10
yaradıcılıq nailiyyətləri ilə yanaşı texniki-təşkilati xidmətlərin də hüquqi mühafizəsi
təmin edilir.
Müəllifə öz yaradıcılığının müstəsna hüquqları məxsusdur: müəlliflik
hüquqları, ada görə hüququ, ixtiraya toxunulmazlıq hüququ, onun çap edilməsi,
istifadəsi, həmçinin ixtiradan istifadəyə görə müəyyən mükafat hüququ. Müəlliflik
hüququ müəllifin bütün həyatı ərzində və onun ölümündən 50 il sonra fəaliyyət
göstərir. Müəlliflik, müəllifin adı və ixtiraya toxunulmazlıq müddətsiz mühafizə
olunur.
Patentlər əmtəənin əsasında və ya istehsal prosesində olan ixtiranı mühafizə
edir. Obyektin unikal forması və ya xarici görünüşü sənaye nümunəsi kimi qorunub
saxlanıla bilər. Qeydiyyata alınmış əmtəə nişanı və ya xidməti identifikasiya, reklam
edən logotipi və adı mühafizə edir. Bilavasitə müəlliflik hüququ və sənaye mülkiyyəti
hüququ ilə qoruna bilinməyən obyeklər qeyri-ənənəvi obyektlər kimi xüsusi qorunma
hüququ ilə mühafizə olunurlar. Belə obyektlərə inteqral sxem topologiyaları, xüsusi
mühafizə hüquqları ilə qorunan məlumat topluları və ənənəvi mədəni nümunələr
(folklor nümunələri) aid edilir. Bununla yanaşı, haqsız rəqabət və kommersiya sirri
ilə qorunan obyektlər də intellektual mülkiyyətə daxil edilir.
ntellektual mülkiyyət obyektlərinin təsnifləşdirilməsi onların xarakterik
xüsusiyyətlərinin, digər obyektlərdən fərqli xüsusiyyətlərini qeyd etməyə imkan
verir. ntellektual mülkiyyət obyektlərinin növlərinin təsnifatını cədvəl şəklində
aşağıdakı kimi təsvir etmək olar: [28, 14]
Sxem 1.1.
ntellektual mülkiyyət obyektlərinin növləri
Sənaye mülkiyyəti
Müəlliflik hüququ
Obyektləri
11
ixtira;
faydalı modellər;
sənaye nümunələri;
ə
mtəə nişanları;
firmanın adı;
ə
mtəənin mənşə yerinin
adlandırılması;
haqsız rəqabətə qarşı
müdafiə.
elm, ədəbiyyat və incəsənət
ə
sərləri;
monoqrafiya;
ş
eirlər;
şə
killər;
musiqi bəstələri və s.
ÜƏMT-nın təsis edilən sənədlərinə əsasən intellektual mülkiyyət obyektlərinə
aşağıdakılar aiddir:
• ədəbi, bədii və elmi əsərlər;
• incəsənət nümayəndələrinin ifaçılıq fəaliyyəti, səsyazma, radio və televiziya
verilişləri;
• insan fəaliyyətinin bütün sahələrdə ixtiraları;
• elmi kəşflər;
• sənaye nümunələri;
• əmtəə nişanı, xidmət nişanı, firmanın adı və kommersiya təyinatı;
• haqsız rəqabətə qarşı müdafiə.
Hüquqi tənzimlənmənin xüsusiyyətlərindən asılı olaraq intellektual mülkiyyəti
3 əsas hissəyə bölmək olar:
1) patent hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri;
2) müəlliflik hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri;
3) birgə hüquqlara aid edilən yaradıcılıq fəaliyyətinin nəticələri.
Patent hüququ ilə qorunan intellektual mülkiyyət obyektlərinə sənaye
mülkiyyət obyektləri, müəlliflik hüququ ilə qorunan intellektual mülkiyyət
obyektlərinə mədəniyyət və incəsənət əsərləri aid edilir.
12
Hər bir ölkədə intellektual mülkiyyət obyektlərinin təsnifatı qanunvericilikdə
təsbit edilmişdir. Qanunvericilikdə intellektual mülkiyyətin nəticələrinin mühafizəsi
və individualizasiya vəsaiti hissəsində əqli mülkiyyət obyektlərinin siyahısı verilir:
• elm, ədəbiyyat və incəsənət əsərləri;
• elektron hesablama maşınları üçün proqramlar;
• məlumat bazası;
• ifa;
• fonoqram;
• ya radio kabeli, ya da televiziya verilişləri ilə efirə məlumat;
• ixtira;
• faydalı modellər;
• sənaye nümunələri;
• seleksiya nailiyyəti;
• inteqral mikrosxemlərin topologiyası;
• istehsal sirrləri;
• firma adı;
• əmtəə nişanları və xidmət nişanları;
• malların mənşə yerinin adı;
• kommersiya təyinatı.
ntellektual mülkiyyət anlayışının özünün xarakteristikasına xüsusi diqqət
yetirmək istərdim, çünki bu tamamilə yeni iqtisadiyyat sektorunun elementidir.
Burada əmtəə qismində bilik və texnologiyalar deyil, intellektual mülkiyyət çıxış
edir.
ntellektual mülkiyyət - hüquqi şəxsin və ya vətəndaşın intellektual
fəaliyyətinin nəticəsinə hüquqlarını bildirən qeyri-maddi aktivlərin kateqoriyasıdır.
Başqa sözlə desək, qeyri-maddi aktivlər intellektual mülkiyyət üzərində əmlak
hüququdur. ntellektual mülkiyyət anlayışı təkcə əmlak hüququnun deyil, eyni
zamanda qeyri-maddi aktivlərin tərkibinə daxil edilməyən şəxsi qeyri-əmlak
13
hüququnu da əhatə edir. Qeyri-maddi aktivləri birləşdirərək alınan məcmunu qudvill
adlandırırlar. Qudvill anlayışından məhkəmə işlərində, müəssisələrin alqı-satqı
müqavilələrində, vergi araşdırmalarında, həmçinin sahibkarlıq fəaliyyətində geniş
istifadə olunur. Qudvill və digər qeyri-maddi aktivlər kimi təsvir edilən aktivlər üç
kateqoriyaya bölünür:
1) Müəssisədən ayrılmayan qeyri-maddi aktivlər;
2) ndividuumdan ayrılmayan qeyri-maddi aktivlər;
3) Müəssisədən və individuumdan ayrıla bilən qeyri-maddi aktivlər.
Müəssisədən ayrılmayan qeyri-maddi aktivlər qeyri-müəyyən xidmət
müddətinə malikdirlər və bir qayda olaraq məcmu halda qiymətləndirilirlər. Belə
aktivlərin xidmət müddətini müəyyən etmək qeyri-mümkün olduğu üçün onlar
amortizasiya olunmayandırlar. Müəssisədən ayrılmayan qeyri-maddi aktivlərə
aşağıdakılar aiddir:
ayrı-ayrı komponentlərin - obyektin, əmlakın, istehsal vasitələri və
avadanlıqların istehsal vasitələri kimi birləşdirilməsi;
öyrədilmiş heyətin olması;
müəssisənin tərkib hissəsi kimi işlənib hazırlanmış, idarəetmə və fəaliyyət
sistemi və metodları;
müştəri kontingentinin olması;
başlanğıc çətinliklərin aradan qaldırılması;
öz məhsulunun reklamı və irəliləməsi sahəsində nailiyyətlər;
ərazi üzrə yerləşmədəki üstünlüklər;
müəssisənin etibarlılığı, məhsulun və xidmətin keyfiyyəti, əmtəə və xidmətlər
üzrə qiymətlərin səviyyəsi, malgöndərənlərə və banklara münasibətdən kredit
qabiliyyəti haqqında, ictimaiyyətin və müştərilərin məlumatlılığı əsasında
təsdiq olunmuş reputasiya.[8, 166]
Dostları ilə paylaş: |