1
Kainat və təbiət haqqında fəlsəfi hipotezalar seriyasından
ELŞƏN MİSİR OĞLU NƏSİBOV
DÜŞÜNCƏLƏRİM
II HİSSƏ
BAKI-2014
2
Redaktoru:
Valeh İsmayılov
tədqiqatçı-jurnalist
E.M.Nəsibov. Düşüncələrim. II HİSSƏ. Bakı, “Elm və
Təhsil” nəşriyyatı, 2014, 168 səh.
Kitabın birinci hissəsi 2014-cü ildə çapdan çıxan “İnkişaf
və sülh ideyaları. Və Təbiət haqqında düşüncələr”- IV kitab
adlanan kitabın ikinci fəslində öz əksini tapır. Lakin bundan
öncə də təbiət və kainat haqqında hipotetik düşüncələrə
2013-cü ildə çapdan çıxan “Seçki hüququ insan hüquqlarının
bölgü ünsürü (komponenti) kimi (fəlsəfi-elmi aspektlərlə təhlil)
adlanan əsərin Giriş hissəsində bir qədər yer ayrılır.
Bu kitabda da kainat və onun tərkibi olan təbiət haqqında,
eləcə də canlılar haqqında müəyyən hipotetik fikirlər,
gümanlara söykənən mülahizələr, ehtimallar mövcuddur.
Fikirlərin (siqnalların qəbulundan meydana gələn biliklərin)
mütləq və nisbi əsasları qeyd olunur və belə qərara gəlinir ki,
mütləqlik və nisbilik ümumi tarazlıq içərisində qərarlaşır.
Həmçinin belə nəticələrə gəlinir ki, əslində kainat tərkibi ayrı-
ayrı qeyri-tarazlıqlardan ibarət olan ümumi bir tarazlı
müstəvidir və onun tərkibində sistemlər bir-birilə əlaqəlidir.
Kainatın qeyri-tarazlığı tarazlıqdan, eləcə də tarazlığı qeyri-
tarazlıqdan formalaşır. İnsanlar təbiətin elə özü kimi
xarakterizə olunur. Belə qərara gəlinir ki, insan kainatın,
təbiətin yaranışıdır, onun tərkibidir. Ona görə də siqnalları
qəbul edə bilir və ətrafla təmasda olmaq imkanına malik olur.
Kitab təbiət fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə
tutulur.
ISBN 978-9952-8176-6-9
2014
-
N098
79
-
4702010000
N
qrifli nəşr
© Nəsibov E.M., 2014
3
MÜNDƏRİCAT:
Giriş .............................................................................................. 4
Müsbət və mənfi kriteriyaları-varlıq və yoxluq timsalında .... 41
Eynilik və fərqlilik haqqında ..................................................... 45
Məkan, zaman, məsafə anlayışlarının sürət kriteriyası ilə
vəhdətdə dərk olunması.. ............................................................ 47
Qaranlıq və işıq, “enerjisizlik” və enerji ................................... 53
Varlığın enerji və “enerjisizlik” (varlığın antonimliyi
ə
sasları ilə) baxımından izah olunması ..................................... 66
“Hə” və “Yox” anlayışlarının enerji kriteriyası (gecə və
gündüz) baxımından izah edilməsi ............................................ 71
Rənglərin mövcudluğunun enerji kriteriyası (gecə və
gündüz) baxımından izah edilməsi ............................................ 76
İ
yilərin və dadların enerji kriteriyası ilə izah olunması...... .... 80
Alovlar haqqında......................................................................... 83
Günəş haqqında........................................................................... 86
Günəş olmasa planetlər hansı formanı ala bilərlər .................. 100
Planetlər və Günəş ...................................................................... 103
Fəza-Günəş-Yer (planet-bərk materiya) vəhdəti və
elementlər.............................................................................. ....... 109
Su nədir ........................................................................................ 118
Günəşin daxili seli və planetlərin dövr etməsi .......................... 121
Yer kürəsində atmosferin əmələ gəlməsi .................................. 127
Yer kürəsinin öz oxu ətrafında fırlanması ................................ 141
Ay haqqında................................................................................. 145
Planetlər arasındakı əks olunmalar və əlaqələr ....................... 147
Yerin əmələ gəlməsinə dair ........................................................ 150
Məkan, qüvvə və planetlər haqqında ........................................ 152
Uçan naməlum obyektlər və Yer ətrafında gözlə görünə
bilməyən planetin olması
ehtimalı.................................................................................. ....... 154
Qrafiklər bölməsi ........................................................................ 156
NƏTİCƏ ....................................................................................... 164
4
GİRİŞ:
Mütləq hər məkanda var, məkan dəyişəndə əvvəlki məkan
yeni məkan üçün nisbiyə çevrilir. Həqiqət və qeyri-həqiqət
mütləq və nisbidir.
Həqiqəti insan axtarır. Həqiqət müəyyən qədər aşkar
olunan forma və mahiyyətdir. Aşkarlıq dərəcəsi həqiqətin
dərəcəsidir. Aşkarlıq bəravbərlik və fərqlilikdədir, eynilik və
müxtəliflilikdədir. Deməli, həqiqət həm düzgünlükdə, həm də
qeyri-düzgünlükdədir. Ədalət də həqiqətdə mövcud olur.
Həqiqət haqdır. Haqq pozitivdir, düzgünlükdür. Düzgünlük
subyektivdir, haqqı özündə cəmləşdirir. Haqq həm də
subyektiv ola bilər. Məsələn, bir qrup və ya da fərdi bir şəxs
üçün haqq həmin tərəf üçün düzgündür, aşkardır. Digər tərəf
onu haqq kimi qəbul etməyə bilər. Lakin obyektiv həqiqət,
gerçəklik (burada çoxlarına məlum olan həqiqət) hər kəs
üçün aydınlıqdır, düzgünlükdür. Həqiqət universaldır və
məxsusidir. Haqq həm bərabərlikdə, həm də müəyyən qədər
fərqlilikdə, bərabərsizlikdə mövcud olur.
Fikirlərdə həqiqət odur ki, ya üzdə olan hər bir şey hamı
üçün bu və digər dərəcədə eyni və oxşar kimi qəbul edilsin, ya
da bəziləri tərəfindən aşkar olunanlar inam əsasında
digərləri tərəfindən də həqiqət formasında qəbul olunsun.
Ümumən məntiqin axtardığı faktlar, hadisələr həqiqətə daha
yaxındır. Çoxlu sayda faktlara malik olan məntiq daha
konstruktiv mahiyyət kəsb edir. Həqiqət-üzərində fikir
yürüdülən şeyin, düşünülən proseslərin görünən və digər
duyğu orqanları vasitəsilə duyulan həcmindən-aşkarlanan
forma və məzmunun tərkibindən ibarətdir. Bir sözlə, obyektiv
həqiqət hamı tərəfindən bu və ya da digər dərəcədə qəbul
olunan universallıqdır. Həqiqət universaldır-məsələn, bu bir
həqiqətdir ki, biz hamımız canlı insanlarıq, daş- Yer üzərində
olan bir materiya parçasıdır, dünya okeanı sudan ibarətdir və
s. Burada universal həqiqət var. Lakin məxsusi (fərdi-
Dostları ilə paylaş: |