Cənub – Qərbi Asiya
Coğrafiya ən qədim elmlərdən biridir.Bu sozün hərfi mənası yunanca (“geo”-
yer,”qrafo”-yazıram) Yerin təsviri deməkdir.< > adlı ilk kitabı bizim
eradan əvvəl 3-cü əsrdə yaşamış əslən misirli olan yunan alimi Eratosfen
yazmışdır.Həmin kitabda Dünya haqında o dövrlər üçün insanlara bəlli olan
təsəvvürlər verilmişdir.
Qədim xalqların təsəvvürlərində Dünya Cənubi Avropa,Şimali Afrika və Qərbi
Asiyadan ibarət idi.İlk coğrafiya kitablarında (Eratosfen <>,Strabon
<>) Yerin təsviri iki istiqamətdə verilirdi.Ümumi hissədə bütövlükdə
Yer haqqında məlumatlar-onun forması,böyüklüyü,təbiəti,Ölkəşünaslıq adlanan
ikinci hissədə isə ayrı-ayrı ərazilər təsvir edilirdi.
Uzun müddət ilk coğrafiyaçılar adlandırılan səyyah və dənizçilər gəzib
dolaşdıqları yerlərin yalnız təbiətini təsvir etməklə məşğul olmuşlar.Sonralar yerdə
baş verən proses və hadisələrin səbəblərini,onların inkişaf qanunauyğunluqlarını
öyrənən bu elmi fiziki coğrafiya adlandırdılar.Coğrafiyanın ikinci qolu olan
iqtisadi coğrafiya isə əhalini və onun təsərrüfat fəaliyyətini öyrənir.
Təbiətdə baş verən hadisələr,dəyişiliklər,insanların təbiətə təsiri müasir fiziki
coğrafiyanın əsas tədqiqat obyektidir.Fiziki coğrafiyanın ən mühüm vəzifələrindən
biri də coğrafi proqnozdur.Yəni təbiətin dəyişmə qanunlarını öyrənib,gələcəkdə
baş verə biləcək təbii hadisələri qabaqcadan söyləməkdir.
Yer haqqında ilk təsəvvürlər babillərə məxsusdur.Onların yaratdığı əfsanələrdə
Dünyanın ayrı-ayrı qatlardan ibarət olduğu təsəvvür edilir.Babillərin fikrincə,onlar
özləri mərkəzdə,başqaları isə göyün üst və ya Yerin alt qatlarında yaşayırlar.
Dörd cəhət və hər cəhətdə bir dünyanın olduğunu ifadə ilk fikirlər eraməzdan altı
ə
sr əvvəl şumerlərə məxsus olmuşdur.Onların təsəvvürlərinə görə mərkəzdə Kiçik
Asiya yarımadası ,onun ətrafında isə Qara dəniz,Egey dənizi və Aralıq dənizi
yerləşir.Emumiyyətlə,qədim zamanların insanları Dünyanın öküz,əjdaha və başqa
canlıların üstündə dayandığını güman edirdilər.
Yüzilliklər keçdikcə insanların təsəvvür dairələri genişlənirdi.Kiçiik gəmilərdə
səfərə çıxan dənizçilər kənərlardakı quru əraziləri öyrənərək Dünya haqqında
ə
vvəlki fikirləri genişləndirməyi başladılar.
Eramızdan əvvəl 3-cü əsrdə yaşamış Eratosfenin tərtib etdiyi ilk xəritədə artıq üç
quru ərazi təsvir edilmişdir:Şimali Afrika(Liviya),Avropa və şərqdə skiflərin
yaşadığı Asiya.O həmçinin ilk dəfə olaraq Yerin ölçülərini hesablamışdır.
Bizim eranın 2-ci əsrində yaşamış Ptolomeyin xəritələrində Yer haqqında
təsəvvürlər daha geniş idi.Onun xəritəsində yüzlərlə məntəqənin adı qeyd
olunmaqla bərabər,ilk dəfə olaraq meridian və paralellərdən də istifadə
edilmişdir.Sonrakı əsrlərdə Dünya haqqında biliklər daha sürətlə inkişaf etməyə
başlamışdır.Hələ bizim eradan əvvəl 7-ci əsrdə bəzi xalqlara Yerin küürə
formasında olması haqqında fikirlər məlum idi.10-11-ci əsrlərdə yaşamış görkəmli
alim Əl-Biruni bu fikirlərə əsaslanaraq ilk qlobusu düzəltmişdir.
www.behruzmelikov.com
12-ci əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvinin <<İsgəndərnamə>>
ə
sərində verilmiş Yerin əmələ gəlməsi ,onun forması ,hərəkəti və başqa
xüsusiyyətlərinə aid fərziyələr o dövrdə Şərq aləmi üçün məlum təsəvvürlərin
cəmi idi.Həmin dövrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusi
müasirlərindən daha irəli gedərək ,nəinki Yerin kürə şəklində olması haqqında
,hətta onun fırlanmasına aid hesablamalar aparmışdır.Nəsirəddin Tusi o vaxt
aldığı nəticələr indiki hesablamalardan az fərqlənir.
11-16-cı əsrlərdə Yer haqqında təsəvvürlər sürətlə inkişaf etməyə
başladı.Belə ki,okeanlarda iri gəmilərlə səfərə çıxan səyyahlar gördükləri yeni
torpaqların xəritəsini çəkir,həmin ərazilərin təbiəti haqqında yazılar dərc
etdirirdilər.Belə səyyahlardan biri Azərbaycanın görkəmli coğrafiyaşünası
Ə
.Bakuvi Olmuşdur.
< > dedikdə Qərb yarımkürəsində Amerika qitəsi nəzərdə
tutulur.Amerika kəşf edilənə qədər <> da,yəni Avropada
yaşayanlara
Amerika
qitəsi
haqqında
heç
nə
məlum
deyildi.Doğrudur,Avropanın şimalında yaşayan vikinqlər 10-11-ci əsrlərdə
dəniz yolu ilə Atlantik okeanını üzüb keçmiş və Amerikanın ucqar şimal-şərq
sahillərində ,o cümlədən ,Qrelandiya adasında olmuşdular.Lakin sonralar bu
ə
laqə tamamilə kəsilmiş və unudulmuşdur.Amerikanın kəşfi Kristofor
Kolumbun adı ilə bağlıdır.Kristofor Kolumb 1492-ci lildə Hindistana dəniz
yolu axtarmaq məqsədilə səfərə çıxır.60 gün dənizdə üzdükdən sonra
səyyahlar torpaq görürlər.Həmin torpaqları Vest (qərb mənasında)Hind
adaları,yerli əhalini isə hindular adlandırırlar.K.Kolumb güman edirdi ki,onun
ekspedisiyası qərb tərəfə üzməklə Hindistanın sahillərinə gəlib çıxıb.Çünki
Kolumba Yerin kürə formasında olması haqda təsəvvürlər məlum idi.
2.Coğrafi movqeyi.
Fiziki coğrafi mövqeyi.
Cənubi-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri
olmuşdur.Bu
geniç
regionda
Anadolu,İran
yaylaları
Mesopotamiya
ovalığı,Ərəbistan yarımadası yerləşir.Ön Asiya dağlıq yaylalarında yerləşən
Anadolu və İran yaylaları,Əfqanıstan əsasən dağlıq ərazilərdir.Burada hündür dağ
silsilələri arasında geniş çökəklər yerləşir.Hinduquş dağları regionun ən hündür
dağlarıdır.Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları
adlanır.
Ön Asiya yayalaları çox parçalanmış relyefe malikdir.Yüksək dağ silsilələri dərin
çökəkliklərdə növbələşmişdir.Ön Asiya yaylaları Kaynazoy yaşlı Alp-Himalay fəal
www.behruzmelikov.com
dağlıq və seysmik qurşağının bir hissəsini təşkil edir.Bunu regionda baş verən
güclü zəlzələlər sübut edir.
Ərəbistan yarımadası qədim Afrika-Ərəbistan platformasına daxildir.Ərəbistan
yayalasını İran yayalasından ayıran əyilmə (çökmə) sahəsində Mesopotamiya
ovalığı yerləşir.Ovalıq Dəclə və Fərat çaylarının gətirdiyi allüvial çöküntülərlə
örtülmüşdür.
İ
qtisadi coğrafi mövqeyi.
Cənub Qərbi Asiya qədim mədəniyyət mərkəzlərindən biridir.Dünyanın dörd ən
geniş
yayılmış
dinlərindən
üçü
(yəhudi,xristian,islam
dinləri)
burada
yaranmışdir.Onun tərkibinə daxil olan on altı ölkə dünya ərazisinin 4,7%-ni
tutur.Regionun simasını ilk növbədə onun əlverişli mövqeyi və zəngin neft
yataqları müəyyən edir.
İqtisadi coğrafi mövqeyinin başlica əlaməti üç qitənin yolayrıcında ,mühüm
hava və dəniz yollarının (Bosfor,Dardanel,Ba-ül-Məndəb boğazları ,Süveyş
kanalı) kəsişdiyi terdə yerləşmişdir.Belə coğrafi mövqe Cənub-Qərbi Asiya
xalqlarının siyasi və iqtisadi həyatına əsəslı təsir göstərmiş və onun tərkibində
Mesopotamiya (Dəclə və Fərat çayları arasında),Levant (Aralıq dənizi
sahilində) kimi tarixi vilayətlərinin yaranmasına səbəb olmuşdur.Siyasi
cəhətdən Cənub-Qərbi Asiya həmişə dünyanın ən narahat regionlarından biri
“barıt çəlləyi” olmuşdur.İndi də regionda siyasi veziyyət qeyri-sabitdir.
Yaxın Şərq,İraq-Qərb,kürd,Kipr problemlərinin uzun
müddət həll
olunmaması regionda siyasi gərginlik yaradır.Cənub-Qərbi Asiya regionunu
Afrikanın Şimalında yerləşən Misir və Sudanla birlikdə,Həm də Yaxın və orta
Şə
rq adlandırırlar.OrtaŞərqə yalnız İran və Əfqanıstan aid edilir.
Ə
halinin milli tərkibi,təkrar artımı və yerləşməsi.
Regionun əhalisinin 80%-ni türklər,ərəblər və farslar təşkil edir.Başqa xalqlar
arasında kürdlər,yəhudilər,bəluçular üstünlük təşkil edir.İslam dini və əxlaqının
rolu güclü olan regionda əhalinin təbii artımı yüksəkdir(hər 1000 nəfərə ildə 28-30
nəfər).
İslam aləmində müqəddəs sayılan dini mərkəzlərin hamısı –
Məkkə,Mədinə(Səudiyyə Ərəbistanı),Kərbəla,Nəcəf (İraq),Məşəd,Qum
(İran),Məzari Şərif (Əfqanıstan),Qüds(İsrail) Cənub –Qərbi Asiyadadır.
Regionda əhalinin orta sıxlığı (1kvadrat kilometrdə 37 nəfər) təxminən orta dünya
göstəricisinə bərabərdir.Lakin ərazi üzrə əhali olduqca qeyri-bərabər
yerləşmişdir.İran körfəzi,Qara və Aralıq dəniz sahillərində,çay vadilərində və
vahələrdə əhali sıx məskunlaşmışdir.
www.behruzmelikov.com
Cənub-Qərbi Asiya ölkələrində urbanizasiya səviyyəsi
yüksəkdir.Əfqanıstan,Yəmən və Oman istisna olmaqla,regionun bütün ölkələrinin
ə
halisinin yarıdan çoxu şəhərlərdə yaşayır.Ən iri şəhərləri
Tehran,İstanbul,Ankara,Bağdad,İzmir,İsfahan,Dəməşq,Ər-Riyad ,Təbriz və
başqalarıdır.
3.İqlim.
Region tropik və subtropik iqlim qurşaqlarında yerləşmişdir:
Tropik iqlim-quru və qızmarlığı ilə seçilir.Tropik hava kütlələri (Th)
hökmrandır.Yüksək atmosfer təzyiqinin hakim olması il boyu aydın və buludsuz
hava şəraitinin yaranmasına,bu isə öz növbəsində sutka ərzində tempratur
amplitudasının 40c-yə çatmasına səbəb olur.Mümkün buxarlanma kəmiyyəti 2000
mm-ə çatır.İl ərzində (hətta bir neçə ildə ) 1-2 dəfə yağan yağıntının miqdarı 50-
www.behruzmelikov.com
100 mm-ə çatır.Havanın temperaturu gündüz +42c-yə çatdığı halda gece -2c-yə
çatır.Temperatur il boyu az dəyişir.Qış ayları seçilir.
Tropik iqlim qurşağı bir-birindən kəskin fərqlənən iki vilayətə ayrılır. Belə
ki,okean üzərində güclü buxarlanma havada rütabətin artmasına səbə olur-rütubətli
tropik iqlim tipi yaranır.Quru üzərində isə səhra iqlimi hakim olur.
Subtropik iqlim-Temperatur və yağintıların paylanması il boyu aydın seçilən
fəsli rejimə malikdir.Yayda quru isti tropik,qışda isə mülayim rütubətli mülayim
hava kütlələri hökmran olur.
Okeanların təsiri burada az hiss olunur.Yalnız Aralıq dənizi sahillərində qışda
Atlantik okeanının təsiri hiss olunur.
Cənub-Qərbi Asiyanın ayrı-ayrı hissələrinin iqlim şəraitində fərqlər olsa da, onlar
üçün ümumi cəhət quraq iqlimin olmasıdır.Regionda ilin çox hissəsində quru və
isti tropik hava hakim olur.Ərəbistan yarımadası daha quraq iqlimə malikdir.Onun
cənub hissəsində havanın temperaturu +45,+55c-yə qədər çatır,yağıntı isə demək
olar ki,çox az düşür.Ümumiyyətlə,Cənub-Qərbi Asiya materikin ən quraq
regionudur.Düzənliklərdə əsən güclü isti,quru səmum küləyi qum və toz fırtınaları
yaradır.Yaylalarda isə iqlim kontinentaldır,qış davamlı və soyuq keçir.
Aralıq və Qara dəniz sahillərində yağıntıların miqdarı daha çoxdur.Həmin
ə
razilərdə qışı mülayim və yağıntılı Aralıq dənizi iqlimi hakimdir.
Regionda çay şəbəkəsi zəif inkişaf etmişdir.Ö n Asiya yaylalarının nadir çayları
qısa və azsuludur.Ərəbistanyarımadasının bəzi yerlərində isə vadi adlanan quru
dərələr mövcuddur.Böyük qumlu səhralarda vahələrə də rast gəlinir.
Mesopotamiya ovalığında regionun ən iri çayları (Dəclə və Fərat) axır.Bu çaylar
mənsəblərindən 200 km yuxarıda birləşərək,Şətt-əl-Ərəb çayını əmələ
gətirir.Çayların suyundan suvarmada geniş istifadə olunur.
Regionda ara-sıra kiçik axarsız duzlu göllərə təsadüf edilir.Buradakı Ölü dəniz
dünayada ən duzlu göl və okean səviyyəsindən ən aşağıda (405m)yerləşən
çökəklikdir.
4.Təbii ehtiyyatları və sənayesi
Sənayenin inkişafı üçün təbiət Cənub-Qərbi Asiya regionuna qiymətli sərvətlər
bəxş etmişdir.Zəngin neft və təbii qaz resurslarından başqa,region ölkələri
filiz,qeyri-filiz və qiymətli metal sərvətlərinə malikdir.Xrom (Türkiyə),xörək
duzu(İordaniya),təbii kükürd və fosforit(İraq) ehtiyatı dünya əhəmiyyətlidir.İran
dəmir filizi,Türkiyə mis filizi ilə zəngindir.
Neft və təbii qaz emalını,həmçinin bu xammal növlərilə əlaqədar istehsal
sahələrini çıxmaq şərtilə,Cənub-Qərbi Asiyanın emaledici sənayesi hələ zəif
www.behruzmelikov.com
inkişaf etmişdir.Emaledici sənayenin müxtəlif sahələrinin ,o cümlədən
maşınqayırmanın inkişaf sürətinə görə İsrail,Türkiyə və İran fərqlənir.Toxuculuq
sənayesi xüsusuilə Türkiyə,İraq və Suriyada inkişaf etmişdir.Regionda ənənəvi
kustar sənətkarlıq,xüsusuilə məhsulları bir çox ölkələrə ixrac edilən xalçaçılıq
(İran,İraq,Əfqanıstan,Türkiyə və s.) fərqlənir.Emaledici sənayenin başlıca
mərkəzləri İstanbul,Bağdad,İsfahan,Təl-Əviv,İzmir,Dəməşq,Ər-Riyad,Küveyt və
başqa şəhərlərdir.
İ
ran.Ölkə faydalı qazıntılarla (dəmir,mis filizi və s.) zəngindir.Neft və təbii qaz
ehtiyatları isə dünya əhəmiyyətinə malikdir.Sənayenin inkişafı üçün ölkədə bir sıra
imkanların olmasına baxmayaraq ,onun artım sürəti sənaye məhsullarına olan
tələbatı tam ödəyə bilmir.İran iqtisadiyyatının sürətli inkişafına mane olan
amillərdən biri enerji istehsalının məhdudluğudur.İstehsal olunan enerjinin 2/3
hissəsi İES-in üzərinə düşür.Son illər Rusiyanın köməkliyi ilə Buşir şəhərindəki
AES-in istehsal gücü artırılır.
Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin valyuta
gəlirinin 90%-ni verir.Bu sahə İran Milli Neft Şirkətinə məxsusdur.Ölkənin
cənubu,cənub-qərbi və şimal-qərbi neft və qazala zəngindir.Ən böyük neft emalı
zavodları Abadan və Tehran sənaye rayonlarındadır.
Metalurgiya yerli xammala əsaslanır.İsfahan şəhərində tam dövriyyəli qara
metallurgiya müəsssisəsi fəaliyyət göstərir.Əlvan metallurgiya zavodlarında əsasən
mis və alüminium istehsal edilir.Maşınqayırma sənayesinin inkişafında AFR və
Böyük Britaniya məxsus şirkətlərin fəaliyyəti böyükdür.
Ə
rəb ölkələri.Neft və təbii qaz,xurma ağaclarıCənub-Qərbi Asiyanın ərəb
ölkələrinin iqtisadi rəmzidir.Dünya əhəmiyyətli neft və təbii qaz ehtiyatları
Səudiyyə
Ə
rəbistanında
,İraqda,Küveytdə
,BƏƏ-də,həm
də
Bəhreyndə
təmərküzləşmişdir.Qatar təbii qaz ehtiyyatları ilə zəngindir(ehtiyatlarına görə
Rusiya,ABŞ və İraqdan sonra dördüncü yeri tutur).Məhz bu resurslarla əlaqədar
regionun bütün ölkələrində neft emalı ,neft-kimya sənayesi inkişaf etmişdir.Son
illər,xüsusilə Qatarda təbii qazın mayeləşdirilməsi üzrə iri müəssisələr
tikilmişdir.Alüminium istehsalı regionun sənaye sahələri arasında əhəmiyyətinə
görə ikinci yerdədir.Bu sahənin inkişafına əsasən təbii qazla işləyən İES-də alınan
ucuz elektrik enerjisi(Şuranın üzvü olan ölkələrin əksəriyyətində adambaşına 12-
15 min kwt/saat elektrik enerjisi istehsal olunur) geniş imkan açır.Alüminium
istehsalının iri müəssisələri Manama,Doha,Dubay və.b.şəhərlərdir.Emaledici
sənayenin digər mərkəzləri Dəməşq,Bağdad,Küveyt cə Ciddədir.
5.Kənd təsərrüfatı.
Regionda səhra və yarımsəhra landşaftının üstünlük təşkil etməsi suvarma
ə
kinçiliyinin ,köçəri və yarımköçəri heyvandarlığın tarixən inkişafına səbəb
www.behruzmelikov.com
olmuşdur.Yayda quru və isti xəmsin(ərəbcə “50” deməkdir) və səmum (“Odlu
külək”) küləkləri təsərrüfata böyük ziyan vurur.Çayların (Fərat,Dəclə,Qızıl
İ
rmaq,Harum,Kür,Araz və s.)və yeraltı suların suvarma üçün olduqca böyük
ə
həmiyyəti var.
Regionun Kipr adasında,Livan,İsrail və Suriyanin Aralıq dənizi ,Türkiyənin Qara
və Mərmərə dənizlərinin ,İranın Xəzər dənizi sahillərinin ensiz zolağında rütubətli
subtropik iqlim hakimdir.Bu zolaqlar regionda kiçik sahələr tutsalar da,kənd
təsərrüfatında mühüm rol oynayırlar.
Cənub-Qərbi Asiyanın kənd təsərrüfatında əkinçilik üstünlük təşkil edir.Bu
sahədə istehlak bitkilərinin yetişdirilməsi (taxıl,tərəvəz) başlıca yer tutur.Əkin
sahələrinin bir hissəsi üzümlük ,meyvə bağları,pambıq plantasiyaları ,səhra və
yarımsəhraların vahələrində xurma ağacları ilə tutulmuşdur.Kənd təsərrüfatı
məhsullarından qiymətli qaragül dərisi (Əfqanıstan) ,xurma(İraq) ,kişmiş və fındıq
(Türkiyə),sitrus
bitkiləri
(Livan,İsrail,Suriya,Türkiyə),badam,zəfəran,püstə
(İran),pambıq(Türkiyə ixrac edilir.Ərəbistan yarımadasında yerləşən ərəb
plkələrinin əksəriyyətinin aqroiqlim şəraiti kənd təsərrüfatı üçün əlverişli
deyil.Yalnız Aralıq dənizi sahilində (Livan,Suriya),Ərəbistan yarımadasının
cənubunda (Yəmənin cənubunda) və Mesopotamiya ovalığında müxtəlif bitkilərin
(dənli,sitrus,tərəvəz və s.) yetişdirilməsi üçün əlverişli şərait var.Səhra və
yarımsəhralarda xurma ağacları geniş sahələr tutur.Son vaxtlar yeraltı sulardan
istifadə etməklə səhra ölkələrində əkin sahələri genişləndirilir.Bu sahələrdə sitrus
bitkiləri,tərəvəz,gül,hətta
Avropa
ölkələrinə
ixrac
edilən
çiyələk
də
yetişdirilir.(BƏƏ-də).
Taxıl təsərrüfatının inkişafında xüsusilə Səudiyyə Ərəbistanı böyük nailiyyətlər
ə
ldə etmişdir.Müasir irriqasiya sisteminin yaradılması,dünyada ən yaxşı taxıl
toxumlarından,qabaqcıl aqrotexnikadan istifadə bu ölkə səhra şəraitində nəinki
ə
halinin taxıla olan tələbatını təmin etmiş,hətta onun ixracatçısına çevrilmişdir.
Ümumiyyətlə,demək olmaz ki,Ərəbistan səhralarının təbii mənzərəsi tamamilə
yekrəng və cansıxıcıdır.İndi səhralara “hücum” edilir,burada yeni-yeni sənaye
müəssisələri,fermalar,yaşayış
qəsəbələri
salınır.Səhralarda
uzanan
neft
buruqlarını,sənaye müəssisələrini tez-tez tünd yaşıla bürünmüş vahələr əvəz
edir.Vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və ətrafa gözəllik verir.
Regionun dağlıq ərazilərində (İraqın şimalında) davar,qaramal,Mesopotamiyanın
bataqlıq ərazilərində camış saxlanılır.Sahil bölgələrdə isə balıq ovlanır,mirvari
çıxarılır.
www.behruzmelikov.com
6.Nəqliyyatı.
Regionun xarici əlaqələrində dəniz nəqliyyatı əsas rol oynayır.Regionun ən iri
portları
İ
ran
körfəzində
(Küveyt,Dubay,Əbu-Dabi),Qara
dənizdə
(İatanbul,İzmir,İzmit,İsgəndərun) və Aralıq dənizində (Hayfa) yerləşir.Dəmiyol
nəqliyyatı zəif inkişaf etmişdir.Dəmiryol şəbəkəsi Aralıq dənizinin sahil
bölgələrində,Türkiyə və İranda sıxdır.Daxili yükdaşımada avtomobil nəqliyyatı
mühüm rol oynayır.Son illər neft və təbii qaz hasilatı rayonlarını dəniz portları ilə
birləşdirən boru kəməri xətləri çəkilir.Hava nəqliyyatı inkişafı etdirilir.
Cənub-Qərbi
Asiya
ölkələrinin
xarici
ticarəti
başlıca
olaraq
İ
EÖ-ə
istiqamətlənmişdir.İxracatında neft və neft məhsulları,mayeləşdirilmiş qaz,əlvan
metallar,yüngül sənaye və ənənəvi kənd təsərrüfatı məhsulları ,idxalatında isə
sənaye məhsulları üstünlüktəşkil edir.
Hələ qədim zamanlarda mühüm ticarət yolları (Şah yolu,İpək yolu) İranın
ə
razisindən
keçirdi.Müasir
dövrdə
asfalt
örtüklü
mühüm
magistrallar
fəaliyyətdədir.Yükdaşımanın
80%-i
avtomobil
nəqliyyatının
payına
düşür.Transiran dəmiryolun iqtisadi əhəmiyyəti böyükdür.
İranla Azərbaycan arasında Xudafərin körpüsünün (Araz çayı üzərində) açılması
hər iki istiqamətdə yük avtomobillərinin müntəzəm hərəkətinə imkan verir.Baki-
Təbriz marşurutu üzrə beynəlxalq sərnişin qatarlarının işlənməsi də nəzərdə
tutulmuşdur.
Ölkənin xarici ticarət əlaqələrində dəniz nəqliyyatından geniş istifadə olunur.Ən
mühüm portları Ənzəli,Bəndər,Xomeyni,Bəndər-Abbas,Buşehrdir.Xark və Abadan
neft daşınan portlardır.Boru-kəmər nəqliyyatının inkişafı neft və qaz sənayesi ilə
bağlıdır.
7.Ekoloji problemlərin yaranması və onlarla mübarizə.
Ekologiya-yunan sözlərindən ibarət olub,”məskən,ev,ətraf mühit və öyrənirəm”
deməkdir.Elmin tarixi qədim deyil,beləki bu məvhumu 1858-ci ildə ilk dəfə
Q.Toro istifadə etmiş,1866-cı ildən alman bioloqu E.Hekkel onu yeni bir elm
sahəsinə qədər inkişaf etdirmişdir.Ekologiyanın baniləri bu elmi orqanizmləri öz-
“evində”,yəni onu təbii sığınacaq yerində öyrənmək kimi anlatmışlar.Lakin
sonralar ekologiya elmi-orqanizmlərin bir-biri ilə və onları əhatə edən mühitlə
qarşılıqlı əlaqələrini öyrənən elmə çevrilmişdir.
Ekologiyanın tədqiqat xarakterinə görə,mühitə görə,canlıların yaşama yerinə
görə,elmlərlə əlaqəsinə və s. Görə çox sayda mövcuddur.”Yerşünaslıq” kursunda
ə
sasən
qlobal
ekologiya
məsələlərindən
bəhs
olunur.Bu
sahə
litosferin,atmosferin,litosferin ayrı-ayrılıqda ekologiyasını,elece de onlara təsir
edən insanın yaratdığı problemləri öyrənir.İnsanın ətraf mühitə təsiri həmişə heç də
www.behruzmelikov.com
indiki kimi olmamışdır.İnsan daim həyat üçün zəruri üç başlıca mənbəni- Günəş
enerjisini,hava və suyu əsas hesab etmiş,onların mütənasibliyindən asılı olaraq
məskunlaşmışdır.Əgər ilk insan (sürüləri) təbiətin hazır vasitələrindən istifadə
edərək mənimsəmə iqtisadiyyatı ilə məşöul olurdusa ,daha sonra insanlar onlara
lazım olan maddi nemətləri istehsal etməyə başladı.Odun əldə edilməsi isə qlobal
ə
həmiyyətkəsb etməklə yanaşı bir sıra ciddi ekoloji problemlərin meydana
çıxmasına gətirib çıxardı.
Cəmiyyətin təbiətə təsiri 5 mərhələdən ibarət olub,təqribən 30-40 min il əvvəldən
başlanır.İnsanın təbiətə “daxil olması” və təbii prosəslərə müdaxiləsi zaman
keçdikcə gücləndi.
Hazırda “ultramüasir” texnologiya dövründə süni (antropogen) landşaftlar sürətlə
öz ərazilərini genişləndirərək,bir vaxtlar dünya xəritələrində “ağ ləkələr” adı ilə
tanınan insanın toxunmadığı ərazilərə irəliləyir.İnsanın təbii landşaftın bir
komponenti dəyişdirməsi kifayətdir ki,digər komponentlər də dəyişsin.Çünki hər
hansı komponenet (torpaq,bitki,relyef və s) digər komponentlərlə sıx əlaqə
kompleks halda mövcud olaraq təbiətdə bütövlük yaradır.Təbiətdəki canlıların
ə
traf mühitlə qarşılıqlı əlaqəsi zamanı yaranan enerji və maddələr mübadiləsi
sistem ekosistem adlanır.
Geniş və dar mənada başa düşülən ekosistem anlayışı (dünya və məhəl) bu və ya
digər dərəcədə noosferin (düşünən insanın) təsirinə məruz qalmışdır.Doğrudan da
ele maddələr yaradılır ki, onlar təbiətdə heç vaxt olmamışdır.Təbii dövrana təsir
edən atmosferdə,litosferdə,hidrosferdə və eyni zamanda biosferdəki bu “əlavələr”
insan beyninin məhsuludur.
“İnsan-istehsal-təbiət” prinsipi
ilə
yaşayanlar
hələ
də
öz planetinin
xüsusiyyətlərini dərindən dərk etmirlər.Əslində insan təbiəti dəyişməklə özünün
yaşayış şəraitini dəyişdirir, bu isə ekoloji problemlərə çevrilib insanın sağlamlığına
qarşı yönəlir.
Ümumilikdə,qlobal ekoloji problemlər planetin ayrı-ayrı təbəqəsinə,o cümlədən
coğrafi təbəqəyə cəmiyyətin təzyiqi nəticəsində yaranır.XX əsrin sonlarında
ekoloji gərginlik mənbələri xeyli artmış və bir sıra ölkələrdə,regionlarad insan
həyatını təhlükə altına almışdır.
Litosferin ekologiyası-Yerin təkindən çıxarılan faydalı qazıntılar sənayenin və
kənd təsərrüfatının inkişafı ilə əlaqədardır.Sənaye istehsalının artması təbii
ehtiyyatların,xüsusi ilə enerji daşıyıcılarından filiz və mineral ehtiyyatların,tikinti
materiallarının daha çox çıxarılmasını,yəni hasilat sənayesinin inkişafını tələb
edir.hazırda hər il 200 adda ,140 milyard tondan çox faydalı qazınti çıxarılır.
Müəəyyən edilmişdir ki,yaxın gələcəkdə faydalı qazıntıların çıxarılması sürəti və
miqdarı indiki kimi saxlanılarsa əksər mineral ehtiyyatlarının tükənməsi reallığa
çevriləcəkdir.
Xammal
Neçə illik ehtiyyatı var
Tükənmə ili
1.dəmir filizi
150
2150-ci
www.behruzmelikov.com
2.neft
100
2100-cü
3.kömür
600
2600-cü
4.nikel
100
2100-cü
5.Alüminium xammalı
60-70
2060-2070-ci
6.mis
60
2060-cı
7.uran
40
2040-cı
İqtisadi inkişaf səviyyəsinin yüksək olduğu bəzi regionlarda uzun müddət
istismarda olan mədənlər artıq əhəmiyyətini itirmişdir.Həm də istehsal prosesində
mədənlərin kənarlarına xeyli miqdarda “tullantılar” tökülür.Bu “tullantılar” ın
istifadəsi iqtisadi cəhətdən səmərəli deyil,çünki süxurdakı filizin tərkibi
“kasıbdır”.Sənayenin
tullantılarının
litosferdə
toplanmasına
və
onu
çirkləndirilməsinə ən tipik misal terrikon təpələrdir.
Terrikon təpələr özləri ekoloji gərginlik yaratmaqla yanaçı-adətən məhsuldar
torpaqlardan istifadəni mümkünsüz edir.
Torpaqların ekologiyası.Hesablamalar göstərir ki,hər il 6 milyard hektar torpaq
sahəsi
itirilir.Bunun
səbəbləri
müxtəlifdir:yeni
yaşayış
məntəqələrinin
tikintisi,yolların
çəkilməsi,su
anbarlarının,digər
qurğuların
inşa
edilməsi,mədənlərin istismarı və s.
Lakin yaralı torpaqların ekoloji baxımdan korlanmasının əsas səbəblərindən biri
kənd təsərrüfatında istifadə olunan gübrələr və zərərvericilərə qarşı istifadə olunan
maddələrdir.Dünyada hər il tarlalara 40 milyon ton gübrə,4 milyon ton isə kimyəvi
zəhərli maddələr verilir və bu rəqəm ildən-ilə artır.100 növdən çox pestisid və
herbisidlərin torpağa əlavə edilməsi isə torpaq əmələ gəlmə prosesində mövcud
olan enerji və maddələr dövranına mənfi təsir göstərir.
Torpağa tullantı şəkilində atılan neft məhsulları,metallar (civə,mis və
s.),radioaktiv,elementlər,məişət tullantıları onu çirkləndirir və məhsuldarlığını
azaldır,torpaqda olan canlı orqanimzləri məhv edir.
Torpaqların məhv edilməsi bilavasitə səhralaşma prosesinin inkişafına səbəb
olur.Səhralaşma-mövcud olan səhraların ərazisinin genişlənməsi və səhraların
ə
vvəlki arealında bu prosesin daha da güclənməsinə gətirib çıxarır.Hazırda
insanların təsiri ilə mövcud səhralara 13 mln kvadrat kilometr ərazinin də əlavə
olunmaq təhlükəsi vardır.
Sadalanan faktlar,insanın əsas ərzaq mənbəyi olan torpağın mühavizəsinin nə
qədər vacib olduğunu göstərir.Torpaqların qorunması məqsədi ilə tələb olunan
tədbirlər sistemini aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar:
-torpaqları eroziyadan qorumaq;
-torpaqları kimyəvi,fiziki,bioloji və mexaniki çirklənmədən qorumaq;
-torpaqların şoranlaşma və bataqlaşmasına qarşı tədbirlər görmək;
-torpaqlarda sürüşmə və sel axınlarının qarşısını almaq;
-Səhralaşmaya qarşı mübarizə aparmaq-yeni meşə və kol zolaqları salmaq;
www.behruzmelikov.com
-torpaqlarda düzgün melorativ işlər aparmaq;
-daha kiçik ölçülü tarlalara üstünlük vermək (əkin tarlası böyüdükcə külək
eroziyası geclənir).
Atmosferin ekologiyası.Havanın tərkibi (78,08% azot,20,94% arqon,0,035
karbon və s. təsirsiz qazlar və su buxarı) uzun sürən təbii-tarixi prosesin
nəticəsidir.Hava qatı yer planetində canlı orqanizmlər üçün əsas mühit olmaqdan
başqa ,yer səthində istilik rejimini tənzimləyir,və onu günəşdən gələn məhvedici və
ultrabənövşəyi şüalardan qoruyur.Atmosfer dövranı isə iqlimə təsir edir,çayların
rejimini tənzimləyir ,torpaq-bitki örtüyünə göstərir,relyefəmələgəlmədə iştirak
edir.Havanın tərkibindəki oksigen bütün canlılar,o cümlədən insan üçün əsas həyat
mənbəyidir.
Atmosferi çirkləndirməklə əslində insam bilavasitə özünü məhv edir və eyni
zamanda planetin iqlimini dəyişdirir.İqlimin dəyişməsinə aid hazırda üç baxış
mövcuddur.
1.Son yez il ərzində atmosferdə karbon qazının artması qlobal istiləşməyə səbə
olur.Yaxın yüzillikdə iqlimin istiləşməsi fəlakətli nəticələrini göstərəcək,ilk
növbədə Dünya okeanın səviyyəsi qalxacaqdır.
2.Atmosferin
çirklənməsi
günəş
radiasiyasını
azaldır,buludlarda
nüvə
kondensasiyasının miqdarını artırır,bu da növbəti buzlaşma mərhələsini
sürətləndirəcək.
3.Bir sıra tədqiqatçılar çiklənmənin təbii yolla tənzimləndiyini,Yerin iqliminə
onun heç bir təsir etmədiyini əsaslandırmağa çalışırlar.
Atmosferin çirklənməsinin əsas mənbəyi yanacaq-energetika kompleksinin
müəssisələri,dağ-mədən sənayesi və nəqliyyat vasitələridir.
Atmosferdəki tullantıların 80%-dən çoxu karbon oksidləri,kükürd,azot,hidrogen
və bərk maddələrdir ki,bütün bunlar istehsal prosesində ayrılır və xüsusilə canlı
orqanizmlər üçün təhlükə yaradır.Atmosferə daxil olan tozlar-(kül,his,xüsusilə
absest tozu) çox yüngül olduğundan asanlıqla canlıların tənəffüs orqanlarına keçir
və həll olmayan konsragen maddələrlə birləçərək təhlükəli xəstəliklərin
yaranmasına səbə olur.Atmosferin çirklənməsi nəticəsində ozon deşiyinin
yaranması da ən mühüm qlobal problemdir.
Ozon təbəqəsinin başlıca əhəmiyyəti ondan ibarətdər ki,o yer səthinə daxil olan
məhvedici ultrabənövşəyi şüaları udur və həyatın mövcudluğuna şərait
yaradır.Əsrlər boyu ozon qayı ilə bağlı heç bir problem qeydə alınmamışdır.Lakin
1973-ci ilin yazında Antarktida üzərində ozon təbəqəsində ozon qazının həcminin
təqribən 50% azaldığı ,bunun nəticəsində isə Ozon deşiyinin əmələ gəlməsi və vaxt
keçdikcə onun böyüməsi məlum oldu.Daha sonralar Şimali Amerika və Avropa
üzərində də ləkələr müşahidə olundu.Alimlər belə hesab edir ki,ozon qatının
“nazikləşməsi” ilə ultrabənövşəyi şüaların yer səthinə daxil olması okeanlardakı
planktonların məhvindən başlayaraq,insanın immum sistemində ciddi dəyişiklər bir
vaxtda baş verməsinə gətirib çıxarar.
www.behruzmelikov.com
Ozon qatında deşiklərin yaranma səbəblərinə aid çoxlu fərziyyələr mövcud olsada
ə
sas
səbəbi
freon
qazlarının
istehsalı
hesab
edilir.Aerozol,soyuducu
kompressor,əridici maddələr istehsalında geniş istifadə olunan bu maddə- xlor ftor
karbon birləşmələrinin istehsalının azaldılmasına 1987-ci ildə Monrealda keçirilən
Ozon qatına aid ilk konfransda qərar qəbul edilmişdir.Ozon deşiyinin
yaranmasında digər mənbələrdən:lazer vasitəsi ilə görülən işlər,avialaynerlərdən
çıxan qazlar və s.-də müəyyən rol oynayır.
Atmosferdə ixtixana effekti-son illər hava qatı qlobal çirklənməyə məruz
qalmışdır.XIX əsrin sonunda amerikalı fizik Vud adi şüşədən hazırlanan ilk
parnikin modelini yaratmış və göstərmişdir ki,istiliyin udulması və əks olunması
arasındakı balansı pozmaqla əlavə istilik almaq mümkündür.
Məlumdur ki,atmosfer günəşdən gələn qısadalğalı şüaları asanlıqla keçirir və
ş
üalar yer səthi tərəfindən udulur.Udulan radiasiya hesabına Yer səthi havanı
qızdıran mənbəyə çevrilir.Atmosferdəki karbon 4 oksid qazı yeri həddən artıq
qızdırmağa qoymur.Son illər insanın təsərrüfat fəaliyyəti bu tarazlığı
pozmuş,günəş istiliyinin udulması və əks olunması arasındakı balans itmiş və
“istixana effekti” adlanan təhlükəli problem yaranmışdır.İstixana effektini yaradan
başlıca səbəb havada karbon qazının (eləcə də,metanın və azot oksidlərinin)
miqdarının artmasıdır.Maraqlıdır,getdikcə artan istixana effektinin hansı nəticələri
ola bilər?
Birincisi-havada karbon qazının artması XXI əsrin sonlarında havanın qış
temperaturunun 3-5 dərəcə qızmasına səbəb ola bilər.Nəticədə şimal
yarımkürəsində,xüsusilə mülayim enliklərdə yay daha isti və quru keçər.
İkincisi-orta temperaturunun qalxması qütbətrafı enliklərdə buzlaqların əriməsinə
və nəticədə dünya okeanının səviyyəsinin 20-65 metr qalxmasına səbəb ola bilər.
Üçüncüsü-Göstərilənlərdən çox fərqli bir ehtimaldır: atmosferdəki CO2 qazının
artması kənd təərrüfatında məhsuldarlığa müsbət təsir edə bilər.Belə ki,bitkilərin
yarpaq sistemi,toxum və meyvələrinin ölçüsü artar,məhsul vermə müddəti
azalar,məhsuldarlıq isə artar.
Beşincisi-canlıların qanında oksigen mübadiləsinin pozulması,onların məhvinə
səbəb olar.Beləliklə,istixana effekti özü ilə xeyli sayda naməlum problemlərin
yaranmasına səbəb olar.Alimlərin əksəriyyəti istiləşmənin mütləq baş verəcəyinə
(XX əsrdə 1C və hətta artıq birinci fazasının baş verdiyinə) inanırlar.
İstixana
effektinin
insan
fəaliyyəti
ilə
yaranması
artıq
məlumdur.Maraqlıdır,problemi yaradan qazlar atmosferə haradan daxil olur və
onlardan qorunmaq olarmı?Aşağıdakılara diqqət yetirək:
a)avtomobillərin daxili yanacaq mühərriklərindən ;
-bunu daxili yanacaq mühərriklərini təkmilləşdirməklə azaltmaq olar.
b)Zavod ,fabrik borularından və istilik enerji mərkəzlərindən;
-sənaye borularına toztutucu qurğular qoymaqla onun qarşısını almaq
mümkündür.
www.behruzmelikov.com
c)meşələrdə baş verən geniş miqyaslı yanğınlar nəticəsində;
-xüsusilə rütubətli tropik meşələrin qırılmasını qadağan etməklə gərginliyi
zəiflətmək olar.
o)məişətdə istifadə olunan enerji mənbələrindən; -enerjinin istifadəsinə ciddi
qənaət və enerji verən mənbələri təkmilləşdirməklə problemdən qaçmaq olar.
e)beynəlxalq miqyasda aparılan nüvə sınaqları və atom elektrik stansiyalarında
istifadə olunan radioaktiv maddələrlə çirklənmə;
təcili olaraq nüvə silahlarının sınaqlarını dayandırmaq ,yyəni AES-lər tikməmək
və köhnələrini tədricən sökmək,enerjiyə olan tələbatı daha təmiz,tükənməyən
mənbələrdən (külək,günəş,yerin daxili istiliyi və s.) almaqla,problemi zəiflətmək
mümkündür.
Göründüyü kimi ,istixana effektini və bununla bağlı problemləri yaradan insan
özüdür.Deməli problemin həlli də insanın əlindədir.
Atmosferin çirklənməsindən danışarkən “Turşulu yağışlardan” söhbət açmamaq
mümkün deyil.Təbiətdə daima kimyəvi reaksiyaların baş verməsi faktı sizin üçün
yeni deyil.Antropogen təsir digər sahələrdə olduğu kimi,burada da özünü
göstərir.Külli
miqdarda
yanacağın
yandırılması
nəticəsində
(təyyarə,avtomobil,İES,məişət) havaya daxil olan “sulfidli və kükürdlü” qazlar
havadakı rütubət ilə birləşərək zəhərli duman yaradır.İnsanlarda katlıq əlaməti
ə
mələ gətirən belə çirklənmə demək olar ki,iri şəhərlərin hamısında mövcuddur.
Havanın yüksək dərəcədə çirklənməsi özünü turşulu yağışlar yağmasında da
göstərir.Zavod ,fabrik boruları və avtomobillərdən çıxan azot və kükürd
havadakısu buxarı ilə ilə kimyəvi reaksiya girir və yağıntı şəklində yerə
qayıdır.Atmosferin olduqca yüksək dinamikliyi turşulu yağışların yalnız bir ölkədə
deyil,ətraf
ölkələrdə
də
yaömasına
səbəb
olur.Turşulu
yağışlardan
bitkilər,heyvanlar,insanlar,su hövzələri,hətta heykəllər belə zərə çəkir.Qərbi
Avropa,Şimali Amerika və başqa iri sənaye rayonlarının atmosferi çirklənmənin bu
növünə daha çox məruz qalmışdır.
Turşulu yağışların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir:
a)nəqliyyat vasitələri,zavod,fabrik və s. borularında filtr qoymaq;
b)qeyri-kimyəvi gübrələrdən istifadə etmək;
c)qeyri-ənənəvi enerji mənbələrindən istifadə etmək.
Son illər atmosferi çirkləndirən mənbələrə elektromaqnit dalğaları,radar
siqnalları,səs və s.-də əlavə olunmuşdur.Xüsusilə iri şəhərlər üçün səciyyəvi olan
belə “çirklənmə” mənbələri ilk növbədə insanların sağlamlığı üçün təhlükə
yaradır,əsəb,xərçəng,allergiya,göz
xəstəliklərinin
artmasına
səbəb
olur.
Hidrosferin ekologiyası.
Təbiətdə suyun əhəmiyyəti ,onun bitki və canlıların həyatında rolu (bitkilərin
90%,canli və insanların 75% sudan ibarətdir) haqqında məlumatınız var.Suyun ən
qədimdən məişətdə yüksək qiymətləndirilməsi hamıya aydındır.Hesablamalar
göstərir ki,şəhər əhalisi hər gün 150 litr ,kənd əhalisi isə 55 litr su istifadə
www.behruzmelikov.com
edir.Moskva,Sankt-Peterburq,Daşkənd,Bakı kimi iri şəhərlərdə təsərrüfatsızlıq
üzündən bu rəqəm daha böyükdür.(600-700l/sutka).Sudan istifadöə etməyin ən
perspektiv yolu,ondan qənaətlə istifadə etmək olsa da,hazırda suyun təkrar istehsalı
texnologiyası daha sərfəli hesab edilir.Lakin bütün hallarda Hidrosferi
çirklənmədən
təmizləmək
yox,onu
qorumaq,mühafizə
etmək
daha
məqsədəuyğundur.
Buna cavab vermək üçün ilk növbədə suyu çirkləndirən aşağıdakı mənbələri və
onların törətdiyi nəticələri bilmək lazımdır.
a)Neft və neft məhsullarının su hövzələrindən çıxarılması və daşınması zamanı
yaranan qəzalarda okeana ildə 1 mln. Tondan çox “qara qızıl” tökülür.Suyun
üzərini pərdə kimi örtən neft məhsulları ilk növbədə okeanda ən qiymətli qidanın –
zooplankton və fitoplanktonların məhvinə səbəb olur.
Bundan əlavə neftlə çirklənmə dəniz heyvanları o cümlədən quşları üçün böyük
təhlükə yaradır.Quşların lələkləri neftlə -uça bilmir,özlərini”təmizləməyə”
çalışdıqda isə mədələrinə neft daxil olduğu üçün məhv olurlar.
b)Sintetik yuyucu maddələrin su hövzələrinə axıdılmasının təsiri ilə yaranan
köpük qatı da canlılar üçün böyük təhlükə yaranmasında iştirak edir.İri liman
sahillərində köpük qatının qalınlığı 1 m-dən çox olur.
c)Əlvan
metallurgiya
sənayesində
təhlükəli
istehsal
sahələrindən
qurğuşun,sink,mis,xrom,qalay və s. radiokativ elementlərin tullantılarının okeana
axıdılması onun canlı aləminin məhv olmasına şərait yaradır.
d)Kənd təsərrüfatında istifadə olunan gübrələr bu və ya digər şəkildə su
hövzələrinə axır.Azot və fosfor gübrələrinin su hövzələrinə axıdılması nəticəsində
su bitkilərinin intensiv çoxalması müşahidə olunur.Zəngin bitki kütləsinin
çürüməsi nəticəsində yaranan hidrogen isə biyki aləminin məhv olmasına səbə
olur.
e)Kənd təsərrüfatında zərəvericilərə qarşı istifadə olunan pestisidlər (xüsusilə alaq
otlarına qarşı istifadə olunan herbisidlər) suyu zəhərləyir.Yüksək temperatura
malik ərazilərdə zəhərli kimyəvi maddələrin təsiri daha güclüdür.
k)Elektrik stansiyalarında ,metallurgiya zavodlarında istifadə olunmuş qaynar-
çirkli sular-su hövzələrinə töküldükdə temperaturu +10C +30C –dək qızdıra
bilər.Bu suda oksigenin miqdarını azaltmaqla,göy yosunların miqdarını artırır
ki,bu da canlı aləm üçün çox təhlükəlidir.
Ekoloqların hesablamalarına görə hər il göstərilən mənbələrdən Dünya okeanına
25-30 mln. Ton maye qarışır.Bunlar əsasən:
-28% çaylar vasitəsilə;
-17% tankerlərə neft doldurulması zamanı;
-16% sahilboyunda yerləşən sənaye müəssisələrindən;
-10% atmosfer yağıntılarından;
-5% gəmi qəzalarından;
-1% şelfdəki mədənlərdən daxil olur.
www.behruzmelikov.com
Dünya okeanın qlobal miqyasda çirklənməsi haqqında həyəcanı XX əsrin 50-ci
illərində fransız okeanoloqu Jak-iv Kusto qaldırmışdır.O bildirmişdir ki,okeanda
yaranan ekoloji,iqtisadi,texniki və sosial problemlərin birgə həllində əsaslı dönüş
yaranmasa insanın gələcək həyatı təhlükə qarşısında olacaqdır.
Dünya okeanını və digər su hövzələrini təmizləmək üçün ilk növbədə həmin
hövzələrə
axıdılan
sularda-mexaniki,bioloji
(biokimyəvi),fiziki-
kimyəvi,dezinfeksiyaedici tədbirləri həyata keçirmək tələb olunur.
Biosferin ekologiyası-əslində insanın özünə olan münasibətdir:Yarandığı gündən
insan ilk növbədə ətrafındakı bitki və heyvanlar aləminə-qida mənbəyi kimi
yanaşmış və ondan istifadə etməyə çalışmışdır.
Eyni zamanda insan özü bəzən təbiətin güclü müqavimətinə rast gəlmişdir.Uzun
müddət müalicəsi mümkün olmayan epidemiyalar-vəba,taun,cüzam və s. yoluxucu
xəstəliklər kütləvi sürətdə yayılmış on minlərlə insan ölümünə səbəb olmuşdur.
Uzun dövr ərzində bitkilərin kökündən və meyvəsindən,çöl heyvanlarından
istifadə edən insanlar,özləri də bilmədən onların yer kürəsində kökünün
kəsilməsində yaxından iştirak etmişlər.Biologiya kursundan sizə məlumdur ki,hər
hansı bir bitki təbiət üçün zərərli deyil.Lakin əkin sahələrində alaq oyunun məhv
edilməsi düzgün sayılır.Hazırki dövrdə ən təhlükəli qlobal landşaft-ekoloji
problem,bitkilərin o cümlədən meşələrin qırılmasıdır.Meşələri əkin tarlalarına
çevirməklə - oranı bir qayda olaraq səhraya çevirən insan,eyni zamanda torpaqların
(eroziya prosesi),havanın (qaz tərkibinə) və suyun (yeraltı suların səviyyəsinə)
ekologiyasına mənfi təsir göstərir.
Tədqiqatçılar fikrincə 200 il əvvəl qurunun 47% meşə ilə örtülü olmuşdur.XX
ə
srin ikinci yarısından meşənin sənaye əhəmiyyətinin artması,hər ildə 125 min
kvadrat kilometr meşə sahəsinin məhv edilməsinə səbəb oldu.
Bu rəqəmə başqa istiqamətdən yanaşsaq görərik ki,sutka ərzində planetimizdə
1000 00 (1 milyon) ağac kəsilir.İnkişaf etmiş ölkələrin əksəriyyətində kəsilən
ağacların yerində yeniləri əkilir-meşə bərpa olunur.
Oksigen fabriki adlanan tropik meşələr (xüsusulə Braziliya meşələri) daha
təhlükəli vəziyyətdədir.Qırılan,yandırılan meşələrin yerində onların kökləri belə
çıxarılaraq banan,yağ palması,qəhvə,heveya və s.plantasiyalarına çevrilir.
Tropik meşələr bərpa olunmadığına görə,həmən regionlarda torpaqların eroziyası
güclənir,səhralaşma problemləri qarşıya çıxır.
Meşələrin məhv edilməsi ilk növbədə orada yaşayan quşların və digər canlıların
oradan uzaqlaşmasına və yaxud kökünün kəsilməsinə səbəb olur.Əslində
isə,əhalinin artması nəticəsində yaradılan yeni yaşayış məskənləri heyvanlar
aləminin sayını azaltmaq üçün kifayət edərdi: məlumdur ki,canlı aləmin praktik
ə
həmiyyəti çox cəhətlidir,belə ki,canlılar qida mənbəyi olmaqla yanaşı,həm də
təbiətdə baş verən bütün proseslərdə iştirak edirlər.Canlılar üçün yaşayış mühitinin
kiçilməsi (bu azlmaqda davam edir),onların ovlanması və ya onların qida
mənbələrinin məhv edilməsi,kimyəvi-zəhərli maddələrin təbii mühitə yayılması
www.behruzmelikov.com
yüzlərlə heyvan növünü məhv olma təhlükəsində qoymuş və ya onlarda qeyri adi
mutasiyalara,(yəni,orqanizmdə gen dəyişməsinə) səbəb olmuşdur.Canlıların
bəzilərinin azalması o həddə çatmışdır ki,insanın köməyi olmadan onu bərpa etmək
mümkün deyil.Bu sahədə ən uğurlu tədbir qoruq və yasaqlıqların təşkil
edilməsidir.
Təbiətin bütün komponentlərini eyni vaxtda məhv edə bilən ən təhlükəli
çirklənmə-radioaktiv çirklənmədir.Sizə məlumdur ki,enerji istehsalının 3%-ni
AES-lərin payına düşür.Bu stansiyalarda tükənməz enerji mənbəyinə malik olan
radioaktiv elementlər-uran,plutonium,germanium və s. istifadə olunur.AES-lərdə
baş verən kiçik bir qəzadan yaranan təhlükəli vəziyyət min kilometrlərlə ərazidə
ciddi problemlər yaradır.
Ekologiya və siyasət.Müasir dövrdə ekoloji məsələlər ölkələrarası siyasət
səviyyəsinə qədər yüksəlmişdir.Ekologiya ilə məşğul olan beynəlxalq təşkilat və
cərəyanların fəaliyyəti getdikcə genişlənir.
Məlumdur ki,ətraf mühit çox tərəfli çirklənməyə məruz qalır.Belə şəraitdə hər
hansı maddənin kefiyyətini qiymətləndirmək üçün biomonitorinq üsullarından
istifadə olunur.Yəni ətarf mühitdə toksik (zəhərləyici) maddələrin mövcudluğu
müəyyən edilir.Ekoloqlar ətraf mühitin korlanmasının əsas səbəbini istehsalın
artmasından deyil,istehsal mədəniyyətindən asılı olduğunu əsaslandırırlar.
İstehsal mədəniyyətinin nizamlamaq məqsədilə hazırda beynəlxalq ekoloji
standartlar qəbul edilmişdir.Hər hansı ölkədə nəzərdə tutulan iqtisadi layihələrin
həyata keçirilməsindən əvvəl həmin dövlət həyata keçirilməsi nəzərdə tutulan
lahiyənin ətraf mühitə təsirini hərtərəfli ekspertizadan keçirməlidir.
“İqtisadi layihələrin ətraf mühitə potensial təsirinə dair” sənədlər beynəlxalq
hüquq normalarının tələbi olmaqla 1991-ci ildə Finlandiyada keçirilən toplantıda
qəbul olunmuş konvensiya ilə tənzimlənir.
Göründüyü kimi ekoloji problemlər əsasən qlobal xarakter daşıyır,onu həlli də ən
azı bir neçə dövlət tərəfindən həyata keçırilməlidir.Miqyasından asılı olaraq ekoloji
tədbirlər ikitərəfli saziş (iki qonşu ölkənin malik olduğu kompleks ,məsələn ,
Xəzəryanı ölkələrdə dənizdə balıq ovunu tənzimləyən saziş) və konvensiya
(ümumi qaydaları tənzim edən saziş-daima tərkibinə daxil oan ölkələrin sayını
artırır) xarakterli olur.Hazırda dünyada 60-dək müxtəlif məzmunlu ekoloji
konvensiyalar qüvvədədir.Bunlardan:
-ətraf mühitin ümumi məsələlərinə aid;
-atmosferin müfavizəsinə aid;
-təhlükəli maddələrə aid;
-dənizətrafı mühitə aid;
-dənizdə olan bioloji maddələrin qorunmasına aid;
-nüvə təhlükəsinə aid;
-sərhədyanı şirin suların qorunmasına aid və s. misal göstərmək olar.
www.behruzmelikov.com
Gənc respublika olmasına baxmayaraq ölkəmiz bir sıra konvensiyalara
qoşulmuşdur.(Beynəlxalq Dəniz Təşkilatı(1995),BMT-nin İqlim Dəyişməsinə Aid
Konvensiya (1992),və s.).
Ətraf mühitin kefiyyəti təkcə dövlətin siyasətindən asılı ola bilməz.İstehsal
prosesinin aparıcıları olan iri şirkətlər bu məqsədlə özəl ekoloji siyasət həyata
keçirir və onu təbliğ edir.Nəticədə ictimaiyyətin həmən şirkətin məhsullarına
marağı daha da artır.
1990-cı illərdə BMT-də tükənən təbii ehtiyyatların istifadəsinə aid “gələcəksiz
inkişaf” anlayışı irəli sürüldü.Bu anlayışa görə istehsal müasir sürətlə inkişaf
edərsə və yaxud tükənən ühtiyyatlar indiki sürətlə istifadə olunarsa belə
inkişaf,gələcəksiz inkişaf hesab edilir.
Lakin nikbin iqtisadçılar iqtisadi inkişaf ,sosial inkişaf və ətraf mühitin
qorunmasına əsaslanan “davamlı inkişaf” konsepsiyasını irəli sürür və onu
ə
salandırırlar.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |