Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə5/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   2   3   4   5   6   7   8   9   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
11 
Ölkədə başlayan inflyasiyaya qarşı bundan zərər görəcək olan-
ların  lazımi  tədbirləri  alması  inflyasionist  ehtimalları  ortaya  çıxarır. 
Beləcə,  rasional  düşünən,  keçmiş  inflyasiyaya  görə  gələcək  inflyasi-
yanı doğru təxmin edənlər bundan zərər görməyəcəklər. Ancaq, gələ-
cəkdəki  inflyasiya  ehtimalı  səbəbiylə  maaş  müqavilələrində,  istehsal 
sazişlərində inflyasiya həddi də hesaba daxil ediləcəyindən inflyasiya 
ehtimalı genişlənəcək, qiymət artışlarının qarşısını saxlamaq mümkün 
olmayacaq.
19
 
 
Qiymət artışlarında monetar faktorların rolunun nə olduğu, pul 
təklifinin  daxili  bir  dəyişkən  olub  olmadığı  mübahisələrinə  əsaslan-
dırılmaqdadır.  Philip  Cagan  kimi  iqtisadçılara  görə  pul  təklifi  xarici 
təsirlərdən  olub  bundakı  artımlar  qiymət  artışlarını  sürətləndirmək-
dədir.  Fəqət,  daha  sonrakı  tədqiqatlara  görə  pul  təklifindəki  artımlar 
inflyasiyanı  sürətləndirməklə  bərabər  pul  təklifindəki  artımlar  da 
inflyasiyadan qaynaqlanmaqdadır. Sargent, Wallece, Barro və Jacobs 
apardıqları araştırmalarda inflyasiyanın pul təklifini artırdığını göstər-
mişlər.
20
 
 
Đnflyasiyanı  ortaya  çıxaran  faktorlar  və  bunların  ünsürləri 
aşağıdakı kimi, bir tablo olaraq bir yerdə göstərilə bilər.
21
  
                                                 
19
  Knut  Anton  Mork,  Macroeconomics  For  Managers,  California,  Wadsworth 
Publishing Company, 1992, p. 206. 
20
  Erdinç  Özselçuk,  “Enflasyonun  Kaynakları  ve  Kısa  Dönem  Enflasyon  Modeli,  3. 
Đzmir  Đktisat  Kongresi  Gelişme  Stratejileri  ve  Makroekonomik  Politikalar, 
Ankara, DPT, 1993, s. 173. 
21
  Hüsnü  Erkan,  “Kronik  Enflasyon  Ekonomiye  ve  Đstihdama  Etkileri”,  Türkiye 
Đşverenler Sendikaları Konfederasyonu Semineri, Đstanbul, Kasım 1997, s. 41. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
12 
Tablo 1: Đnflyasiyaya Səbəb Olan Faktorlar və Ünsürləri. 
Məsrəf 
inflyasiyası 
Tələb 
inflyasiyası 
Đnflyasiya ehtimalı 
Struktur 
inflyasiyası 
1. Valyuta 
Məzənnəsi 
1. Büdcə Kəsiri 
1. Daxili və Xarici 
Şoklar 
1. Əhalinin 
Strukturu 
2. Maaş 
2. Özəl Sektor 
Kəsiri  
2. Spekulyasiya 
Hərəkətləri 
2. Köçlər / 
Şəhərləşmə 
Prosesi 
3. Dövlət 
Müəssisələri 
Tərəfindən 
Đstehsal Edilən 
Mal və 
Xidmətlərin 
Qiymətləri 
3. Đqtisadiyyatdakı 
Natarazlıq 
4. Əkinçilik 
Qiymətləri 
4. Etibarsızlıq 
5. Faiz Həddi 
3. Cari 
Əməliyyatlar 
Hesabı Kəsiri 
5. Qeyri-
müəyyənlik 
3. Sektorlardakı 
Maaş 
Fərqlilikləri 
Qaynaq:  Türkiye Đşverenler Sendikaları “Kronik Enflasyonun 
Ekonomiye ve Đstihdama Etkileri” Semineri, s.41 
 
2. Đnflyasiyanın Đqtisadi Təsirləri  
 
1970-ci  illərdə  bir  çox  ölkədə  yüksək  həddli  inflyasiya  ilə 
iqtisadi  kiçilmənin  bir  yerdə  görülməsi  və  1980-cı  illərdə  xüsusilə 
Latın  Amerikası  ölkələrində  yaşanan  yüksək  inflyasiya  hədlərinin 
istiqrarsızlığı  artırması  ilə  inflyasiya  bir  problem  olaraq  görülməyə 
başlanmışdır.  ABŞ-da  iki rəqəmli  səviyyələrə  gələn  inflyasiya  Prezi-
dent Gerald Ford tərəfindən bir nömrəli xalq düşmanı elan edilərkən 
yenə Prezident Reagan tərəfindən ən insafsız vergi olaraq dilə gətiril-
mişdir.
22
  Əlavə  olaraq  John  Maynard  Keynesdən  aparılan  rəvayətə 
görə  Marksist  Viladimir  Lenin “kapitalist  sistemə  zərər  vermənin  ən 
asan yolunun tədavüldəki pulun dəyərini pozmaq olduğunu” söyləmiş 
və 1920-ci illər Almanyasındakı hiperenflasiyanı göstərmişdir.
23
 
                                                 
22
  N. Gregory Mankiw, a.g.e., p. 154. 
23
  Gary M. Walton, Frank C. Wykoff, a.g.e. p. 378. 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
13 
Đnflyasiyanın makro və mikro səviyyədə iqtisadiyyat üzərində 
müxtəlif  təsirləri  vardır.  Bu  təsirlər  inflyasiyanın  təxmin  edilib 
edilməməsinə,  iqtisadi  qurumların  inflyasiyaya  uyğunlaşa  bilib-
bilməmələrinə bağlı olaraq dəyişməkdədir. Yəni inflyasiya əvvəlcə-
dən  təxmin  edilməmişsə  təsirlərini  azaltacaq  tədbirlər  alınmadığın-
dan  iqtisadiyyata  verəcəyi  zərər  daha  böyük  olmaqdadır.  Buna 
qarşılıq  inflyasiya  əvvəlcədən  təxmin  edilmişsə  və  ya  daimi  olan 
inflyasiya  isə    iqtisadi  qurumların  alacağı  tədbirlərlə  iqtisadiyyata 
verəcəyi zərər daha az olmaqdadır. Bu təsirlərin ortaq tərəfi iqtisadi 
fəallığı və istehlakçı rəfahını azaltmaları səbəbiylə olduqca məsrəfli 
olmalarıdır.
24
 
 
Bir  iqtisadiyyatdakı  qiymət  artımları  bütün  mal  və  xidmətlər 
üçün  bərabər  olmadığından  bu  mal  və  xidmətlərə  sahib olan  insan-
ların  inflyasionist  şəraitdən  təsirlənmələri  fərqli  olacaqdır.  Xüsusilə 
maaş,  kirayə  kimi  sabit  gəlir  sahibləri  gəlirlərini  daha  əvvəlcədən 
müəyyənləşdirdiklərindən  artan  qiymətlərə  uyğunlaşmaqda  gecik-
məkdədirlər.  Digər  mal  və  xidmətlərin  qiymətləri  artdığından  maaş 
gəlirlərindən  sərmayə  gəlirlərinə  doğru  bir  gəlir  transferti  ortaya 
çıxmaqdadır. Yenə borc verənlərin səhv təxminləri və ya alternativ-
lərin  az  olması  nəticə  etibarilə  inflyasiya  oranından  daha  cüzi  faiz 
gəliri  almaları  borclulara  qarşılıqsız  olaraq  gəlir  transfertinə  səbəb 
olmaqdadır. Əlavə olaraq daşınmaz əmlak, antiq əşya növü sabit və 
nadir  olan  varlıqlar  inflyasiya  dövründə  bir  çox  mal  və  xidmətdən 
daha artıq dəyərləndiyindən bunlara sahib olanların (əsasən zəngin-
lər) gəlirləri digərlərinə görə daha çox artmaqdadır. Yəni inflyasiya 
mövcud  gəlir bölgüsünü tamamilə pozmaqdadır. Aşağı  gəlirlilərdən 
yüksək  gəlirlilərə  doğru  ortaya  çıxan  bu  pozucu  təsir  ilə  zənginlər 
daha zəngin olarkən kasıblar daha kasıb olmaqdadır.
25
 
 
Đnflyasiyanın yüksək və dəyişkən olduğu hallarda qiymətləmə 
sistemi təsirliliyini itirməkdədir. Qiymətlər ümumi səviyyəsi istiqrar-
sız olduğundan qərar vericilər qərar vermədə qiymətlərdəki dəyişik-
likləri doğru göstərici olaraq ələ ala bilməməkdədirlər. Normal halda 
sərbəst  bazar  iqtisadiyyatında  təmiz  və  etibarlı  göstəricilər  olan 
qiymətlər  insanlara  özləri  üçün  ən  uyğun  olanı  seçmələrində  yar-
                                                 
24
  N. Ralph T. Byrns, a.g.e., p. 141. 
25
  Graham Dawson, a.g.e., pp. 54-55. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
14 
dımçı olmaqdadır.
26
 Çünkü müasir iqtisadiyyatda qiymətlərin gördü-
yü bəzi önəmli funksiyalar vardır. Bunlar; bəzi iqtisadi fəaliyyətlərin 
təşviq  edilməsi  və  ya  çəkindirilməsi,  gəlir  bölüşümünün  yenidən 
ortaya çıxarılması, basqı ya da nüfuz vasitəsi olaraq istifadə olunma-
sı kimi  funksiyalardır. Hətta qiymətlərlə oynayaraq iqtisadi struktur 
və əlaqələri dəyişdirmə ehtimalı belə mümkün olmaqdadır. Đnflyasi-
yanın yüksək və dalğalı olduğu iqtisadiyyatlarda qiymət göstəricilə-
rinin etibarlılığı itməkdə, insanların qiymət göstəricilərindən istifadə 
edə  bilmələri  çətinləşməkdə,  iqtisadiyyatın  strukturu  və  əlaqələri 
dəyişməkdədir.
27
 
 
Qiymətlərin mütəmadi artdığı bu qeyri müəyyənlik və etibar-
sızlıq şəraitində uzun  müddətli  müqavilələrin tətbiq olunması çətin-
ləşməkdə, yığımlar və kapital qoyuluşları azalmaqdadır. Đnsanlar pul 
yığımı yerinə daşınmaz əmlak, qızıl kimi uzun ömürlü mallar və ya 
valyuta  tələb  etməkdədir.  Yerli  pulun  dəyərinin  düşməsi  insanların 
xərclərini artırmaqdadır. Dəyəri düşən pula sahib olmaq yerinə isteh-
lak xərclərinin artırılması taləbi artıraraq qiymətlərin daha da artma-
sına səbəb olmaqdadır. Əlavə olaraq inflyasiya səbəbiylə yığımların 
daşınmaz  əmlaka  və  qısa  müddətli  gəliri  olan  varlıqlara  getməsi 
kapital qoyuluşlarını azaltmaqdadır. Kapital qoyuluşlarının azalması 
istehsal, məşğulluq və böyüməyə mənfi təsir etməkdədir.
28
 
 
Đnflyasiya  səbəbiylə    ölkə  içində  qiymətlər  artdığından  yerli 
malların qiymətləri xarici mallara görə daha yüksək olmaqdadır. Əgər 
valyuta  məzənnələrində  lazımi  düzəlişlər  aparılmazsa  xarici  mallar 
daha ucuz olacağından idxalat artacaqdır. Buna qarşılıq, yerli malların 
bahalı  olması  yerli  təşəbbüskarların  xarici  təşəbbüskarlar  qarşısında 
rəqabət  etməsini  əngəlləyəcək,  ixracatı  azaltacaqdır.  Đxracatın  azalıb 
idxalatın  artması  tədiyyə  balansını  pozacaqdır.  Tədiyyə  balansındakı 
bu vəziyyət daimi olmayacağından lazımi tədbirlərin alınması zərurət 
olacaqdır. Alınan tədbirlərlə idxalat məhdudlaşdırılmaqda və ya deval-
vasiya  ilə  bahalaşdırılmaqdadır.  Ancaq,  idxalatın  məhdudlaşdırılması 
                                                 
26
  Thomas  C.  Melzer,  “Price  Stability  Policies  For  Growth”  October  28,  1997, 
http://www.stls.frb.org./general/speeches 9 Nisan 2001. 
27
  Nazım Ekren “Ekonomi Yönetiminin Performansı: Stratejik Değişim  ve Yenilenme 
Đhtiyacı” Active Bankacılık ve Finans Makaleleri-II, Đstanbul, Alkım Ltd, 2000, s. 
9. 
28
  Ali Özgüven, Đktisat Bilimine Giriş, 7. Baskı, Đstanbul, Filiz Kitabevi, 1997, s. 370. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə