28
olar ki, idarəetmə vəzifəsi hər şeydən əvvəl inkişaf tendensiyalarının qabaqcadan
müəyyən edilməsindən və firmanı növbəti böhrandan yan keçməsinə və ya
neqativ təsirləri azaltmağa imkan verəcək üsulları axtarıb tapmaqdan ibarətdir.
Özünütəşkiletmə proseslərinin tədqiqi bu tendensiyaların qabaqcadan üzə
çıxarılmasına və müvafiq tədbirlərin görülməsinə imkan verir. Firmanın böhrana
salınması o deməkdir ki, şirkətin rəhbərliyi qarşılıqlı inkişaf prinsipini öz alt və
üstsistemlərilə bir bütöv kimi həyata keçirməyə qadir deyil.
Müasir innovasiyalı biznesin inkişaf qanunauyğunluqları özünütəşkiletmə
tendensiyalarının üstün gəlməsi, şirkətin özünütəşkiletmə mexanizmindən
istifadəyə can atması haqqında danışmağa imkan verir. Müasir korporasiyalarda
qoyuluşlar elastik tərəfdaş əlaqələrinə edilir. Müvəffəqiyyət qazanan şirkətlərin
təcrübəsi göstərir ki, bir sıra hallarda idarəetmə obyektinin proqramı və strukturu
nə qədər az reqlamentləşdirilmişdirsə, onun real şərtlərə, özünütənzimləməyə
uyğunlaşması imkanları bir o qədər çoxdur.
Lakin bununla yanaşı, reqlamentləşdirilmiş təşkiletmə və idarəetmə
proseslərilə əlaqədar özünütəşkiletmənin və özünütənzimləmənin ikinci dərəcəli
xarakterini qeyd etmək lazımdır.
Həqiqətən də, özünütəşkiletmə və özünüidarəetmə dünya səviyyəli müasir
ş
irkətlərdə getdikcə daha böyük rol oynamaqdadır. Məsələn “IBM”
korporasiyasının yaradıcı heyətinin fəaliyyəti “idarə olunan anarxiya” prinsipi
ə
sasında qurulur: səlahiyyətlərin geniş surətdə ötürülməsi və üfüqi əlaqələr
üzərində dayaq sayəsində hər bir əməkdaş öz düşüncəsinə əsasən tədqiqatlarla
məşğul olmaq, işinə həmkarlarını cəlb etmək, qonşu şöbələrlə bağlı olan
təşəbbüslərini sərbəst surətdə ifadə etmək hüququna malikdir. Bir sözlə,
özünütəşkiletmə sürətlə çiçəklənir. Halbuki əgər bu korporasiyada səmərəli təşkil
edilmiş monitorinq sistemi və hər bir işçinin fəaliyyətinə nəzarət sistemi olsaydı,
yaradıcılıq azadlığının bu həddə olmasını təsəvvür belə etmək olmazdı.
29
Ardıcıl olaraq, özünütəşkiletməyə məhdud hədlərdə, iyerarxiyanın müəyyən
(ən yüksək olmayan) səviyyəsində, təşkilati strukturun tələbatlarının konkret
kontekstində yol verilə bilər.
Özünütənzimləmə - sistemin normal fəaliyyətini pozan xarici təsirlərə
sistemin sərbəst şəkildə reaksiya verməsidir. Özünütənzimləməyə operativ
informasiyanın, əks əlaqənin köməyilə nail olunur və özünüqurma və
özünütəşkiletmə formasında həyata keçirilir.
Özünüidarəetmə məqsədəyönəlik vəzifələrin sərbəst şəkildə həllini,
vəsaitlərin işlənib hazırlanmasını, vəzifələrin həlli üsullarını, qeyri-rəsmi
sinergetik əlaqələrin yaradılmasını nəzərdə tutur. Özünüidarəetmə fərdin və
kollektivin yaradıcılığa, azadlığa və özünüifadəyə olan tələbini reallaşdırır.
Özünüidarəetmə prinsipləri:
• ikinci dərəcəlilik prinsipi – təşkilatda özünüidarəetmə birinci dərəcəli
ola bilməz
• idarəetmə ilə özünüidarəetmənin vəhdətliyi prinsipi – istənilən
təşkilatda idarəetmənin hər bir səviyyəsində idarəetmə ilə özünüidarəetmə
vəhdətdə olmalıdır.
• yumşaq reqlamentləşdirmə prinsipi – idarəetmə prosesi təşkilatın
qanunvericilik aktları və əsasnamələrilə sərt reqlamentləşirilə bilməz.
Dünya səviyyəli şirkətlərin xarici mühitə yüksək adaptasiya məqsədyönlü
idarəetmə ilə özünüidarəetmə və idarəetmə ilə özünütənzimləmə arasında optimal
nisbətlə izah edilir. Əks əlaqə prinsipinin köməyilə obyektin arzuolunan
vəziyyətdən azacıq kənarlaşdığı təqdirdə obyektin vəziyyəti haqqında yeni
məlumatlar avtomatik olaraq nəzərə alınır və müvafiq olaraq idarəedici subyektin
müdaxiləsi olmadan idarəedici təsirlər dəyişdirilir.
Özünütəşkiletmə fenomeninin tətbiqi rəqabət qabiliyyətliliyinin
saxlanmasının və yeni rəqabət üstünlüklərinin yaradılmaının zəruri şərtidir.
Özünütəşkiletmə öz-özlüyündə isə cəmiyyəti yüksək texnologiyalara, yüksək
təşkilati mədəniyyətə gətirib çıxarmır. Özünütəşkiletmə fundamental elmlər
30
olmadan, təhsilli və nizam-intizamlı heyət olmadan, öz mənfəətini güdən deyil,
situasiyanı dərk edən və ölkəsinə xidmət edən, təhsilli idarəedici olmadan
mümkün deyil.
Müasir təşkilat elminin ən mühüm vəzifəsi məqsədyönlü təşkiletmə ilə
təbii özünütəşkiletmə prosesləri arasında qarşılıqlı əlaqələrin öyrənilməsi,
optimumun axtarılması, təşkiletmə və özünütəşkiletmə tədbirləridir.
“Təşkiletmə/özünütəşkiletmə”nin optimal nisbətinin səmərəsindən
istifadə səyləri yeni təşkilati formaların, müxtəlif növlü sahibkarlıq
assosiasiyalarının və firmalararası alyansların yaradılmasına gətirib çıxarır.
Korrupsiya özünütəş kiletmə nin tə zahürü kimi
.
Ümumilikdə özünütəşkiletmə - insanların əksəriyyəti tərəfindən pozitiv
qəbul edilən anlayışdır. Lakin hər bir obyekti hadisə kimi o da nə “yaxşı”, nə də
“pis” olaraq qiymətləndirilməməlidir. Neqativ qəbul olunan korrupsiya buna
misaldır, ancaq məşhur mənada onu pozitiv qəbul edilən özünütəşkiletmənin
təzahürü kimi ifadə etmək olar.
Korrupsiya – müəyyən edilmiş qaydalara zidd olaraq vəzifəli şəxsin,
sərəncamında olan səlahiyyətlərdən və ona etibar edilmiş hüquqlardan öz
mənafeyi naminə istifadə etməsidir. Bu termin daha çox bürokratik aparat və
siyasi elita barədə işlənilir.
Korrupsiyanın səciyyəvi cəhəti vəzifəli şəxsin əməllərilə onu işə
götürənin maraqları arasında ziddiyyətdə, yaxud seçilmiş şəxsin əməllərilə
cəmiyyətin maraqları arasında ziddiyyətdə özünü göstərir. Korrupsiyanın bir çox
növləri vəzifəli şəxsin törətdiyi fırıldaqçılıqla bağlıdır və dövlət hakimiyyətinə
qarşı cinayət kateqoriyasına aid edilir.
Korrupsiyaya diskret hakimiyyətə malik olan - ona məxsus olmayan
hansısa vəsaitlərin bölgüsü səlahiyyətinin verildiyi istənilən şəxs qurşana bilər.
Dostları ilə paylaş: |