79
təsdiqini tapmışsa, demək gələcəkdə də onların formalaşacağını güman etmək olar.
Çünki tendensiyalar illər boyu dəyişməyən psixologiyaya əsaslanırlar.
Texniki analizdə əsas vasitələr indikatorlar sayılır. ndikatorlar – qiymət
dəyişikliklərinin statistik məlumatlar əsasında aparılmış riyazi hesablamalarının
nəticəsidir. ndikatorlar dəyər, həcm qiymətlərindən və ya başqa indikatorların
nəticələrinə əsasən müəyyən düsturlar vasitəsilə hesablanırlar. ndikatorlar öz
növbəsində trend və ossilyator indikatorlarına bölünürlər. Bu indikator növlərinin hər
biri müəyyən bazarların analizinə yönəlmişdir.
Texniki analiz metodların 3 əsas növü vardır: qrafik, filtirləmə və dövrlər.
Qiymətli kağızlar bazarında qiymətlərin proqnozlaşdırılmasında qrafik analiz
metodu mühüm əhəmiyyət kəsb edir. Qrafik analiz bazarın hazırkı vəziyyətini və
mövcud durumun sonrakı inkişafını müəyyənləşdirən müxtəlif qrafik, fiqur və xətlərin
tərtibidir. Qrafik analiz müxtəlif modellərin tədqiqini əhatə edir. Bu modellərin
formalaşmasından sonra bazar çox vaxt özünü stabil aparır.
Filtirləmə və ya riyazi uyğunlaşdırma vasitəsi ilə həyata keçirilən metodlar. Bu
metodlar son 25 ildə kompüter texnikasının inkişafı ilə birgə sürətlə inkişaf etmişdir
və orta hərəkət və vaxtaşırı təkrarlana dəyişiklikləri özündə əks etdirir.
Tsikllar (dövrlər) nəzəriyyəsi. Bu nəzəriyyə daha çox nəzəri səviyyədə inkişaf
etmişdir. Tsilklik nəzəriyyə metodu təkcə qiymətlərin dövrü dəyişkənliyi ilə deyil,
eyni zamanda bütün təbii hadisələrin qiymətlərə təsirini öyrənir. Ümumiyyətlə,
qiymətli kağızlar bazarında qiymətlərin proqnozlaşdırılması demək olar ki, bu texniki
metodlar çərçivəsində aparılır.
Bu yuxarıda sadalanan prosesləri əyani şəkildə təsəvvür etmək üçün ayrı-ayrı
səhm indeksləri üzrə müxtəlif zaman kəsiyi üzrə qiymətlərin proqnozlaşdırılması üzrə
strategiyaları misallara nəzər yetirək. Qeyd edək ki, bu proqnozlaşdırmalar əsasən
qısamüddətli dövrlər üçün məs, bir həftə üçün nəzərdə tutulur.
Artım... Dow Jones indeksi üzrə cari ilin 2-ci həftəsi ərzində ciddi eniş nəticəsində
qiymət həftəlik minimum səviyyəsinə - $1.3034 düşmüşdür. Həftənin ərzində
sessiyada qiymətlərin eniş istiqamətli hərəkəti nəticəsində güclü psixoloji hədd olan
$1.3000 həddinədək enmiş, lakin qiymətlər bu həddi keçə bilməyərək artım üzrə
istiqamətlənmişdir. Növbəti həftə üçün proqnoz olaraq qiymətin $1.3133 həddi
80
üzərinə qalxması ilə $1.3235 həddinədək artımın ola biləcəyi ehtimal edilirdi.
Alternativ variant kimi isə qiymətlərin $1.3104 həddi altında möhkəmlənməsi ilə
$1.3008 həddinədək enişin olacağı ehtimal edilir. Beləliklə qısamüddətli proqnoz üçün
hədəflər: Artım – $1.3174; $1.3200; $1.3235; Eniş - $1.3070 ; $1.3052; $1.3030;
$1.3008; Əhəmiyyətli səviyyələr kimi isə $1.3133; $1.3104 qiymətləndirilirdi.
Proqnozlaşdırmanın nəticəsinin dəqiqliyini müəyyənləşdirmək məqsədi ilə analitiklər
tərəfindən indeks izlənilmiş və müəyyən olunmuşdur ki, qiymətlərin artımı
proqnozlaşdırılan göstərici səviyyəsində baş vermişdir.
Qrafik 3.2. Dow Jones indeksi üzrə
artım istiqamə
tli proqnozlaş
dırma
strategiyası
Eniş meyilləri... Dow Jones indeksi üzrə cari ilin aprel ayının 2-ci həftəsinin qrafikinə
nəzər saldıqda qiymətlərin eniş istiqamətli hərəkətinin olduğu müşahidə edilir.
Qiymətlərin ümumi tendensiyanın təsiri altında müəyyən şərtlərin ödənilməsi ilə
enişin davam edəcəyi ehtimal edilir. Bu zaman alternativ variantın da nəzərdən
qaçırılmaması tövsiyyə olunur. Qiymətlərin dinamikası üzrə proqnoz olaraq qiymətin
$1.7939 həddi altına düşməsi ilə $1.7870 həddinədək eniş istiqamətli hərəkətin ola
biləcəyi, alternativ variant kimi isə qiymət tərəfindən $1.7974 həddinin yuxarıya
doğru kəsilməsi ilə $1.8100 həddinədək artımın olacağı ehtimal edilirdi. Beləliklə
qiymətlərin dəyişilmə hədəfləri : Artım – $1.8021; $1.8057; $1.8100; Eniş - $1.7905;
$1.7870; Əhəmiyyətli səviyyələr : $1.7939; $1.7974 qiymətləndirilir. Qiymətlərin
izlənilməsi nəticəsində müəyyən olundu ki, indeks üzrə eniş meyllərinin işartıları
sözügedən indeksin səviyyəsinin aşağı düşməsinə səbəb oldu.
81
Qrafik 3.3. Dow Jones indeksi üzrə eniş meylləri proqnozlaşdırma strategiyası
Dəstək... Dow Jones indeksi 2013-cu ilin noyabr ayının sonuncu həftəsi daha əvvəlki
proqnozların əksinə trend xəttini (qırmızı əyri xətt) keçə bilməyərək yenidən yüksəliş
istiqamətli hərəkətə başladı. Bu zaman analitiklər qiymətlərin proqnozu kimi qiymətin
Alligator üzərinə çıxması nəticəsində $1.5984 həddinədək yüksəlişin olacağı və bu
həddin də keçilməsi ilə artımın $1.6064 səviyyəsinədək davam edəcəyi
proqnozlaşdırılırdı. Alternativ variant kimi isə Trendin Alligator üzərinə qalxa
bilməməsi yenidən trend xəttinin test edilməsilə nəticələnə bilər ki, trend xəttinin
kəsilməsi nəticəsində $1.5748, $1.5649 və $1.551 səviyyələrinədək enişin olacağı
istisna edilmirdi. Hədəflər kimi: Artım: $1.5984 və $1.6064 Eniş: $1.5748, $1.5649 və
$1.551 Əhəmiyyətli səviyyələr: Eniş: Trend xətti qiymətləndirilirdi. Təhlillərin nəticəsi
qiymətlərin yenidən yüksəlməsini və Alleqatorun üzərinə çıxması ilə nəticələndi.
Qrafik 3.4. Dow Jones indeksi üzrə qiymətlərin artımı proqnozlaşdırma
strategiyası