43
son on iki ildə ölkəmizdə 1 milyon 400 min iş yeri yaradılmışdır ki, bunun da böyük
ə
ksəriyyəti qeyri-neft sektorunun payına düşür.
Ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft
sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident lham Əliyev
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında demişdir: “Bizim uğurlarımız, doğrudan da, tarixi xarakter
daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı
səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru
dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu
göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda
iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut
edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı
görürük”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında
Azərbaycanda 26 milyard 265,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur
ki, bunun da 17 milyard 568,1 milyon manatı qeyri-neft sahələrinin payına düşür. Qeyd
etdiyimiz kimi, son illər neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi
ölkədə qeyri-neft sektorunun bütün sahələrində inkişafa səbəb olmuşdur. Məhz bunun
nəticəsidir ki, bu ilin birinci yarısında qeyri-neft sektorunun mühüm növ məhsullarının
istehsalında əhəmiyyətli artım qeydə alınmışdır.
Prezident lham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bununla
bağlı təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls
vermişdir. 2015-ci ilin birinci yarısında Azərbaycanda 13 milyard 276,5 milyon manatlıq
sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən 3,8 faiz
çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirlmiş ardıcıl və
məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin də sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu
qeyd etmək kifayətdir ki, cari ilin altı ayında Azərbaycanda 3 milyard 669,4 milyon manatlıq
qeyri-sənaye malları istehsal olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz
44
çoxdur. Bütün bunlar, heç şübhəsiz, ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının
yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü tədbirlərin nəticəsidir.
Cə
dvə
l 2.1. 2016-2019-cu illə
r üzrə
azə
rbaycan respublikasinin ə
sas makroiqtisadi
proqnoz göstə
ricilə
ri
Göstə
ricilə
r
Ölçü
vahidi
Hesabat
Proqnoz
2013
2014
2015
2016
2017
2018
2019
REAL SEKTOR
ÜDM bazar
qiymə
tlə
ri ilə
mln
AZN
58182,0 58977,8 57151,7 57735,1 60190,4 63143,2 67511,7
real artım tempi
%
5,8
2,8
3,3
1,8
2,6
3,6
5,0
Neft sektoru, ÜDM,
bazar qiymə
tlə
ri ilə
mln
AZN
24968,4 23009,2 17829,0 16285,3 15940,5 16103,2 17348,5
real artım tempi
%
1,0
-2,9
-0,6
-1,7
-2,4
0,3
4,9
payı (ÜDM-də)
%
42,9
39,0
31,2
28,2
26,5
25,5
25,7
Qeyri-neft sektoru,
ÜDM, bazar
qiymə
tlə
ri ilə
mln
AZN
33213,6 35968,6 39322,7 41449,8 44249,9 47040,0 50163,2
real artım tempi
%
10,0
7,0
5,9
3,4
4,6
4,8
5,0
payı (ÜDM-də)
%
57,1
61,0
68,8
71,8
73,5
74,5
74,3
Mə
nbə
: Azərbaycan Respublikasının qtisadiyyat Nazirliyi (
www.economy.gov.az
)
2014-cü ildə ölkənin qeyri-neft sektorunda 36.0 milyard manatlıq əlavə dəyər
yaradılmış və ümumilikdə onun 61.4%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat
vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.
2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda
yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.0% artmışdır. Qeyri-neft
sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə
nisbətən 3.9 faiz bəndi artaraq 61.0% təşkil etmişdir. 2014-cü ilin yanvar-dekabr ayları
ə
rzində ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin artımı tamamilə qeyri-neft sektorunun
45
hesabına baş vermişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-in artımına ən çox
müsbət töhfə verən sahə tikinti sahəsi (1.1 faiz bəndi) olmuşdur.
Qeyri-neft sektorunun əksər sahələrində əlavə dəyər istehsalının artım tempi əvvəlki ilin
müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Qeyri-neft ÜDM-nin artımına ən böyük müsbət
töhfəni tikinti sahəsi (1.9 faiz bəndi) və sosial və digər xidmətlər sahəsi (1.4%) vermişdir.
2014-cü ildə qeyri-neft sənayesində 7189.8 milyon manatlıq məhsul istehsal edilmiş və
ə
vvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.9% artmışdır. Qeyd olunan dövrdə qeyri-neft
sənayesində istehsal edilən məhsulun ölkə üzrə bütün sənaye məhsullarında xüsusi çəkisi
ə
vvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.5 faiz bəndi artmış və 22.6%-ni təşkil etmiş,
qeyri-neft sənayesi sənayenin artımına 1.4 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat
dövründə qeyri-neft emal sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox artırıcı təsiri
maşın və avadanlıqların quraşdırılması və təmiri (0.2 faiz bəndi) və tikinti materialları
istehsalı (0.2 faiz bəndi) sahələri göstərmişdir. Hesablamalara görə, yanvar-dekabr ayları
ə
rzində qeyri-neft sənayesinin artımına mədənçıxarmanın qeyri-neft bölməsi 0.8 faiz bəndi,
qeyri-neft emal sənayesi 4.3 faiz bəndi, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sahəsi 1.6 faiz bəndi, su təchizatı, tullantıların təmizlənməsi və
emalı sahəsi 0.2 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft sənayesinin
artımına ən çox müsbət töhfə verən qeyri-neft emal sahələri maşın və avadanlıqların
quraşdırılması və təmiri (1.1 faiz bəndi), tikinti materialları istehsalı (1.1 faiz bəndi) və kimya
sənayesi (0.9 faiz bəndi) sahələri olmuşdur.
Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 1.6%, emal
sənayesinin xüsusi çəkisi 69.8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatının payı 25.4%, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 3.2% təşkil
etmişdir.
Hesablamalara görə, 2013-cü illə müqayisədə 2014-cü ildə qeyri-neft sənayesinin
məhsul buraxılışında emal sənayesinin xüsusi çəkisi 0.8 faiz bəndi artmışdır.