nəticələrinin əmtəə-pul münasibətlərinin inkişaf etdirilməsi
yolu ilə əmtəə-istehsalı və özlərinin iş fəaliyyətini daha
dərindən dərk etməyə sövq etdi. Müharibələr isə əsrlər boyu
insan cəmiyyətini daim izləyərək, indiyə kimi, demək olar, öz
mahiyyətini dəyişməyib. Onlar əvvəllər olduğu kimi maddi
qiymətlilərin əldə edilməsi, bölgü və bölgüsündə təklifin iştirak
etmək üçün və müxtəlif ruhlu adamların, qəbilələrin,
sülalələrin, şahlar və s. artmaqda olan iştahalarının, bəzən də
milli azadlıq hərəkatı kimi qələmə verilən böyük dövlətlərin
digər ölkələri və xalqları zəbt etmək üçün gizli tələsidir.
Nəhayət, əmtəə istehsalı şəraitində xüsusi olaraq malların
bölgüsü, daşınılması, saxlanılması və alıcılara çatdırılması ilə
məşğul olan ixtisaslaşmış vasitəçilərin və tacirlərin meydana
gəlməsi əmtəə istehsalı və əmtəə mübadiləsi sistemlərində
insanların özlərini dərk etmə, işgüzarlıq etikası və
mədəniyyətinin artmasının təzahürüdür. Qədim zamanlarda,
görünür, öncə «əmtəə – əmtəəyə» prinsipi üzrə vahid çeşidli
məhsulların pərakəndə mübadiləsi (alış-verişi) mövcud
olmuşdur. Sonralar isə uzun müddət ərzində istehsalın ictimai
təşkilindəki kəmiyyət və keyfiyyət dəyişiklikləri (istehsalın
ixtisaslaşdırılması, təmərküzləşməsi, kooperasiyası və b.)
ümumi ekvivalent olan müəyyən əmtəə və nəhayət puldan
istifadə edərək, topdansatış ticarəti inkişaf etdirmək
zəruriyyətini yaratmışdır.
Mahiyyətcə ticarət əmək məhsulları və vasitələrinin
mübadiləsi, alıcılara (istehlakçıları) çatdırılması vasitəsi və
formasıdır. Müasir şəraitdə bəzi müəlliflərin irəli sürdüyü fikir,
tezis və konsepsiyalara uyaraq karvan ticarətini ilkin
topdansatış ticarətinə aid edilməsi ciddi olmazdı.
1
Fikrimizcə karvan ticarəti yayılmazdan əvvəl
pərakəndə və topdansatış ticarətinin insan cəmiyyətinin
təkamülü prosesində məskunlaşma ocaqları kimi yeni yaranan
1
Дегтурова О.И., Кандинская О.Н. Биржевое дело: Учебник для вузов
– М., Банки и биржи, Юнити, 1997, с.9
kəndlərdə, qəsəbələrdə və şəhərlərində daha erkən formaları
olmuşdur. Misal üçün, ayrı-ayrı məhsulların alış-verişi üzrə
münasibətlərin öz əmək fəaliyyəti nəticəsində yaratdıqları
məhsulları mübadilə etmək istəyən sənətkarlar, əkinçi və
maldarlıq ilə məşğul olan qəbilələr, həmçinin şəhər və kənd
əhalisi arasında formalaşması ehtimalı vardır. Bu fikrin
tərəfdarı olanlardan biri də ticarətin iqtisadiyyatı və təşkili
sahəsində öz elmi sözünü demiş və bu sahədə alim kimi böyük
nüfuza malik olan prof. .Ə.Feyzullabəylidir. O qeyd edirdi ki,
yer üzərində ticarət ilk dəfə qədim Misirdə Nil çayının
vadisində və müasir raqın Fərat və Dəclə çaylarının sahilində
eramızdan əvvəl IV-III minilliklərdə meydana gəlmişdir.
1
Haşiyadan kənara çıxmadan onu qeyd edək ki, hətta
yaşadığımız indiki zamanda Mərkəzi Afrikanın bir sıra ibtidai
icma quruluşu və feodolizm səviyyəsində yaşayan qəbilələri
müxtəlif dinlərə qulluq etsələr də bir halda yalnız maldarlıqla
və digər halda əkinçiliklə məşğul olaraq artırdıqları kənd-
təsərrüfatı məhsullarını əsasən xırda (kiçik) həcmdə topdan
qonşu ölkələrin bazarlarında satır və ya vasitəçilərə – yerli
tədarükçülərə – təhvil verərək əvəzində məişətdə özlərinə lazım
olan əşyaları, bəzi hallarda isə nəğd pul alırlar. Bu cür məhsul
satışı sistemi Cənubi Amerikanın bir sıra ölkələri və ilk
növbədə Amazonka çayının vadisində də mövcuddur.
Tarixi mənbələrdən aydın olur ki, eramızdan əvvəl III
minilliyin ortalarından təxminən II minilliyin əvvəlinə kimi
ticarət Çin, Hindistan və Aralıq dənizi ölkələrində sinfi
münasibətlər və əmək məhsuldarlığının artımı elementi kimi
inkişaf etmişdir. Həmçinin ölkələrin ərazilərində aparılmış
arxeoloci qazıntılar nəticəsində əldə edilən əşyayi dəlillər
sübuta yetirmişdir ki, məhz həmin regionlarda təxminən beş
min əvvəl ümumi ekvivalent kimi pullardan istifadə edilməyə
1
Фейзуллабяйли И.Я. Тиъарятин игтисадиййаты. Дярслик. Б. Маариф,
1989, с.10
başlamışdır. Bütün bunlar nəinki məhsul bölgüsü və satışının
genişlənməsinə, həmçinin əmtəə – pul münasibətlərinin
təkmilləşdirilməsi və inkişaf etməsinə səbəb olmuşdur. Onu da
qeyd edək ki, quldarlıq dövründə məcburən əmtəə istehsalına
cəlb olunmuş qulların özləri adi mal kimi pərakəndə və
topdansatış ticarəti obyektinə çevrilmişlər.
Elmi
axtarışların
nəticəsində
əldə
edilmiş
təkzibedilməz faktlar əmtəə – pul münasibətlərinin inkişafı və
dərinləşməsi nəticəsində insanlar arasında kəskin təbəqələşmə
prosesinin getməsini və ayrı-ayrı şəxslərin əlində pul kütləsinin
cəmləşməsi nəticəsində borc verənlər və borc alanlar arasında
sələmçilik münasibətlərinin yaranmasına gətirib çıxardığını
göstərir. Həmin prosesin ilk öncə Qədim Şərqdə eramızdan
əvvəl II minillikdən başlayraq yayılması aydın olmuşdur.
Nəhayət, eramızdan əvvəl I minillikdə Çin, Assiriya və digər
ölkələrdə iri quldarlıq latifundiyaları yaradılaraq, adi əmtəələrlə
yanaşı qul ticarətinin inkişafına səbəb olmuşdur. Məhz bütün
bunların nəticəsində quldarlıq dövründə daxili ticarətlə yanaşı,
xarici ticarət əlaqələri qonşu ölkələri, sonralar isə bir qədər
uzaq dövlətlər və qitərəti əhatə etməyə başlamışdır. Misal
üçün, hələ Baday mədəniyyəti zamanında Yuxarı Nil əkinçiləri
digər ölkələrlə sıx təsərrüfat əlaqələri yaratmışlar. Onlar
xaricdən müxtəlif zinnət metallarını, istehsal üçün bəzi
xammalları, daş qablar düzəltmək üçün lazımı alətlər və s. alıb
gətirirlərmiş, Sinaydan mis, yonulmuş bazant daşı, füruzə,
malaxit, cənub ölkələrindən fil sümüyü, Qırmızı Dəniz
sahillərindən su kəmərləri üçün lazım olan əsas ləvazimatları
daşıyırlarmış.
Bu cür əmtəə mübadiləsi və ticarət əlaqələri Şimali
Misirlə yanaşı digər ölkələrdə də hələ qədim dövrlərdə bir çox
məmulatların istehsal texnologiyası və ümumbəşəri istehsal
mədəniyyətini təkmilləşdirməyə təkan vermişdir.
Qədimdə xarici ticarət əsasən əmtəə mübadiləsi yolu
ilə həyata keçirilirdi. Belə ki, e.ə. III minilliyin ortalarında
Dostları ilə paylaş: |