30
– mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövrüyyəsinin
müəyyən olunmaması;
– mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində
nəzarətin təmin olunmaması;
– mühasibat uçotu prinsipləri və standartlarının yerinə yetrilməsi üzərində
nəzarətin təmin olunmaması;
– müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılmasının
aparılmaması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uçotu
göstəriciləri ilə müqayisə olunmaması
– mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlanmasına
cavab verməməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının
alınması ilə əlaqədar olaraq tədbirlər görülməməsi;
– tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş gös-
təricilərin mühasibat uçotu yazılışlarına uyğun olmaması və sairə.
Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət
xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan
nöqsanlan müəyyən etməlidir.
Mövcud olan qanunvericiliyə görə mühasibat uçotunun təşkilinə müəssisə
rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması
üçün lazımi şəraitt yaradır, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot
sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində
tələblərin yerinə yetrilməsini tə’min edir və uçot üzrə normativ sənədlərin
tələblərinə riayət edir.
31
Müəssisənın baş mühasibi bütün mühasibat uçotu standartlarının və uçota aid
olan normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə
riayət edliməsinə nəzarət etməlidir.
Mühasibət uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-maliyyə
fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düzgün və
etibarlı olmasını müəyyən etmək üçün auditor test-audit formasından da istifadə
elə bilər. Son illərdə bu forma bir sıra ölkələrdə audit yoxlamalarda tətbiq olunur.
Bu formanın mənası ondadır ki, auditor yoxlamanı başlamazdan qabaq, auditin
məqsədinə uyğun olaraq suallar hazırlayır və həmin sualları müəssisənin mühasibat
işçiləri, rəhbərliyi, bölmə rəhbəri arasında həmin sualları yayır və onlardan
müəyyən formada cavablar toplayır. Bunda əsas məqsəd müəyyən olunmuş
nöqsanların aradan qaldırılmasından ibarətdir.
Belə aparılan “test-auditi” suallarında müəssisə mühasibat uçotunun təş-
kilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur, Bu
formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə
əlaqədar müsbət və zəif cəhətlər müəyyənləşdtrilir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən
olduğuna görə xarici investisiyalı müəssisələr istisna olmaqla bütün müəssisələr
rüblük və illik mühasibat hesabatı tərtib etməlidirlər. Bu birbaşa müəssisənin
mühasibat uçotunda auditinin təşkilində yaranacaq problemlərin qarşılanmasına
kömək edir.
Mühasibat (maliyyə) hesabatı mülkiyyətçilərə, dövlət vergi, Statislika orqan-
larına və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin fəaliyyətinin
ayrı-ayrı tərəflərinin yoxlaması və müvafiq hesabatların alınması həvalə edilmiş
digər dövlət orqanlarına təqdim olunmalıdır.
32
Müəssisələrin maliyyə (mühasibat) hesabatlarının başqa ünvanlara göndəril-
məsi təsisedici sənədlərə və ya Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulduqda həyata keçririlir. Auditor mühasibat (maliyyə) hesabatının
auditini apararkən xüsusilə “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununun mühasibat uçotunun təşkili məsələlərinə dair
tələblərin yerinə yetrilməsinə xüsusi diqqət verməlidir. Tələblərə diqqətin
yetirilməməsi müəssisənin mühasibat uçotu və siyasətində auditin təşkili
problemlərinə gətirib çıxarır. Bu problemlərin yaranma səbəblərini aşağıda
göstərək:
1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının mühasibat
uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına
uyğun olmadan apardıqda, mühasib uçotunun hesab planına və başqa normativ
sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu
ilə aparılmadıqda
2. Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı
təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirmədikdə, əmlakın qiymətləndi-
rilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə
və Qanuna uyğun hazırlanmış mühasibat uçotu slandartları və uçota dair başqa
normativ sənədlərin tələblərinə əməl olunmadıqda, keçən dövr ilə müqayisədə uçot
siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilmədikdə.
3. Hesabat dövründəki (ay,rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın,
hesablaşmaların və digər sərfətlərin invertarizasiyanın nəticələri uçotda tam və
düzgün əks etdirilmədikdə. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot
registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilmədikdə.
4. Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilmədikdə. Uçotda cari xərc-
lərin isıehsala (tədavül xərclərinə) və kapital qoyluşlarına ayrılması dürüst mü-
Dostları ilə paylaş: |