehtiva etsə də, onlar arasın-
da ikisi - Özker Yaşın və Osman Türkay öz yaradıcılıq yolları ilə
həm bu poeziyanı müəyyən istiqamətə yönəltmiş, həm də milli ta-
nınmanın sərhədlərini aşaraq beynəlxalq səviyyədə şöhrət tapmış-
lar.
Zəngin yaradıcılığa malik Osman Türkayın çağdaş Kıbrıs türk
ədəbiyyatında bir şair, dramaturq və tənqidçi kimi xüsusi çəkisi
vardır. Onun yaradıcılıq yolu spesifik xüsusiyyətlərə malikdir və bu
fərqlənmə həm məzmun, həm də forma keyfiyyətlərində diqqəti
cəlb etməkdədir. “Kosmos əsri şairi” adlandırılan bu ədəbi şəxsiy-
yətin yaradıcılığını həm fərdi planda, həm də Kıbrıs türk ədəbiyyatı
kontekstində araşdırmaq müxtəlif baxımlardan aktuallığa malikdir.
İlk növbədə bunu qeyd etmək lazımdır ki, Türkay yaradıcılığı dai-
ma yerli və xarici tənqidçilərin diqqət mərkəzində olmuş, lakin
bədii irsi tam şəkildə öyrənilməmişdir. Bundan əlavə, müxtəlif tən-
qidçilər tərəfindən onun Kıbrıs türk şerindəki mövqeyi dəfələrlə
vurğulansa da, milli ədəbiyyat tarixindəki xidmətləri tam şəkildə
açıqlanmamış, dərindən təhlil edilməmişdir. Bu araşdırmanın möv-
zusu həm Azərbaycan elmi-ədəbi mühiti üçün naməlum olan Os-
man Türkayı, həm də onun şəxsində XX əsr Kıbrıs türk poeziyasını,
eləcə də şairi yetişdirən “ədəbi zəmini” tanıtmaq baxımından ak-
tuallıq kəsb edir.
Kıbrıs türk ədəbiyyatının geniş səviyyədə elmi araşdırılmasına
XX əsrin ikinci yarısından sonra başlanılmışdır. Bu ədəbiyyatın
görkəmli nümayəndəsi olan Osman Türkayın yaradıcılıq yolu isə
Azərbaycanda ədəbiyyatşünaslar tərəfindən ayrıca tədqiqat mövzu-
suna çevrilməmiş, Türkiyə və Kıbrısda da az sayda araşdırıcıların
diqqətini çəkmişdir.
Son dövr Kıbrıs türk ədəbiyyatşünaslığında, xüsusilə DAU
KAM-ın (Doğu Ağdəniz
1
Universiteti Kıbrıs Araşdırmaları Mər-
1
Aralıq dənizi
Osman Türkayın poetik irsi
14
kəzi) keçirdiyi elmi-praktiki sempoziumların nəticəsi kimi, adı
çəkilən ədəbiyyatın daha sistemli şəkildə tədqiqinə başlanılsa da,
Osman Türkayın ədəbi şəxsiyyəti və bədii-publisistik yaradıcılığı
kifayət qədər araşdırılmamışdır.
Bu Mərkəzin keçirdiyi elmi-praktiki konfranslarda azərbaycanlı
tədqiqatçılar da iştirak etmiş və daha çox müqayisəli ədəbiyyat-
şünaslıq baxımından apardıqları araşdırmaları təqdim etmişlər. Bu
tədqiqatlardan prof., f.e.d. C.Nağıyevin “Kıbrıs-Azərbaycan folklor
əlaqələri və ortaq türk mədəniyyəti” (“Kıbrıs – Azerbaycan Folklor
İlişkileri ve Ortak Türk Kültürü”), prof., f.e.d. İ. Öməroğlunun “Kıb-
rıslı yazıçı İsmayıl Bozqurdun romanlarında insan mövzusu” (“Kıb-
rıslı Yazar İsmail Bozkurt’un Romanlarında İnsan Konusu”), prof.,
f.e.d. K.V.Nərimanoğlunun “Şimali Kipr Türk Respublikasının Türk
Dünyası ilə əlaqələrinə ümumi bir baxış” (“Kuzey Kıbrıs Türk Cum-
huriyeti’nin Türk Dünyası İle İlişkilerine Genel Bir Bakış”), prof.,
f.e.d. S.Kazımoğlunun “Kıbrıs türklərinin ədəbiyyatı və Türk Dün-
yası
2
”, prof. t.e.d. Güllü Yoloğlunun “Kıbrıs şifahi xalq ədəbiyyatı
haqqında tədqiqlər” (“Kıbrıs Türk Halk Edebiyatı Üzerine Araştır-
malar”), dos., f.e.n. L.Tağızadənin “Rus qaynaqlarında ümumi Kıbrıs
ədəbiyyatı” (“Rus Kaynaklarında Genel Kıbrıs Edebiyatı”), dos.,
f.e.n. C.Əmirovanın “Türk atalar sözlərinin xüsusiyyətləri (Uyğur,
Türkiyə, Azərbaycan, Kıbrıs atalar sözləri əsasında)” (“Türk Ata-
sözlerinin Özellikleri Üzerine (Uygur, Türkiye, Azerbaycan, Kıbrıs
Atasözleri Esasında)”), f.e.n. T. Abbasxanlının “Azərbaycan və Kıb-
rıs türklərinin toy adətləri”, “Özkər Yaşın və Məmməd Araz şeir-
lərində vətən sevgisi”, E.Bəşirovanın “Azərbaycan və Kıbrıs baya-
tılarının müqayisəli cəhətləri” (“Azerbaycan ve Kıbrıs Manilerinin
Karşılaştırılmalı Özellikleri”), F.Vəliyevanın “Kıbrıs nağılları haq-
qında” (“Kıbrıs Masalları Üzerine”), Ə.Şamilin “Kıbrıs Azərbaycan
mətbuatında” (“Kıbrıs Azerbaycan Medyasında”), “Araşdırıcı-jur-
2
Təkrara yol verməmək üçün Türkiyə türkcəsi ilə tam eynilik təşkil edən və ya
yalnız fonetik fərqə malik olan əsər adlarının orijinal variantı verilməmişdir – E.F.
Dostları ilə paylaş: |