Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   32   33   34   35   36   37   38   39   40

 

90

Dərs 



27

 / Mövzu:

 MƏTNDƏ SÖZLƏRİN ƏVƏZ OLUNMASI 

 

MOTİVASİYA 

Müəllim  şagirdlərə müraciət edir: – Dərsliyinizdə “Mətnə  şəklin  əlavə edilməsi” mövzusunda “mətn” 

sözlərini sayın.  

Şagirdlər sayır.  

Müəllim: – Neçə dənə alındı? 

Bəzi şagirdlər səhv saya bilər. Sayı 11 olmalıdır. Müəllim: 

– Səhv saydığınızı biləndə nə etmək lazımdır? (yenidən saymaq) Əgər bütün dərslikdəki “mətn” sözlərini 

saymaq üçün nə qədər vaxt tələb olunar? Yəqin ki, daha çox. Tutaq ki, dərslikdə əvvəlki mövzudakı “mətn” 

sözlərini “text” sözü ilə əvəz etmək lazımdır.  Bunun üçün nə etmək lazımdır?  

Şagirdlərin cavabları dinlənilir. 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 



 

Tədqiqat sualı: 

Kompyuterdə eyni bir sözü bütün mətndə tapıb, başqa sözlə necə əvəz etmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə  “Mətndə sözün tapılması”, “Mətndə sözün 

tapılıb yenisi ilə əvəzlənməsi” alqoritmlərini şərh edir.



 

Bu zaman o, proyektordan istifadə etməklə mətndə 

Find və Replace komandaları vasitəsilə sözün tapılıb əvəz edilməsini nümayiş etdirir. 

 

Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılır və kompyuterin qarşısında  əyləşirlər. Müəllim 

şagirdlərlə kompyuterdə iş və texniki təhlükəsizlik qaydalarını təkrarlayır. Tədqiqat zamanı müəllim xüsusi 

qayğıya ehtiyacı olan şagirdlərə həssaslıqla yanaşmalıdır. 

Şagirdlərin kompyuterdə azərbaycanca mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı 

Azərbaycan əlifbasına keçirməlidir. 

 

 

 

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırınсı  səhifəsində 



verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.

 

 



DƏRSİN MƏQSƏDİ   

•  mətndə müəyyən sözlərin tapılması 

•  mətndə  müəyyən sözləri tapıb, yenisi ilə əvəz etmək 

•  mətn redaktorun əsas menyusunu tanımaq 

•  Edit komandasının açılan siyahısının bəzi komandalarını bilmək 

•  WordPad proqramında arayış menyusunun məqsədini izah etmək 



 

 

Əsas ANLAYIŞLAR   

Find komandası, Replace  komandası, sözün əvəz edilməsi 

 

 

Dərsin TİPİ 

Empirik (praktik) 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

 

A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

WordPad mətn redaktoru 

Tapşırıq:  

Dərslikdə “Mətndə sözün tapılıb yenisi ilə  əvəzlənməsi” alqoritmi icra et. Kompyuterdə “Qatar” 

sənədini aç. Mətndə “tak” sözlərini “taq” sözləri ilə əvəz et.  



 

 

91



MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: 

– Mətn redaktorunun pəncərəsini necə açdınız? Mətndə “tak” sözlərini “taq” sözləri ilə başqa cür necə əvəz 

etmək olardı? (həmin sözlərdə “k” hərflərini “q” hərfləri ilə əvəz etməklə) Eyni sözü təkrar yığmamaq üçün 

nə etmək olar? (Copy-Paste komandalarından istifadə etməklə) “Tak” sözlərini “taq” sözləri ilə necə əvəz 

etdiniz? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim suallar verir: 

– Yazılmış mətndə nə zaman düzəlişlər etməyə ehtiyac olur? Vərəq üzərində edilən düzəlişlə müqayisədə, 

kompyuterdə edilən düzəlişin hansı üstünlükləri var? Kompyuterdə yazılmış  mətndə eyni bir sözü tapıb, 

başqa sözlə necə əvəz etmək olar? 

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib, onların fəal iştirakı ilə nəticələr çıxarır: 

– Çox vaxt yığılmış mətnlərdə bəzi sözləri digər sözlərlə əvəz etmək lazım gəlir. Bunun üçün kompyuterdə 

mətn redaktorunun Edit menyusundan Replace bəndi seçilir. Pəncərə açılır və  pəncərəyə ilkin sözü daxil 

etmək, aşağıdakı sətirdə isə onu əvəz edəcək sözü daxil etmək lazımdır. Sağ tərəfdə Replace all  düyməsini 

seçib, OK düyməsini basmaq lazımdır. Nəticədə qeyd olunmuş söz (və ya hərf) yeni sözlə (hərflə)  əvəz 

olunacaq. 

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  3 və 4-cü çalışmaların yerinə yetirilməsi.  



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən, aşağıdakı meyarlar üzrə, formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar 

Qiymət 

(+ və ya -) 



1 Mətn redaktorunun menyusunun bəndlərini seçə bilir 

 

2 Mətndə müəyyən sözlərin yerini təyin edir 



 

3 Müəyyən sözləri yenisi ilə əvəz edir 

 

4 Arayış menyusundan istifadə edir 



 

 Ümumi: 


 

Ev tapşırığı. İş dəftərindəki  1 və 2-ci çalışmaların yerinə yetirilməsi. 

 



 

92

Dərs 



28

 / Mövzu:

 KOMPYUTERDƏ HESABLAMALARIN APARILMASI 

 

MOTİVASİYA 

Müəllim 2-ci sinifdə Kalkulyator proqramı ilə bağlı bəzi bacarıqları yada salır:  

– Hesablamaları daha tez aparmaq üçün hansı qurğudan istifadə etmək olar?  

– Kompyuterlə kalkulyatorun hansı oxşar və fərqli cəhətləri var?  

– Kompyuterdə işləyən zaman sadə hesablamaları aparmaq üçün hansı proqramdan istifadə etmək olar?  

Müəllim sadə riyazi ifadələrin vərəqdə və kalkulyatorda hesablama qaydalarını yada salır və belə sual verir: 

– Aşağıdakı ifadənin qiymətini vərəqdə və kalkulyatorda necə hesablamaq olar? 

 

7·3= 


 

Yuxarıda verilmiş ifadəni hesablamaq üçün kalkulyatorun yaddaşından istifadə etməyə ehtiyac yoxdur. 

Növbəti ifadənin qiymətini kalkulyatorda hesablanması üçün problemli situasiya yaradılır: 

 

3· 5 + 4 · 2 =   



ifadəsini vərəqdə və kalkulyatorda necə hesablamaq olar? 

 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 



 

Tədqiqat sualı: 

Kalkulyator proqramında hesablamalar apararkən kompyuterin yaddaşından             

                         

necə istifadə etmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə  yeni alqoritmləri şərh edir. Mini mühazirə 

söyləyərkən müəllimin noutbukdan və proyektordan istifadə etməsi daha məqsədəuyğundur.  Tədqiqatı 

aparmaq üçün şagirdlər cütlüklərə ayrılır və kompyuterin qarşısında  əyləşirlər. Müəllim  şagirdlərlə 

kompyuterdə iş və texniki təhlükəsizlik qaydalarını təkrarlayır.  

Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə  həssaslıqla yanaşmalıdır.  Şagirdlərin 

kompyuterdə azərbaycanca mətn yığa bilmələri üçün, müəllim qabaqcadan klaviaturanı Azərbaycan 

əlifbasına keçirməlidir.  

Müəllim şagirdləri cütlüklərə ayırır və belə tapşırıq verir: 

Dərslikdəki alqoritmdən istifadə etməklə, 3 · 5 + 4 · 2= ifadəsini kalkulyator proqramı vasitəsilə hesablayın. 

Şagirdlər kompyuterdə  işi bitirdikdən sonra müəllimin göstərişi ilə  İş  dəftərinin axırıncı  səhifəsində 

verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.  

DƏRSİN MƏQSƏDİ 

•  başqa proqramda işləyərkən kalkulyator proqramını başlatmaq; 

•  Kalkulyator proqramında sadə düymələrin təyinatını izah etmək; 

•  Kalkulyator proqramında sadə hesablamalar aparmaq; 

•  MR və MS düymələrinin təyinatını izah etmək; 

•  sadə hesablamalarda yaddaş düymələrindən istifadə etmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Məsələ zolağı, Edit-Copy  komandaları, Edit-Paste komandaları, Kalkulyator proqramı 

 

 

 

Dərsin TİPİ 

Empirik (praktik) 



 

 

İstifadə olunan  



İŞ FORMALARI 

 

Bütün siniflə iş, cütlüklərlə iş 



 

İstifadə olunan  

ÜSULLAR 

 

Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

 

Riy. – 1.2.2, 1.2.3, 1.2.4, 1.2.5, 2.1.1,  H-b. – 4.2.1 



 

 

Təchizat 

Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri 



 

 

Proqram təminatı 

Kalkulyator proqramı və WordPad mətn redaktoru 



 

 

93



MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: 

– Kalkulyator proqramının pəncərəsini necə açdınız? Riyazi əməlləri hansı düymələrdən istifadə etməklə 

yığdınız? Yaddaş düymələrindən istifadə etmədən nəticəni necə hesablamaq olardı? (aralıq nəticəni, ya öz 

yaddaşında, ya da kağızda saxlamaq lazım olardı) 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə suallar verir:  

– Riyaziyyat dərslərində hesablamalar apararkən əməlləri hansı ardıcıllıqla yerinə yetirirsiniz? Mötərizələr 

daxil olan ifadələri hesablayarkən aralıq ifadələri necə hesablamaq olar? (qaralamada, kənarda hesablayıb, 

cavabını  bərabərlikdən sonra yazırsınız) Kompyuterin yaddaşından istifadə etməklə, mötərizəli ifadələri 

necə hesablamaq olar?  

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır: 

– Biz hər gün müxtəlif hesablamalar aparırıq. Kompyuterdə  işləyən zaman lazım olan hesablamaları 

Kalkulyator proqramı vasitəsilə aparmaq olar. Bu proqram çoxlarınızın gördüyünüz adi kalkulyator kimidir. 

İş prinsi də elə eynidir. Bəzi mürəkkəb hesablamalar apararkən ədədləri yaddaşımızda saxlamaq çətin olur. 

Ona görə də kalkulyatorlarda MC, MS, MR düymələri nəzərdə tutulmuşdur. Burada:  

MS (memory save – yaddaşda saxla) düyməsi ekranda olan ədədi kompyuterin yaddaşına yazır; 

MR (memory read – yaddaşdan oxu) düyməsi yaddaşda olan ədədi ekrana çıxarır; 

MC (memory clear – yaddaşı təmizlə) düyməsi yaddaşda olan ədədi silir; 

M+ düyməsi ekranda olan ədədlə yaddaşda olan ədədi toplayıb, yaddaşa yazır. 

Kalkulyator proqramında hesablamaların nəticələrini mətn redaktorda yığılmış  mətnlərə  də salmaq olur. 

Onun üçün mətn redaktor proqramının pəncərəsini açıb, lazımi ifadəni yığmaq lazımdır. Sonra bu pəncərəni 

tapşırıqlar zolağına endirib, Kalkulyator proqramının pəncərəsini açın. Hesablamanı aparın. Ekranda alınan 

nəticəni kompyuterin yaddaşına salmaq üçün Edit menyusundan Copy komandasını verin və sonra mətn 

redaktorun pəncərəsinə qayıdıb (onu bərpa edin), bərabərlik işarəsindən sonra kursoru qoyun. Sonra Edit-

Paste komandasını verin. Kalkulyatorda alınmış nəticə ekranda görünəcək. 



 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki  1



2-ci çalışmaların yerinə yetirilməsi. 



  

QİYMƏTLƏNDİRMƏ 

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar 

Qiymət  (+ və ya –) 

1 Kalkulyator 

proqramını aça bilir 

 

2 Kalkulyator 



proqramında sadə düymələrinin təyinatını izah edir 

 

3 Kalkulyator 



proqramında sadə hesablamalar aparır 

 

4 MR 



və MS düymələrinin təyinatını izah edir 

 

 



Kalkulyator proqramında MR və MS düymələrindən istifadə etməklə 

sadə hesablamalar aparır 

 

5 Nəticəni mətn redaktora daxil edə bilir 



 

 Ümumi: 


 

Ev tapşırığı. İş dəftərindəki  4-cü çalışmanın yerinə yetirilməsi.

 



 

94

MƏNBƏLƏR 



 

1.  A. Əhmədov, Ə. Abbasov. Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları, 2008. 

2.  Bilişim Teknolojileri. Oğrenci calışma kitabı-3. MEB. DEVLET KİTABLARI.                               

Promat-İstambul, 2007. 

3.  Z.A.Veysova. Fəal/İnteraktiv təlim: müəllimlər üçün vəsait. UNİCEF, Bakı, 2006. 

4.  С.Н.Тур, Т.П.Бокучава. Методическое пособие по информатике для учителей 2–4 классов    

общеобразовательных школ, БХВ-Петербург, Санкт-Петербург, 2007. 

5.  В.В.Горячев,  Т.О.Волкова,  К.И.Горина.  Информатика  в  играх  и  задачах. 3 класс. 

Методические рекомендации для учителя. Баласс, Москва, 2003. 

6.  Н.В.Матвеева, Е.Н.Челак и др. Информатика и ИКТ, 3 класс, Москва, Бином, 2008. 

7.   Ю.А.Аверкин,  Н.В.Матвеева,  Т.А.Рудченко.  Дидактические  материалы  для  организации 

тематического контроля по информатике в начальной школе. Бином, Москва, 2004. 

8.  А.Л.Семенов,  М.А.Посицельская.  Математика  и  информатика, 3 класс,  Просвещение, 

Москва, 2008. 

9.  Е.П. Бененсон, А.Г. Паутова. Информатика, 3 класс, Москва, Академкнига, 2007. 

10. Т.П.Петухова,  И.Н.Ващук.  Информатика, 3 класс,  Методические  рекомендации  для 

учителя, Оренбург, 2007. 

11. А.В.Горячев, А.А.Меньшикова. Методика преподавания информатики в начальной школе 

(1

4 классы) на примере курса Информатика в играх и задачах, Лекции 5



8 , Москва, 2005. 

12. Джени  Стил,  Керт  Мередис,  Чарльз  Темпл.  Основы  развития  критического  мышления, 

Фонд Сорос-Кыргызстан, Бишкек, 1998. 

13. В.В. Малеев. Общая методика преподавания информатики, Воронеж, 2005. 

14. Е.В. Петрушинский. Игры для интенсивного обучения, Прометей, Москва, 1991. 

15. Е.П.Коляда.  Развитие  логического  и  алгоритмического  мышления  учащихся  второго 

класса // Информатика и образование, №1, 1996. 

16. А.В.Хуторский,  Г.А.Андрианова.  Информатика  и  ИКТ.  Рабочая  тетрадь, 3 класс,  Бином. 

Лаборатория знаний, Москва, 2007. 

17. А.М.Горностаева. Информатика. 3 класс. Поурочные планы. Волгоград, 2009. 

18. Е.К.Балафанов  и  др.,  Основы  информационной  культуры.  Рабочая  тетрадь  для  третьего 

класса. Алматы, Аруна Ltd., 2004. 

19. А.А.Дуванов.  Работаем  с  информацией.  Книга  для  учителя.  Санкт-Петербург,  БХВ-

Петербург, 2004. 

20. Е.Я.Яковенко Компьютер для школьника. Москва, АСТ, 2007. 

21. Большая детская энциклопедия в вопросах и ответах. Минск, Харвест, 2009. 

22. PC CD-ROM/ İNFO-KO. 

23. PC CD-ROM/ Супердетки. Новый диск. 

24. PC CD-ROM/ Дракоша и занимательная информатика. Медиа, 2000. 

25. PC CD-ROM/ Учимся анализировать. Новый диск. 



 

 

95



26. PC CD-ROM/ Учимся мыслить логически. Новый диск. 

27. PC CD-ROM/ Учимся думать. Новый диск. 

28. PC CD-ROM Информатика для детей 1

4 классы, 2007. 

29. http://kurikulum.az 

30. http://www.pixart.ws/infoko 

31. http://www.curriculumonline.gov.uk 

32. http://www.curriculum.edu.au 

33. http://www.curriculum.org 

34. http://www.meb.gov.tr 

35. http://pedsovet.intergu.ru/ 

36. http://www.rusedu.info/index.php?module=CMpro&func=showmap&pageid=32 

37. http://www.websib.ru/ 

38. http://www.piter.com/project/informatika/ 

39. http://festival.1september.ru/2005_2006/index.php?subject=11 

40. http://lavina80.narod.ru/work.htm 

41. http://256bit.ru/informat 

42. http://education.alberta.ca/ 

43. http://ergo.human.cornell.edu/ 

44. http://www.informatika.ru 

45. http://www.fome.ru 

46. http://www.infojournal.ru/journal.htm 

47. http://www.rusedu.info 

48. http://www.ulady.ru 

49. http://www.klyaksa.net 

50. http://www.lbz.ru 

51. http://www.pedsovet.org 



 

96

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Milli kurikulum əsasında hazırlanmışdır.  

Ümumtəhsil məktəblərinin 3-cü sinfi üçün   

“İnformatika” – dərslik komplektinə daxildir: 

 

1.   Dərslik 



 

3.   İş dəftəri 

 

İnformatika-3. Müəllim üçün metodik vəsait.   

İ.Sadıqov, R.Mahmudzadə, N.İsayeva, B.Kərimova. —  Bakı,  

“Bakınəşr”, 2010, 96 səh.  

 

ISBN-978-9952-429-10-3 



 

© Bakı nəşriyyatı, “TM group”,  2010. 

 

Format 57



 × 82

1

/



8

.  


Ofset kağızı  № 1.  

Fiziki çap vərəqi 12.  

Çapa imzalanmışdır:  04.08.2010.   

Tiraj 7 500, pulsuz. 



 

2.   Müəllim üçün metodik vəsait 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə