19
olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram
edə bilər (əlbəttə, bir şərtlə ki, onun istədiyi Allahın
istədiyi olsun).
Fatimə(s.ə)-nin kitabı.
Bir çox İmamların müxtəlif rəvayətlərində nəql
olunmuşdur ki, Fatimə(s.ə)-nin kitabı məsum İmamlardır.
O cümlədən «Bəsairüd-dərəcat» adlı kitabda İmam
Sadiq(ə.s)-in: «Fatimə (s.ə) özündən sonra bir kitab
yadigar qoyub. Bu kitab «Quran» deyildir, lakin ulu
Yaradan tərəfindən Fatimə(s.ə)-yə nazil olan Allah
kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş,
O da yazmışdır»,-buyurduğu qeyd edilmişdir.
Əbu Bəsir belə nəql edir:
Bir gün İmam Sadiq(ə.s)-in hüzuruna gəlib
soruşdum:
– Canım sənə fəda! Əhli-beyt tərəfdarları deyirlər ki,
Peyğəmbər(s) öz elmindən yalnız bir fəsil öyrətmişdir ki,
həmin fəsildən də minlərlə qapı açılır. Mənim zənnimcə,
həqiqi və kamil elm məhz elə budur.
Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:
– O elmdir, lakin kamil elm deyildir. Əlbəttə,
«Məcmuə» bizdədir, amma insanlar hardan bilsin ki,
«Məcmuə» nədir? O, yetmiş dirsək uzunluğunda
Peyğəmbər(s)-in söylədiyi, həzrəti-Əli(ə.s)-nin dəsti-xətti
ilə yazdığı bir tumardır.
7
Bütün halal və haram hökmlər,
şəri qanunlar orada yazılmışdır, belə ki hətta cırmağın
cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur.
Dedim:
-– Allaha and olsun ki, bu, kamil elmdir.
7
Böyük parça üzərinə yazılmış yazı.
20
-–Bu elmdir, lakin kamil elm deyildir. Düzdür,
«Cəfr» elmi bizdədir, amma xalqın «Cəfr» elmi barədə heç
bir məlumatı yoxdur.
-–Bəs «Cəfr» nədir?
-–Peyğəmbərin, övliyaların, keçmiş
Bəni-İsrail
alimlərinin dəri üzərində yazılmış elmidir, ancaq bu da
elmi-kamil deyil. Sizin əlinizdəki «Quran»ın üç bərabər
ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-nin kitabı da elmdir. Bu
elmdən yalnız bizim xəbərimiz var, çünki o bizdədir.
Allaha and olsun ki, «Qurani-Kərim»dən bir kəlmə də
olsun bu kitabda yoxdur.
8
Hətta bunu da kamil elm
adlandırmaq olmaz. Kamil elm hər gecə və gündüz bir
hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra başqa
bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir.
9
Fatimə(s.ə)-nin behiştdə məqamı.
Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki,
Fatimə(s.ə) Peyğəmbər(s)-in Qəzba adlı dəvəsində
məhşərə daxil olan dörd süvaridən biridir.
İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s)
ölüm yatağında olarkən Qəzba adlı dəvəsi ondan soruşdu
ki, məni özündən sonra kimə tapşırırsan?
Peyğəmbər(s) buyurdu: «Ey Qəzba, Allah səni
bərəkətli etsin. Sən qızım Fatimə(s.ə)-ninsən. O sənə həm
bu dünyada və həm də axirətdə minəcək».
Elə ki Rəsuli-əkrəm (s) vəfat etdi, o dəvə gecə ikən
Fatimə(s.ə)-nin yanına gəlib dedi: «Salam olsun sənə, ey
Peyğəmbərin qızı. Mənim bu dünya ilə vidalaşmağıma az
8
Yəni «Quran»ın zahiri mənasından dərk etdiyimiz məna orda yoxdur,
əksinə, bizim başa düşdüyümüz «Quran» təfsirləri kimi ona yazılmış
bir şərtdir. (Əlavə məlumat almaq üçün «Əyanuüş-şiə» adlı kitabın I c,
səh. 97-yə müraciət edə bilərsiniz.)
9
«Üsuli-kafi» I c, səh.239.
21
qalıbdır. Allaha and olsun ki, Peyğəmbər(s)-in vəfatından
sonra dilimə ot və su dəyməyib».
O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in
vəfatından üç gün keçmiş canını tapşırdı.
Furat ibn İbrahim öz təfsirində əmirəl-möminin
Əli(ə.s)-nin dilindən belə söyləyir:
Bir gün Peyğəmbər(s) Fatimə(s.ə)-nin yanına
gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s)
bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə
belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman
o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da
görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar.
Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri
sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq
saçan dəvələrə minərlər. Hər dəvənin üstsndə də sız-sıx
düzülmüş parlaq incilərlə bəzədilmiş «sundus» süfrəsi
açılar.
Behiştə
gələn
zaman
cənnət
əhli
sənin
qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları
üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar.
Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-
Adəm(ə.s), ondan sonra isə bütün Peyğəmbərlər səni
ziyarət etməyə gələrlər
10
».
Peyğəmbər(s)-in qəlbinin sözü.
Fatimə(s.ə)
buyurdu:
«Bu
ayə
(«Nur»,
63)
«Öz aranızda bir-birinizi çağırdığınız kimi? Peyğəmbəri
çağırmayın (yəni onu ehtiramla səsləyin.)» nazil olan
zaman mən Rəsuli-əkrəm(s)-i «Ey Allahın Rəsulu!»-deyə
çağırırdım. Lakin o Həzrət istəyirdi ki, ona «Ata» deyə
10
Bu hədisi ibn Abbas həzrəti-Əli(ə.s) –dən nəql etmişdir. Hədis uzun
olduğundan yuxarıdakı ondan bir parçadır. Hədisin şərhi «Rəyahinüş-
şəriət» adlı kitabda I c, səh. 225-228-də qeyd olunmuşdur.
22
müraciət edim. Üç dəfə mənə heç bir şey söyləmədi.
Axırda mənə üz tutub buyurdu:
«Ey Fatimə, bu ayə sənin, ailən və sənin nəslin
üçün nazil olubdur».
Sonra əlavə etdi: «Mənə «Ata» deyə müraciət et,
çünki sənin məni belə çağırmağın qəlbimi daha da
şadlandırır və Allahı da razı edir».
«Mishabul-Ənvar» adlı kitabda həzrəti-Əli(ə.s)-nin
həzrəti-Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-yə bəslədiyi
dərin məhəbbət və ehtiram barəsində söylədiyi hədis qeyd
olunmuşdur. Burada xanım Fatimə(s.ə) Atası ilə olan
mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:
«Allah-təala sənə salam göndərəni bağışlayar və
onu mən cənnətin harasında olsam, mənə qovuşdurar».
Peyğəmbər(s)-in qızı barədə etdiyi dua.
Kuleynin yazdığına görə, İmam Baqir(ə.s) Cabir ibn
Abdulla Ənsaridən nəql edir:
Həzrəti-Mühəmməd(s) çölə çıxıb Fatimə(s.ə)-ni
görməyə
getmişdi.
Mən
də
onunla
idim.
Biz
Peyğəmbər(s)-in evinə yetişəndə O, əlini qapıya dayadı və
sonra buyurdu:
– Salam olsun sizə.
Fatimə(s.ə) də onun cavabını aldı. Peyğəmbər(s) evə
daxil olmaq üçün icazə istədi. Xanım söylədi:
– Buyur, ey Allahın elçisi.
Rəsuli-əkrəm(s) buyurdu:
–Yanımdabir nəfər də var. İcazə olarmı, o da içəri
keçsin?
Fatimə(s.ə) ərz etdi:
–Rübəndim başımda deyil.
Peyğəmbər(s) buyurdu:
–Fatimə, çadra ilə başını ört.
Dostları ilə paylaş: |