88
Almaniyanın qərb cəbhəsindəki irəliləyişinə mane oldu. O, qoşunlarının müəyyən
hissəsini Şərq cəbhəsinə atmalı oldu. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq
rus hərbi hissələri Şərqi Prussiyada ağır məğlubiyyətə uğradılar. Şərqi Prussiyadakı
məğ-lubiyyətinə baxmayaraq rus orduları avqustun axırlarında Cənub-Qərb
cəbhəsində Qalisiya strateji əməliyyatına başladılar. Iki qat üstünlüklərindən
istifdadə edən rus qoşunları burada Avstriya-Macarıstan orduları üzərində qələbə
qazandılar. 1914-cü ilin payızında Şərq cəbhəsində döyüşlər dəyişkən uğurlar
şə
raitində baş verirdi. Artıq dekabrda bu cəbhədə vəziyyət sabitləşdi. Hərbi
ə
məliyyatlar uzun sürən mövqe saxla-maq xarakteri aldı. Şərq cəbhəsindəki belə
vəziyyət alman komandanlığına Qərb cəbhəsində fəallığı artırmağa imkan verdi.
Alman qoşunları Fransa paytaxtı istiqamətində hücuma başladılar. Ən böyük və
həlledici döyüşlərdən biri Marna çayı ətrafında baş verdi. Bu döyüşdə hər iki
tərəfdən itkilərin sayı xeyli çox idi. Sentyabrın 9-da Antanta qoşunları almanları
geri oturtmağa nail oldular. Marna məğlubiyyətindən sonra alman ordusu Belçika
ə
razilərinə çəkildilər. Beləliklə 1914-cü ilin axırı üçün Qərb cəbhəsində də mövqe
döyüşləri vəziyyəti yarandı. Hər iki tərəf mövqeləri saxlamaq uğrunda döyüşlər
aparmağa başladılar. Beləliklə 1914-cü il döyüş kompaniyası ümumən Antantanın
üstünlüyü ilə başa çatdı. Alman komandanlığının ilk strateji planları pozuldu və
hərbi əməliyyatlar uzanmağa başladı. 1915-ci ilin əvvəlində almanlar Şərq cəbhəsi
boyu hücuma keçdi. Rus ordusunun müqaviməti qırıldı. Rusiya bütün cəbhələrdə
müdafiə mövqeyinə üstünlük verdi. Əvvəllər zəbt edilmiş Qalisiya, habelə Polşa və
Litva almanların əlinə keçdi. Beləliklə 1915-ci il hərbi kompaniyası nəinki cəbhə-
lərdə vəziyyəti sabit saxladı, hətta Almaniya koalisiyasının strateji təşəbbüsü ələ
alması ilə nəticələndi. 1916-cı ildə Almaniya və onun müttəfiqləri qazanılmış stra-
teji təşəbbüsü əldə saxlamağa və Qərb cəbhəsində sarsıdıcı zərbələr endirməyə
cəhd göstərdilər. 1916-cı il fevralın 21-də Verden qalası ətrafında döyüş başladı.
Bir neçə ay davam edən bu döyüşlərdə 50 alman və 65 fransız diviziyası iştirak
edirdi. Bu döyüşlərdə tanklardan (ilk dəfə), yüngül pulemyotlardan istifadə edil-
miş, kimyəvi silahlar geniş tətbiq olunmuşdu. Qoşunların şəxsi heyətinin itkisi
70%-ə çatmışdı. Alman qoşunları 5-6 km irəliləyə bilmişdilər. Bu döyüş əslində
89
mənasız qan tökmə simvolu olmuşdu. Verden döyüşlərinin gərgin vaxtında Antan-
ta Qərb cəbhəsində Somma çayı rayonunda geniş cavab hücumuna başladı. Somma
döyüşü 1916-cı ilin noyabrına kimi davam etdirildi. Verden və Somma döyüşləri
müharibədə ən çox kütləvi qırğın döyüşləri olmuşdu.
1916-cı ilin yayında Rusiya cəbhəsində fəallaşma baş verdi. Rus koman-
danlığı almanların Verden döyüşlərindən diqqətini yayındırmaq məqsədilə Baltik-
dən Rumıniyaya qədər cəbhədə hücuma keçmək planı hazırladı. General A. Bru-
silovun komandanlıq etdiyi Cənub-Qərb cəbhəsinin qoşunları düşmən cəbhəsini
yararaq 70-75 km irəlilədilər. Avstriya-Macarıstan ordusuna ciddi zərbə vuruldu.
Bu, əməli olaraq italyan ordularını darmadağın olmaqdan xilas etdi və Rumıniyanı
Antanta tərəfdən mü-haribəyə girməyə məcbur etdi. 1915-1916-cı illərdəki hərbi
kompaniyaların başlıca yekunu dördlüyün zəifləməyə başlaması və Antantanın
xeyrinə dönüşün yaranmasından ibarət idi. Belə bir şəraitdə müharibənin 1917-ci il
döyüş kompaniyası başladı. O, Antantanın üstünlüyü şəraitində gedirdi. 1917-ci
ilin aprelində ABŞ-ın Antanta tərəfdən müharibəyə girməsi bu üstünlüyü daha da
artırdı.
48
. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətləri.
Azərbaycan xarici siyasəitnin qarşısında duran ciddi məsələlərdən biri qonşu
dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən mə-sələlərə
münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan par-lamentinin
Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə de-yilirdi: «Qafqaz elə
bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər
müqabil dostluq və həmrəylik yapmadan yaşaya bil-məzlər». Cənubi Qafqazın üç
yeni respublikası- Azərbaycan, Gürcüstan və Ersmənistan arasında sülh və
sabitliyin yaradılması çox çətin oldu. Müstə-qilliyin ilk günlərində Gürcüstan
hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini
müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan
hökumətinin müqaviməti ilə qar-şılaşdı. Azərbaycan Cümhuriyyətinin xarici işlər
naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli
90
qərarına etiraz edərək Gürcüstan hökumətinin Xarici şlər darəsinin başçısına
yazırdı: «Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət
olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsi ilə Azərbaycan Cümhuriyyəti
tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim höku-mətim
gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və
ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin sax-lanması naminə
Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxar-maq, Azərbaycan
ə
razisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv
etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir». Azərbaycan hökumətinin
ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin
burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə
edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cu il aprelin 25-də Tiflisdə işə
başlayan Qafqaz Konf-ransının gündəliyinə daxil edildi. Lakin 1919-cu ilin
iyununda Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz Konfransı öz işini
dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru
irəliləməsi Azərbaycan və Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış
vəziy-yətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası
Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cü il
iyunun 16-da iki dövlət arasında 3 il müddətinə hərbi-müdafiə paktının
imzalanması Azərbaycan Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab
edilməlidir. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi
bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilə-ni
bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcu-nu
götürmüşdülər. Eyni zamanda, müqavilənin 10-cu bəndində göstərilirdi ki, «bu
müqavilə barədə rəsmi məlumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu
müqaviləyə qoşula bilər». Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin
parlamentlərində təqdim edildi.16 iyun hərbi-müdafiə pak-tına uyğun olaraq
tərəflər hərbi-texniki saziş imzaladılar və birgə Hərbi Şura yaratdılar. ngilis
komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına münasibəti əvvəlcə
mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Av-ropa və Qafqazda olan
91
qüvvələrinin baş komandanı C.Miln Denikinin Cənuba doğru hərəkəti ilə razı
olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi. Müstəqilliyin
ilk günlərindən Gürcüstan Respub-likası ilə qurulan diplomatik əlaqələr çox çətin
və ziddiyyyətli yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər
iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı.
49. Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası ilə münasi-
bə tlə ri. Azə rbaycan Cümhuriyyə tinin süqutu.
Lakin hadisələrin sonrakı gedişi nəzərdə tutulan tədbirləri həyata ke-
çirməyə imkan vermədi. Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna
görə də 1920-ci il yanvarın 2-də RSFSR Xalq Xarici şlər Komissarı Q. V.
Çiçerinin ağqvardiyaçı Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifi ilə
xarici işlər naziri F. Xoyskiyə göndərdiyi nota Azərbaycanı Rusi-yanın daxili
münaqişələrinə cəlb etmək və bununla da gələcəkdə Azərbay-canı işğal etmək
üçün nəzərdə tutulan siyasi manevrdən başqa bir şey deyildi. Çiçerin notasının əsas
məqsədini başa düşən Azərbaycan xarici işlər naziri F. Xoyski onun təklifini rədd
etdi. Bolşevik təhlükəsinin real oldu-ğunu nəzərə alan F. Xoyski hökumətdən
respublikada fövqəladə vəziyyət tətbiq etməyi, parlamentin buraxılmasını, yaxın
vaxt ərzində Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi. Sovet
Rusiyasına münasibət mə-sələsi Azərbaycanın siyasi partiyaları arasında əsas
ziddiyyət nöqtəsinə çevrildi. Sosialistlər və ittihadçılar Çiçerinin notasına müsbət
cavab vermək tərəfdarı idilər. Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də
müxalifətçi mövqe tutdular. Əsas mübahisə Sovet Rusiyasına loyal münasibətin
tərəf-darı daxili işlər naziri M. H. Hacınski ilə Rusiya təzyiqinə qarşı radikal təd-
birlər görülməsinin tərəfdarı olan xarici işlər naziri F. Xoyski arasında baş verdi.
Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-də M. H. Hacınski daxili işlər
naziri vəzifəsindən getdi, lakin ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutdu.
Martın ortalarında müsavatçılar və bitərəflər fraksiyasının birgə iclasında bu
məsələ tam kəskinliyi ilə qoyuldu. M. H. Hacınski öz baxışlarını şərh etdi. F.X.
Xoyski başda olmaqla digər qrup M. H. Hacın-skinin məruzəsini mənfi qarşıladı.
92
F. Xoyski qeyd edirdi ki, “heç bir rus par-tiyası, heç bir Rusiya hökuməti heç vaxt
Zaqafqaziya respublikasının müs-təqilliyini tanımayacaq və yalnız Qafqaz
xalqlarının güclü ordusu və əldə silah müstəqilliyini qorumaq əzmi olduğu zaman
Qırmızı Moskva bizimlə hesablaşacaq və bizim sərhədlərimizi keçməyəcəkdir”.
Buna görə də sərt xəttin tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zəruri
tədbirləri görməyə və ölkəni kommunist ünsürlərindən və onlara rəğbət bəsləyən-
lərdən təmizləməyə çağırırdı. Bu tədbirləri həyata keçirmək üçün onlar hökumətə
fövqəladə səlahiyyətlər verməyi və vaxt itirmədən qonşu respub-likaları Qafqazın
birgə müdafiəsinə çağırmağı təklif etdilər. Lakin sərt kurs tərəfdarlarının təklifləri
qəbul edilmədi. Azərbaycan hökumətində daxili mübarizənin davam etdiyi bütün
dövr ərzində Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F.
Xoyskinin Rusiya ilə hərbi itti-faqdan imtina etməsinə cavab olaraq 1920-ci il
yanvarın 23-də Çiçerin ikinci notanı göndərdi və Azərbaycanı Rusiyadakı hərbi
münaqişəyə cəlb etmək üçün yenidən təşəbbüs göstərdi.1920-ci il martın 17-də V.
. Leninin Qafqaz cəbhəsi Hərbi- nqilabi Şurası adından göndərdiyi teleqram sovet
hökuməti-nin Azərbaycana münasibətindəki gizli niyyətlərdən xəbər verir: “Bizim
üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə
yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır, möhkəm yerli sovet
hakimiyyətinin hazırlanmasında maksimum yəqinlik əldə edilməlidir”. F. X.
Xoyski Q. V. Çiçerinin yeni notasını cavabsız qoymadı və 1920-ci il martın 7-də
Azərbaycan xarici işlər nazirinin daha qətiyyətli şəkildə tərtib olunmuş üçüncü
notasını göndərdi. F. Xoyski qeyd edirdi ki, mehriban qonşuluq mü-nasibətlərinin
yaradılması yalnız hər iki tərəfin suverenliyi əsasında həyata keçirilə bilər və məhz
bu cəhətdən Azərbaycan hələ Sovet Rusiyası tərə-findən heç bir həmrəylik
görməmişdir.
Azərbaycan tərəfinin bütün diplo-matik cəhdlərinə
baxmayaraq aprelin 27-də hökumətə ultimatum veril-di.
1920-ci il aprelin
27-də axşam saat 11 radələrində parlament hakimiy-yətinin Azərbaycan nqilab
Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. Parlament sədrinin müavini
M.Y.Cəfərov və şlər darəsinin direktoru M.Və-kilov tərəfindən imzalanmış
93
sənəddə hakimiyyətin verilməsi şərtləri göstəri-lirdi: «Nəzərinizə çatdırırıq ki, biz
aşağıdakı şərtlərlə hakimiyyəti təhvil ve-ririk:
1. Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaysanın tam müs-təqilliyi
saxlanılır;
2. Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti orqan
olacaqdır;
3. Hər cür xarici təzyiqlərdən asılı olmayaraq Azərbaycanın qəti idarə
formasını Azərbaycan Fəhlə, Kəndli və Əsgər Deputatları Soveti
simasında Azərbaycanın ali qanunvericilik orqanı müəyyən edə-cəkdir;
4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır və yalnız
məsul vəzifə tutan şəxslər dəyişdirilir;
5. Yeni təşkil olunan müvəqqəti kommunist hökuməti parlament üzv-lərinin
həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Hökumət Qızıl Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün
tədbirlər görəcəkdir;
7. Yeni hökumət kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq
Azərbaycanın müstəqilliyinə son qoymaq məqsədi güdən bütün xarici
qüvvələrə qarşı qəti tədbirlərlə və bütün vasitələrlə mübarizə
aparacaqdır».
Qərarın yekun hissəsində göstərilirdi: «Azərbaycan parlamenti özünün
fövqəladə iclasında səs çoxluğu ilə bu şərtləri qəbul etmişdir və onu Sizin nəzə-
rinizə çatdırdıq».
50. Versal-Vaş inqton sistemi və onun mahiyyə ti.
1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə Birinci dünya
müharibəsinə yekun vuran sülh müqaviləsi imzalandı. Almaniya Elzas-Lotaringi-
yanı Fransaya qaytarırdı, Reynin sol sahilində hərbsizləşdirilmiş zona yaradılırdı.
Reynin sağ sahilindəki ərazi müttəfiq qoşunları tərəfindən işğal olunurdu. Saar
hövzəsinin kömür mədənləri Fransanın mülkiyyətinə verilirdi, Saar vilayətini isə
15 il ərzində Millətlər Cəmiyyəti idarə etməli idi. Almaniya Polşanın müstəqilliyini
94
tanıyır və yuxarı Sileziyadakı torpaqların bir hissəsini ona verirdi. Sərhədlərin bu
dəyişməsi nəticəsində Almaniya ərazisinin səkkizdə bir, əhalisinin bir hissəsini iti-
rirdi. Müqavilə ilə Almaniyaya hərbi məhdudiyyətlər də tətbiq edilirdi. Versal sül-
hü Almaniyada qisasçı ideyaların artması üçün zəmin yaratdı. Versalda Birinci
dünya müharibəsinə yekun vurulduqdan sonra Antanta ölkələri Almaniyanın müt-
təfiqləri ilə sülh müqavilələrinin bağlanması ilə məşğul oldular.
Almaniyanın müttəfiqi olan Avstriya-Macarıstan imperiyası müharibə
nəticəsində parçalandı. Onun əvəzinə Avstriya və Macarıstan yarandı. Çexoslova-
kiya da ayrıldı. Bu imperiyanın ərazisində Serb-Xorvat-Sloveniya dövləti də yaran-
dı. Avstriya ilə Sen-Jermen sülh müqaviləsi 1919-cu il sentyabrın 10-da imza-
landı. Müqaviləyə görə Moraviya, Slovakiya Çexiyaya, Bukovina, Transilva-niya
və Banatanın şərq hissəsi Rumıniyaya verildi. Müqavilə Avstriyaya Alma-niya ilə,
yaxud hər hansı bir dövlətlə birləşməyi qadağan edirdi. Ona 30 minlik qoşun
saxlamaq hüququ verildi. 1922-ci ildə Avstriyadan təzminat alınması 20 il
müddətinə təxirə salındı.
1919-cu il noyabrın 27-də Bolqarıstanla Heyi müqaviləsi imzalandı.
Müqavilə ilə Bolqarıstan Qərbi Frakiyanı Yunanıstana verməklə Egey dəni-zinə
çıxmaqdan məhrum edildi. Cənubi Dobruca Rumıniyaya, bolqar torpaq-larının bir
hissəsi isə Yuqoslaviyaya verildi. Ölkə Egey dənizinə çıxışını itirdi. O, 20 min
nəfərlik qoşun saxlaya bilərdi. Ona hərbi donanma və hərbi aviasiya yaratmaq
qadağan edildi. Bolqarıstan 37 il ərzində 2,25 milyard frank təzmi-nat verməli idi.
Macarıstanla sülh müqaviləsi başqalarından daha gec işlənib hazırlandı
və razılaşdırıldı. 1920-ci il iyunun 4-də Macarıstanla Trianon müqaviləsi imza-
landı. Müqaviləyə görə Macarıstan Avstriyanın, Rumıniyanın və Çexoslovaki-
yanın sərhədlərini tanıdı. Macarıstan 35 minlik ordu saxlaya bilərdi. Ölkə dəni-zə
çıxışdan məhrum olurdu, onun bütün donanması qaliblərə verilirdi.
1920-ci il avqustun 10-da Türkiyə ilə Sevr müqaviləsi imzalandı. Mü-
qaviləyə görə Türkiyə Suriya, Livan, Fələstin, rak və Ərəbistan yarımadasındakı
bütün mülklərindən imtina etməli oldu. Türkiyə Misir, Sudan və Kiprdə ngil-
tərənin, Mərakeş və Tunisdə isə Fransanın hüquqlarını tanıdı. Ədirnə şəhəri daxil
95
olmaqla Frakiyanın bir hissəsi, zmir şəhəri Yunanıstana, Dodokanez adaları
taliyaya verildi. Türkiyə 50 min nəfərlik qoşun saxlaya bilərdi. Hərbi donanma
yaratması qadağan edildi. Qara dəniz boğazlarının sahili tərksilah edilməli və
beynəlxalq komissiyanın nəzarətinə verilməli oldu.
1919-1922-ci illərin sülh müqavilələri göstərdi ki, qalib qərb dövlətləri öz ağa-
lıqlarının bəqərar olmasına və milli azadlıq hərəkatlarının yatırılmasına yönəlmiş
siyasət yeridirlər. Paris və Vaşinqton konfransında imzalanmış müqavilələr əsasın-
da formalaşan yeni beynəlxalq münasibətlər sistemi Versal-Vaşinqton sistemi adla-
nır. Bu sistem onu tədricən zəiflədən ziddiyyətlərlə birlikdə ikinci dünya müharibə-
sinədək mövcud olmuşdu.
Dostları ilə paylaş: |