10
yirəm. Ancaq onun dalınca
elə bir dəhşət durmuşdur ki, sənin o dəhşətə
dayana biləcəyinə inanmıram.
S e v i l. Necə, necə? Təşti-tabağı sındıracaqsan?
G ü l ü ş. Təşt-tabaq nədir?
S e v i l. Bilmirəm, sən deyirsən ki, pərdə-mərdəni yırtacağam, təşti-
tabağı sındıracağam. Gülüş, sən allah, bir məni yaxşı-yaxşı başa sal görüm,
nə edirsən?
G ü l ü ş. Ah, Sevil, bu saat dünyanın çarxı köhnə oxundan çıxmış.
Bütün həyat bir zəlzələ keçirməkdədir.
S e v i l. Nə olub, zəlzələ olacaq dedin? (
Gülüş gülür). Sən allah,
Gülüşcan, gülmə. Bir yaxşı-yaxşı məni başa sal görüm,
pərdə-mərdəni
niyə yırtacaqsan?
G ü l ü ş. Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz ki, sən
özün görərsən.
A t a k i ş i (
qucağında uşaq içəridən çıxır).
Ay sənə qurban inəklər,
Bu balam haçan iməklər.
Ay sənə qurban ilanlar,
Bu balam haçan dil anlar.
G ü l ü ş. Ay ata, bunları haradan öyrənmişsən?
A t a k i ş i. Hey... Qızım, bunları bir zaman sənin anan oxuyardı.
S e v i l. Nə yaxşı da yadında qalmışdır, ay əmi!
A t a k i ş i. Çox bilirdim, ancaq hamısı yadımdan çıxıb.
Dağda darılar,
Sünbülü sarılar.
Köhnə qarılar
Bu balama qurban.
İlxıda atlar,
Çöldə göy otlar,
Ərsiz arvadlar
Bu balama qurban
.
G ü l ü ş. Bu yaxşı,
nə üçün bəs arvadlar, özü də təkcə ərsizlər, kişilər
yox?
11
S e v i l. Çünki kişi evin sütunudur. Arvad nədir, oturub saman çuvalı kimi evin
bir küncündə, nə ölüyə hay verir, nə diriyə pay. Ancaq, əmi uşaq üçün belə şeylər
oxuyanda, Balaşın xoşuna gəlmir.
Deyir ki, adam yanında oxuma, deyərlər kətti-
küttü havasıdır, vayuşkadır, nədir, ondan oxuyun, deyir.
A t a k i ş i. Hə, kətti-küttü havası olanda nə olar? Vayuşka nədir? Onun,
deyəsən, çox oxumaqdan huşu bulaşıbdır.
S e v i l. Hey yalvardım, öyrətsin, vaxtı olmadı.
G ü l ü ş. Olmaz, istəməyə vaxt tapar, öyrətməyə yox.
A t a k i ş i. Yaxşı, acığı gəlir, daha oxumaram. Axşam oldu, bu uşağı tut, mən
gedim bir vedrə su gətirim.
S e v i l. Yox əmi! Sənin əlin şikəstdir, mən adam tapıb gətirdərəm.
A t a k i ş i. Yox, babam, su gətirmək nədir? İşsiz darıxıram. Mən ömrümdə bir
gün də olsun işsiz qalmamışam. Indi nə edim, zalım oğlunun maşını əlimi şikəst
elədi, atdı məni evin küncünə, yoxsa məni evdə tapmaq olardı?!
S e v i l. İndi, Allaha şükür, nə olmuşdur ki?
A t a k i ş i. Bilirsən, qızım, dünyanın işi belədir: adam evə qazanc
gətirməyəndə,
qədir-qiyməti olmur; ana da çox qazanan oğlu çox sevər. Mən belə
deyildim. Yeniyetmə igid idik, sənin atan Babakişi ilə; yaxşı adamdır; haçandır o
məlunu görməmişəm.
S e v i l. Mən də altı ildir görməmişəm.
A t a k i ş i. Babakişi onda lap sıpa kimi idi. Hə, onunla meşəyə oduna
gedərdik. Bu sağ əlimi görürsənmi, hansı ağaca atsaydım, bu yoğunluğunda ağacı
kökündən qoparıb, böyrü üstə yıxardım. O vaxtlar dəyənək iş görərdi, çomağıma
dağ dayanmazdı. Bir yol ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki
ay sümüklərinə yağlıxəmir saldılar. Ey... qızım, indi zalım oğlunun maşını yıxdı
mənim evimi; oğul möhtacı olub qaldım. Hər çörək yeyəndə elə bil ki, zəhrimar
yeyirəm.
S e v i l. Sən
allah bəsdir, ay əmi, ürəyim birtəhər oldu. Balaş bu sözləri eşitsə,
qiyamət qoparar. Adam öz oğlundan kömək görməsə, onda oğul nəyə gərəkdir?
A t a k i ş i. Doğrudur, qızım, yaxşı-yaman, yenə də oğuldur. Ancaq bilirsən nə
var? Mən uşaqlıqdan harın yaşamışam, mən Allahıma bəndəlik eləməmişəm,
dağlarda, düzlərdə, yamaclarda atımın indi də izi qalır. Bircə mənim bu əlim tuta
idi. İndi, qızım, mənim təsəllim bir vedrə su, bir qucaq odundur,
onu da mənim
əlimdən almayın.
12
S e v i l. Sən Allah, bu da sözdür, bu yazıq Balaş gecə-gündüz çalışır, kimin
üçün qazanır?
G ü l ü ş. Ata! Sənin sözün doğrudur. Sənin bu qırıq əlin indiki həyatın
girdablarından balıq tutmaz. Bu geyim ilə ölümdən başqa heç bir şeyə yaramazsan.
S e v i l. Necə, ölümdən?
G ü l ü ş. Bəli, ölümdən. Ancaq sən gənc və sağlamsan. Balaş səni anlamır; o
səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura
salacaqdır. Ancaq, qorxma, ata, sən mən deyəni et, mən səni yaşadaram.
A t a k i ş i. Odur ki, qızım, mən də Allahdan ölüm istəyirəm; kim nə deyir
desin, arvad mərhəmətinə güvənməkdənsə ölüm yaxşıdır.
G ü l ü ş. Yox, ata, mən sənə mərhəmət etməyəcəyəm. Mən səni doktora
aparacaq, sağaldacaq,
işə salacağam; mən sənə qarşı amansız olacağam: yayın isti
günlərində dil-dodaq yanırkən, mən sənə su daşıtdıracağam; qışın soyuq
gecələrində şaxtadan iliklər donurkən, mən sənə odun daşıtdıracağam, ocaq
qalatdıracağam, səninlə bir yerdə qızınacağam. Sənin geniş qəlbinə mərhəmət
nankorluqdur.
S e v i l. Bircə, ay əmi, sən onun sözlərinə qulaq asma; indi, Allaha şükür, nə
var, evimiz-eşiyimiz, pulumuz, dolanacağımız; bir dur, ay əmi, vedrələri boşaldım.
G ü l ü ş. Ata! Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam,
gedərsənmi?
A t a k i ş i. Yox, yox! Maşına yoxam, qızım, şeytan işidir, qorxuram.
G ü l ü ş. Yox, ata, əsr maşın əsridir, ondan qaçmaq olmaz. Bir
gün mədəniyyət
zəlzələsi bu evi, bu taxçaları, bu boğçaları uçuracaqdır, sən çılpaq çölə düşəcək,
dəhşətli maşınlar içində qalacaqsan; unutma ki... maşın “metralyoz”
1
kimi bir
şeydir, ardında olsan – qulundur, qabağında olsan – ölümündür. Hələlik sağ olun!
(Getmək istəyir).
S e v i l. Dayan, dayan! Sən deyirsən ki, zəlzələ olacaq, özün də bu taxçaları-
boğçaları uçuracaqsan. Ay qız, bir məni başa sal görüm, zəlzələ nə vaxt olacaq?
G ü l ü ş.
Hər halda, Sevil, sənin üçün tez-tez olacaq.
S e v i l. Sən bir tez qayıt, məni başa sal, yoxsa bağrım çatlar, ay qız. Srağagün
Balaş deyirdi ki, bu gün qonağım olacaq, bəlkə gəldi çıxdı, təkəm, tez qayıt ha...
1
Pulemyot