Dədə Qorqud ● 2014/IV 16
Gedək dərd bilənlərə
Görək kim ağlağandı (1, 26).
Tək Ağlağan deyil, bir neçə dağ adı gah oronim kimi, gah assonans və
alliterasiya müstəvisində, gah da obrazların dilində hansı səviyyədə işlənməsi
şəklində təhlil obyektinə çevrilir, bir dilçi alimin qələmində obyektiv ifadəsini
tapır. Dağ adları və dağ anlayışının qrammatik kateqoriyalar müstəvisində öyrə-
nilməsi, eyni zamanda sintaktik xüsusiyyətlərinin dəqiqləşdirilməsi əsərin elmi
səviyyəsini ortaya qoyur. Ən çox diqqətimizi çəkən dağın real varlıq kimi əks
olunduğu məqamlara diqqətin yönəldilməsi, obrazlı ifadələrlə işlənməsi, hamili-
yi, dağ, su, ağac və at kultlarının birlikdə təzahürü məsələləridir. Kədərli günlər-
də, şadlıq səhnələrində qəhrəmanların ata münasibəti, baxışaçısı ağsaqqal uzaq-
görənliyi ilə ortayaşlı bir alim tərəfindən mükəmməl şəkildə işlənib və elmi şə-
kildə əsaslandırılıb.
Oğuz elinin böyüyü, xanlar xanı Bayandur başda olmaqla oğuz igidləri
məclis quranda atdan ayğır, dəvədən buğur, qoyundan qoç kəsərmişlər. Əsərdə
atla bağlı bir çox məqamlara toxunulub. Bir maraqlı nüans var ki, yeri gələndə
dərdləşdiyi və inandığı atını kəsəndə oğuz igidi bu anlamda nə düşünüb? Nağıl-
larımızda da at ayağının yüyrək, hətta uğurlu olması barədə məlumatlar var.
Dastanda atası tərəfindən vurulan Dirsə xanın oğlu ağrının şiddətli məqamında
qolunu dolayıb bədöy atının boynunu qucaqlayır.
Əzizxan Tanrıverdi bu kimi nümunələrə müraciət edərkən təkcə onun se-
mantikası haqqında düşünmür, nümunənin sintaktik təqdimi onu daha çox ma-
raqlandırır. Düzdür, alim metaforik-poetik funksiya baxımından izahı vacib sa-
yır, ancaq dəqiq elmi təhlillər semantik dinamikaya baxışını üstələyir. Məsələn,
dağın ucalığı, böyüklüyü, hamiliyi səni ağuşuna alarkən, özünü onomastik leksi-
kanın əhatəsində taparsan. Əsərin gücü də elə bundadır. Əsərdə dağ, su, ağac və
at kultlarının birlikdə təzahürü dastandan gətirilmiş maraqlı nümunələr əsasında
təhlil olunur, onların zəncirvari bağlılığı sintez şəklində öyrənilir. Buğacın das-
tanında Dədə Qorqudun alqışı çox maraqlıdır:
Yerli qara dağlarınız yıxılmasın!
Kölgəlicə qaba ağacınız kəsilməsin!
Gur-gur axan gözəl sular qurumasın!
Çapa-çapa ağ-boz atlar büdrəməsin! (2, 27).
Müəllif bu kultların ayrılıqda oğuz igidi üçün anlamı olmadığı fikrindədir.
Əzizxan Tanrıverdinin məlumat əhatəliliyi ona imkan verir ki, oğuz igid-
ləri ilə bağlı, yaradılışla bağlı bütün kultlara elmi münasibətini bildirsin. Hör-
mətli alimin “Qanlı quyruq üzüb çap-çap udan”, “Ağca qoyun görəndə quyruq
çırpıb qamçılayan” qurdla xəbərləşməyə də sintaktik səviyyədə fikir bildirməsi
maraqlı olardı. Araşdırmasında dərəcə kateqoriyasına qədər “əl uzatması” elmi
səviyyəsi və dünyagörüşünün də əsas dərəcə göstəricilərindəndir.
Dədə Qorqud ● 2014/IV 17
“Dədə Qorqud kitabı”nın təsiri ilə çox əsərlər ərsəyə gəlib. Cənubi Azər-
baycanda anadilli poeziyamızın inkişafında böyük əməyi olan Bulud Qaraçorlu
Səhəndin (1926-1979) 1980-ci ildə Ankarada “Sazımın sözü” adı altında kitabı
nəşr olunmuşdur. Kitaba müqəddimə (“söz başı”) və dastandan altı boy (Duxa
Qoca oğlu Dəli Domrul”, “Dirsə xan oğlu Buğac”, “Qanlı Qoca oğlu Qanturalı”,
“Qaraca Çoban”, “Bəkil oğli Əmrən” və “Təpəgöz”) daxil edilmişdir. Türk oxu-
cularını Cənubi Azərbaycandakı ədəbi proseslə tanış edən prof. Dursun Yıldırım
kitabın sonunda lüğət də vermişdir. Dəfələrlə ayrı-ayrı yerlərdə nəşr olunan əsər
Şimalda 1984-cü ildə işıq üzü görmüşdür. “Səhəndin “Sazımın sözü” əsəri “Də-
dəmin kitabı” adı ilə də tanınır. Bəzi məqamlarda bu əsəri dastanın nəzmə çəkil-
miş variantı hesab edirlər. Ancaq burada şair yüksək pafosla, hisslərini qataraq
boyları nəzmə çəkir, epiloq və proloq verir, dastana ictimai-fəlsəfi görüşlərini
aşılayır. Sevdiyi Azərbaycanın qəhrəmanlıq tarixini heç nədən çəkinmədən, bü-
tün qadağalara baxmayaraq təbliğ edən Səhənd milli təəssübkeşlik hissləri güclü
olan bir şair idi. Bu əsəri ilə farslara xalqının möhtəşəm tarixini təqdim etdi.
Doktor Cavad Heyət bu əsəri Səhəndin “Millətnaməsi” adlandırıb.
Bulud Qaraçorlu Səhənd Cənubi Azərbaycanın fədailərindən olub. İnqilabi
Demokratik Hərəkat dövründə 2 dəfə həbs olunub. Məhbəs həyatı və işgəncələr
görən, zindana atılan Səhənd çox xəyanətlər də gördü, ancaq düşmən qarşısında
əyilmədi. Bir müddət fəal siyasi fəaliyyət göstərdi. Onun inqilab, azadlıq, müba-
rizə, vətən mövzusunda çox əsərləri var. Ancaq çox vaxt onu “Fədailər marşı”
əsəri ilə tanıyırlar. Şair Qorqud vətəninin düşməndən azad olması arzusundadır:
Qoy səngərlər evim olsun, dağlar başı məskənim,
Zülm əlindən azad olsun bu müqəddəs vətənim.
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim,
Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən!
Öz türkçülüyünü, keçmişini yaxşı bilən şair daima doğru yolda oldu. Onun
vətəni Azərbaycan, soy-kökü Dədə Qorqud arxalıdır. Odur ki, onu yolundan
döndərmək istəyənlərə nifrətlə “fırıldaqçılar” deyir, özünün vətənsiz olmadığını,
göbələk kimi istənilən yerdən çıxmadığını hayqırır:
Mənə nə irq, nə də dədə yontayın,
Özüm öz kökümü yaxşı tanıram,
Gedin özünüzə baba arayın,
Sizin yerinizə mən utanıram.
Səhənd 1945-1946-cı illərin fəal demokratlarından olub. Dövrün çatışma-
mazlıqlarını heç nədən çəkinmədən əsərləri ilə tənqid atəşinə tutub. 1946-cı ildə
Milli Hökumətin ləğvi bir çoxları kimi onu da çətin vəziyyətə saldı. Səhənd hə-
min dövrün qanlı yaddaşını şeirə çevirib;
Dönərgəmiz döndü,
Ocaqlarımız söndü.