QİYMƏT VƏ QİYMƏTLƏNDİRMƏ
KAFEDRASI
Baş müəllim: İ.Q.Quliyev
BİZNESİN (MÜƏSSİSƏNİN)
QİYMƏTLƏNDİRİLMƏSİ
fənni üzrə
MÜHAZİRƏ MƏTNLƏRİ
2
Mövzu 1.
Biznesin (müəssisənin) qiymətləndirilməsinin nəzəri
ə
sasları.
Plan:
1.Qiymətləndirmə
obyekti
kimi
biznesin
xüsusiyyətləri.
2.Biznesin qiymətləndirilməsinin əsas amilləri və
obyektiv əsasları.
3.Biznesin (müəssisənin) qiymətləndirilməsinin əsas
prinsipləri.
Biznesin
qiymətləndirilməsi
ilə
bağlı
anlayışlar
aşağıdakılardan ibarətdir:
-
Biznesin (müəssisənin) dəyərinin qiymətləndirilməsi. Bu
prosesin gedişində qiymətləndirici bir sıra əməliyyatlar yerinə
yetirir. Həmin əməliyyatların növbəliliyi və məzmunu
qiymətləndirmənin məqsədindən, obyektin parametrlərindən
və seçilmiş metodlardan asılıdır.
-
Dəyərin qiymətləndirilməsi prosesi. Bu prosesdə
qiymətləndirici qəbul etdiyi yanaşma və metodlara uyğun
olaraq pul vahidlərində dəyərin kəmiyyətini müəyyən edir. Bu
zaman müvafiq informasiyaların əsasında qiymətləndirmənin
ə
saslandırılmasına xidmət edən konkret göstəricilər hesablanır.
Dəyərin qiymətləndirilməsinin əsas xüsusiyyəti onun bazar
vəziyyəti ilə əlaqəsindən ibarətdir. Biznesin qiymətləndirilməsi
prosesində qiymətləndirici mütləq qaydada bazar amillərinin
məcmusunu nəzərə almalıdır.
-
Bazar dəyərinin qiymətləndirilməsinin dinamikliyi. Bazar
dəyəri çoxsaylı amillərinin təsiri altında vaxta görə dəyişir.
Odur ki, mülkiyyət obyektlərinin qiymətləndirilməsini və
yenidən qiymətləndirilməsini aparmaq lazımdır.
3
-
Qiymətləndirmə fəaliyyətinin subyektləri: a) Azərbaycan
Respublikasının icra hakimiyyəti orqanları, onların subyektləri,
bələdiyyə təşkilatları; b) qiymətləndiricilər – fərdi sahibkarlar,
hüquqi şəxslər; c) sifariş üzrə obyektin qiymətləndirilməsi
aparılan hüquqi və fizki şəxslər; ç)qiymətləndiricilərin peşəkar
birlikləri;
d)
hüquqi
və
fizki
şə
xslər,
obyektin
qiymətləndirilməsi
haqqında
hesabatda
ə
ks
olunmuş
informasiyadan istifadə edən icra hakimiyyəti orqanları.
-
Qiymətləndirmə fəaliyyətinin obyektləri: a) əmlaka
mülkiyyət hüquqi və əmlaka digər əşya hüquqları; b)
müəssisənin alqı-satqı hüququ; c) mülkiyyət hüququnun digər
obyektləri; ç) ayrı-ayrı maddi obyektlər; d) şəxsin əmlakını
təşkil edən əşyaların məcmusu, o cümlədən müəssisə də daxil
olmaqla daşınar və daşınmaz əmlak kimi müəyyən əmlak; e)
məhsul, iş, xidmət, informasiya.
Qiymətləndirmə obyekti kimi biznes bir sıra xüsusiyyətlərə
malikdir ki,bunların da arasında aşağıdakıları ayırmaq olar
1.Mənfəətin alınması məqsədilə müəssisənin əmlak
kompleksdən istifadə əsasında həyata keçirilən fəaliyyət
biznesin qiymətləndirilməsi obyekti kimi çıxış edir.
2.Biznesin qiymətləndirilməsi zamanı nəzərə almaq zəruridir ki,
gələcəkdə hüquqi şəxs olacaq müəssisə, həm də təsərrüfat
subyekti sayılır.
3.Biznesi qiymətləndirərkən əmlak kompleksinin dəyərini, eləcə
də qiymətləndirilən obyekt çərçivəsində dəyərin yaradılması və
artmasının effektivliyini müəyyən etmək lazımdır.
4.Biznes əmtəənin bütün əlamətlərinə malikdir ki, bu da onun
qiymətləndirilməsi prinsiplərini, yanaşma və metodlarını
şə
rtləndirir.
Ardıcıl olaraq biznes əmtəə kimi aşağıdakı xüsusiyyətlərə
malikdir:
*Biznes investisiya əmtəəsidir,yəni ona sərmayə qoyuluşu
gələcəkdə iqtisadi fayda alınması məqsədilə həyata keçirilir.
4
*Biznes sistem sayılır. O, sistem kimi bütövlükdə, eləcə də onun
ayrı-ayrı alt sistemləri, elementləri kimi reallaşdırıla bilər.
Başqa sözlə, biznesin altsistemləri, onun elementləri əmtəə ola
bilərlər.
*Əmtəələrdə olduğu kimi biznesdə də tələbat həm müəssisənin
öz daxilində, həm də xarici mühitdə baş verən proseslərdən
asılıdır.
*Əmtəə kimi biznesin də xüsusiyyətlərindən biri- biznesin və
onun qiymətləndirilməsi prosesinin tənzimlənməsinə tələbatın
olmasıdır.
*Biznesin alqı-satqı mexanizminin tənzimlənməsində və biznesə
bazar qiymətlərinin formalaşmasında dövlətin iştirakı zəruridir.
Mülkiyyətin istənilən digər obyekti kimi biznesin dəyərinin
qiymətləndirilməsi konkret bazar şəraitində müəyyən vaxt anına
ona təsir edən amillər nəzərə alınmaqla pul ifadəsində dəyərin
kəmiyyətinin hesablanmasının məqsədyönlü nizamlanan prosesi
sayılır.
Məqsədin dəqiq, savadlı şərhi hesablanacaq dəyər növünü
düzgün müəyyən etməyə və qiymətləndirmə metodlarını
seçməyə imkan verir.qiymətləndirmənin məqsədləri geniş
(biznesin bütövlükdə qiymətləndirilməsi) və dar (biznesin
istiqamətlərindən
birinin
qiymətləndirilməsi)
ola
bilərlər.Qiymətləndirmə
məqsədləri
qiymətləndirmə
subyektlərindən, qiymətləndirmə dəyərinin növlərindən və digər
dəyişənlərdən asılıdır.
Biznesin
qiymətləndirilməsinin
ə
sas
məqsədlərinə
aşağıdakılar daxildir:
1) Müəssisənin cari idarəetməsinin effektivliyinin yüksəldilməsi.
Neqativ meyllərə vaxtında reaksiya vermək üçün biznesi
qiymətləndirmək lazımdır.
2) Fond bazarında müəssisənin alqı-satqısı halında qiymətli
kağızların dəyərinin müəyyən edilməsi. Əsaslandırılmış
investisiya qərarının qəbulu üçün müəssisənin mülkiyyətinin
Dostları ilə paylaş: |