Dədə Qorqud ● 2015/I I 7
tədqiqatçıları Mete ilə Oğuz xanı eyni şəxsiyyət kim düşünməyə təhrik edib.
B.Ögelin ümumiləşdirməsinə görə, ilk dəfə fransız alimi Y.Guignes Metenin
Oğuz xana bənzədiyini ehtiyatla söyləmişsə də, rus çinşünası N.Y.Biçurin və
türk alimi Z.Gökalp bir-birilərindən xəbərsiz bu iki hökmdarın eyni şəxs olduq-
larını irəli sürmüşlər (8, 10-11) Bu fikirlərin məntiqli və ağlabatan olduğunu
xüsusi qeyd edən böyük şərqşünas özü bir qədər dərinə gedərək fərqli bir müla-
hizə ortaya qoyur: “Bizə görə, Oğuz xan əfsanəsi Metedən də öncə Orta Asiyada
yaşayırdı. Bu əski inanış bir az dəyişdirilərək, əsasən Çin qaynaqlarında da
əfsanə şəklində anladılan Metenin gənçliginə də şamil edilə bilirdi” (8, 11).
Problemin mahiyyətinə varıb onu ümumtürk kontekstində araşdıran F.Ba-
yat da, demək olar ki, oxşar mövqe nümayiş etdirir. Oğuznamələrin Çin varian-
tına istinadən Mete ilə Oğuzu eyniləşdirən N.Y.Biçurinin fikirlərinə münasibət
bildirən alim yazır: “Bu və buna bənzər bir sıra faktlar sübut edir ki, Oğuz-
namələr Hun dövründə və bəlkə də skif-saka dövründən məlum imiş. Bunu
Əfrasiyab (Alp Ər Tonqa) verilən məlumatlar da təsdiqləyir” (1, 6). Tanınmış
folklorşünas problemin əhatə dairəsini bir az da genişlənirməklə bizim üçün
olduqca önəmli bir qənaətə gəlir: “Həm Mete, həm Oğuz kompleksi arasındakı
bu yaxınlıq tarixi və mifoloji obrazı eyniləşdirmiş, hər iki obrazı vahid bir moti-
və bağlamışdır. Belə bir oxşarlıq Oğuz Buğra xan, Oğuz Çingiz, Oğuz Teymur
arasında da var: bir sözlə, əfsanələşən hər bir cahangir özündə oğuznamə motiv-
lərini əritmişdir” (1, 6).
Oğuznamələrin yaranma taixini xüsusi araşdırma obyekti seçən Ə.Əsgər
də oxşar mülahizə ilə çıxış edərək oğuz etnosu ilə bağlı epik ənənənin daha əski
çağlarda yaradılmış “Oğuz” dastanından qidalandığını irəli sürür. Folklorçu
alimin fikrincə: ““Oğuz” dastanı nəinki Oğuznamə versiyasından, hətta uyğur
versiyasından da qədimdir. Onun tarixin hansı dövründə yaranması haqqında
qəti bir fikir söyləmək çətindir. Bir şey aydındır ki, dastanın bizə məlum olan
həm uyğur, həm də Oğuznamə versiyası böyük dövlətçilik epoxasının yaşamış
bir xalqın təfəkkürünün məhsuludur” (4, 113).
Sadalanan mülahizələr bir daha göstərir ki, oğuzların dastançılıq ənənəsi
oğuz etnosunun özü qədər qədimdir və yazıyaqədərki böyük bir tarixi mərhələni
əhatə edir. Bu dastançılıq ənənəsi sonrakı nəsil yaradıcılığında yeni məzmunda
işlənilmişdirsə də, oğuz dünyasını əbədi düşündürən, narahat edən motivlərlər
dəyişməz qalmışdır.
Məlum oğuznamələrin aparıcı motivlərindən birini təşkil edən ata-oğul
qarşıdurması əslində köhnə baxışlarla yeni baxışlar arasındakı ziddiyyətdən
qaynaqlanır və bütün variantlarda yeni ideologiyanı təmsil edən oğul ataya qalib
gəlməklə möhtəşəm bir dövlətin yaradıcısına çevrilir.
Oğuz xanla bağlı bu əski motiv “Dədə Qorqud” eposunda zaman və mə-
kan çərçivəsini dəyişməklə bir qədər fərqli planda verilir. Yarandığı, epos kimi
formalaşdığı, sonrakı nəsil ozanlarının dilindən yazıya alındığı dövrlərin bir-bi-
Dədə Qorqud ● 2015/I I 8
rinə çulğalanmış həyat fəlsəfəsini əks etdirməsinə baxmayaraq, bu eposun özə-
yində daha qədim oğuz-türk düşüncə modeli durur. Mətndən göründüyü kimi,
boyların yaradıcısı ozanlar ozanı Dədə Qorquddur. Dədə Qorqud isə “rəsul əley-
hüssəlam zamanına yaqın”, yəni islam dininin hələ meydana çıxmadığı bir
dövrdə yaşamışdır (5, 31-32). Özünəqədərki və öz dövrünün, yəni təqribən V-VI
əsrlərdə Bayındır xanın timsalında Üçoqların hakimiyyətdə olduğu dövrün əhva-
latları əsasında ulu Qorqut tərəfindən düzülüb qoşulan bu boylar, görünür, ağız-
dan ağıza, eldən elə keçməklə sonrakı tarixi hadisələrin və islami düşüncənin tə-
siri ilə dolğunlaşmışdır. Artıq elə bir zaman yetişib ki, əski oğuznamələrdə təsvir
edilən oğulun ataya qarşı çıxma motivi yasaq sayılır. Bu baxış “Kitab”ın müqəd-
diməsində aşağıdakı soylama parçaları vasitəsilə Dədə Qorquda istinadən aşı-
lanan yeni ideoloji yanaşmanın təməl prinsiplərində qabarıq şəkildə ifadə olun-
muşdur:
I. Qız anadan görməyincə ögüt almaz.
Oğul atadan görməyincə süfrə çəkməz
Oğul atanıñ yetiridir, iki gözüniñ biridir.
Dövlətlü oğul qopsa, ocağınıñ
küridir.
Oğul dəxi neyləsün, baba ölüb mal qalmasa,
Baba malından nə faidə, başda dövlət olmasa.
Dövlətsiz şərrindən Allah saqlasun, xanım, sizi! (5, 22-23).
II. Ata adını yorıtmayan xoyrad oğul ata belindən enincə enməsə, yeğ!
Ana rəhminə düşüncə toğmasa, yeg!
Ata adın yorıdanda dövlətlü oğul yeg! (5, 23).
III. Dölümindən ağarsa, baba görkli.
Ağ südin toya əmzirsə, ana görkli.
Yanaşub yola gorəndə qara buğur görkli.
Sevgili qardaş görkli.
Yañal ala uyanında dikilsə, gərdək görkli.
Urunca tınğı görkli.
Oğul görkli (5, 25-26).
Övlada, xüsusilə oğula verilən bu dəyər dini baxışların, sosial həyat
tərzinin dəyişməsi ilə bağlıdır və məlum oğuznamələrin zamanın ruhuna uyğun
variativ məzmunda işlənilməsinə təkan verir. Oğulun ataya, qardaşın qardaşa
olan münasibətlərində sevgi, sədaqət hissinin önə çəkilməsi yetkin bir etnos
kimi oğuzu, qüdrətli bir dövlət kimi isə Qalın Oğuz elini şərəfləndirən həlledici
amil rolunu oynayır. Bir bilici, bir ozan olaraq Qorqudun müdrikliyi ondadır ki,
o ta qədimlərdən oğuzlar arasında geniş yayılmış süjetin axarını irəli sürdüyü
Dostları ilə paylaş: |