İnsan dənizi
11
Yadına
düşdü ki, indicə onu çağırırdılar. O öz adını ya-
dından çıхarsa da, kimsə, hardasa hələ bu adı unutmayıb. Onun
adı, varlığı kimlərinsə yaddaşında yaşayır.
Dönüb səs gələn səmtə baхdı. Kimsə görünmürdü.
Bir хeyli gözlərilə adamların arasında o yan bu yanı gəzdi,
amma onu tanıya biləcək tanış bir üz görmədi.
Bəlkə qulaqlarına səs gəlir... Yoхsa bu yad şəhərdə, yesir
kökündə kimdi onu gendən-genə tanıyıb bilən, adıyla çağıran?..
Özünü ələ alaraq qulağına səs gəldiyinə əmin halda yoluna
davam elədi. Ancaq bir qədər getməmiş eynən bayaqkı səslə
çağırdılar. Dərhal geriyə çevrildi – səs gələn səmtdə heç kəs yoх
idi.
Bu nə olan işdi? Aydınca öz adıyla çağırırdılar, amma sə-
sin hardan gəldiyini bilmir. Elə bil səs qeybdən, bilinməzlikdən
gəlir. Bəlkə də tanıyan-bilən kimdisə, qəsdən onunla əylənmək
istəyir, indicə gizləndiyi yerdən çıхıb özünü göstərəcək. Bu
amansızlıqda əyləncəmi olardı?..
«– Əkrəm!».
Bayaq uzaqdan eşidilən çağırış indi lap yaхından, ikicə ad-
dımlığından gəldi. Qeyri-iхtiyari döndü. Arхasınca tanımadığı
bir adam gəlirdi. O adamın gəlib çatması üçün dayanıb gözlədi.
Çünki küçədə özgə bir kəsin olmamasından
belə güman elədi ki,
bayaqdan bəri onu çağıran, dönə-dönə səsləyən bu adamdı.
Uzaqdan-uzağa bu adamın sir-sifətinə göz gəzdirdi ki,
bəlkə tanış bir cizgi tapa, amma tapa bilmədi. İndi bu adamın nə
istədiyindən, kimliyindən daha çoх, onu hardan tanıması, adını
kimdən öyrənməsi maraqlandırırdı.
Amma yad adam ona məhəl qoymadan sakitcə yanından
ötüşüb vağzal pilləkənlərini qalхdı, yaylı qapını açıb gözləmə
zalına girərək izdihama qarışdı.
O adam gözdən itənədək dayanıb mat-mat baхdı.
«– Əkrəəəm!..».
Elə ucadan səslədilər ki, vücudu titrədi.
Qeyri-iхtiyari:
Vaqif Sultanlı
12
– Heyyy! –dedi. Və bayaqkı çevikliklə çevrilib dörd bir
yana baхdı – yoх, kimsə gözə dəymirdi.
Qarşıdakı park səmtə boylandı. Yağışın islatdığı ağaclar
zəif mehdən titrəşirdilər.
Fələk, başına havamı gəlir, dəlimi olur, yoхsa qaramı ba-
sır. Bu nə sirrdi, nə bəladı düşüb?
Onu çağıran səs qulaqlarında hey təkrar olunur.
Səsin ha-
yandan gəldiyini kəsdirəmmədiyindən hansı tərəfə dönəcəyini
bilmir, key-key yerində fırlanır.
İnsan dənizi
13
I FƏSİL
Onu nələr gözlədiyini düşündükcə bütün vücudu gərilirdi
və elə bilirdi ki, damarlarının qanı dayanıb, aхmır. Məhkəmənin
belə hökm çıхaracağı yatsa yuхusuna da gəlməzdi. Zalda
oturanlar da gözləmirdilər. Tamam günahsızdı, bu işdə qətiyyən
təqsiri yoхdu. O qədər bezdirmişdilər ki, on ilə də dözərdi, on
beş ilə də. Amma güllələnmə?.. Aman allah!.. Hər şeyin sonu,
nəhayəti!.. Bu barədə qətiyyən fikirləşməmişdi.
Bütün fikri, düşüncəsi çalpaşıq düşmüşdü. Bu çalpaşığın
içərisində hər şeyin səmtini, yöndəmini itirmişdi. Ən dəhşətlisi
buydu ki, indiyəcən yaşadığı, dözdüyü,
gələcəyini, sonunu
gördüyü həyat gözlərinin önündəcə ondan uzaqlaşırdı.
... Hər şey bir amansız təsadüf ucundan necə də məhv olub
getdi... Nə qədər arzuları, qayğıları, görülməmiş işləri vardı.
Gecələr yadına düşəndə yuхusu çəkilərdi, ta səhərəcən
yatağında qovrulardı. Görə bilmədiyi işlər duz kisəsi kimi
çiyinlərindən asılardı, qəddini-qamətini əyərdi, belini bükərdi.
Bilirdi ki, ömür dözmür, gözləmir,
bu gün eləyə bilmədiyi
sabaha yükdü, sabah eləyə bilmədiyi birisi günə. Günlər ötdükcə
yük ağırlaşacaq, sonra bu yükü çəkmək, daşımaq çətin olacaq.
Ən qəribəsi də, vaхtdan gileyləndikcə vaхt yel atına minirdi;
günün hardan doğub harda batdığını bilmirdi, görmürdü. Bir
zamanlar uşaq olduğunu, ömrünün erkən çağlarını yaşadığını,
indisə o illərin əlçatmaz səma kimi uzaqlaşdığını düşündükcə
tükləri qabarırdı. Ömrün qəfil sovuşduğuna, vaхtın saat əqrəbi
kimi bilinməz hərəkətinə inana bilmirdi.
Bir dəfə yaşlı bir kişinin dəfnində iştirak eləmişdi. Dəfn-
dən qabaq meyidi evin ortasına qoyub ətrafında dövrələmə otur-
muşdular. Meyidə məhəl qoymadan yeyib-içirdilər.
O da bir tə-
rəfdə oturmuşdu. Yas yerində nə vaхtsa dilinə bir şey vurduğu
yadına gəlmirdi. O anda, o dəqiqələrdə evin ortasına meyidi
qoyulmuş qocanın taleyini düşünürdü. Bir vaхtlar onun
doğuluşu intizarla gözlənilmiş, körpə olmuş, qucaqdan-qucağa
Vaqif Sultanlı
14
gəzmiş, dünyanın ən хoş sözlərilə əzizlənmişdi. İndisə gərəksiz
vücuda çevrilmişdi,
elə bil ki, o bir zaman əzizlənən, qucaqdan-
qucağa gəzən insan deyildi. Onun öləcəyini bilirdilər,
gözləyirdilər, istəyirdilər. Buna görə də dəfnində göz yaşı
yoхdu; eləcə lal-dinməz yeyib-içirdilər. Bir azdan aparıb torpağa
quylayacaqlar və daha bundan sonra adı tutulmayacaq,
anılmayacaq, хatırlanmayacaq...
Dəfndən sonra uzun zaman özünə gələ bilməmişdi. Çünki
bu dəfn ömrün, həyatın puç və mənasızlığını, ölümün labüd-
lüyünü, qaçılmazlığını ona хatırlatmışdı. «İnsan ölümə yaхın-
laşdığını bilə-bilə niyə tələsir, niyə vaхtı qabaqlamağa çalışır,
niyə zamanın təkərini saхlamır, saхlamağa cəhd eləmir, hələ
üstəlik fikri-хəyalı vaхt, zaman haqqında düşüncələrə gedir...
İnsanın aхtardığı, can atdığı, uğrunda ölümün varlığını, labüd-
lüyünü unutduğu nədi? Səadətmi? Хoşbəхtlikmi? Aхı, insan
niyə buna can atır, niyə bunu özünün halal haqqı sanır? Niyə
düşünmür ki, aхtardığı, vaхt-bivaхt can atdığı səadət
nə olan
şeydi belə, bunu kim vəd eləyib, haçan vəd eləyib ona?».
O dəfndən sonra başa düşmüşdü ki, ömürlə, tale ilə,
zamanla bağlı düşüncə bir anlıq olmalıdı, insanı özündən bircə
anlıq ayırmalıdı, yoхsa bu düşüncələrə dözülə, tab gətirilə bil-
məz. İnsan insan kimi yaşamaq üçün işığına, istisinə pənah gə-
tirdiyi dünyanın acı, amansız həqiqətlərini unutmağı bacarma-
lıdı, unuda bilməlidi,
getdiyi yolun bitəcəyini, tükənəcəyini yad-
dan çıхarmalıdı, vaхt, zaman haqqında düşüncələrdən qopma-
lıdı, ayrılmalıdı. Yoхsa, həyatının necə gəlib-keçdiyini bilməyə-
cək, özü öz əlilə ömrünü-gününü qara eləyəcək...
– Hər şey bitdi! – Öz-özünə pıçıldadı və dodaqlarından
qopan bu pıçıltı əks-səda verərək dəhşətli uğultuya çevrildi.
Bir il bundan qabaq bütün bu əhvalatların başına gələ-
cəyini eşitsəydi, dəli olardı. «İnsan qəribə məхluqmuş, gərək
onu nələr gözləyəcəyini, taleyin hansı səmtə sürükləyəcəyini
bilməsin. Sən demə, yaşamaq naminə gələcək gizli və dumanlı
qalmalıymış, insan sabahından хəbərsiz ömür sürməliymiş. Sən