BƏKİR NƏBİYEV
ЯЩМЯД ЪАВАД
Əhməd Cavadın 120 illik
yubileyi münasibətilə
Bakı-Proqres-2012
2
UOT: 82-94 (929)
Redaktor:
Teymur KƏRİMLİ
AMEA-nın müxbir üzvü
Bəkir Nəbiyev. “Əhməd Cavad”. Bakı: Proqres-
2012, 130 s.
ISBN: 978-9952-8207-5-1
Tanınmış alim və ədəbiyyat tənqidçisi, akademik Bəkir Nə-
biyevin bu kitabı görkəmli Azərbaycan şairi, 1937-ci ilin repressiya
qurbanlarından olan Əhməd Cavad haqqında ilk tədqiqatlardan biridir.
Şairin qısa, lakin çox məzmunlu, ibrətamiz həyat və yaradıcılıq yolu
əsərdə mənbələr əsasında xülasə edilmiş, onun Azərbaycan lirikasının
nadir inciləri sayılan şerləri, poemaları təhlil olunmuş, bu zəmində
Əhməd Cavadın ədəbiyyatımızın tarixində tutduğu yer işıqlandırılmış-
dır. Şairin söz üzərində işinin incəliklərinə, onun dünya ədəbiyyatı klas-
sikasından dilimizə tərcümə etdiyi sanballı nəsr, poeziya və dram
əsərlərinin təhlilinə kitabda xüsusi fəsillər ayrılmışdır.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
© Bəkir Nəbiyev, 2012
3
Əhməd Cavadın 120 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2012-ci ilin may ayında müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanın-
mış ictimai xadim, Azərbaycanın Dövlət Himninin sözlərinin mü-
əllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin)
anadan olmasının 120 illiyi tamam olur.
Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq
qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi
məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli
azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqe-
yi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun
əks etdirir.
Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd
Cavadın 120 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Na-
zirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbay-
can Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə almaqla, Əhməd Cavadın 120 illik
yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçir-
sin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2012-ci il.
4
5
TАЛЕ ЙАЗЫСЫНДАН СЯЩИФЯЛЯР…
hməd Cavad Axundzadə XX əsr Azərbaycan poeziyası-
nın görkəmli nümayəndələrindən biridir. Onun adı
haqlı olaraq ədəbiyyatımızın tarixində H.Cavid, A.Səhhət, M.Ha-
di, A.Şaiq kimi böyük sənətkarlarla bir sırada çəkilir. Bir roman-
tik şair kimi yaradıcılığa başlayan Ə.Cavad keçən əsrin əvvəllə-
rinin tez-tez dəyişən gurultulu ictimai-siyasi hadisələri içində əv-
vəllər bir qədər tərəddüd etsə də zaman keçdikcə onun ilham pə-
risinin qanadları bərkimiş, xalqın tərəqqisi, milli istiqlal, əslə-kö-
kə qayıtmaq, türkçülük, dövlətçilik idealları onun həyat mövqelə-
rini daha da möhkəmləndirmiş, sənətkarlıq baxımından yeni zir-
vələrə ucalmasını təmin etmişdir.
Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn,
Mikayıl Müşfiq kimi Ə.Cavadın da yaradıcılığı uzun müddət süni
surətdə xalqın taleyindən, tarixindən ayrı salınmışdı. Buna görə
də gecdən-gec işıq üzü görmüş tək-tük naqis nəşrlər istisna
edilərsə, demək olar ki, sovet hakimiyyəti illərində Azərbaycanda
Əhməd Cavadın mükəmməl elmi-tekstoloji araşdırmalar əsasında
Я
6
tərtib olunmuş bircə dənə də sanballı kitabı çap edilməmişdir. Nə
qədər kədərli olsa da belə bir faktı etiraf etmək lazımdır ki,
indiyədək əlimizdə Ə.Cavadın müvafiq sənədlər əsasında yazıl-
mış müfəssəl elmi tərcümeyi-halı da yoxdur. Ədəbiyyatımızın bu
ağ ləkələrini aradan qaldırmaq, şairin həyat və yaradıcılığını
əsaslı şəkildə öyrənmək və əsərlərinin elmi-tənqidi mətnini ha-
zırlayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elmimizin yaxın müddət
üçün ən vacib vəzifələrindən biridir. Lakin Türkiyədə nəşr edil-
miş “Çırpınırdın, Qara dəniz!” (Ankara, 1990) kitabına onun tər-
tibçisi Sərvət Gürcanın yazdığı müxtəsər müqəddimədə Ə.Cava-
dın tərcümeyi-halı barədə çox müxtəsər də olsa məlumat vardır.
“Sən ağlama, mən ağlaram” (Bakı, 1991) kitabında şair Məmməd
Aslanın müqəddimə əvəzinə verilmiş “Ruhların kölgəsində”, Ni-
yazi Axundovun yenə də həmin kitabın sonunda dərc edilmiş
“Atam Əhməd Cavad” adlı məqalələrində şairin tərcümeyi-halı-
nın bir sıra vacib məqamları, özü və ailə üzvləri haqqında uzun
müddət oxuculara və ədəbi ictimaiyyətə məlum olmayan bəzi çox
mühüm faktlar açıqlanmışdır.
Y.İsmayılovun “Tale” (“Azərbaycan gəncləri”, 1 oktyabr
1988-ci il), Rəhman Həsənovun “Əhməd Cavad yanğısı” (“Azər-
baycan müəllimi”, 24 fevral 1989-cu il), K.Muradov və A.Şərifo-
vun “Xüsusi arxivdə saxlanan qovluq” (“Xalq qəzeti”, 7 mart
1992-ci il) məqalələri də bu baxımdan maraq doğurur. “Əhməd
Cavad yanğısı” məqaləsində müəllif şairin vaxtilə suallarına öz
əli ilə cavab yazdığı anketinə əsasən onun tərcümeyi-halının bəzi
faktlarını dəqiqləşdirməyə çalışmışdır. “Azərinform” xəttilə bura-
xılmış son məqalədə isə Ə.Cavadın həbs edilməsi, saxta ittiham
əsasında “mühakiməsi”, ömrünün son günləri, güllələnməsi və
ailəsinin başına gətirilmiş faciələr haqqında dəqiq məlumat var-
dır.