19
qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə
yaradılır. Göründüyü kimi, müqəddəs kitablar kurslarının (dərslərinin) dini qurumların
nizamnamələrinə uyğun olması və dini qurum tərkibində bir sıra (yüksək) dini/təşkilati orqanın
razılığının zəruriliyi tələbi din azadlığının tədris yolu ilə ifadəsi hüququna yolverilməz
müdaxilədir, çünki bu, xüsusilə də dini qrupu “vahid rəhbərlik” altında fəaliyyət göstərməyə
sövq edə bilər.
32
Bu tələb tədris vasitəsilə dini ifadə azadlığını, eləcə də A HK-nin 10-cu
maddəsi və MSHBP-nin 19-cu maddəsi ilə qorunan ifadə azadlığını, o cümlədən, informasiya və
ideyalar yaymaq hüququnu pozur.
33
63. Qanunun 10-cu maddəsi (Dini təhsil müəssisələri) müəyyən edir ki, din xadimləri və dini
ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və
idarələr yarada bilərlər. Bu müddəa MSHBP-nin 18 (1)-ci maddəsi və demək olar ki, oxşar
məzmunlu A HK-nin 9.1-ci maddəsində nəzərdə tutulan hər kəsin “öz dinini və ya etiqadını [...]
təcrübədə və tədris zamanı ifadə etmək” hüququna müdaxilədir. Bu, dini mərkəz və idarələrin
üzvü olmayan şəxslərin öz dinlərini ibadət və tədris yolu ilə başqaları ilə birlikdə ifadə etmək
hüquqlarını faktiki olaraq pozmuş olur. Belə ki, bu məhdudiyyət demokratik cəmiyyətdə zəruri
deyil. Bundan başqa, digər dini qurumların deyil, məhz dini mərkəz və idarələrin belə hüquqa
malik olmasını anlamaq çətindir. Həmçinin, qeyri-dini qurumların ən azı başqa dini kadrları
təlimatlandırmasına icazə verilməməsi başadüşülən deyil; bu mənada “dini kadrlar” termininin
mənası sual olaraq qalır. Odur ki, bu müddəanın yenidən işlənməsi tövsiyə edilir.
Dini qurumlar və
icmalar
64. Bu məsələ 2-ci fəsildə “Azərbaycan Respublikasında dini qurumlar” adı altında əhatə edilib.
Dini qurumların nizamnamələri, qeydiyyat və ləğvetmə prosesi də bu fəsildə müəyyən edilib.
65. Qanun dini qurumların müxtəlif kateqoriyalarını təqdim edir: 7-ci maddə dini qurum, 8-ci
maddə dini icma, 9-cu maddə isə dini mərkəz və idarələr anlayışlarını təsbit edir.
66. Qanunun 7-ci maddəsinə əsasən, dini qurumlar idarələrlə təmsil olunurlar. Maddənin 2-ci
bəndi isə müəyyən edir ki, dini qurumlar bu Qanuna “və təsdiq olunmuş nizamnamələrinə”
müvafiq surətdə fəaliyyət göstərirlər. Bu müddəa dövlət orqanlarına lazımsız müdaxilə üçün
geniş imkan açır. Qanunun 7-ci maddəsinin 2-ci bəndinin qeyd edilən məqsədi aydın deyil və bu
tələbin nə üçün zəruri olması aydınlaşdırılmır. Dini qurumun öz nizamnaməsinə uyğun fəaliyyət
göstərməsinin necə və ya kim tərəfindən qiymətləndirilməsi və ya təcrübənin bu səviyyəyə qədər
məhdudlaşdırılmasına hansı ehtiyacın olması Qanunda öz əksini tapmayıb. Göründüyü kimi, bu
32
Bax: A HM, Metropolitan Bessarabia Kilsəsi və b. Moldovaya qarşı, ərizə N. 45701/99, Palata qərarı
13.12.2001, bənd 117
33
Muqayisə et: A HM, Metropolitan Bessarabia Kilsəsi və b. Moldovaya qarşı, ərizə N. 45701/99, Palata qərarı
13.12.2001
20
müddəa dövlətin dini qurumların fəaliyyətinə və muxtariyyətinə aşırı müdaxiləsinə şərait yarada
bilər. Odur ki, bu bəndin daha aydın formada yenidən işlənməsi tövsiyə edilir.
67. Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən, Azərbaycanda fəaliyyət göstərən islam dini
qurumları Qafqaz Müsəlmanları darəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər. Bu
müddəa Qanunun 8-ci maddəsinin 2-ci bəndi (Azərbaycanda təşkilat məsələlərində islam dini
icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər) və Qanunun 9-cu maddəsinin 1-ci bəndi
(Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində - Qafqaz
Müsəlmanları darəsində birləşirlər) ilə birgə analiz edilməlidir. Bundan başqa, Qanunun 8-ci
maddəsinin 3-cü bəndi müəyyən edir ki, islam dininə aid ibadət yerlərinə rəhbərlik edən din
xadimləri Qafqaz Müsəlmanları darəsi tərəfindən təyin edilir. Başqa sözlə, Qanun bütün islam
dini qruplarının və ya qurumlarının, həmçinin onların din xadimlərini təyin edən vahid təşkilati
qurumun - Qafqaz Müsəlmanları darəsinin rəhbərliyi altında fəaliyyət göstərməsini tələb edir.
68. Düşüncə və vicdan azadlığı, eləcə də din və ya etiqad seçmək azadlığı tam şəxsi azadlıqlar
sayılsa da, kollektiv qurumun da dini ifadə etmək və tətbiq etmək hüququ qorunduğundan dini
azadlıq hüququ təkcə fərdi deyil, həmçinin kollektiv ölçüyə malikdir.
34
Dini və ya etiqadı ifadə
etmək və ya tətbiq etmək üçün toplaşmaq kimi kollektiv hüquq daha sonra A HK-nin 11-ci və
MSHBP-nin 21-ci maddəsi ilə müdafiə edilir. Bu müddəalar o gözləntini əhatə edir ki, dindarlar
dövlətin özbaşına müdaxiləsi olmadan sərbəst birləşə bilərlər.
35
Avropa nsan Hüquqları
Məhkəməsi vurğulayıb ki, A HK-nin məqsədləri baxımından din azadlığı prinsipi dövlətin “dini
etiqadların qanunliyini və ya həmin etiqadların ifadə yollarını” qiymətləndirməsini istisna edir.
36
Bundan başqa, “konkret liderin [...] xeyrinə dövlət tədbirləri” də din azadlığının pozulması
deməkdir.
37
69. Başqa sözlə, dövlət hər hansı dini məzhəbə mənsub olan fərdi üzvlərdən və ya qruplardan
konkret dini orqanın və ya qurumun üzvü olmasını, yaxud onların nəzarəti altında olmasını tələb
edə bilməz. Amma Qanunun qeyd edilən müddəaları hazırda məhz buna imkan verir və bu
səbəbdən, Qanundan çıxarılmalıdır.
70. Onun əksinə olaraq və beynəlxalq standartların əksinə olmayaraq, Qanunun 8-ci maddəsinin
2-ci bəndi Qafqaz Müsəlmanları idarəsinə tabe olan islam dini icmalarının vəzifəsi ilə “qeyri-
müsəlman dini icmalarının Azərbaycanda və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə
(idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ var” müddəasındakı hüququ arasında
nəticə etibarilə fərq qoyaraq, qeyri-islam dini qurumlarının “Azərbaycanda və xaricdə fəaliyyət
göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək” hüququna (vəzifəsinə
deyil) təminat verir.
34
Bax: A HM, Metropolitan Bessarabia Kilsəsi və b. Moldovaya qarşı, ərizə N. 45701/99, Palata qərarı
13.12.2001, bənd 114
35
Əvvəlki, bənd 117
36
Əvvəlki, bənd 117
37
Əvvəlki